İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


bədənini, başın və boynun yuyulması qurtarmazdan qabaq yuyarsa ehtiyata əsasən qüslü



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə20/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   16   17   18   19   20   21   22   23   ...   168

bədənini, başın və boynun yuyulması qurtarmazdan qabaq yuyarsa ehtiyata əsasən qüslü 
batildir. 
 
Məsələ 361:
 Bədəni başdan əvvəl yuduğu halda, qüslü yenidən alması lazım deyildir, belə 
ki, bədəni ikinci dəfə yuyarsa, qüslü səhihdir. 
 
Məsələ 362:
 Əgər iki hissəni, yə`ni baş və boyunla bədəni tamamilə yuduğuna yəqini 
olmazsa, gərək buna əmin olması üçün hər bir hissəni yuyarkən əvvəlki hissədən də bir 
miqdarı onunla birlikdə yusun. 
 
Məsələ 363:
 Əgər qüsldən sonra bədəninin bir yerini yumadığını bilərsə, amma hansı yer 
olduğunu bilməsə başı yenidən yuması lazım deyil, bədəninin yumadığına ehtimal verdiyi 
yerini yumalıdır. 
 
Məsələ 364:
 Əgər qüsldən sonra, bədəninin bir miqdar yerinin yuyulmadığını bilərsə, 
yuyulmayan yer sol tərəfdədirsə, o qədər yeri yumaq kifayətdir. Əgər sağ tərəfdədirsə, o 
miqdarı yuduqdan sonra, sol tərəfi yenidən yuması ehtiyat-müstəhəbbdir. Amma əgər baş 
və boyundursa, vacib ehtiyata görə gərək o miqdarı yuduqdan sonra bədənini yenidən 
yusun. 
 
Məsələ 365:
 Əgər qüsl tamam olmazdan əvvəl sol və ya sağ tərəfin bir miqdarının yuyulub-
yuyulmamasında şəkk edərsə, o miqdarı yuması lazımdır. Amma əgər baş və boynunun bir 
miqdarının yuyulmasında şəkk edərsə, lazım ehtiyata əsasən, şəkk etdiyi yeri yuduqdan 
sonra gərək yenidən bədənini yusun. 
 
İRTİMASİ QÜSL 
 
İrtimasi qüsl iki şəkildə: bir dəfəyə və tədrici olaraq edilir. 
 
Məsələ 366:
 Bir dəfəyə olan irtimasi qüsldə, su bədənin hamısını bir anda əhatə etməlidir, 
amma qüslə başlamazdan əvvəl bədənin hamısının sudan xaricdə olması şərt deyildir. Əgər 
bədənin bir miqdarı xaricdə olan zaman qüsl niyyəti ilə suya girərsə, kifayət edir. 
 
Məsələ 367:
 Tədrici olaraq edilən irtimasi qüsldə, gərək bədəni ürfi birliyi qorumaq şərti 
ilə yavaş-yavaş suya salsın. Bu cür irtimasi qüsldə, qüslə başlamazdan əvvəl hər üzvün 
sudan xaricdə olması lazımdır. 
 
Məsələ 368:
 İrtimasi qüsldən sonra bədənin bir miqdarına su dəymədiyini bilərsə, istər 
onun yerini bilsin, istərsə də bilməsin, yenidən qüsl etməlidir. 
 
Məsələ 369:
 Əgər tərtibi qüsl etməyə vaxtı olmasa, irtimasi qüsl üçün vaxtı varsa, irtimasi 
qüsl etməlidir. 
 
Məsələ 370:
 Həcc və ya ümrə üçün ehram bağlayan şəxs irtimasi qüsl edə bilməz, amma 
əgər unudaraq irtimasi qüsl edərsə, qüslü səhihdir. 
 
QÜSL ETMƏYİN HÖKMLƏRİ 
 
Məsələ 371:
 İrtimasi və ya tərtibi qüsldə, bədənin qüsldən qabaq tamamilə pak olması 
lazım deyil, əksinə, qüsl qəsdi ilə suya batmaqla, yaxud suyu bədənə tökməklə bədən pak 


olsa, qüsl gerçəkləşmiş olur. Bu şərtlə ki, qüsl aldığı su pak olmaqdan xaric olmasın, 
məsələn kürr su ilə qüsl etsin. 
 
Məsələ 372:
 Haramla cünub olmuş şəxs isti su ilə qüsl etsə, hətta tərləsə belə, onun qüslü 
səhihdir. 
 
Məsələ 373:
 Qüsl edərkən bədəndə başın bir tükü qədər yuyulmamış yer qalsa, qüsl 
batildir. Amma qulağın içi, burunun içi kimi bədənin iç hissəsi sayılan yerin yuyulması 
vacib deyil. 
 
Məsələ 374:
 Bədənin zahirindən və ya batinindən olmasında şəkk edilən yer yuyulmalıdır. 
 
Məsələ 375:
 Sırğa yerinin dəliyi və bunun kimi yerlər bədənin zahirindən sayılacaq qədər 
açıq olarsa, yuyulması lazımdır, əks halda yuyulması lazım deyildir. 
 
Məsələ 376:
 Suyun bədənə yetişməsinə mane olan şeyi aradan qaldırmaq lazımdır. Əgər 
aradan qaldırdığına əmin olmadan qüsl edərsə, qüslü batildir. 
 
Məsələ 377:
 Qüsl edərkən bədənində suyun bədənə yetişməsinə mane olan şeyin olub-
olmadığına ağıl kəsən ehtimal versə, axtarış aparıb maneənin olmadığına əmin olmalıdır. 
 
Məsələ 378:
 Qüsl edərkən bədənin bir cüz`ündən sayılan qısa tüklər yuyulmalıdır, amma 
uzun tüklərin yuyulması vacib deyildir. Hətta əgər onları islatmadan belə suyu bədənin 
dərisinə çatdırarsa qüslü səhihdir. Amma əgər onları yumadan bədəninin dərisinə suyu 
çatdırmaq mümkün deyilsə, suyu bədənə çatdırmaq üçün onları yumalıdır. 
 
Məsələ 379:
 Dəstəmazın səhih olmasında qeyd olunan şərtlər, suyun pak olması, qəsbi 
olmaması və s. bütünlüklə qüslün də səhih olması üçün şərtdir. Amma qüsldə bədənin 
yuxarıdan aşağıya doğru yuyulması lazım deyil. Həmçinin tərtibi qüsldə də, başı və boyunu 
yuduqdan dərhal sonra bədəni yumaq vacib deyildir. Belə ki, baş və boyunu yuduqdan 
sonra bir müddət səbr edərək sonra bədəni yumağın eybi yoxdur. Hətta baş və boyunun, 
yaxud bədənin bütünlüklə bir dəfəyə yuyulması da vacib deyildir. Belə ki, başı yuduqdan 
bir müddət sonra boyunun yuyulması caizdir. Amma bövl və ya ğaitinin gəlməsinin 
qarşısını ala bilməyən şəxs, əgər qüsl edib, namaz qıla biləcəyi bir müddət ərzində ondan 
ğait və ya bövl gəlməsə, dərhal qüsl etməli və qüsldən dərhal sonra namaz qılmalıdır. 
 
Məsələ 380:
 Hamamçının razı olub-olmadığını bilmədən hamamda nisyə yuyunmaq 
qəsdində olan şəxsin qüslü, sonradan hamamçını razı salsa belə, batildir. 
 
Məsələ 381:
 Hamamçının pulun nisyə verilməsinə razı olduğu təqdirdə, qüsl edən şəxsin 
məqsədi, onun pulunu ödəməmək və ya haram puldan ödəmək olarsa, qüslü batildir. 
 
Məsələ 382:
 Əgər xumsu verilməmiş pulu hamamçıya versə, harama mürtəkib olsa da, 
zahir budur ki, onun qüslü səhihdir və xümsə müstəhəqqlərin haqqı onun boynunda qalır. 
 
Məsələ 383:
 Qüsl edib-etmədiyində şəkk edən şəxs, qüsl etməlidir. Amma qüsldən sonra 
etdiyi qüslün səhih olub-olmadığında şəkk edərsə, yenidən qüsl etməsi lazım deyil. 
 
Məsələ 384:
 Əgər qüsl əsnasında kiçik hədəs baş versə, məsələn, bövl etsə, qüslü tərk etməsi 
və yenidən qüsl etməsi lazım deyil, əksinə öz qüslünü tamam edə bilər və bu halda lazım 
ehtiyata əsasən gərək dəstəmaz da alsın. Amma əgər niyyətini tərtibi qüsldən irtimasiyə və 
ya irtimasidən tərtibi qüslə çevirsə dəstəmaz almağı da lazım deyil. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə