İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


-cu şərt: Sudan istifadə etməyin dəstəmaz alan üçün bir maneçiliyi olmamalıdır



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə16/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   12   13   14   15   16   17   18   19   ...   168

10-cu şərt: Sudan istifadə etməyin dəstəmaz alan üçün bir maneçiliyi olmamalıdır. 
 
Məsələ 287:
 Dəstəmaz aldığı zaman xəstələnəcəyindən və ya suyu dəstəmaz üçün istifadə 
etdiyi təqdirdə susuz qalacağından qorxan şəxsin vəzifəsi, dəstəmaz almaq deyildir. Əgər 
sudan istifadə etdiyi zaman ona zərərli olduğunu bilməyib dəstəmaz alarsa, həqiqətdə isə 
suyun ona zərəri varsa, dəstəmazı batildir. 
 
Məsələ 288:
 Əgər üz və qollarına dəstəmazın səhih olacağı az bir miqdarda su 
toxundurmasının zərəri olmazsa və ondan çoxunun zərəri olarsa, o az miqdar su ilə 
dəstəmaz almalıdır. 
 
11-ci şərt: Dəstəmaz üzvlərində suyun bədənə yetişməsinin qarşısını alacaq bir maneə 
olmamalıdır. 
 
Məsələ 289:
 Əgər dəstəmaz üzvlərinə bir şeyin yapışdığını bilirsə, amma onun suyun 
yetişməsinə mane olub-olmadığında şəkk edirsə, onu aradan aparmalı və ya suyu onun 
altına çatdırmalıdır. 
 
Məsələ 290:
 Dırnağın altının çirkli olmasının dəstəmaz üçün maneçiliyi yoxdur; amma əgər 
dırnaq kəsildiyi zaman, o çirklər suyun dəriyə çatmasına maneçilik törədərsə, dəstəmaz 
üçün onların təmizlənməsi lazımdır. Həmçinin əgər dırnaq normadan artıq uzun olarsa, 
normadan artığının altındakı çirklər təmizləmək gərəkdir. 
 
Məsələ 291:
 Üzdə, qollarda, başın ön hissəsində və ya ayaqlarının üstündə yanıq və ya 
başqa bir səbəbdən qabarma olarsa, onun üstünü yumaq və ya məsh etmək kifayətdir. Bu 
qabarma deşilsə də, dərinin altına suyu çatdırmaq lazım deyil. Hətta əgər qabarın bir 
bölümünün dərisi soyulsa belə, suyu soyulmamış olan qisminin altına çatdırmaq vacib 
deyil. Amma soyulmuş dəri bə`zən bədənə yapışır, bə`zən də qalxırsa, onu qopartmalı və ya 
suyu onun altına çatdırmalıdır. 
 
Məsələ 292:
 İnsan dəstəmaz üzvlərinə bir şeyin yapışıb-yapışmadığında şəkk edərsə, bu 
halda əgər onun ehtimalı camaatın nəzərində yerli bir ehtimal sayılarsa, məsələn, palçıq 
qarışdırdıqdan sonra qoluna palçıq yapışıb-yapışmadığında şəkk edərsə, ona baxmalı və ya 
olduğu təqdirdə belə, aradan qaldırıldığına və ya suyun onun altına yetişdiyinə əmin 
oluncaya qədər o üzvü sürtməlidir. 
 
Məsələ 293:
 Əgər yuyulması və ya məsh edilməsi lazım gələn bir yer çirkə bulaşmışsa, 
amma suyun bədənə yetişməsinə mane olmasa, bir eybi yoxdur. Həmçinin gəc düzəltmə və 
buna bənzər işlərdən sonra əlin üstündə qalan və suyun dəriyə yetişməsinə mane olmayan 
ləkələrin də maneçiliyi yoxdur. Amma əgər onların olduğu təqdirdə suyun bədənə yetişib-
yetişməməsində şəkk edərsə, gərək onları aradan qaldırsın. 
 
Məsələ 294:
 Dəstəmazdan əvvəl dəstəmaz üzvlərinin bə`zisində suyun dəriyə yetişməsinə 
mane olan bir şeyin olduğunu bilərsə və dəstəmaz aldıqdan sonra dəstəmaz alarkən suyu 
ora çatdırıb-çatdırmadığında şəkk edərsə, dəstəmazı səhihdir. 
 
Məsələ 295:
 Əgər dəstəmaz üzvlərindən bə`zisində suyun bə`zən onun altına keçdiyi, bə`zən 
də keçmədiyi bir maneə olarsa və insan dəstəmaz aldıqdan sonra suyun onun altına keçib-
keçmədiyində şəkk edərsə, bu halda dəstəmaz alarkən suyun onun altına keçməsini 
nəzərdə tutmadığını bilirsə, yenidən dəstəmaz alması müstəhəbb ehtiyatdır. 
 


Məsələ 296:
 Dəstəmazdan sonra dəstəmaz üzvlərində suyun dəriyə keçməsinin qarşısını 
alan maneənin olduğunu görsə və onun dəstəmaz alanda mövcud olduğunu, yoxsa 
sonradan meydana gəldiyini bilməzsə, dəstəmazı səhihdir. Amma dəstəmaz alarkən o 
maneədən agah olmadığını bilirsə, yenidən dəstəmaz alması müstəhəbb ehtiyatdır. 
 
Məsələ 297:
 Dəstəmaz aldıqdan sonra dəstəmaz üzvlərində suyun dəriyə keçməsinin 
qarşısını alan bir maneənin olub-olmadığında şəkk edərsə, dəstəmazı səhihdir. 
 
 
DƏSTƏMAZIN HÖKMLƏRİ 
 
Məsələ 298:
 Dəstəmazın əməllərində və şərtlərində (suyun pak olması və qəsbi olmaması 
kimi) çox şəkk edən şəxs gərək öz şəkkinə e`tina etməsin. 
 
Məsələ 299:
 Dəstəmazının batil olub-olmadığında şəkk edərsə, dəstəmazın batil olmadığını 
əsas götürməlidir. Amma əgər bövldən sonra istibra etməmiş dəstəmaz almış olsa və 
dəstəmazdan sonra ondan bövl olub-olmadığını bilmədiyi bir nəmlik zahir olsa, dəstəmazı 
batildir. 
 
Məsələ 300:
 Bir şəxs dəstəmaz alıb-almadığı barədə şəkk edərsə, dəstəmaz almalıdır. 
 
Məsələ 301:
 Dəstəmaz almasını bilən şəxsdən bir hədəs baş versə, misal üçün, bövl etsə, o 
da hansının əvvəl olduğunu bilməsə, onda bu, namazdan əvvəl olsa gərək dəstəmaz alsın. 
Əgər namaz əsnasında olsa, gərək namazı tərk edib dəstəmaz alsın, əgər namazdan sonra 
olsa, qıldığı namaz səhihdir, amma sonrakı namazlar üçün dəstəmaz almalıdır. 
 
Məsələ 302:
 Əgər dəstəmaz aldıqdan sonra və ya dəstəmaz aldığı zaman dəstəmaz 
üzvlərinin bə`zi yerlərini yumadığını və ya məsh etmədiyini yəqin edərsə, əgər çox vaxt 
keçdiyindən o yerdən öncə olan yerlərin rütubəti qurumuşsa, yenidən dəstəmaz almalıdır. 
Ancaq qurumamış olsa və ya havanın isti olması və buna bənzər bir səbəb üzündən 
qurumuş olsa, yadından çıxardığı yeri və ondan sonrakı yerləri yumalı və məsh etməlidir. 
Dəstəmaz aldığı zaman bir yerin yuyulmasında və ya məsh edilməsində şəkk edərsə, yenə 
də bu qaydaya əməl etməlidir. 
 
Məsələ 303:
 Əgər namazdan sonra dəstəmaz alıb-almamasında şəkk etsə, namaz səhihdir, 
lakin sonrakı namazlar üçün gərək dəstəmaz alsın. 
 
Məsələ 304:
 Əgər namaz əsnasında dəstəmaz alıb-almadığında şəkk edərsə, ehtiyat vacib 
görə dəstəmaz alıb, yenidən namaz qılması gərəkdir. 
 
Məsələ 305:
 Namazdan sonra, dəstəmazının batil olmuş olduğunu bilərsə, amma namazdan 
qabaqmı, yoxsa sonramı batil olduğunda şəkk edərsə, qıldığı namaz səhihdir. 
 
Məsələ 306:
 İnsanda yaranan bir xəstəlik üzündən ondan damla-damla bövl gəlirsə və ya 
ğaitinin çıxmasının qarşısını ala bilmirsə, bu halda əgər namaz vaxtının əvvəlindən sonuna 
qədər olan müddət ərzində dəstəmaz alıb namaz qıla biləcək miqdarda fürsət tapacağına 
yəqini varsa, namazı fürsət tapacağı vaxtda qılmalıdır. Əgər fürsəti yalnız namazın 
vacibinə yetəcək qədər olsa, fürsət tapan kimi namazın yalnız vaciblərini yerinə yetirməli, 
azan, iqamə və qunut kimi müstəhəbb olan şeyləri tərk etməlidir. 
 
Məsələ 307:
 Əgər dəstəmaz və namazın bir hissəsinə yetəcək qədər bir fürsət tapırsa və 
namaz əsnasında bir və ya bir neçə dəfə ondan bövl və ya ğait xaric olursa, lazım ehtiyat 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə