İxtisasın şifri və adı: 060406 – statiSTİka kurs: III qrup: 2772 Elmi rəhbər: İqtisad üzrə fəlsəfə doktoru Yusifov Y. X. Magistr proqramının rəhbəri: Dos. V. E. Teymurova Kafedra müdiri: Prof. S. M. Yaqubov baki 2016 m ü n d ə r I c a t


Beynəlxalq aspektdə iqtisadi və sosial inkişaf konsepsiyasına və makroiqtisadi proqnoz göstəricilərinə əsasən ümumi daxili məhsul istehsalı



Yüklə 0,8 Mb.
səhifə25/32
tarix27.12.2023
ölçüsü0,8 Mb.
#163853
1   ...   21   22   23   24   25   26   27   28   ...   32
ibad farida




3.3 Beynəlxalq aspektdə iqtisadi və sosial inkişaf konsepsiyasına və makroiqtisadi proqnoz göstəricilərinə əsasən ümumi daxili məhsul istehsalı


Beynəlxalq ticarət – beynəxalq əmtəə-pul əməliyyatları sferasıdır. Burada dünyanın bütün ölkələrinin xarici ticarətinin məcmusu əks olunur. Beynəlxalq ticarətin miqyası həmişə artır. Bütün ölkələr müəyyən dərəcədə beynəlxalq ticarətdən asılıdır. Lakin bu asılılıq müxtəlifdir. O, beynəlxalq ticarətin dəyərinin (ixrac-idxal) daxili milli məhsula nisbəti kimi müəyyənləşdirilir:

İnkişaf etmiş ərazisi və əhalisinin sayı az olan – ölkələr (Belçika, Niderland, İsveçrə, Danimarka, İsveç və s. ) üçün bu faiz 45-90% civarında dəyişir. Böyük İnkişaf etmiş ölkələr (Almaniya, İtaliya, İngiltərə, Fransa və s.) – 25-35% civarındadır. Yaponiya və ABŞ üçün bu faiz 11-13% arasında dəyişir.
Beynəlxalq ticarətin xarakterik xüsusiyyətləri:

  1. Müxtəlif valyutalardan istifadə;

  2. Dövlət nəzarəti;

  3. Ölkələr arasında istehsal amillərinin dəyişməsində fərqlər;

  4. Müasir beynəlxalq ticarətin çoxsəviyyəli quruluşu;

  5. Qiymətlərin müxtəlifliyinin qlobal xarakteri;

  6. İki qarşılıqlı axınların mövcudluğu ixrac – ödənilən çıxarma (aparılma).

Müasir dövrün reallıqları və tarixi faktlar təsdiq edir ki, dünyanın birqütblü olması beynəlxalq müstəvidə uzunmüddətli sabitlik vəd etmir. Birqütblü dünya daha çox güc mərkəzinin maraqları üzərində qurulduğundan bu zaman qlobal ədalət, bərabərhüquqlu əməkdaşlıq və bu kimi prinsiplər nəzərə alınmır.
SSRİ-nin dağıldıqdan sonra müasir beynəlxalq münasibətlər ABŞ-ın başçılığı altında Qərbin dominantlığı ilə səciyyələnir.
Dünyanın yeni parlamaqda olan qütbləri hələlik iqtisadi güc mərkəzləridir. Keçən əsrin varisi Rusiya, Asiyada Çin və Hindistan, Qərb yarımkürəsində Braziliya konturları cızılmaqda olan yeni dünyada əsas geoiqtisadi aktyorlar kimi görünürlər.
Hazırda dünya ərazisinin 25%-i, əhalisinin 40%-i, ÜDM-nin 14,6%-i bu qrupa daxil olan ölkələrdə cəmləşmişdir. Son 10 ildə qrup ölkələrinin ümumi iqtisadiyyatları 4,2 dəfə artmışdır. Aşağıdakı cədvəldən də göründüyü kimi bu ölkələrin göstəriciləri onların yeni dünya nəhənglərinə çevrilməsi potensialının real olduğunu göstərir.
Cədvəl 3.3.
BRİC qrupuna daxil olan ölkələrin potensiallarını göstərən əsas göstəricilər

Dünya üzrə sıralaması

Braziliya

Rusiya

Hindistan

Çin

Ərazi

5

1

7

3

Əhali

5

9

2

1

İşçi qüvvəsi

5

7

2

1

ÜDM (alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla)

7

6

3

2

Qızıl-valyuta ehtiyatları

7

4

6

1

Hərbi xərclər

12

5

10

2

Dünyanın nüfuzlu konsaltinq şirkətlərindən olan "Knight Frank” və "City Private Bank”ın birgə hazırladıqları hesabata əsasən 2050-ci ildə ÜDM-nin həcminə görə Çin və Hindistan ABŞ keçəcək, Braziliya isə ilk beşliyə daxil olacaq. Maliyyəçilərin fikrincə, 2010-2050-ci illərdə illik 8%-lik inkişaf göstəricisinə malik olmaqla Hindistan 2050-ci ildən sonrakı dövrdə Çini də üstələyəcək. Proqnozlara görə, 2050-ci ildə Hindistanda ÜDM-nin 85,97 trilyon dollar, Çində 80,02 trilyon dollar, ABŞ-da 39,07 trilyon dollar olması gözlənilir [27]
Amerika ilə Çin iqtisadiyyatını müqayisə etsək, Amerikanın iqtisadi gücü ilə dolların ehtiyat pul kimi mövqeyini müzakirə edək. Alıcılıq qabiliyyəti paritetinə görə hesablama apardıqda, Amerika qlobal ÜDM-nin 16 faizini istehsal edərkən, Çin, Hong Kong`la birlikdə, qlobal ÜDM-nin 17 faizi istehsal edə bilib. Mövcud məzənnələr nəzərə alınaraq hesablama etdikdə isə, Amerika`nın dünya ÜDM-sindəki payı 23 faiz, Çin-in 14 faiz olaraq reallaşıb.
Beynəlxalq ticarət göstəriciləri:

  1. Ölkələrin ümumi ixracının həcmi;

  2. Ölkələrin ümumi idxalının həcmi;

  3. İxrac kvotası;

  4. İdxal kvotası;

  5. Xarici ticarət kvotası;

  6. Ölkənin ixracının, idxalının dünya ixracında (idxalında) xüsusi çəkisi;

  7. Xarici ticarətin saldosu;

  8. Xarici ticarətin dövriyyəsi;

  9. Ölkənin iqtisadiyyatının beynəlxalq ticarətdən asılılıq səviyyəsidir.

İlk iki göstərici hər iki axından olan əmtəə və xidmətlərin dəyərinin sadəcə cəmlənilməsi yolu ilə hesablanılır.
İxracın artım tempi ilə ÜDM-nin artım tempini müqayisə etməklə ölkənin resurslarının BƏB-ə cəlb olunması dərəcəsinin dəyişmə perspektivləri barədə mühakimələr irəli sürmək olar. Əgər ixracın tempi ÜDM-nin tempini daim üstələyirsə, onda bu, ölkənin resurslarının BƏB-ə tam surətdə cəlb olunduğunu göstərir. Əgər üstələmə kifayət qədər ardıcıl surətdə baş vermirsə, onda bu, resursların BƏB-ə cəlb olunmasında istifadə edilməmiş imkanların mövcudluğunu əks etdirir. Əksinə, ÜDM-nin artım tempi ixracın artım tempindən yüksəkdirsə, bu, resursların BƏB sisteminə cəlb olunmasının zəifləməsindən xəbər verir.
Kəmiyyət göstəricisi kimi ixrac kvotasından (İxk) istifadə edilir. İxrac üçün əmtəələrin təklifinin məhdudlaşdırılması üsuludur. Bundan əlavə bu ixrac qiymətlərinin azalmasının və təbii ki, ixracdan gəlirlərin azalmasının qarşısını almağa imkan verir:

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə