İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə21/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   17   18   19   20   21   22   23   24   ...   168

 
Məsələ 385:
 Əgər vaxtın dar olması üzündən mükəlləfin vəzifəsi təyəmmüm olubsa, amma 
o, qüsl və namaz qədər vaxtın qaldığını sanıb qüsl edərsə, onda qüslü qürbət qəsdi ilə etmiş 
olsa, hətta namazı yerinə yetirmək üçün qüsl etmiş olsa belə qüslü səhihdir. 
 
Məsələ 386:
 Cünub olmuş şəxs namazdan sonra qüsl edib-etmədiyində şəkk etsə, qıldığı 
namazlar səhihdir. Amma sonrakı namazlar üçün qüsl etməlidir. Əgər namazdan sonra 
ondan kiçik hədəs baş veribsə, dəstəmaz da alması lazımdır. Əgər vaxt qalmışdırsa, lazım 
ehtiyata əsasən qıldığı namazı yenidən təkrarlamalıdır. 
 
Məsələ 387:
 Boynuna bir neçə qüsl vacib olan şəxs hamısının niyyəti ilə bir qüsl edə bilər. 
Zahir budur ki, əgər onlardan müəyyən birini qəsd etsə, qalanları üçün kifayət edir. 
 
Məsələ 388:
 Əgər bədənin bir yerinə Qur`an ayəsi və ya Allah-təalanın adı yazılmış olsa, 
belə ki, tərtibi qüsl etmək istəsə, suyu bədəninə əli o yazıya dəyməyəcək şəkildə 
çatdırmalıdır. Həmçinin əgər dəstəmaz da almaq istəsə, təkcə Qur`an ayəsi xüsusunda 
deyil, həm də Allahın adlarında da ehtiyat vacibə görə hökm eynidir. 
 
Məsələ 389:
 Cənabət qüslü edən şəxsin namaz üçün dəstəmaz almamalıdır. Hətta dəstəmaz 
almasının ehtiyat-müstəhəbb olmasına baxmayaraq, mütəvəssitə istihazədən başqa digər 
vacib qüsllərlə, eləcə də 634-cü məslədə izah olunacaq müstəhəbb qüsllərlə də dəstəmaz 
almadan namaz qıla bilər. 
İSTİHAZƏ 
 
Qadından xaric olan qanlardan biri də istihazə qanıdır. İstihazə qanı görən qadına 
müstəhazə deyilir. 
 
Məsələ 390:
 Əksər vaxtlarda istihazə qanı sarı rəngdə və soyuq olur, təzyiqsiz, yandırıcı 
olmadan xaricə gəlir və qatı olmur. Amma bə`zən qara, qırmızı və qatı olması, təzyiqlə və 
yandırıcı halda da xaric olması mümkündür. 
 
Məsələ 391:
 İstihazə üç növdür: 
 
1 - Qəlilə (az); 
 
2 - Mütəvəssitə (orta); 
 
3 - Kəsirə (çox). 
 
Qəlilə istihazə odur ki, qan yalnız qadının qoyduğu pambığın üzünə bulaşsın, ona 
hopmasın. 
 
Müstəvəssitə istihazə odur ki, qan pambığa hopsun, hətta onun bir tərəfində olsa belə; 
lakin qadınların qayda üzrə qanın qarşısını almaq üçün bağladıqları dəsmalın üstünə 
çıxmasın. 
 
Kəsirə istihazə odur ki, qan pambığı bürüsün və dəsmala yetişsin. 
İSTİHAZƏNİN HÖKMLƏRİ 
 
Məsələ 392: Qəlilə istihazədə qadın, hər namaz üçün bir dəstəmaz almalıdır. Pambığı suya 
çəkməsi və ya dəyişdirməsi ehtiyat-müstəhəbbdir. Amma fərcin zahirinə qan yetişibsə, 
suya çəkməlidir. 


 
Məsələ 393: Mütəvəssitə istihazədə, lazım ehtiyata əsasən, qadın öz namazları üçün 
gündəlik bir qüsl etməlidir. Həmçinin gərək əvvəlki məsələdə deyildiyi kimi, az istihazəsi 
olan qadının da vəzifəsinə əməl etsin. Buna əsasən əgər istihazə sübh namazından əvvəl, 
yaxud həmin anda hasil olsa, gərək sübh namazı üçün qüsl etsin. Və əgər qəsdən və ya 
unutqanlıq üzündən sübh namazı üçün qüsl etməsə, gərək zöhr və əsr namazı üçün qüsl 
etsin. Əgər zöhr və əsr namazı üçün qüsl etməsə, gərək şam və xiftən namazından əvvəl 
qüsl etsin, istər qan gəlsin, istərsə kəsilmiş olsun, fərqi yoxdur. 
 
Məsələ 394: Kəsirə istihazədə vacib-ehtiyata əsasən, qadın hər namaz üçün pambıq və 
dəsmalı ya dəyişməli, ya da suya çəkməlidir. Həmçinin bir qüsl sübh namazı üçün, bir qüsl 
zöhr və əsr namazı üçün, bir qüsl də şam və xiftən namazı üçün yerinə yetirməlidir. Zöhr 
və əsr, şam və xiftən namazları arasında gərək fasilə verməsin. Əgər fasilə versə, gərək əsr 
və işa namazları üçün ikinci dəfə qüsl etsin. Bunlar hamısı qanın ardıcıl olaraq pambıqdan 
dəsmala yetişdiyi hal üçündür. Amma qan pambıqdan dəsmala bir qədər fasilə ilə çatsa, 
qadın o fasilədə bir namaz, ya daha çox namaz qıla bilərsə, lazım ehtiyat odur ki, hərgah 
qan pambıqdan dəsmala yetişsə pambıq və dəsmalı suya çəksin və qüsl etsin. Əgər məsələn 
qadın qüsl etsə və zöhr namazını qılsa, əsr namazını qılmamışdan qabaq və ya onun 
əsnasında qan yenidən pambıqdan dəsmala axarsa, əsr namazı üçün də qüsl etməlidir. 
Amma fasilə iki və ya daha artıq namaz qıla biləcək miqdarda olarsa, məsələn, qan ikinci 
dəfə pambıqdan dəsmala yetişməzdən qabaq şam və xiftən namazını da qıla bilsə, o 
namazlar üçün başqa qüsl etmək lazım deyildir və hər necə olursa olsun, kəsirə istihazədə 
qüsl dəstəmaz əvəzinə də yetərlidir. 
 
Məsələ 395: İstihazə qanı namaz vaxtından əvvəl gəlmişdirsə, belə ki, qadın o qan üçün 
dəstəmaz almamış və ya qüsl etməmişdirsə, namaz vaxtı müstəhazə olmasa da belə, 
dəstəmaz almalı və ya qüsl etməlidir. 
 
Məsələ 396: Həm qüsl etməsi, həm də lazım ehtiyata görə dəstəmaz almalı olan mütəvəssitə 
istihazəli qadın, əvvəlcə qüsl etməli, sonra dəstəmaz almalıdır. Amma kəsirə istihazəli 
qadın dəstəmaz almaq istəsə, qüsldən əvvəl dəstəmaz alması lazımdır. 
 
Məsələ 397: Əgər qadının qəlilə istihazəsi sübh azanından sonra müvəssitə olsa, gərək zöhr 
və əsr namazı üçün qüsl etsin. Əgər zöhr və əsr namazından sonra mütəvəssitə olsa, gərək 
şam və xiftən namazı üçün qüsl etsin. 
 
Məsələ 398: Əgər qadının qəlilə, yaxud mütəvəssitə istihazəsi sübh namazından sonra 
kəsirə olsa və bu halda qalsa, gərək 394-cü məsələdə deyildiyi hökmə uyğun əməl etsin, 
zöhr, əsr, şam və xiftən namazını qılsın. 
 
Məsələ 399: 394-cü məsələdə deyildiyi kimi, kəsirə istihazəsi olan qadının qüslü ilə namazı 
arasında fasilə salmaması lazım olduğu halda, əgər namaz vaxtı çatmamışdan əvvəl qüsl 
etməsi araya fasilə düşməsinə səbəb olsa, o qüslün faydası yoxdur və namaz üçün yenidən 
qüsl etməsi gərəkdir. Bu hökm mütəvəssitə istihazəli qadına da aiddir. 
 
Məsələ 400: Qəlilə və mütəvəssitə istihazəsi olan qadın (hökmü deyilən gündəlik 
namazlardan başqa) istər vacib olsun, istərsə də müstəhəbb, hər namaz üçün dəstəmaz 
almalıdır. Amma əgər qıldığı gündəlik namazını ehtiyatən yenidən qılmaq istəyərsə və ya 
fürada (təklikdə) qıldığı namazı yenidən camaat ilə qılmaq istəyərsə, istihazə üçün qeyd 
olunan bütün işləri yerinə yetirməlidir. Amma namazdan dərhal sonra yerinə yetirdiyi 
təqdirdə, ehtiyat namazını, unudulan səcdə və təşəhhüdü və həmçinin bütün hallarda səhv 
səcdəsini yerinə yetirmək üçün, istihazə işlərini görməsi lazım deyildir. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə