İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

 
3.1.11.
 
Taxıl  (silos,  qarğıdalı  və  s.)  məhsullarını 
kombaynlarla işlədikdə təhlükəsizlik tədbirləri 
 
Diqqət! 
Taxıl, pambıq silos, qarğıdalı və s. yığan 
kombaynlarla  işlədikdə  biçicinin,  maili  kamerasına 
yığıcıya  yaxınlaşmaq    və  digər  mexanizmlərini 
tənzimləmək və təmir etmək qadağandır (Şəkil 3.11). 
 
Şəkil 3.11. Taxılyığan kombaynların işində 
təhlükəsizlik tədbirləri 
 
3.2.
 
İctimai yol nəqliyyatında hərəkət zamanı təhlükəsizlik tədbirləri 
İctimai  yol  nəqliyyatı  dedikdə  sərnişin  daşıyan  xüsusi  oturacaq  və  tutacaqlarla  təchiz 
edilmiş  avtobuslar  nəzərdə  tutulur.  Piyada  vətəndaş  əgər  avtobusa  minmək  fikri  ilə  ona 
yaxınlaşırsa o artıq sərnişin hesab edilir.  
Nəqliyyat vasitəsinin çıxıntılarında və ayaq altlıqlarında durmaq qadağandır. 
Hərəkət  zamanı  sürücünün  diqqətini  yayındıran  səs  çıxarmaq,  hərəkət  etmək  və  onunla 
danışmaq qadağandır. 
Hərəkət zamanı yatmayın, mümkün qədər yoldakı vəziyyəti izləyin. 
Əgər  hərəkət  zamanı  avtobusun  başqa  nəqliyyat  vasitəsi    ilə  və  ya  obyektlə    toqquşma 
təhlükəsi yaranarsa, onda dayanıqlı vəziyyət alın, əllərinizlə qayışlardan möhkəm tutun. 
Oturan sərnişin ayaqları iplə döşəməyə möhkəm dirənməlidir, əlləri ilə qabaq oturacaqdan 
tutmalıdır. Başını qabağa doğru əyməlidir. 
Toqquşma  baş  verdikdə,  şaquli  vəziyyətdə  durmaq  mümkün  olmadıqda  yığılan  zaman 
qruplaşmağa  çalışın  və  başınızı  əllərinizlə  örtün  (məqsədiniz  düşmək  üçün  yer  görmək 
olmalıdır).  
 
3.2.1.
 
İctimai  yol  nəqliyyatında  qaydalara  necə 
əməl etməli 
İctimai  nəqliyyatda  sürücüdən  başqa  digər 
insanlar  sərnişindir.  Sərnişinlər  avtobusda  ayrılmış 
oturacaqda təlimata uyğun olaraq oturmalıdır (Şəkil 
3.12). 
 
Şəkil 3.12. İctimai yol nəqliyyatında 
qaydalara necə əməl etmək lazımdır.
 
51 
 


 
3.2.2.
 
Avtobusdan düşmə qaydasına əməl edin 
Diqqət!
  Avtobusda  qapılara  söykənmək 
qadağan  edilir,  çünki,  avtobus  hərəkətdə  olarkən 
qapılar  açıla  bilər.  Başınızı  və  qollarınızı 
pəncərələrdən  bayıra  çıxarmayın.  Sərnişinlər 
avtobus  dayanacaqda  dayanmamış  yerlərindən 
durmamalı  və  qapılar  açılmamış  qapılara 
yaxınlaşmalı deyil. 
Sürücü avtobus  tam  dayanmamış  qapıları 
açmamalıdır.  Çünki,  tormozlama  zamanı  sərnişinlər 
qapıdan düşə bilər (Şəkil 3.13). 
 
 
 
Şəkil 3.13. Avtobusdan düşmə qaydasına 
əməl edin. 
3.3.
 
Sürücünün oturacaqda oturma vəziyyəti  
Sürücü oturacaqda Şəkil  3.14-də  göstərilən 
vəziyyətdə  oturmalıdır.  Avtobusun salonunda olan 
sərnişinləri daxili güzgülərdən istifadə etməklə görə 
bilməlidir.  Düz  baxmalı  və  yolu  rahat  görməlidir. 
Avtobusun  hər  iki  tərəfində  olan  yan  güzgülərdən 
rahat istifadə edə bilməlidir.  
 
Şəkil 3.14. Sürücünü oturacaqda düzgün 
oturma vəziyyəti 
 
 
3.4.
 
Maşında olan sərnişinlərin təhlükəsizliyi 
Unutmayın!
 Maşında köməkçi işçilər varsa, hər biri üçün oturacaq və əllə tutmaq üçün yer 
olmalıdır.  Əgər oturacaq və  ayaq  altında  qalın  taxta  yoxdursa,  köməkçi  işçinin  nəqliyyatda 
oturması qəti qadağandır. 
Kənd təsərrüfatında elə əməliyyatlar vardır ki, onların yerinə yetirilməsində bir və ya bir 
neçə  nəfər köməkçi  işçi  çalışır.  Məsələn,  toxumun  səpilməsi,  kartofun  basdırılması,  şitilin 
əkilməsi və s. əməliyyatlarda köməkçi işçilər iş vaxtı aqreqat üzərində olurlar. Bu zaman köməkçi 
işçilərin maşın üzərində etibarlı və dayanıqlı durması və oturması təmin edilməlidir. Traktor öz 
hərəkət istiqamətini dəyişən zaman xəbərdarlıq siqnalı verilməlidir. 
 
Diqqət!
  Maşına  sərnişinlərin minməsi və  düşməsinə  yalnız  maşınlar  üçün  ayrılmış 
dayanacaqda dayandıqdan sonra icazə verilir. 
 
Yadda  saxlayın! 
Maşın,  texnika  və  ya aqreqata  minmə  və  ondan enmə  yalnız  onu 
dayandırdıqdan sonra aparılmalıdır. 
Sürücü sərnişinlərin təhlükəsizliyinə tam məsuliyyət daşıyır.
 
52 
 


 
3.5.
 
Aqreqatın və özüyeriyən texnikanın magistral yolda hərəkətinin təhlükəsizliyi 
Kənd  təsərrüfatı  texnikası  iş  yerinə  gedərkən,  dislokasiyasını  dəyişərkən  magistral 
yollardan istifadə edir.  
Bu  alt  başlıqda  aqreqat  magistral  yolda  hərəkət edərkən  mexanizatorun  yol  hərəkəti 
qaydalarına  riayət etməsi qeyd edilir. Eyni zamanda məcburi  dayanma  halları  zamanı 
təhlükəsizlik tədbirlərinin  gözlənilməsi  şərtləri verilir.  Buzla  örtülmüş  yolda  hərəkət etmə 
qaydaları göstərilir. Yaşayış məntəqəsində hərəkət etdikdə təhlükəsizlik qaydalarına əməl etmək 
üçün qaydalar verilir. 
 
3.5.1.
 
Aqreqatın magistral yolda  hərəkəti 
 
Diqqət! 
Aqreqat ictimai yol nəqliyyatında 
hərəkət etdikdə  onu idarə  edən  mexanizator  yol 
hərəkəti  qaydalarına  əməl etməlidir  (Şəkil 3.15). 
Qəza təhlükəsi siqnalı qoşulmalıdır. 
 
Şəkil 3.15. Aqreqatın ictimai yol nəqliyyatında  
hərəkəti. 
 
3.5.2.
 
Aqreqatın  “Məcburi  dayanma” 
  anında 
qəza səs siqnalının yandırılması 
 
Unutmayın!
  Aqreqatda  texniki  nasazlıq, 
daşınılan yükün törədəcəyi təhlükə, yolda yaranmış 
maneələr və  s.  halında  “Məcburi  dayanma”  edilir. 
Dayanmaq  qadağandır”  nişanı  olan  yerdə 
aqreqatın  məcburi  dayanması  anında  qəza səs 
siqnalı yandırılır (Şəkil 3.16). 
 
 
 
Şəkil 3.16. Aqreqatın “Məcburi dayanma”  
anında qəza səs siqnalının yandırılması. 
 
3.5.3.
 
Aqreqatın  buzlu  yolda  hərəkət  etmə 
qaydaları 
 
Diqqət! 
Aqreqat qar  və  buzla  örtülmüş  yolda 
hərəkət etdikdə  öndə  və  arxada  hərəkət edən 
maşınlardan  70-100 metr  məsafədə  tormoz 
pedalından  istifadə  etməməklə  hərəkət etməli və 
təkərin yerlə  ilişmə  əmsalı  0,1  qışda,  yayda  0,9 
olmalıdır (Şəkil 3.17). 
 
Şəkil 3.17. Aqreqatın buzlu yolda hərəkət 
etmə qaydaları. 
53 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə