İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

 
Diqqət! 
Kənd təsərrüfatı  məhsullarının 
becərilməsində 
xəstəlik və 
zərərvericilərlə 
mübarizədə  kəskin zəhərli maddələrdən istifadə 
edildiyi  üçün  onları  torpağa  verən  aqreqatlarla  işə 
başlamazdan  əvvəl həmin  aqreqatda  çalışan  işçilər 
təhlükəsizlik 
qaydalarından 
xüsusi 
təlimat 
keçməlidir (Şəkil 1.27). 
Yadda  saxlayın
! Kəskin zəhərli maddələrin 
açıq yerdə, asqı altında, nəm ərazilərdə saxlanılması 
qadağandır. 
 
Şəkil 1.27. Kimyəvi maddələri sahəyə səpən 
maşınlarla işin təhlükəsizliyi 
və təlimatlandırılması. 
 
 
1.6.1.
 
Zəhərli  kimyəvi  maddələrlə  işləyərkən 
qoruyucu geyimlər 
 
Diqqət!  Kəskin  zəhərli  maddələr
  onlar üçün 
ayrılmış xüsusi yerlərdə saxlanılmalıdır (Şəkil 1.28). 
Kəskin zəhərli maddələr  saxlanan  ərazidə 
xəbərdaredici və qoruyucu nişanlar qoyulur. 
 
 
 
 
 
 
 
Şəkil 1.28.   Kəskin zəhərli maddələrlə 
işlədikdə qoruyucu geyimlərlə təmin olunma. 
Təhlükəlidir! 
Zəhərli 
maddələr
 
Qoruyucu 
geyimdə 
işləmək
 
Qoruyucu 
əlcəklərdə 
işl
əmək
 
25 
 


 
1.6.2.
 
Yanğından mühafizə tədbirləri!  
Yeni  maşın,  texnika  və  avadanlıqlarla 
işləməzdən  əvvəl  mexanizator  və  digər köməkçi 
işçilər  yanğından  mühafizə  üzrə  təhlükəsizlik 
qaydaları  üzrə  xüsusi  təlimatlanma keçməlidirlər 
(Şəkil 1.29). 
Hər  bir  mexanizator  işə  başlamazdan  əvvəl 
yanğın  təhlükəsizliyi  qaydalarını,  yanğın  söndürmə 
üsullarını  bilməli və  aqreqatın  yanğınsöndürmə 
qurğuları ilə təmin edilməsinə tam əmin olmalıdır. 
 
Şəkil 1.29. Yanğından mühafizə üzrə 
təlimatlanma. 
 
1.6.3.
 
Yanğın təhlükəsi yaradan qurğular 
Diqqət!
  Kombaynların  taxıl  yığımı  zamanı 
mühərrikin  işlənmiş  yanacaqötürücü  boruları 
qığılcım söndürücü ilə təchiz edilir (Şəkil 1.30). 
Unutmayın!  Taxılyığan  kombaynların  yığım 
zamanı  mühərrikində  işlənmiş  yanacaq  ötürücü 
borularının 
qığılcım 
söndürücülərlə 
təchiz 
edilməməsi yanğının baş verməsini sürətləndirir. 
Yadda  saxlayın! 
Aqreqatın  yığım  dövrü  işi 
zamanı  işçilər  yanğına  qarşı  təhlükəsizlik üzrə 
təlimatlanmalıdır. 
Təlimatlanma təhlükəsizlik mütəxəssisləri 
tərəfindən  iş  yerində  tələb edilən səviyyədə 
aparılmalı 
və 
təlimatın 
nəticələri sonda 
qiymətləndirilməlidir. 
 
 
1.6.4.
 
Yanğına qarşı mühafizə qurğuları 
Unutmayın!
 Məhsul yığımında işləyən maşınlar 
texniki  cəhətdən saz vəziyyətdə  olmalı,  xüsusi 
yanğınsöndürən  qurğularla 
təchiz edilməlidir 
(Şəkil 1.31). 
Bundan əlavə yanğın söndürmə avadanlıqları, o 
cümlədən,  qum,  bel,  köpüklü  su  və  s. ilə  təmin 
edilmə, yanğının tez söndürülməsində vacibdir. 
 
Şəkil 1.30. Aqreqatı işi zamanı yanğın törədən 
hissələr 
 
 
Şəkil 1.31. Yanğından mühafizə avadanlıqları. 
26 
 


 
1.6.5.
 
Yanğın təhlükəsinin xəbərdarlıq nişanları 
 
Unutmayın! 
Yanğının  insan  həyatı  üçün 
təhlükəli  olması  haqda  təhlükəsizlik  texnikası  üzrə 
mütəxəssis 
bütün 
işçiləri hərtərəfli 
təlimatlandırmalıdır (Şəkil 1.32). 
 
Diqqət!  “
Yanğın  həyatınız  üçün təhlükəlidir” 
nişanının göz önündə olması vacibdir. 
 
 
Şəkil 1.32.  Oddan istifadəni qadağan edən 
nişan. 
 
 
 
Sərbəst iş üçün tapşırıqlar 
1.
 
Rayonunuzda istifadə  edilən yeni  traktorla  işləməzdən  əvvəl tələb edilən  təlimatlanma  ilə 
tanış olun və əsas şərtləri yadda saxlayın; 
2.
 
Yaxınlıqdakı  fermer  təsərrüfatında  istifadə  edilən yeni  maşın,  avadanlıq  və  aqreqatlarla 
işləməzdən öncə təlimatlanmanın aparılması qaydaları ilə tanış olun; 
3.
 
Toxum səpən, şitil basdıran maşınlarla işləməzdən öncə təhlükəsizlik qaydaları ilə tanış olun; 
4.
 
Traktorun güc ayıran valından hərəkətə gətirilən kənd təsərrüfatı maşınları ilə işləməzdən 
öncə təlimatlanmanın aparılması qaydaları ilə tanış olun; 
5.
 
Rayonunuzda istifadə  edilən  taxılyığan,  pambıqyığan  və  ya    silos  yığan  kombaynlarla 
işləməzdən öncə təlimatlanma şərtləri ilə tanış olun, ümumi cəhətləri qeyd edin; 
6.
 
Rayonunuzda istifadə  edilən  taxılyığan,  pambıqyığan  və  ya  silos  yığan  kombaynlarla  işdən 
sonra  işçi  orqanların  texnoloji  qalıqlardan  (bitki  qalıqlarından,  torpaqdan)  təmizlənməsi 
qaydalarını sadalayın; 
7.
 
Hərəkətli hissələrdə,  fırlanan  mexanizmlərdə  nizamlama  işləri  apararkən  təhlükəsizlik 
qaydalarını izah edin; 
8.
 
Zəhərli-kimyəvi maddələr səpən  texnika  ilə  iş  zamanı  zəhərlənmələrdən qorunma 
tədbirlərini sadalayın; 
9.
 
Aqreqatın işi zamanı yanğından mühafizə qaydaları haqqında məlumat verin. 
10.
 
Sərbəst tapşırıqlar üzrə əldə etdiyiniz nəticələri qrup yoldaşlarınızla müzakirə edin. 
 
27 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə