İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 445: Əgər qadın bir qan görüb heyz qanı, yoxsa istihazə qanımı olduğunda şəkk



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə24/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   20   21   22   23   24   25   26   27   ...   168

 
Məsələ 445: Əgər qadın bir qan görüb heyz qanı, yoxsa istihazə qanımı olduğunda şəkk 
edərsə, heyz nişanələrini daşıdığı təqdirdə, o qanı heyz hesab etməlidir. 
 
Məsələ 446: Əgər qadın heyz və ya bəkarət qanı olduğunu bilmədiyi bir qan görsə, özünü 
yoxlamalıdır: yə`ni fərcinə bir miqdar pambıq daxil edib, bir az gözlədikdən sonra 
çıxarmalıdır, əgər pambığın ətrafı bulaşmışdırsa, bəkarət qanıdır. Əgər qan onun hər 
yerinə yetişibsə, heyz qanıdır. 
 
Məsələ 447: Əgər üç gündən az qan görərsə və pak olduqdan sonra yenidən üç gün qan 
görərsə, ikinci qan heyzdir. Birinci dəfə gördüyü qan adət günlərində olsa belə, heyz 
deyildir. 
HAİZİN HÖKMLƏRİ 
 
Məsələ 448: Haiz olan qadına aşağıda sayılan bir neçə şey haramdır: 
 
1. Namaz kimi dəstəmaz, qüsl və ya təyəmmümlə yerinə yetirilməsi lazım olan ibadətlər; 
Əgər haiz qadın bu kimi əməlləri səhih əməl qəsdi ilə yerinə yetirsə, caiz deyil. Lakin 
meyyit namazı kimi dəstəmaz, qüsl və ya təyəmmüm tələb etməyən ibadətləri yerinə 
yetirsə, eybi yoxdur. 
 
2. Cənabət hökmlərində izah olunan və cünub şəxsə haram olan şeylərin hamısı; 
 
3. Sünnət yerinə qədər daxil olsa məni gəlməsə də belə, qa-baqdan cima etmək həm qadına, 
həm də kişiyə haramdır. Hətta vacib ehtiyata əsasən sünnət yerindən azını da daxil 
etməməlidir. Bu hökm arxadan edilən yaxınlığa şamil deyil. Amma kişi ehtiyata əsasən 
istər arvadı haiz olsun, istərsə olmasın, qadın razı olmadıqda onunla arxadan əlaqədə 
olmamalıdır. 
 
Məsələ 449: Qadının heyz olduğu qəti olaraq mə`lum olmadığı, amma şər`ən özünü heyzli 
hesab etməsi lazım olan günlərdə də, onunla cima etmək haramdır. O halda on gündən çox 
qan görən və sonradan açıqlanacaq göstərişlərə əməl edən qadın gərək öz qohumlarının 
adət günlərini özünə heyz qərar versin. Əri o günlərdə onunla yaxınlıq edə bilməz. 
 
Məsələ 450: Əgər kişi öz qadını ilə heyz halında yaxınlıq etsə, istiğfar etməsi lazımdır. 
Yaxşı olmasına baxmayaraq kəffarə vacib deyil. 
 
Məsələ 451: Haiz qadınla yaxınlıqdan başqa, öpüşmək və oynaşmaq kimi sair ləzzətlər 
almağın eybi yoxdur. 
 
Məsələ 452: Heyz halında ikən qadına təlaq vermək təlaq hökmlərində izah olunacağı kimi, 
batildir. 
 
Məsələ 453: Qadın heyzli olduğunu və ya heyzdən pak olduğunu söyləyərsə, yalan 
danışmaqla ittiham edilmirsə, sözü qəbul edilməlidir. Əks təqdirdə, sözünün qəbul edilməsi 
məhəlli-işkaldır. 
 
Məsələ 454: Əgər qadın namaz əsnasında haiz olsa, namazı batildir. Hətta əgər heyz
axırıncı səcdədən sonra və salamın axırıncı hərfindən qabaq olsa, vacib ehtiyata görə batil 
olur. 
 


Məsələ 455: Əgər qadın namaz əsnasında haiz olub-olmamasında şəkk edərsə, namazı 
səhihdir. Amma namazdan sonra, namaz əsnasında haiz olduğunu başa düşərsə, qıldığı 
namaz batildir. 
 
Məsələ 456: Qadının, heyz qanından pak olduqdan sonra namaz, dəstəmaz və ya qüsllə, 
yaxud təyəmmüm ilə yerinə yetirilən digər ibadətlər üçün qüsl etməsi vacibdir. Heyz qüslü 
eynilə cənabət qüslü kimi yerinə yetirilir. Dəstəmaz əvəzinə də kifayət edir. Qüsldən qabaq 
dəstəmaz da alması daha yaxşıdır. 
 
Məsələ 457: Qadına, heyz qanından pak olduqdan sonra qüsl etməyibsə də, təlaq vermək 
səhihdir və əri də onunla cima edə bilər. Amma cimanın fərcin yuyulmasından sonra 
edilməsi lazım-ehtiyata əsasəndir. Habelə qüsl etməzdən qabaq, onunla cima etməkdən 
çəkinməsi ehtiyat-müstəhəbbdir. Amma məsciddə dayanmaq və Qur`anın yazısına 
toxunmaq kimi heyzli olduğu zaman təharətin şərt olması səbəbindən ona haram olan 
şeylər, qüsl etməyincə halal olmaz. Həmçinin vacib ehtiyata görə, məsciddə dayanmaq kimi 
haramlığı təharətin şərt olduğuna görə haram olması sübuta yetməyən işlər də eyni hökmü 
daşıyır. 
 
Məsələ 458: Əgər su, dəstəmaz və qüslə kifayət edəcək qədər olmasa, yalnız qüsl edəcək 
miqdarda olarsa, bu halda qüsl etməlidir. Dəstəmaz əvəzinə də təyəmmüm etməsi daha 
yaxşıdır, əgər su yalnız dəstəmaza yetəcək miqdarda olsa və qüslə yetəcək miqdarda 
olmasa, onunla dəstəmaz alması daha yaxşıdır, qüsl əvəzi olaraq, təyəmmüm etməlidir. 
Əgər onlardan heç birisi üçün suyu olmasa, bu zaman qüsl əvəzinə təyəmmüm etməlidir. 
Daha yaxşısı odur ki, dəstəmaz əvəzinə də təyəmmüm etsin. 
 
Məsələ 459: Qadının heyzli olduğu zaman qılmadığı namazların qəzası yoxdur. Amma 
heyzli ikən tutmadığı Ramazan ayının oruclarını qəza etməlidir. Həmçinin lazım-ehtiyata 
əsasən, nəzir səbəbilə müəyyən vaxtda vacib olub, (amma həmin vaxtda) heyz halında 
olduğu üçün tutmadığı orucları da qəza etməlidir. 
 
Məsələ 460: Əgər namaz vaxtı daxil olsa və qadın namazını tə`xirə salacağı təqdirdə, heyzli 
olacağını bilirsə, dərhal namazını qılmalıdır. Həmçinin lazım-ehtiyata əsasən, namazını 
tə`xirə salacağı təqdirdə, haiz olacağına ehtimal verərsə də, hökm eynidir. 
 
 
Məsələ 461: Əgər qadın namazını tə`xirə salsa və vaxtın əvvəlindən bütün müqəddimələr 
ilə birlikdə, o cümlədən dəstəmaz (və ya qüsl) almaq pak libas tədarük görmək və s. ilə 
namaz qıla biləcəyi qədər vaxt keçdikdən sonra haiz olsa, həmin namazın qəzası ona 
vacibdir. Hətta əgər vaxt daxil olsa və dəstəmaz, qüsl və ya təyəmmümlə bir namaz qıla 
bildiyi halda qılmamış olsa, vacib ehtiyata görə, onun qəzasını qılmalıdır, hərçənd sair 
şəraitləri tədarük görməyə vaxt çatmayıbsa belə. Amma tələsik qılma, yavaş oxuma və 
digər şeylərdə öz vəziyyətini nəzərə almalıdır, məsələn, səfərdə olmayan bir qadın əgər 
günorta vaxtının əvvəlində namaz qılmazsa, onun qəzası ancaq günortanın əvvəlindən su 
ilə dəstəmaz və ya təyəmmüm alıb dörd rük`ət namaz qıla biləcək qədər bir müddət 
keçdikdən sonra haiz olursa, vacibdir. Müsafir olan qadın üçünsə təharət hasil etdikdən 
sonra iki rük`ət namaz qıla biləcək qədər müddətin keçməsi kifayətdir. 
 
Məsələ 462: Əgər qadın namazın vaxtının axırında qandan pak olsa, qüsl edib bir rük`ət, 
yaxud bir rük`ətdən çox namaz qılmağa vaxtı olmuş olsa, o namazı qılmalıdır. Əks 
təqdirdə, onun qəzasını yerinə yetirməlidir. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə