İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


İrəlidə açıqlanacağı kimi, qadınların istihazə halları



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə18/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   14   15   16   17   18   19   20   21   ...   168

6. İrəlidə açıqlanacağı kimi, qadınların istihazə halları. 
 
7. Cünub olmaq, hətta ehtiyat müstəhəbb olaraq qüslü vacib edən hər bir iş dəstəmazı 
pozar. 
 
CƏBİRƏ DƏSTƏMAZININ HÖKMLƏRİ 
 
Yara və sınığa bağlanan şey, həmçinin yara və bu kimi şeylərin üzərinə qoyulan dərmanlar 
«cəbirə» adlanır. 
 
Məsələ 323:
 Əgər dəstəmaz yerinin birində yara, çiban və ya sınıq olsa, belə ki, üstü açıq 
olduqda su ona zərər yetirməzsə, gərək adi qaydada dəstəmaz alınsın. 
 
Məsələ 324:
 Əgər yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onun üstü açıq olsa və onun 
üstünə su tökməyin zərəri varsa, gərək yara və çibanın ətrafı dəstəmazda deyildiyi kimi 
yuxarıdan aşağıya yuyulsun. Ən yaxşısı odur ki, əlin suyunu yaranın üzərinə çəkməyin 
zərəri yoxdursa, əlin suyunu onun üzərinə çəksin, sonra yaranın üstünə pak parça qoysun 
və əlin suyunu parçanın üzərinə də çəksin. Amma sınıqda təyəmmüm etmək lazımdır. 
 
Məsələ 325:
 Əgər yara, çiban və sınıq başın qabağında, yaxud ayaqların üstündədirsə və 
üstü açıqdırsa, belə ki, ona məsh çəkə bilməsə, məsələn; yara məsh yerini tamamilə 
örtmüşdürsə və ya sağlam olan yerlərini də məsh etməyə imkanı olmasa, bu surətdə 
təyəmmüm etmək lazımdır. Həmçinin dəstəmaz alıb, məsh yerinin üzərinə pak bir parça 
qoyaraq, əlində olan dəstəmaz suyunun nəmliyi ilə onun üzərindən məsh etməsi 
müstəhəbb-ehtiyatdır. 
 
Məsələ 326:
 Əgər çiban, yara və sınığın üstü bağlı olsa, onu açmaq əziyyətsiz 
mümkündürsə və suyun onun üçün zərəri yoxdursa, gərək açsın və dəstəmaz alsın, istər 
yara və onun misli üzdə və əllərdə olsun, istərsə başın qabağında və ayaqların üstündə 
olsun. 
 
Məsələ 327:
 Əgər üstü bağlı yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onu açıb üzərinə su 
tökməyin zərəri varsa, ətrafının mümkün olan miqdarını yumalı və vacib ehtiyata görə 
«cəbirə»nin üzünə məsh etməlidir. 
 
Məsələ 328:
 Əgər yaranın üstünü açmaq mümkün olmasa, lakin yara və onun üzərinə 
qoyulan şey pak olsa, suyun yaraya çatdırılması mümkündürsə və zərəri yoxdursa, gərək 
suyu yuxarıdan aşağıya doğru yaranın üzərinə çatdırsın. Əgər yara və ya onun üzərinə 
qoyulan şey nəcis olsa, lakin onu yuyaraq yaraya çatdırmaq mümkün olsa, onu yumalı və 
dəstəmaz alarkən suyu yaraya çatdırmalıdır. Yaraya zərəri olmadığı təqdirdə də, suyu ona 
çatdırmaq mümkün olmasa, yaxud yara nəcis olarsa və onu yumaq mümkün olmazsa, 
yaxud açılması çətinliyə və ya zərərə səbəb olarsa, təyəmmüm etməlidir. 
 
Məsələ 329:
 Əgər cəbirə, dəstəmaz üzvlərinin bə`zisinin hər yerini örtmüş olsa, cəbirə 
dəstəmazı kifayətdir. Amma əgər dəstəmaz üzvlərinin hamısını ya çoxunu örtmüş olsa, 
ehtiyat olaraq təyəmmüm etməli və cəbirə dəstəmazı da almalıdır. 
 
Məsələ 330:
 Cəbirənin namaz qılınması səhih olan şeylərdən olması gərək deyil, hətta 
ipəkdən və ya əti yeyilməsi caiz olmayan heyvanın hissələrindən olsa belə, onun üzərinə 
məsh çəkmək olar. 
 


Məsələ 331:
 Əlinin içində və barmaqlarında cəbirə olan və dəstəmaz aldığı zaman islanmış 
əlini onun üstünə çəkən şəxs baş və ayaqlarını da həmin nəmliklə məsh edə bilər. 
 
Məsələ 332:
 Cəbirə ayağın üzərinin hamısını eninə əhatə etmiş olduğu halda barmaq 
tərəfindən və ayağın üst tərəfindən bir qədər açıq qalmışsa, açıq olan yerlərdə ayağın 
üstünə və cəbirə olan yerlərdə cəbirənin üstünə məsh çəkməlidir. 
 
Məsələ 333:
 Əgər üzdə və ya əllərdə bir neçə cəbirə olsa, gərək onların arasını yusun və 
əgər cəbirələr başda və ya ayaqların üstündədirsə, gərək onların arasına məsh çəksin və 
cəbirənin olan yerlərdə isə cəbirə göstərişinə uyğun əməl etsin. 
 
Məsələ 334:
 Cəbirə yaranın ətrafından normadan çox yeri tutsa və əziyyətsiz onu 
qaldırmaq mümkün olmasa, onda cəbirə təyəmmüm yerlərində deyilsə, təyəmmüm 
etməlidir. Əgər təyəmmüm yerindədirsə, həm təyəmmüm etməli, həm də dəstəmaz 
almalıdır. Hər iki halda əgər cəbirəni qaldırmaq əziyyət vermirsə, onu qaldırmalıdır. 
Deməli əgər cəbirə üz və qollardadırsa onun ətrafını yumalıdır; əgər başda və ya ayaqların 
üzərindədirsə, onun ətrafını məsh etməlidir. Yara olan yer üçünsə, cəbirə hökmlərinə əməl 
etməlidir. 
 
Məsələ 335:
 Əgər dəstəmaz üzvlərində yara, kəsik və ya sınıq yoxdursa, amma başqa 
səbəbə görə su ona zərər verirsə, təyəmmüm etməlidir. 
 
Məsələ 336:
 Dəstəmaz üzvlərindən bir yerin damarı zədələnmişsə və onu suya çəkə 
bilmirsə, təyəmmüm etməsi lazımdır. Amma suyun onun üçün zərəri varsa, gərək cəbirə 
göstərişinə əməl etsin. 
 
Məsələ 337:
 Əgər dəstəmaz və qüsl yerinə, aradan qaldırılması mümkün olmayan və ya 
dözülməyəcək qədər əziyyətli olan bir şey yapışıbsa, bu halda həmin şey təyəmmüm 
yerlərində deyilsə, təyəmmüm etməlidir. Təyəmmüm yerlərində olduğu təqdirdə isə, həm 
dəstəmaz almalı, həm də təyəmmüm etməlidir. Amma əgər yapışmış olan şey dərmandırsa, 
cəbirə hökmünü daşıyır. 
 
Məsələ 338:
 Meyyit qüslündən başqa digər qüsllərdə cəbirə qüslü eynilə cəbirə dəstəmazı 
kimidir. Amma lazım ehtiyat olaraq o, tərtibi qaydada yerinə yetirilməlidir. Bədəndə yara 
və çiban olduğu təqdirdə mükəlləf qüsl və ya təyəmmüm arasında ixtiyar sahibidir, hansını 
istəsə edə bilər. Qüsl etməyi seçdiyi təqdirdə də, əgər onların üzərində cəbirə yoxdursa, 
üstü açıq olan yara və ya çibanın üstünə pak bir parça qoyub, həmin parçanın üstünə məsh 
çəkməsi müstəhəbb ehtiyatdır. Bədəndə sınıqlıq olduqda isə qüsl etməli və ehtiyatən 
cəbirənin də üstünə məsh çəkməlidir. Amma əgər cəbirənin üstünə məsh etmək mümkün 
deyilsə və ya sınığın üstü açıqdırsa, təyəmmüm etmək lazımdır. 
 
Məsələ 339:
 Vəzifəsi təyəmmüm etmək olan bir şəxsin təyəmmüm üzvlərinin bə`zisində 
yara, çiban və ya sınıq olarsa cəbirə dəstəmazında bəyan olunan qayda üzrə cəbirə 
təyəmmümünü yerinə yetirməlidir. 
 
Məsələ 340:
 Cəbirə qüslü və ya dəstəmazı ilə namaz qılmalı olan şəxs, əgər vaxtın sonuna 
qədər üzrünün aradan qalxmayacağını bilirsə, vaxtın əvvəlində namazını qıla bilər. Amma 
vaxtın axırına qədər üzrünün aradan qalxacağına ümidvardırsa, yaxşı olar ki, səbr etsin. 
Əgər üzrü aradan qalxmazsa, vaxtın sonunda namazını cəbirə qüslü və ya dəstəmazı ilə 
qılsın. Namazını vaxtın əvvəlində qıldığı surətdə, vaxtın sonunda üzrü aradan qalxarsa, bu 
zaman dəstəmaz alaraq və ya qüsl edərək, namazını yenidən qılması ehtiyat-müstəhəbbdir. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə