İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq



Yüklə 5,01 Kb.

səhifə1/168
tarix26.10.2018
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   168


İZAHLI ŞƏRİƏT MƏSƏLƏLƏRİ 
 
Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun 
olaraq 
 
Bismillahir-rəhmanir-rəhim 
 
Ən e’timadlı şəxslərin şəhadətinə əsasən, bu şərif «İzahlı şəriət məsələləri» kitabı 
Ayətullahul-üzma Seyyid Sistani həzrətlərinin fətvalarına müvafiqdir. 
 
 
Əlhəmdu lillahi rəbbil-aləmin, vəssəlatu vəssəlamu əla əşrəfil ənbiyai vəl-mürsəlin, 
Mühəmmədin və alihit-təyyibinət-tahirin. Vəllə'nətud-daimətu əla ə'daihim minəl anə ila 
yəvmil qiyaməti. 
 
TƏQLİDİN HÖKMLƏRİ 
 
Məsələ 1:
 Hər bir müsəlmanın üsuli-dinə əqidəsi bəsirət və dəlil əsasında olmalıdır. Üsuli-
dində təqlid caiz deyil. Yə’ni üsuli-dində ayrı bir şəxsin sözünü, yalnız onun deməsinə 
e’timad edərək qəbul etmək olmaz. Amma haqq İslami əqidələrə yəqini olan bir şəxs onları 
izhar edirsə, bu əqidəsi bəsirət üzündən olmasa da, o şəxs müsəlman və mö’min sayılır, 
bütün İslam və iman hökmləri onun üzərində caridir. Müsəlman dinin zəruri və qəti olan 
hökmlərindən başqa, din hökmlərində ya müctəhid olub dini hökmləri çıxara bilməli, ya 
bir müctəhidə təqlid etməli, ya da öz təklifini (şər'i vəzifəsini) düzgün yerinə yetirməsinə 
yəqin edəcək bir şəkildə, ehtiyat yolu ilə əməl etməlidir. 
 
Məsələn, müctəhidlərin bə’zisi bir əməlin haram olduğunu, digərləri isə haram olmadığını 
söyləyirlərsə, o əməli etməməli və əgər bir əməli müctəhidlərdən bə’zisi vacib, digərləri isə 
müstəhəbb buyururlarsa, onu etməlidir. Deməli müctəhid olmayan şəxslərin və ehtiyata 
əməl edə bilməyənlərin bir müctəhidə təqlid etmələri vacibdir. 
 
Məsələ 2:
 Hökmlərdə təqlid, müctəhidin göstərişlərinə əməl etməkdir. Təqlid ediləcək 
müctəhid kişi, həddi-büluğa çatmış, ağıllı, 12 imam (ə.s) şiəsi, halalzadə, diri və adil 
olmalıdır. Adil, üzərinə vacib olan işləri yerinə yetirib, ona haram olan şeylərdən çəkinən 
şəxsə deyilir. İnsanın zahirdə yaxşı olması ədalətin nişanəsidir, belə ki, onunla bir yerdə 
yaşayan camaatdan, qonşulardan və ya onunla əlaqədə olan şəxslərdən onun haqqında 
soruşsalar, onun yaxşı bir insan olduğunu təsdiq etsinlər. Ehtiyac duyulan yerdə və ümumi 
məsələlərdə müctəhidlər arasında hətta icmalən olsa belə, fətva ixtilafı olduğu təqdirdə 
insanın təqlid etdiyi müctəhid ə’ləm olmalıdır. Yə’ni Allahın hökmlərini dərk etməkdə 
zəmanəsinin müctəhidlərinin hamısından daha bacarıqlı olmalıdır. 
 
Məsələ 3:
 Müctəhid və ə’ləmi üç yolla tanımaq mümkündür: 
 
1. İnsanın özü yəqin etsin; məsələn, insanın özü elm əhli olub müctəhid və ə’ləmi ayırd edə 
bilsin. 
 
2. Müctəhid və ə’ləmi tanıyan iki adil alimin, bir şəxsin müctəhid və ya ə’ləm olduğunu 
təsdiq etmələri ilə; yalnız bunlar kimi başqa iki adil alim, bunların sözlərinin əksini 
söyləməməsi şərti ilə; hətta bir şəxsin müctəhid və ya ə’ləm olmağı, insanın inamı və 
e'timadı olan xübrə (mütəxəssis) bir şəxsin sözü ilə də sübut oluna bilər. 
 


3. İnsan əqlin qəbul etdiyi yolla bir şəxsin müctəhid və ya ə'ləm olmasına xatircəm olsun. 
Məsələn, müctəhid və ə’ləmi tanımağa qadir olan və sözlərindən xatircəmlik hasil olan bir 
dəstə elm əhlinin bir şəxsin müctəhid və ya ə’ləm olduğunu təsdiq etmələri ilə. 
 
Məsələ 4:
 Müctəhidin fətvasını, yə'ni göstərişini əldə etməyin dörd yolu vardır: 
 
1. Müctəhidin özündən eşitmək. 
 
2. Müctəhidin fətvasını nəql edən iki adil şəxsdən eşitmək. 
 
3. Sözünə inanılmış bir şəxsdən eşitmək. 
 
4. Düzlüyünə əmin olunduğu halda müctəhidin risaləsində görmək. 
 
Məsələ 5:
 İnsan müctəhidin fətvasının dəyişdiyini yəqin etməyənə qədər, onun risaləsində 
yazılmış fətvalara əməl edə bilər. Əgər hökmün dəyişdiyinə sadəcə ehtimal versə, axtarış 
aparmaq lazım deyil. 
 
Məsələ 6:
 Ə’ləm müctəhidin fətva verdiyi bir məsələdə, o müctəhidin müqəllidi, yə’ni ona 
təqlid edən şəxs başqa müctəhidin fətvasına əməl edə bilməz. Amma fətva verməsə və 
«ehtiyat bu şəkildə əməl etməkdir» - deyərsə, məsələn; ehtiyat budur ki, namazın birinci və 
ikinci rük’ətində Həmdi oxuduqdan sonra şəxs bir surə oxumalıdır, müqəllid ya vacib 
ehtiyat deyilən bu ehtiyata əməl etməlidir, yaxud ondan sonrakı mərhələdəki ə'ləmlik 
dərəcəsini gözləməklə başqa bir müctəhidin fətvasına əməl etməlidir. Belə ki, əgər o 
müctəhid təkcə Həmdi kifayət bilirsə, buna əsasən o, surəni tərk edə bilər. Həmçinin ə’ləm 
müctəhid bir məsələnin üzərində düşünülməli və ya işkallı olduğunu deyərsə, bu da eyni 
hökmdədir. 
 
Məsələ 7:
 Ə’ləm müctəhid, bir məsələdə fətvasını verdikdən sonra və ya fətva verməzdən 
əvvəl, o məsələdə ehtiyat edərsə, məsələn; «nəcis bir qab kürr suda bir dəfə yuyularsa
pakdır, amma ehtiyat odur ki, üç dəfə yuyulsun» – deyirsə, onun müqəllidi bu ehtiyatı tərk 
edə bilər və buna müstəhəbb-ehtiyat deyilir. 
 
Məsələ 8:
 Əgər insanın təqlid etdiyi müctəhid dünyadan köçərsə, vəfatından sonra da 
dirilik hökmünü daşıyır. Buna görə, əgər o, diri olan müctəhiddən ə’ləm imişsə, ehtiyac 
duyulan məsələlərdə hətta icmalən olsa belə, fətva fərqləri olduğu təqdirdə vəfat etmiş 
müctəhidə təqlid etməkdə baqi qalmalıdır. Amma diri müctəhid ondan ə’ləm olarsa, diri 
müctəhidə təqlid etməlidir. Əgər onların hansının ə'ləm olması mə'lum olmasa, yaxud 
bərabər olsalar, öz əməlini hansı birisinin fətvasına uyğun yerinə yetirməkdə ixtiyar 
sahibidir. Amma əgər namazı tamam, yaxud qəsr qılmaq kimi ixtilaflı hallarda təklifinə 
icmali elmi olsa, yaxud icmalı höccət bərqərar olsa, ehtiyat vacibə əsasən hər iki fətvaya 
riayət etməlidir. Məsələnin əvvəlində gələn təqliddən əsas məqsəd, müctəhidin fətvasına 
əməl etmək deyil, müqəllid üçün müəyyən bir müctəhidin fətvalarına əməl etməyə iltizamlı 
olmasından ibarətdir. 
 
Məsələ 9:
 Mükəlləfin, öyrənməmək vasitəsi ilə günaha düşməsinə (yə'ni vacibi tərk 
etməsinə, yaxud haram iş görməsinə) ehtimal verdiyi məsələləri öyrənməsi lazımdır. 
 
Məsələ 10:
 İnsan, hökmünü bilmədiyi bir məsələylə qarşılaşarsa, ya ehtiyata əməl 
etməlidir, ya da deyilmiş şərtlərə əsasən bir müctəhidə təqlid etməlidir. Amma əgər o 
məsələdə, ə’ləm müctəhidin fətvasını öyrənmək imkanı yoxdursa, növbəti mərhələdə 
ə’ləmliyə, riayət etməklə qeyri-ə’ləmə təqlid etməyi caizdir. 



Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   168


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə