İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 401: İstihazəli qadının qanı kəsildikdən sonra qılacağı yalnız birinci namaz üçün



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə22/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   18   19   20   21   22   23   24   25   ...   168

 
Məsələ 401: İstihazəli qadının qanı kəsildikdən sonra qılacağı yalnız birinci namaz üçün 
gərək istihazənin işlərini yerinə yetirsin və sonrakı namazlar üçün bu lazım deyildir. 
 
Məsələ 402: İstihazəsinin hansı növdən olduğunu bilməyən qadın, namaz qılmaq istədiyi 
zaman, ehtiyata əsasən özünü yoxlamalıdır. Məsələn, fərcinə bir qədər pambıq daxil 
edərək, bir az səbr etdikdən sonra çıxarır və istihazənin üç növdən hansı birinin olduğunu 
bildikdən sonra, o növə aid olan işləri yerinə yetirir. Amma əgər namaz qılacağı vaxta 
qədər istihazənin dəyişməyəcəyini bilirsə, namaz vaxtı daxil olmamışdan da özünü yoxlaya 
bilər. 
 
Məsələ 403: İstihazəli qadın özünü yoxlamamışdan əvvəl namaza başlasa, belə ki, qürbət 
qəsdi ilə öz vəzifəsinə əməl etmiş olsa, məsələn, istihazəsi qəlilə olmuşdursa və qəlilə 
istihazəsinin vəzifəsinə əməl etmiş olsa, onun namazı səhihdir. Əgər qürbət qəsdi ilə olmasa 
və ya əməl vəzifəsinə uyğun olmasa, məsələn, istihazəsi mütəvəssitə olduğu halda qəlilənin 
vəzifəsinə əməl etsə, namazı batildir. 
 
Məsələ 404: İstihazəli qadın özünü yoxlaya bilməsə, həqiqi vəzifəsinə əməl etməlidir. 
Məsələn, əgər istihazəsinin qəlilə və ya mütəvəssitə olduğunu bilmirsə, qəlilə istihazənin 
işlərini yerinə yetirməlidir. Əgər istihazəsinin mütəvəssitə və ya kəsirə olduğunu bilmirsə, 
mütəvəssitə istihazəsinin işlərinə əməl etməlidir. Amma əgər əvvəllər üç növdən hansı 
birinin olduğunu bilirdisə, həmin növə aid vəzifəsinə əməl etməlidir. 
 
Məsələ 405: Əgər istihazə qanı birinci dəfə zahir olanda, daxilində olsa və zahirə gəlməsə, 
qadının malik olduğu dəstəmaz və ya qüslü batil etməz. Əgər zahirə gəlsə, az da olsa belə, 
dəstəmaz və ya qüslü batil edər. 
 
Məsələ 406: Müstəhazə qadın namazdan sonra özünü yoxlasa və qan görməsə, yenə qan 
gələcəyini bilsə belə, aldığı dəstəmazla namaz qıla bilər. 
 
Məsələ 407: Əgər müstəhazə qadın dəstəmaz və ya qüslə başladığı andan e`tibarən özündən 
qan gəlmədiyini və fərcin daxilində də olmadığını bilərsə, pak qalacağını bildiyi zamana 
qədər namaz qılmasını tə`xirə sala bilər. 
 
Məsələ 408: Əgər müstəhazə namaz vaxtı keçməzdən qabaq tamamilə pak olacağını və ya 
namaz qıla biləcəyi bir vaxtda qanın dayanacağını bilərsə, lazım ehtiyata əsasən səbr edib
pak olduğu vaxt namazını qılmalıdır. 
 
Məsələ 409: Əgər dəstəmaz və qüsldən sonra zahirdə qan kəsilmiş olsa, istihazəli olan 
qadın namazını tə`xirə salmaqla qüsl, dəstəmaz və namazı yerinə yetirəcək qədər tam pak 
olacağını bilərsə, lazım-ehtiyata əsasən, namazını tə`xirə salmalı, tamamilə pak olduğu 
zaman, yenidən dəstəmaz və qüsl edib, namazını qılmalıdır. Əgər qanın zahirdə kəsildiyi 
zaman namazın vaxtı daralarsa, yenidən dəstəmaz alıb qüsl etməsi lazım deyildir. 
Qabaqcadan aldığı dəstəmaz və qüsl ilə namazını qıla bilər. 
 
Məsələ 410: Kəsirə istihazəsi olan qadın qandan tamamilə pak olduqda əvvəlki namaz 
üçün qüsl etməyə başladığı andan e`tibarən, artıq qan gəlmədiyini bilirsə, yenidən qüsl 
etməsi lazım deyil. Əks təqdirdə qüsl etməlidir. (Əlbəttə, bu hökmün ümumi olması 
ehtiyata əsasəndir.) Amma mütəvəssitə istihazədə qandan tamamilə pak olması üçün qüsl 
etməsi lazım deyildir. 
 


Məsələ 411: Qəlilə istihazəli olan qadın dəstəmazdan sonra, mütəvəssitə istihazəli olan 
qadın qüsl və dəstəmazdan sonra, kəsirə istihazəli olan qadın isə qüsldən sonra 394 və 407-
ci məsələdə işarə olunan iki hal istisna olmaqla dərhal namaza başlamalıdır. Amma 
namazdan qabaq azan və iqamə demələrinin eybi yoxdur. Namaz vaxtı qunut kimi 
müstəhəbb olan əməlləri də yerinə yetirə bilər. 
 
Məsələ 412: Vəzifəsi dəstəmaz və ya qüsl ilə namaz arasında fasilə salmamaq olan qadın, 
əgər vəzifəsinə əməl etməsə, yenidən dəstəmaz alıb və ya qüsl edib, dərhal namaza 
başlamalıdır. 
 
Məsələ 413: İstihazəli qadının qanı axar vəziyyətdə olub kəsilməsə, ona zərəri olmadığı 
təqdirdə, ehtiyat vacibə görə qüsldən sonra qanın gəlməsinin qarşısını almalıdır. Belə ki, 
səhlənkarlıq etməsi nəticəsində ondan qan xaric olarsa, əgər namaz qılmışdırsa, onu 
yenidən qılmalıdır. Hətta yenidən qüsl etməsi də müstəhəbb-ehtiyatdır. 
 
Məsələ 414: Əgər qüsl vaxtında qan kəsilməsə, qüsl səhihdir. Amma qüsl əsnasında 
mütəvəssitə istihazə kəsirəyə dönsə, gərək qüslü başdan başlasın. 
 
Məsələ 415: Müstəhəbb-ehtiyat odur ki, istihazəli olan qadın orucdursa, bütün gün ərzində 
bacardığı qədər qanın gəlməsinin qarşısını alsın. 
 
Məsələ 416: Məşhur nəzərə əsasən, kəsirə istihazəli qadının tutacağı oruc o zaman səhihdir 
ki, sabahı oruc tutmaq istədiyi bir gecənin şam və xiftən namazının qüslünü və həmçinin 
gündüzün də gündüz namazları üçün vacib olan qüslləri etmiş olsun. Amma onun 
orucunun səhih olmasında qüslün şərt olmaması uzaq bir nəzər deyildir. Həmçinin daha 
güclü (əqva) nəzərə əsasən, bu, mütəvəssitə istihazəli olan qadında da şərt deyildir. 
 
Məsələ 417: Əgər qadın əsr namazından sonra müstəhazə olsa və axşam çağına kimi qüsl 
etməsə, orucu eybsiz və səhihdir. 
 
Məsələ 418: Əgər qadının qəlilə istihazəsi namazdan əvvəl mütəvəssitə, yaxud kəsirə olsa, 
gərək mütəvəssitə, yaxud kəsirə üçün deyilmiş əməlləri yerinə yetirsin. Əgər mütəvəssitə 
istihazə kəsirə olsa, gərək kəsirə istihazənin əməllərini yerinə yetirsin. Əgər mütəvəssitə 
istihazə üçün qüsl etmiş olsa, faydası yoxdur, gərək ikinci dəfə kəsirə üçün qüsl etsin. 
 
Məsələ 419: Mütəvəssitə istihazəsi namaz əsnasında kəsirə olan qadın, namazını pozub 
kəsirə istihazəsi üçün qüsl etməli və digər şərtləri də yerinə yetirdikdən sonra, həmin 
namazı yenidən qılmalıdır. Qüsldən qabaq dəstəmaz alması da ehtiyat müstəhəbbdir. Əgər 
qüsl etməyə vaxtı çatmasa, onun yerinə təyəmmüm etməlidir. Əgər təyəmmüm etməyə də 
vaxt yoxdursa, müstəhəbb ehtiyata əsasən, namazını pozmadan, həmin halda namazını 
tamamlamalıdır. Amma sonradan qəzasını qılması lazımdır. Həmçinin əgər qadının qəlilə 
istihazəsi namaz əsnasında mütəvəssitə və ya kəsirə olarsa, namazı pozmalı, mütəvəssitə və 
ya kəsirə istihazənin əməllərini yerinə yetirməlidir. 
 
Məsələ 420: Namaz əsnasında qan kəsilərsə və müstəhazə qadın qanın içəridən də kəsilib-
kəsilmədiyini bilməzsə, yaxud paklıq (təharət) hasil edib namazı, ya onun bir hissəsini 
qılmağa möhlət verib-vermədiyini bilməsə vacib ehtiyata görə vəzifəsinə müvafiq dəstəmaz 
alaraq və ya qüsl edərək namazı yenidən qılması lazımdır. 
 
Məsələ 421: Əgər qadının kəsirə istihazəsi mütəvəssitə olsa, gərək birinci namaz üçün 
kəsirənin əməlini və sonrakı namazlar üçün mütəvəssitə halının əməlini yerinə yetirsin. 
Məsələn, əgər zöhr namazından əvvəl kəsirə istihazə mütəvəssitə olsa, gərək zöhr namazı 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə