İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 2364: Ləvat verən oğlanın qızı, bacısı və anası, ləvat edənə baliğ olduğu surətdə



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə132/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   128   129   130   131   132   133   134   135   ...   168

Məsələ 2364: Ləvat verən oğlanın qızı, bacısı və anası, ləvat edənə baliğ olduğu surətdə
haramdır, hərçənd xütnəgahdan az daxil olmuşsa da. Həmçinin ləvat verən kişi olsa və ya 
ləvat edən baliğ olmasa da lazım ehtiyata əsasən, hökm eynidir. Amma daxil olduğunu 
zənn edərsə və ya daxil olub-olmadığında şəkk edərsə, ona haram olmurlar. Həmçinin livat 
edənin anası, bacısı, qızı ləvat verənə haram deyil. 
 
Məsələ 2365: Əgər şəxs bir qadınla izdivac edərsə və izdivacdan sonra onun atası, qardaşı, 
ya oğlu ilə ləvat etsə, vacib ehtiyata əsasən, onlar ona haram olurlar. 
 
Məsələ 2366: Əgər bir kəs, həcc əməllərindən biri olan ehram halında, bir qadınla izdivac 
etsə, hərçənd o qadın ehramda olmasa belə onun əqdi batildir, əgər bilsə ki, arvad almaq 
ona haramdır, daha əbədi olaraq o qadını əqd edə bilməz. 
 
Məsələ 2367: Əgər ehram halında olan qadın, hərçənd ehram halında olmayan bir kişi ilə 
izdivac etsə, onun əqdi batildir. Əgər qadın bilsə ki, ehram halında izdivac etmək 
haramdır, vacib ehtiyat odur ki, sonra o kişi ilə heç vaxt izdivac etməsin. 
 
Məsələ 2468: Əgər kişi, ya arvad həcc və müfrədə ümrə əməllərindən biri olan Nisa təvafını 
yerinə yetirməsələr, Nisa təvafını yerinə yetirməyənə qədər cinsi ləzzətlər onlara halal 
olmaz. Amma əgər izdivac etsə, həlq və ya təqsir ilə ehramdan çıxmış olsa, nisa təvafını 
yerinə yetirməsə belə izdivacı səhihdir. 
 
Məsələ 2369: Əgər bir kəs baliğ olmayan qızı özü üçün əqd edərsə, qızın 9 yaşı tamam 
olmamışdan qabaq onunla yaxınlıq etməsi haramdır. Amma əgər yaxınlıq etsə, onu ifza 
(ifzanın mə`nası 2340-cı məsələdə deyildi) etmiş olsa belə, qız baliğ olandan sonra onunla 
yaxınlıq etməsi haram deyil. Amma əgər ifza edibsə, gərək onun diyəsini – bir insan 
öldürməyin qan pulunu versin, həmişəlik olaraq onun yaşayış xərclərini versin, hətta 
təlaqdan sonra. Üstəlik vacib ehtiyata görə, əgər o qız təlaqdan sonra başqası ilə izdivac 
etsə də xərclərini verməlidir. 
 
Məsələ 2370: Arada iki dəfə rücu və ya əqd olmaqla 3 dəfə təlaq verilən qadın ərinə haram 
olar. Amma əgər təlaq hökmlərində deyiləcək şərtlər ilə, başqa kişi ilə izdivac etsə və ikinci 
əri ilə təlaq versə, ya ölsə, onun iddəsinin zamanı keçəndən sonra birinci ər onu yenidən 
əqd edə bilər. 
DAİMİ ƏQDİN HÖKMLƏRİ 
 
Məsələ 2371: Daimi əqd olunan qadın, hərçənd ki, ərinin haqqı ilə ziddiyyəti olmasa belə, 
ərinin icazəsi olmadan evdən bayıra çıxması haramdır. Amma əgər zərurət bunu tələb etsə, 
ya onun evdə qalması ona çox çətin olsa, yaxud məskən ona münasib olmasa, icazəsiz çıxa 
bilər. Ərinin istədiyi hər vaxt cinsi ləzzətlər üçün özünü ona təslim etməsi və şər`i bir üzr 
olmasa, ərinin onunla cima etməsinin qarşısını almamalıdır. Qadına yemək, libas, mənzil 
və başqa ehtiyaclarını tə`min etmək ərinə vacibdir. Əgər tə`min etməsə, istər imkanı olsun, 
istər olmasın, qadına borcludur. Həmçinin qadının hüququndan biri budur ki, əri ona 
əzab-əziyyət verməsin, şər`i əsas olmadan onunla kobud və tünd rəftar etməsin. 
 
Məsələ 2372: Əgər qadın ərinə qarşı evlilik vəzifələrinə heç əməl etmirsə, onun yanında 
qalsa belə, ərinin üzərində yemək, libas və mənzil haqqı yoxdur. Əgər bə`zi vaxtlar onun 
qanuni cinsi istəkləri ilə əlaqədar öz vəzifəsinə əməl etməkdən imtina etsə, vacib ehtiyata 
görə nəfəqəsi saqit olmur. Amma imkansızlıq ilə belə, onun mehri saqit olmur. 
 
Məsələ 2373: Kişinin, öz arvadını ev işlərinə məcbur etməyə haqqı yoxdur. 
 


Məsələ 2374: Qadının səfərinin xərci evdəki xərcindən çox olsa, belə ki, ərinin icazəsi ilə 
səfərə getsə, ərinin öhdəsindədir. Amma maşın və ya təyyarə pulu və səfərlə bağlı digər 
xərclər qadının öz öhdəsindədir. Amma əgər ərinin meyli olsa ki, arvadını səfərə aparsın, 
gərək onun səfərinin xərclərini versin. Həmçinin, əgər zəruri səfər müalicə kimi məişət 
işləri baxımından olsa, hökm eynidir. 
 
Məsələ 2375: Xərci ərinin öhdəsində olan qadın öz xərcini, ər onun xərcini vermədiyi 
halda, icazəsiz onun malından götürə bilər. Əgər bu mümkün olmazsa və ərini onun 
xərclərini verməyə məcbur etmək üçün şəriət hakiminə də şikayət edə bilməyib öz 
dolanışığını tə`min etmək üçün işləmək məcburiyyətində qalarsa, xərcini tə`min etmək 
üçün işlədiyi zaman ərinə itaət etmək ona vacib deyildir. 
 
Məsələ 2376: Əgər kişinin iki arvadı olsa, birinin yanında bir gecə qalsa, vacibdir o birinin 
yanında da dörd gecə içərisində bir gecə qalsın. Bundan başqa surətdə başqa qadının 
yanında qalmaq vacib deyil. Amma onu tamamilə tərk etməməsi lazımdır. Övla və əhvət 
budur ki, kişi hər dörd gecənin bir gecəsini arvadının yanında qalsın. 
 
Məsələ 2377: Ər dörd aydan çox öz cavan daimi arvadını tərk edə bilməz. Amma əgər 
yaxınlıq etməyin ona zərəri və ya çox çətinliyi olarsa, ya qadın özü onun tərk olunmasına 
razı olsa və ya izdivac əqdi vaxtı onu tərk etməsini qadına şərt qoysa, tərk edə bilər. Vacib 
ehtiyata əsasən, bu hökmdə kişinin vətəndə və ya səfərdə olmağının bir fərqi yoxdur. 
Deməli, vacib ehtiyata görə, zəruri olmayan səfəri üzrlü səbəb olmadan və arvadının 
razılığı olmadan dörd aydan artıq davam etdirməsi caiz deyil. 
 
Məsələ 2378: Əgər daimi əqddə mehri tə`yin etməsələr, əqd səhihdir. Belə ki, kişi qadın ilə 
yaxınlıq etsə, gərək onun mehrini onun kimi olan qadınların mehri kimi versin. Amma 
müt`ədə mehri tə`yin etməsələr, bu iş bilməməzlik, qəflət, ya unudaraq olsa belə əqd batil 
olur. 
 
Məsələ 2379: Əgər daimi əqd oxuyan vaxt mehri vermək üçün müddət tə`yin etməsələr, 
istər ərinin mehri verməyə qüdrəti olsun, istərsə də olmasın, qadın mehr almamışdan 
ərinin yaxınlıq etməsinin qarşısını ala bilər. Amma əgər mehr almamışdan qabaq yaxınlıq 
etməyə razı olsa və əri onunla yaxınlıq etsə, ondan sonra şər`i üzrü olmadan ərinin yaxınlıq 
etməsinin qarşısını ala bilməz. 
MÜT`Ə (MÜVƏQQƏTİ İZDİVAC) 
 
Məsələ 2380: Qadına ləzzət aparmaq üçün olsa da, olmasa da siğə etmək səhihdir. Amma 
qadının, kişinin ondan heç bir cinsi ləzzət almamasını şərt edə bilməz. 
 
Məsələ 2381: Vacib ehtiyat odur ki, ər 4 aydan çox öz cavan olan müt`əsi ilə yaxınlıq 
etməyi tərk etməsin. 
 
Məsələ 2382: Siğə olan qadın əgər əqddə şərt etsə ki, əri onunla yaxınlıq etməsin, onun əqdi 
və şərti səhihdir və ər ondan ancaq başqa ləzzətləri apara bilər. Amma əgər sonradan 
yaxınlığa razı olsa, əri onunla yaxınlıq edə bilər. Daimi əqddə də hökm eynidir. 
 
Məsələ 2383: Siğə olmuş qadın, hamilə olsa da, xərcə haqqı yoxdur. 
 
Məsələ 2384: Siğə olunmuş qadının (kişi ilə) birlikdə yatmaq (onun evində sakin olmaq) 
haqqı yoxdur və ərindən irs aparmır, əri də ondan irs aparmaz. Əgər bir tərəfdən və ya hər 
iki tərəfdən irs aparmaq şərt edilərsə, bu şərtin səhih olması məhəlli işkaldır. Amma 
ehtiyata riayət etmək tərk olunmamalıdır. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə