İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 463: Əgər haiz qadın paklandıqdan sonra qüsl edəcək qədər vaxtı olmasa, amma



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə25/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   21   22   23   24   25   26   27   28   ...   168

Məsələ 463: Əgər haiz qadın paklandıqdan sonra qüsl edəcək qədər vaxtı olmasa, amma 
təyəmmüm ilə namazı vaxtında qıla bilərsə, vacib ehtiyat odur ki, o namazı təyəmmüm ilə 
qılsın. Əgər qılmasa qəza etməlidir. Amma əgər vaxtın darlığından başqa, ayrı bir səbəbə 
görə, vəzifəsi təyəmmüm etmək olsa, məsələn, suyun ona zərəri olsa, təyəmmüm edib, o 
namazı qılmalıdır. Əgər qılmasa, qəza etməlidir. 
 
Məsələ 464: Heyzli qadın pak olduqdan sonra namaz üçün vaxt qalıb-qalmadığında şəkk 
edərsə, namazını qılmalıdır. 
 
Məsələ 465: Əgər hədəsdən pak olub bir rük`ət qıla biləcək qədər vaxt qalmadığını zənn 
edib namaz qılmazsa və sonradan vaxt qalmış olduğunu anlayarsa, o namazın qəzasını 
qılmalıdır. 
 
Məsələ 466: Heyzli qadının, namaz vaxtında özünü qandan pak edib, pambıq və dəsmalı 
dəyişdirərək, dəstəmaz alması və əgər dəstəmaz ala bilmirsə, təyəmmüm etməsi və namaz 
yerində üzü qibləyə oturaraq, zikr, dua və salavat deməyə məşğul olması müstəhəbbdir. 
 
 
Məsələ 467: Qur`an oxumaq və onu yanında saxlamaq, bədənindən bir yeri Qur`anın 
yazılarının arasına toxundurmaq, həna qoymaq və bu kimi şeylər bir qrup fəqihin dediyinə 
əsasən, haiz üçün məkruhdur. 
Haiz qadınların qismləri 
 
Məsələ 468: Haiz qadınlar altı qismdir: 
 
1. Adəti-vəqtiyyə və ədədiyyə sahibi olanlar. Belələri iki ay dalbadal müəyyən bir vaxtda 
heyz qanı görər və onların heyz günlərinin sayı hər iki ayda eyni olar. Məsələn, iki ay 
dalbadal hər ayın əvvəlindən yeddisinə kimi qan görərlər. 
 
2. Adəti-vəqtiyyə sahibi olanlar. Bunlar iki ay dalbadal müəyyən vaxtda heyz qanı görər, 
amma onun heyz günlərinin sayı hər iki ayda bir olmaz, məsələn, iki ay dalbadal hər ayın 
əvvəlində qan görər, amma birinci ayın yeddinci günü və ikinci ayın səkkizinci günü 
qandan pak olarlar. 
 
3. Adəti-ədədiyyə sahibi olanlar. Bu cür qadınların heyz günlərinin sayı iki ay dalbadal bir 
sayda olar, amma o iki qanı görməkdə vaxt bir olmaz, məsələn, birinci ayın beşindən 
onuna qədər və ikinci ayın on ikisindən on yeddisinə qədər qan görərlər. 
 
4. Müztəribə olanlar. Belə qadınlar bir neçə ay qan görər, amma müəyyən bir adət 
tapmazlar. Onlar adəti pozulmuş və yeni adəti isə tapmamış qadınlardır. 
 
5. Mübtədiə olanlar. Birinci dəfə qan görənlər bu qrupa aiddir. 
 
6. Nasiyə olanlar. Onlar öz adətini yadından çıxaranlardır. 
 
Bunların hər birinin müəyyən hökmü vardır ki, gələcək məsələlərdə deyiləcək. 
1. Adəti-vəqtiyyə və ədədiyyə sahibi olanlar 
 
Məsələ 469: Adəti-vəqtiyyə və ədədiyyə sahibi olan qadınlar iki qismdirlər: 
 


1. İki ay dalbadal müəyyən vaxtda heyz qanı görüb, müəyyən vaxtda da qandan kəsilən 
qadın; məsələn, iki ay dalbadal ayın birinci günündən qan görməyə başlayıb, yeddinci 
günü də pak olur. Bu qadının heyz adəti ayın birindən yeddisinə qədərdir. 
 
2. Qadın iki ay dalbadal öz müəyyən vaxtında heyz qanı görür və üç gün, yaxud daha çox 
qan gördükdən sonra bir gün və ya bir neçə gün pak olub yenidən qan görürsə və qan 
gördüyü günlərlə ortada pak olduğu günlər on gündən artıq olmasa və hər iki ayda qan 
gördüyü günlərlə ortada pak olduğu günlər eyni sayda olsa onun adəti qan gördüyü 
qədərdir, qan görüb və ortada pak olduğu günlərin toplusu qədər deyil. Beləliklə gərək qan 
gördüyü və pak olduğu günlərin sayı hər iki ayda eyni olsun. Məsələn, əgər birinci ayda və 
həmçinin ikinci ayda ayın birinci günündən üçüncü gününə kimi qan görsə və üç gün pak 
olsa və ikinci dəfə üç gün qan görsə bu qadının adəti (qan gördüyü) altı gündür. Arada pak 
olduğu 3 gündə isə, vacib ehtiyata görə, haizə haram olan işləri tərk etməli, müstəhazənin 
əməllərini də əmələ gətirməlidir. Əgər ikinci ayda qan gördüyü günlərin sayı az və ya çox 
olarsa, bu qadın ədədiyyə adətinin yox, vəqtiyyə adətinin sahibidir. 
 
Məsələ 470: Adəti-vəqtiyyə sahibi olan qadın (istər adəti-ədədiyyəsi də olsun, istərsə 
olmasın) əgər adət vaxtında və ya «adətini qabaqlamışdır» deyiləcək şəkildə bir neçə gün 
vaxtından qabaq qan görərsə o qan heyz nişanələrini daşımasa belə, heyzli qadınlar üçün 
deyilən hökmlərə əsasən əməl etməlidir. Əgər sonradan heyzli olmadığını başa düşərsə, 
məsələn; üç gündən qabaq pak olarsa, yerinə yetirmədiyi ibadətlərin qəzasını yerinə 
yetirməlidir. 
 
Məsələ 471: Vəqtiyyə və ədədiyyə adətinə sahib olan bir qadın, əgər adətindən bir neçə gün 
qabaq başlayıb, bütün adət günlərində və adət günlərindən bir neçə gün sonraya qədər qan 
görərsə, bu müddət üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq 
olarsa, yalnız öz adət günlərində gördüyü qan heyzdir. Ondan qabaq və sonrakı günlərdə 
gördüyü qan isə istihazədir. Belə ki, adətindən qabaq və sonrakı günlərdə yerinə 
yetirmədiyi ibadətləri qəza etməlidir. Əgər bütün adət günləri ilə birlikdə bir neçə gün də 
adətindən qabaq qan görsə və hamısı üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. 
Əgər on gündən artıq olarsa, yalnız adət günləri heyz nişanələrini daşımasa belə heyzdir. 
Ondan qabaq gördüyü qanlar isə, heyz nişanələrini daşısa belə istihazədir. Belə ki, əgər o 
günlərdə ibadətlərini tərk etmişdirsə, onları qəza etməlidir. Əgər bütün adət günləri ilə 
birlikdə bir neçə gün adətindən sonra qan görsə və hamısı üst-üstə on gündən artıq olmasa, 
hamısı heyzdir. Amma əgər on gündən artıq olarsa, adət günləri heyz, qalanı isə 
istihazədir. 
 
Məsələ 472: Vəqtiyyə və ədədiyyə adətinə sahib olan bir qadın, əgər bir miqdar adəti olan 
günlərlə birlikdə, bir neçə gün də adət günlərindən qabaq qan görsə və bu müddət üst-üstə 
on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, adət vaxtında 
gördüyü günlərlə, qabaqkı günlərdən adətinin sayını tamamlayacaq qədərin heyz, ondan 
qabaqkı günlərini isə istihazə hesab etməlidir. Əgər adət günlərinin bir miqdarı ilə 
birlikdə, bir neçə gün adətindən sonra qan görsə və üst-üstə on gündən artıq olmasa, 
hamısı heyzdir. Əgər on gündən artıq olarsa, adət vaxtında qan gördüyü günlərlə, sonrakı 
günlərdən adətinin sayını tamamlayacaq qədərini heyz, qalanını isə istihazə hesab 
etməlidir. 
 
Məsələ 473: Haiz adəti olan bir qadın əgər üç gün və ya daha çox qan gördükdən sonra 
paklanarsa və yenidən qan görərsə, bu iki qangörmə arasındakı fasilənin on gündən az 
olmasına baxmayaraq, qan gördüyü günlərlə arada paklandığı günlər üst-üstə on gündən 
çox olarsa, məsələn, beş gün qan görüb, beş gün paklanarsa və yenidən beş gün qan 
görərsə, bunun bir neçə şəkli vardır: 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə