İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Tərəfin, onun sözünə e’tina edəcəyinə ehtimal verməlidir. Amma əgər tərəfin onun



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə8/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   4   5   6   7   8   9   10   11   ...   168

2. Tərəfin, onun sözünə e’tina edəcəyinə ehtimal verməlidir. Amma əgər tərəfin onun 
sözünə e’tina etməyəcəyini bilirsə, söyləməsi lazım deyil. 
 
Məsələ 137:
 İnsan, birisinin nəcis bir şeyi yediyini və ya nəcis libasla namaz qıldığını görsə, 
ona deməsi lazım deyil. 
 
Məsələ 138:
 Əgər evinin və ya xalçasının bir yeri nəcis olan bir kimsə, onun evinə girən 
şəxslərin bədən, libas və ya başqa bir şeylərinin rütubətli olaraq o nəcis yerə dəydiyini 
görsə, onda onun özü buna səbəb olmuşsa, əvvəlki məsələdə açıqlanan iki şərtlə məsələni 
onlara deməlidir. 
 
Məsələ 139:
 Əgər ev sahibi, yemək yeyən zamanda yeməyin nəcis olduğunu anlayarsa, 
yuxarıdakı məsələdəki ikinci şərtlə vəziyyəti qonaqlara deməlidir. Amma qonaqlardan biri 
başa düşsə, digərlərinə söyləməsi lazım deyil. Lakin onlarla müəyyən şəkildə bağlı olub 
onlara söyləmədiyi halda özünün də nəcis olaraq lazım hökmə müxalifət etməyə mübtəla 
olacağı halda, söyləməsi vacibdir. 
 
Məsələ 140:
 Əgər insanın kirayə etdiyi bir şey nəcis olarsa, 136-cı məsələdə keçən iki şərtlə, 
onun sahibinə söyləməlidir. 
 
Məsələ 141:
 Əgər uşaq, bir şeyin nəcis olduğunu və ya nəcis bir şeyi yuduğunu söyləyərsə, 
sözü qəbul edilməməlidir. Amma müməyyiz və pak-nəcisi yaxşı-yaxşı dərk edən bir uşaq 
bir şeyi yuduğunu söyləyərsə, əgər o şey onun istifadə etdiyi bir şey olsa və ya onun 
sözündən insana xatircəmlik gəlsə, sözü qəbul edilməlidir. Həmçinin bir şeyin nəcis 
olduğunu söyləyərsə yenə də hökm eynidir. 
 
 
MÜTƏHHİRAT 
 
Məsələ 142:
 On iki şey nəcasatı pak edir. Bu şeylərə mütəhhirat (pak edicilər) deyilir: 1. 
Su. 2. Torpaq. 3. Günəş. 4. İstihalə. 5. İnqilab. 6. İntiqal. 7. İslam. 8. Təbiyyət. 9. Eyni 
nəcasətin aradan getməsi. 10. Nəcis yeyən heyvanın istibrası. 11. Müsəlmanın (bir müddət) 
gözdən qeyb olması. 12. Başı (şəriət qaydaları əsasında) kəsilən heyvandan bir miqdar qan 
axması. 
 
Bunların hökmləri gələcək məsələlərdə geniş şəkildə açıqlanacaqdır. 
1. Su 
 
Məsələ 143:
 Su, nəcis bir şeyi dörd şərtlə pak edər: 
 
1. Su saf (mütləq) olsun, gülab suyu və söyüdün suyu kimi, muzaf olan su nəcis şeyi pak 
etməz. 
 
2. Pak olsun. 
 
3. Su, nəcis şeyi yuyarkən muzafa çevrilməsin və təkrar yumanın lazım olmadığı halda son 
yuyulmada su nəcasatın qoxu, rəng və ya dadını özünə almasın; amma ondan qabaqkı 
yuyulmalarda dəyişməsinin bir zərəri yoxdur. Məsələn, iki dəfə yuyulması lazım olan bir 
şeyi, kürr və ya az su ilə yuduqda, birinci yuyulmada su dəyişsə də, ikinci dəfə dəyişilməmiş 
su ilə paklasalar, o şey pak olar. 
 


4. Nəcis şeyi yuduqdan sonra, onda eyni nəcisin kiçik zərrələri qalmamalıdır. Nəcis şeyin az 
su, yə’ni kürrdən az olan su ilə paklanmasının digər şərtləri də vardır ki, onlar daha sonra 
açıqlanacaq. 
 
Məsələ 144:
 Nəcis qabın iç hissəsi, az su ilə üç dəfə yuyulmalıdır. Həmçinin ehtiyat vacib 
olaraq kürr, axar suda da və yağış suyunda üç dəfə yuyulmalıdır. Amma içərisində itin su 
və ya buna bənzər axıcı bir şeyi yediyi qaba, əvvəlcə pak torpaq sürtülməli, torpaq 
təmizlənib aradan aparıldıqdan sonra az, kürr və ya axar suda iki dəfə yuyulmalıdır. 
Həmçinin, itin yaladığı qab yumaqdan qabaq torpaqla sürtülməlidir. İçinə itin ağzının 
suyu töküldüyü yaxud bədəninin bir yeri toxunan qabın da ehtiyat lazım olaraq əvvəlcə 
torpaqla sürtülməsi və sonra üç dəfə su ilə yuyulması lazımdır. 
 
Məsələ 145:
 İtin ağzını sürtdüyü qabın ağzı dardırsa, əvvəlcə içinə torpaq töküb o qabın 
içinin hər tərəfinə torpaq çatıncaya qədər şiddətlə silkələməli və sonra qeyd edildiyi şəkildə 
yuyulmalıdır. 
 
Məsələ 146:
 Donuzun yaladığı və ya içində axıcı bir şey içdiyi və yaxud içində çöl siçanı 
öldüyü qab az, kürr və ya axar suda yeddi dəfə yuyulmalıdır; torpaqla sürtülməsi lazım 
deyil. 
 
Məsələ 147:
 Şərabla nəcis olan qab kürr, ya, axar və ya bu kimi sularla olsa belə 3 dəfə 
yuyulmalıdır. Müstəhəbb ehtiyat budur ki, yeddi dəfə yuyulsun. 
 
Məsələ 148:
 Nəcis palçıqdan hazırlanmış və ya nəcis su, hopmuş kuzə əgər axar su və ya 
kürr suya buraxılarsa, suyun dəydiyi hər yer pak olur. Onun içini də paklamaq istəsələr, 
kürr su və ya axar suda su hər tərəfinə dəyincəyə qədər qalmalıdır. Əgər o qabda onun 
içinə suyun toxunmasına mane olan bir rütubət varsa, qabaqca onu qurudub sonra axar və 
ya kürr suya qoymaq lazımdır. 
 
Məsələ 149:
 Nəcis qabın az su ilə iki şəkildə yuyulması mümkündür: 
 
1) Üç dəfə doldurub boşaltmaqla; 
 
2) Üç dəfə içərisinə bir az su tökülür, hər dəfəsində su, qabın nəcis olan hər yerinə çatacaq 
şəkildə çalxalanıb çölə tökülür. 
 
Məsələ 150:
 Qazan və xum kimi nəcis olmuş böyük bir qab su ilə doldurulub-boşaldılmaqla 
pak olur. Həmçinin, əgər ona yuxarıdan aşağıya doğru hər tərəfinə yetişəcək şəkildə üç 
dəfə su töksələr və hər dəfəsində dibində toplanan suyu çıxarıb atsalar pak olur. Suları 
kənara çıxarmaq üçün işlədilən qabın ikinci və üçüncü dəfəsində yuyulması ehtiyat 
müstəhəbbdir. 
 
Məsələ 151:
 Əgər nəcis mis və ona bənzər şeyləri əridib sonra suya çəksələr, onun zahiri 
pak olur. 
 
Məsələ 152:
 Bövl ilə nəcis olan təndirə, hər tərəfinə yetişəcək şəkildə yuxarıdan aşağıya 
doğru bir dəfə su tökərlərsə, pak olar. Amma bu işin iki dəfə görülməsi ehtiyat-
müstəhəbbdir. Bövldən başqa bir şeylə nəcis olmuşdursa, nəcasatın özü aradan 
qaldırıldıqdan sonra, qeyd edildiyi şəkildə üzərinə bir dəfə su tökülməsi kifayətdir. Suların 
cəm olması üçün təndirin dibində bir çuxur qazıb, orda yığılan suları çıxardıqdan sonra, o 
çuxuru pak torpaqla doldurmaq daha yaxşıdır. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə