İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   2   3   4   5   6   7   8   9   ...   31

 
1.
 
Yeni  maşın,  texnika  və  ya  aqreqatdan  istifadə  etməzdən  əvvəl 
təlimatlanma
 
 
 Bu təlim elementində yeni maşın, texnika və ya aqreqatdan istifadədən öncə bütün kənd 
təsərrüfatı əməliyyatlarında işləyənlərin təlimatlandırılması ilk növbədə maşından təyinatı üzrə 
düzgün istifadə edilməsi məqsədi daşıyır. 
Mexanizator kənd təsərrüfatı texnikasının quruluşunu bilməli və ondan istifadə qaydalarını 
mənimsəməlidir. 
Traktora  aqreqatlaşdırılan  kənd təsərrüfatı  texnikası  traktora  düzgün  qoşulmalı  və 
təhlükəsiz işi təmin edilməlidir. 
Əməliyyat yerinə  yetirilərkən  baş  verə  biləcək bədbəxt  hadisələrin  qarşısının  alınması 
məqsədi ilə təlimatlanma həyata keçirilir. Bu zaman kənd təsərrüfatı məhsullarının istehsalında 
istifadə olunan bütün maşın və mexanizmlərdən istifadədən əvvəl təlimatlandırma işləri yerinə 
yetirilməlidir.  Hər  bir  texnikanın  üzərində  quruluşu  və  istismar təlimat  kitabçası  olmalıdır. 
İstifadədən öncə  mexanizator  təlimat  kitabçası  ilə  tanış  olmalı  və  istifadə  zamanı  göstərilən 
təlimatlara  əməl edilməlidir.  Odur  ki,  tədris vəsaitinin birinci bölməsi bilavasitə  yeni  maşın, 
texnika və ya aqreqatlardan istifadə etməzdən əvvəl işçilərin bu texnikalardan istifadə etməsinə 
aid bütün təlimatları keçməsinə həsr edilmişdir.  
Təlimatlanma  xüsusi  yerlərdə  və  təlimatlandırma  işlərini yerinə  yetirən  mütəxəssislər 
tərəfindən həyata keçirilməlidir. 
Təlimatlanma başa çatdıqdan sonra həmin şəxslər müvafiq qaydada təlimat kitabında   
təlimatlanmaları  ilə  əlaqəli  imza  atmalı  və  bütün  bu  işlərdən məlumatlı  olduğunu  öz 
işlərində tətbiq etməyi bacarmalıdırlar.  
 
 
1.1.
 
CLAAS  Axion  820  markalı  traktordan  və  Case  420  Cotton  Express  markalı 
pambıqyığan kombayndan istifadədən öncə təlimatlanma 
Bu alt başlıqda  kənd təsərrüfatında istifadə edilən bütün maşın və aqreqatlardan istifadə 
etməzdən öncə  onlarda  işləmə  qaydalarının  təlimatlarının  aparılmasından  bəhs edilir. Enerji 
vasitəsi  kimi  CLAAS  traktorunun,  taxıl,  pambıqyığan  kombaynların  və  həmçinin  digər kənd 
təsərrüfatı  maşınlarının,  istismardan  əvvəl təlimatlandırılması  haqqında  məlumatlar 
veriləcəkdir.  
Claas  firmasının  istehsal  etdiyi  traktorlar  idarəsi  elektron  təchizatlı  olmaqla  sadədir. 
Respublikamızın  təsərrüfatlarında  Claas  Axion  və  Claas  Arion  markalı  traktorlardan  istifadə 
edilir.  
Yeni hazırlanan mütəxəssislər bu traktorlardan istifadə üzrə təlimat keçməlidir ki, istifadə 
edə bilsin. 
Eyni zamanda yeni maşın, texnika və ya aqreqatlardan istifadədən öncə təlimatlanmanın 
aparılması şərtləri burada öz əksini tapmışdır. 
13 
 


 
1.1.1.
 
CLAAS Axion 820 traktoru 
Bu təlim elementində yeni maşın, texnika və ya 
aqreqatlardan istifadə etməzdən əvvəl təlimatlanma 
haqqında məlumat verilir. 
Claas  Axion  820  traktoru  haqqında 
təlimatlanma (Şəkil 1.1). 
 
Şəkil 1.1. CLAAS Axion 820 traktoru 
 
1.1.2.
 
CLAAS firmasının istehsal etdiyi Axion 820 
traktorundan istifadədən öncə təlimatlanma 
Unutmayın!
  Kənd təsərrüfatında  bütün  kənd 
təsərrüfatı  maşınları  traktorlarla  aqreqatlaşır.  Odur 
ki, ilk olaraq traktordan istifadə etməzdən əvvəl hər 
bir işçi təlimatlanmalıdır. 
Almaniyanın  CLAAS
  firmasının  istehsal  etdiyi 
Axion  820
  traktorundan istifadə  etməzdən  əvvəl 
təlimatlanma ilə tanış olmaq lazımdır. 
Traktorçu kabinədə oturub sükanı sərbəst idarə 
etməlidir.  
Sükan  çarxının  hündürlüyü  və  mailliyi dəstək 
(Şəkil 1.2) vasitəsi ilə yerinə yetirilir. 
Sükan  çarxının  mailliyini  dəyişmək üçün 
dəstəyi endirib mailliyi düzəldib dəstəyi  buraxmaq 
lazımdır. 
Sükan  çarxını  qaldırmaq  üçün  dəstəyi  qaldırıb 
hündürlüyü düzəldib dəstəyi buraxmaq lazımdır. 
 
 
Şəkil. 1.2. Claas Axion 820 traktorunun 
sükan idarəsi 
 
 
 
 
1.1.3.
 
Claas  Axion  820  traktorunun  cihazlar 
lövhəsi  
Claas  Axion  820  traktorunun  cihazlar  lövhəsi 
(Şəkil 1.3)-də təsvir edilir. 
1 - Taxometr; 
2 - Közərmə indikatoru; 
3 - İkinci dərəcəli qəza siqnalı indikatoru; 
4 - Transmissiyan işiqlanma ekranı; 
5 - Qəza dayanması; 
6 - Fara işıqlanması indikatoru; 
 
Şəkil 1.3. Claas Axion 820 traktorunun 
cihazlar lövhəsi 
14 
 


 
7 - Traktorun dönmə indikatoru; 
8 - 1-ci qoşqunun dönmə indikatoru; 
9 - 2-ci qoşqunun dönmə indikatoru;  
10 - Arxa güc ayıran valın indikatoru; 
11 - Qabaq güc ayıran valın indikatoru; 
12 - güc ayıran valın avtomatikliyinin indikatoru; 
13 - Diferensialın qoşulma indikatoru;  
14 - Asma qabaq körpünün aktivləşdiricisinin indikatoru; 
15, 16, 17, 18 - İstifadə edilmir. 
19 - Əl tormozunun indikatoru; 
20 - Üzən diapazonun qoşucusunun indikatoru; 
21 - Qabaq körpünün qoşucusunun indikatoru; 
22 - Qəza məlumatları ekranı; 
23 - Yanacaq səviyyəsi indikatoru; 
24 - Mühərrikin soyuducu mayesinin temperaturunun indikatoru; 
25 - Akumlatorun dolması indikatoru. 
 
 
1.1.4.
 
Traktorun  transmissiyasının  ekranının 
indikasiyası - görünüşü 
Traktorun 
transmissiyasının 
ekranının 
indikasiyası-görünüşü (Şəkil 1.4)-də verilir: 
1 - Ümumi saat ölçən
2 - Qismən saat ölçən; 
3 - Arxa güc ayıran val (GAV)-qoşulması; 
4 - Qabaq GAV-ın qoşulması;  
5 - Mühərrikin iş rejimi (dövr/dəq); 
6 - İrəli hərəkət; 
7 - Reversorun neytral vəziyyəti
8 - Arxaya hərəkət; 
9 - Qoşulmuş ötürmə və ya transmissiyanın 
neytral vəziyyəti; 
10 - Traktorun hərəkət sürəti, kilometr/saat; 
11 - Güc ayıran valın seçilmiş rejimi, 540,1000 
dövr/dəq; 
12 - Seçilmiş məlumatın qiyməti (yuxarı bölgü). 
 
Şəkil 1.4. Traktorun transmissiyasının 
ekranının indikasiyası-görünüşü. 
15 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə