İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

 
2.1.2.
 
Soyuducu mayenin genişləndirici qabı 
Yadda saxlayın!
 Mühərrik işlədiyi zaman onun 
temperatur  göstəricisi  qırmızı  rənglə  işarələnmiş 
təhlükəli zonaya yaxınlaşmalı deyil.  
Əgər  əqrəb  bu  zonaya  yaxınlaşarsa  mühərrik 
mütləq dayandırılmalıdır.  
Radiatorun örtüyü (toz, ot və s.) təmizlənir, su 
nasosunun qayışı və mühərrikdə soyuducu mayenin 
səviyyəsi yoxlanılır (Şəkil 2.2): 
A - Soyuducu mayenin maksimum səviyyəsi; 
B - Soyuducu mayenin minimum səviyyəsidir. 
Əgər səviyyə  maksimum A-dan  aşağıdırsa,  ona 
soyuducu maye əlavə edilir. 
 
 
Şəkil 2.2. Mühərrikin soyuducu maye 
səviyyəsinin yoxlanması.
 
CLASS  AXİON  820
  traktorunun hərəkət ötürücüsü 
(transmissiya)  menyusunda  (1)  “Mühərrikin 
yaddaşı“ alt menyusu fırlanan düymənin (2) köməyi 
ilə  seçilir. Mühərrikin  rejiminin  yaddaşı  850-dən 
2350  dövr/dəq.  addım  50  dövr/dəq.  seçilir  (Şəkil 
2.3). 
Unutmayın!
  Mühərrikin  yaddaşında  onun  iş 
rejiminə uyğun gələn dövr sürəti seçilməlidir. 
 
 
Şəkil 2.3. Mühərrikin iş rejiminə uyğun 
fırlanma tezliyinin  seçilməsi. 
 
2.1.3.
 
Mühərrikin  cari  tənzimləmə  ekranının 
quruluşu 
Diqqət! 
(1)  və  (2)  düymələri  mühərrikin 
quruluşunu yada salmaqla cari tənzimləmə ekranda 
(3)-də işıqlanır. “Hexativ” avtomatik cari tənzimləmə 
ardıcıl icra edilir (Şəkil 2.4.): 

 
Fırlanan  düymənin köməyi ilə  mühərrikin 
fırlanan düyməsini basmaqla təsdiq etmək; 

 
Mühərrikin hərəkət  rejimi  “Hexativ”-in  işçi 
diapazonunu keçdikdə  yuxarı  ötürücü  və  ya 
əksinə  “Hexativ”-in  işçi  diapazonunda  az 
olduqda isə  aşağı  ötürücü  avtomatik  işə 
qoşulur. 
 
Şəkil 2.4. Mühərrikin cari tənzimləmə 
ekranının quruluşu.
 
32 
 


 
Qeyd: 
Traktorun əvvəlcədən tənzimlənmiş işəsalma anında işçi və nəqliyyat rejimində ekranda 
(3)-də göstərilir.  
 
2.2.
 
Hidravlik və elektrik sistemində birləşmələrin yoxlanması 
Bu alt başlıqda mühərrikin hidravlik sisteminə, yağının səviyyəsinə, yağın təzyiqinə nəzarət 
edilməsi qeyd edilir. Hidravlik sistemin süzgəcinin çirklənməsinin yoxlanılmasının vacibliyi qeyd 
edilir. Eyni zamanda baş verə biləcək nasazlıqların aradan qaldırılması da göstərilir. 
 
 
2.2.1.
 
Aqreqatın  hidravlik  sisteminə  nəzarətin 
yerinə yetirilməsi 
 
2.2.1.1.
 
Mühərrikin  hidravlik  sistemində  yağın 
səviyyəsinin müəyyənləşdirilməsi 
Ekranda  (2)  xəbərdarlıq  olduqda  mühərrik 
söndürülür. Yağın səviyyəsi minimum ölçüdən aşağı 
olduqda  CLASS-ın  servis  şəbəkəsindən məsləhət 
alınmalı və yağ əlavə edilməlidir (Şəkil 2.5). 
 Alçaq təzyiqli hidravlik sistemində  yağın 
təzyiqini  göstərən  siqnal  olduqda  arxa  körpünün 
yağlama  təzyiqinin  lazımi  səviyyədə  olmadığına 
işarədir. 
 
 
 
Şəkil 2.5. Mühərrikin hidravlik sistemində 
yağın səviyyəsinin müəyyənləşdirilməsi.
 
2.2.2.
 
Mühərrikin  hidravlik  sisteminin  süzücü 
elementlərinin çirklənməsinin müəyyən edilməsi 
 
Unutmayın  ki, 
traktorun hidravlik sistemin 
süzücü elementlərinin hər  hansı  biri  çirkləndikdə 
şəbəkədə  xəbərdarlıq  nişanı  görünür.  Hidravlik 
sistemin  süzgəci  “Combo”  4-10 mikrometr  ölçüdə 
hissəciklərin 99,9 faiz süzülməsini təmin edir (Şəkil 
2.6). 
Müasir kənd təsərrüfatı  maşınlarında  hava  ilə 
toz və  digər çirkləndiricilərdən qorunmaq üçün 
“Donaldson” hava süzgəcləri quraşdırılır. 
Hava  süzgəcindəki 1-3 rəqəmləri ilə  müxtəlif 
ölçülü süzücü elementlər işarə edilmişdir. 
 
 
Şəkil 2.6. Mühərrikin hidravlik sisteminin 
süzücü elementlərinin çirklənməsinin 
müəyyən edilməsi.
 
33 
 


 
2.2.3.
 
Mühərrikin  hidravlik  sistemində  yağın 
təzyiqinin müəyyən edilməsi 
Bilmək  vacibdir  ki, 
hidravlika sistemində 
yağın  təzyiqi  çox  olduqda  xəbərdarlıq  edilir,  deməli 
yağ  sorma  borusu  və  ya yüksək təzyiqli hidravlik 
süzgəclərdə  dolma  vardır.  Bu  zaman  CLASS  AXİON 
820  traktorunun  qabaq  hissəsindəki  yağsoyuducu 
təmizlənməlidir. (Şəkil 2.7). 
 
 
2.2.4.
 
Hidravlik  sistemin
  yağ  süzgəclərinin 
dəyişdirilməsi 
Hidravlik sistemin  süzücü elementlərinin hər 
hansı  biri  çirkləndikdə  şəbəkədə  xəbərdaredici 
siqnal verilir.  
Məsələn, 
traktorda  yağ  süzgəci tutulduqda 
mexanizator  hidravlik  sistemdə  olan  nasazlığı 
lövhədə  qırmızı  işığın  yanması  ilə  ayırd  edə  bilir 
(Şəkil 2.8). 
Bu zaman göstərilən ardıcıllıqla yağ süzgəcinin 
süzücü elementi dəyişdirilir. 
 
 
2.2.5.
 
Kənd təsərrüfatı maşınlarının kabinəsinin 
havalandırılmasının zəruriliyi 
Bu alt başlıqda aqreqatın işi zamanı kabinənin 
havalandırılmasının 
zəruriliyi qeyd edilir. 
Havalandırılma  sisteminin  qayış  ötürməsinin 
nizamlanması  verilir. Eyni zamanda aqreqatda 
akumlator və  starterin  işə  yararlılığının  əsas 
xüsusiyyətləri  göstərilir. Generatorun  qayışının 
tarımlığının yoxlanılması qaydası verilir. 
 
Diqqət!
  İş  zamanı  kabinənin  şüşələrinin təbii 
havalandırılması üçün 1 dəstəyindən istifadə olunur 
(Şəkil 2.9). 
Təbii havalandırma sistemi həm mexanizatorun 
düzgün  hava  alması,  həm də  kabinədə  yaranan 
iylərdən qorunması məqsədini icra edir. 
 
Şəkil 2.7. Mühərrikin hidravlik sistemində 
yağın təzyiqinin müəyyən edilməsi. 
 
 
 
Şəkil 2.8. Hidravlik sistemdə yağ süzgəcinin 
dəyişdirilməsi 
 
 
 
Şəkil 2.9. Aqreqatın işi zamanı kabinənin 
havalandırılması sistemi. 
 
34 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə