İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 341:  Əgər insan, gözündə olan xəstəliyə görə kipriklərini yapışdırmalı olsa, gərək



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə19/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   15   16   17   18   19   20   21   22   ...   168

Məsələ 341:
 Əgər insan, gözündə olan xəstəliyə görə kipriklərini yapışdırmalı olsa, gərək 
təyəmmüm etsin. 
 
Məsələ 342:
 Vəzifəsi təyəmmüm, yoxsa cəbirə dəstəmazı olmasını bilməyən şəxs vacib 
ehtiyata əsasən hər ikisini yerinə yetirməlidir. 
 
Məsələ 343:
 İnsanın cəbirə dəstəmazı ilə qıldığı namazları səhihdir və o dəstəmazla sonrakı 
namazları da qıla bilər. 
 
VACİB QÜSLLƏR 
 
Vacib qüsllər yeddidir: 
 
1. Cənabət qüslü. 
 
2. Heyz qüslü. 
 
3. Nifas qüslü. 
 
4. İstihazə qüslü. 
 
5. Məssi-meyyit qüslü. 
 
6. Meyyit qüslü. 
 
7. Nəzir, and və s. vasitəsilə vacib olan qüsllər. 
 
 
CƏNABƏT 
CƏNABƏTİN HÖKMLƏRİ 
 
Məsələ 344:
 İnsan iki yolla cünub olur: 
 
1. Cima (cinsi əlaqə) ilə; 
 
2. Məninin xaric olması ilə; istər yuxuda olsun, istərsə ayıqlıqda, istər az olsun, istərsə çox, 
istər şəhvətli olsun, istər şəhvətsiz, istər ixtiyari olsun, istər ixtiyarsız. 
 
Məsələ 345:
 Əgər insandan məni, ya sidik və ya başqa bir şey olduğunu bilməyən bir 
rütubət xaric olsa, belə ki, həmin rütubət şəhvətli və ya sıçrayaraq xaric olubsa, bu halda 
əgər xaric olduqdan sonra bədəni süst olarsa, o rütubət məni hökmündədir. Əgər bu üç 
nişanədən heç biri, ya onlardan bə`ziləri onda olmasa, məni hökmündə deyildir. Amma 
xəstə adamda o rütubətin sıçrayaraq xaric olması və xaric olduğu zaman bədənin süst 
olması şərt deyildir; sadəcə əgər şəhvətlə xaric olsa məni hökmünü daşıyır. Qadınlarda isə 
mazaqlaşan zaman, yaxud şəhvət yaradan şeyləri təsəvvür etməklə hiss etdikləri zaman 
xaric olan rütubət pakdır, qüslü yoxdur, dəstəmazı da batil etmir. Amma qadınlarda 
şəhvətlə çıxan, «inzal» adlana biləcək həddə olan və libaslarını aludə edən, adətən də 
şəhvətin ən şiddətli vaxtında xaric olan rütubət nəcisdir və cənabətə səbəb olur. 
 
Məsələ 346:
 Xəstə olmayan bir kişidən, əvvəlki məsələdə deyildiyi kimi üç nişanədən birinə 
aid olan bir su çıxsa və başqa nişanələrin də onda olub-olmadığını bilməsə, o suyun 


çıxmasından əvvəl dəstəmazlı olubsa, həmin dəstəmazla kifayətlənə bilər. Əgər dəstəmazlı 
deyildisə, sadəcə dəstəmaz alması kifayət edər, qüsl etməsi lazım deyil. 
 
Məsələ 347:
 İnsanın, məni xaric olduqdan sonra bövl etməsi müstəhəbbdir. Bövl etmədiyi 
təqdirdə, qüsldən sonra ondan, məni və ya başqa rütubət olduğunu bilmədiyi bir nəmlik 
xaric olarsa, həmin nəmlik məni hökmündədir. 
 
Məsələ 348:
 Əgər insan qadınla cinsi əlaqədə olarkən alət, xütnəgaha (dəllək kəsən yerə) 
qədər, ya çox daxil olsa, istər qabaqdan olsun, istərsə arxadan, istər həddi-büluğa çatmış 
olsunlar, istərsə olmasınlar, məni xaric olmasa da, hər ikisi cünub olar. 
 
Məsələ 349:
 Xütnəgah miqdarında daxil olub-olmadığında şəkk edən şəxsin qüsl etməsi 
vacib deyildir. 
 
Məsələ 350:
 Əgər «nəuzu-billah», insan bir heyvanla yaxınlıq etsə və ondan məni xaric 
olsa, təkcə qüsl kifayətdir. Əgər məni xaric olmasa, onda yaxınlıqdan qabaq dəstəmazı var 
idisə, yenə də təkcə qüsl kifayətdir. Amma dəstəmazlı olmayıbsa, vacib-ehtiyata görə həm 
qüsl etməli, həm də dəstəmaz almalıdır. Həmçinin kişi ilə yaxınlıq (livat) edənin də hökmü 
belədir. 
 
Məsələ 351:
 Əgər məni öz yerindən hərəkət edib xaric olmasa, ya insan onun xaric olub-
olmadığında şəkk edərsə, qüsl etməsi vacibdir. 
 
Məsələ 352:
 Qüsl edə bilməyən, amma təyəmmüm etməsi mümkün olan şəxs, namaz vaxtı 
daxil olduqdan sonra da əyalı ilə yaxınlıq edə bilər. 
 
Məsələ 353:
 Əgər bir şəxs öz libasında məni görsə və onu, özündən olub, ondan ötrü qüsl 
etmədiyini bilərsə, qüsl etməlidir. Belə ki, o məninin gəlməsindən sonra qıldığına əmin 
olduğu namazları da qəza etməlidir. Amma məninin gəlməsindən qabaq qıldığına ehtimal 
verdiyi namazları qəza etməsi lazım deyil. 
 
CÜNUB ŞƏXSƏ HARAM OLAN ŞEYLƏR 
 
Məsələ 354:
 Cünuba beş şey haramdır: 
 
1. Öz bədənindən hər hansı bir yeri Qur`anın yazısına ya Allahın adına (hansı dildə olsa) 
toxundurmaq. Peyğəmbərlərin, İmamların və Həzrət Zəhranın (ə.s) da adlarına 
toxundurmaması daha yaxşıdır. 
 
2. Məscidul-Hərama və Peyğəmbər (s) məscidinə girmək. Bir qapıdan daxil olub, digər 
qapıdan xaric olsa belə. 
 
3. Başqa məscidlərdə və vacib-ehtiyata əsasən İmamlar (ə.s)-ın hərəmlərində dayanmaq. 
Amma məscidin bir qapısından daxil olub, digər qapısından xaric olduğu halda, maneəsi 
yoxdur. 
 
4. Lazım-ehtiyata əsasən, bir şeyi məscidə qoymaq, ya bir şeyi məsciddən götürməkdən 
ötrü daxil olmaq Hərçənd özü daxil olmasa belə. 
 
5. Vacib səcdəsi olan ayələri oxumaq. Onlar bu dörd surədədir: 
 
32-ci «Səcdə» surəsi; 


 
41-ci «Fussilət» surəsi; 
 
53-cü «Nəcm» surəsi; 
 
96-cı «Ələq» surəsi. 
 
CÜNUB ŞƏXSƏ MƏKRUH OLAN ŞEYLƏR 
 
Məsələ 355:
 Doqquz şey cünuba məkruhdur: 
 
1-2. Yemək-içmək. Lakin əllərini və ya üzünü yusa və məz-məzə edərsə (ağızı su ilə 
yaxalasa), məkruh deyil. Əgər yalnız əllərini yusa kərahəti azdır. 
 
3. Qur`anın vacib səcdəsi olmayan surələrdən yeddi ayədən artıq oxumaq. 
 
4. Bədənindən hər hansı bir yerini Qur`anın cildinə, haşiyəsinə, ya yazılarının arasına 
toxundurmaq. 
 
5. Qur`anı özü ilə, öz yanında gəzdirmək. 
 
6. Yatmaq; amma dəstəmaz alsa, yaxud suyun olmamağı səbəbinə qüslün əvəzinə 
təyəmmüm etsə, məkruh deyil. 
 
7. Həna və buna bənzər şeylərə boyanmaq. 
 
8. Bədənə yağ çəkmək. 
 
9. Möhtəlim olandan (yə`ni yuxuda məni xaric olandan) sonra cinsi əlaqədə olmaq. 
                                             
CƏNABƏT QÜSLÜ 
 
Məsələ 356:
 Cənabət qüslü, vacib namazı qılmaq və bu kimi şeylər üçün vacibdir. Amma 
cənazə namazı, səhv səcdəsi, şükr səcdəsi və Qur`anın vacib səcdələri üçün cənabət qüslü 
etmək lazım (vacib) deyildir. 
 
Məsələ 357:
 Qüsl edərkən vacib qüsl edəcəyini niyyət etməsi lazım deyil. Yalnız qürbət 
qəsdi ilə, yə`ni Allahın dərgahında bəndəçilik və Onun əmrini yerinə yetirməkdən ötrü qüsl 
edərsə, kifayətdir. 
 
Məsələ 358:
 Namaz vaxtının daxil olduğuna əmin olub, vacib qüsl niyyəti edərək qüsl edər 
və sonra namaz vaxtından əvvəl qüsl etdiyini bilərsə, qüslü səhihdir. 
 
Məsələ 359:
 Cənabət qüslü, tərtibi və irtimasi olaraq iki şəkildə yerinə yetirilir. 
 
TƏRTİBİ QÜSL 
 
Məsələ 360:
 Tərtibi qüsldə, lazım-ehtiyata əsasən, əvvəlcə qüsl niyyəti ilə baş və boyun, 
daha sonra bədən yuyulmalıdır. Əvvəlcə bədənin sağ tərəfinin, sonra isə sol tərəfinin 
yuyulması daha yaxşıdır. Tərtibi qüslün gerçəkləşməsində, suyun altında qüsl niyyəti ilə üç 
üzvə hərəkət vermək işkalsız deyildir və ehtiyat onunla kifayətlənməməkdir. Əgər qəsdən 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə