İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 522: Mühtəziri, yə`ni can verməkdə olan bir mö`mini, istər kişi olsun, istərsə qadın



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə30/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   26   27   28   29   30   31   32   33   ...   168

Məsələ 522: Mühtəziri, yə`ni can verməkdə olan bir mö`mini, istər kişi olsun, istərsə qadın 
olsun, istər böyük olsun, istərsə kiçik, ehtiyata əsasən mümkün olduğu təqdirdə, 
ayaqlarının altı qibləyə tuşlanacaq şəkildə arxası üstə uzatmalıdırlar. 
 
Məsələ 523: Meyyitin qüslü tamam olmayanadək onu əvvəlki məsələdə deyildiyi kimi, üzü 
qibləyə uzandırmaq daha yaxşıdır. Amma qüslü tamam olduqdan sonra, ona namaz 
qılınan zaman uzandırıldığı şəkildə uzandırmaq daha yaxşıdır. 
 
Məsələ 524: Ehtiyata əsasən mühtəziri üzü qibləyə çevirmək hər bir müsəlmana vacibdir. 
Belə ki, mühtəzirin özü razı olsa və qasir də olmasa, bu iş üçün onun vəlisindən icazə almaq 
lazım deyildir. Bundan digər hallarda onun vəlisindən icazə almaq ehtiyata əsasən 
lazımdır. 
 
Məsələ 525: Can verən halda olan şəxsə, şəhadət kəlmələrini, on iki imam əleyhimus-
səlamın təsdiqi və sair haqq əqidələri başa düşəcək bir qayda ilə təlqin etmək 
müstəhəbbdir. Yuxarıda deyilənlərin ölən vaxtadək təkrar olunması müstəhəbbdir. 
 
Məsələ 526: Mühtəzirə bu duanı başa düşəcəyi qaydada təlqin etmək müstəhəbbdir: 
 
Əllahumməğfir liyəl-kəsirə min məasikə vəqbəl minnil-yəsirə min taətikə ya mən yəqbəlul-
yəsir, və yə`fu ənil-kəsir, iqbəl minnil-yəsir və`fu ənnil-kəsir, innəkə əntəl-əfuvvul-ğəfur. 
Əllahummərhəmni fəinnəkə rəhim. 
 
Məsələ 527: Müstəhəbbdir ki, çətin can verən şəxsi, əgər ona narahatçılıq olmasa, namaz 
qıldığı yerə aparsınlar. 
 
Məsələ 528: Müstəhəbbdir ki, can verən şəxsin rahat olması üçün başı üstündə mübarək 
«Yasin», «Saffat», «Əhzab», surələri, «Ayətəl-kürsi», «Ə`raf» surəsinin 54-cü ayəsi və 
«Bəqərə» surəsinin son üç ayəsini, eləcə də Qur`andan mümkün olan digər ayələri 
oxusunlar. 
 
Məsələ 529: Can verəni tək qoymaq, qarnının üstünə ağır şey qoymaq, yanında cünub və 
haizin olması, həmçinin çox danışmaq, ağlamaq və qadınları onun yanında tək qoymaq 
məkruhdur. 
ÖLÜMDƏN SONRAKI HÖKMLƏR 
 
Məsələ 530: Ölümdən sonra meyyitin gözlərini, dodaqlarını və çənəsini bağlamaq, əllərini 
və ayaqların uzatmaq, üzərinə bir parça örtmək, əgər gecə ölmüşdürsə, öldüyü yerdə çıraq 
yandırmaq, onun dəfn edilməsi üçün mö`minlərə xəbər vermək və onun dəfninə tələsmək 
müstəhəbbdir. Amma əgər öldüyünə əmin deyillərsə, ölməsi mə`lum olana qədər 
gözləməlidirlər. Həmçinin əgər meyyit hamilədirsə və bətnindəki uşaq diridirsə, onun bir 
yanını yarıb, uşağı çıxararaq yenidən onu tikincəyə qədər dəfn işini tə`xirə salmalıdırlar. 
MEYYİTİN QÜSL, KƏFƏN, NAMAZ VƏ DƏFNİNİN VACİBATI 
 
Məsələ 531: Müsəlmanın qüslü, hənutu, kəfəni, namaz və dəfni on iki imama e`tiqdı olmasa 
da, onun vəlisinə vacibdir. Vəli ya bu işləri özü görməli, ya da bir başqasını ona mə`mur 
etməlidir. Bu işi bir şəxs vəlinin icazəsi ilə yerinə yetirsə, vəzifə vəlinin üstündən götürülər. 
Əgər dəfn və bu kimi işləri vəlinin icazəsi olmadan yerinə yetirsələr, yenə də vəzifə vəlinin 
üzərindən götürülər, onları təkrar etmək lazım deyildir. Əgər meyyitin vəlisi olmasa, 
yaxud da vəli onun işlərini yerinə yetirməkdən imtina etsə, yerdə qalan mükəlləflərə kifai 
vacibdir ki, onun işlərini yerinə yetirsinlər. Əgər bə`ziləri yerinə yetirsələr, başqalarının 


boynundan götürülür. Əgər heç kəs yerinə yetirməsə, hamısı günah ediblər. Meyyitin vəlisi 
imtina edən surətdə onun icazəsi şərt deyil. 
 
Məsələ 532: Əgər bir şəxs meyyitin işləri ilə məşğul olsa, başqasına bu işlə məşğul olmaq 
vacib deyildir. Amma əgər o əməli yarımçıq qoysa, gərək başqaları tamam etsinlər. 
 
Məsələ 533: Əgər insan, başqa birisinin meyyitin işləri ilə məşğul olduğuna əmindirsə, 
meyyitin işləri ilə məşğul olması ona vacib deyildir. Amma əgər şəkk və ya zənn edərsə, 
məşğul olmalıdır. 
 
Məsələ 534: Bir şəxs meyyitin qüsl, kəfən, namaz və ya dəfninin batil şəkildə yerinə 
yetirildiyini bilərsə, yenidən yerinə yetirməlidir. Amma əgər batil olduğunu zənn edərsə və 
ya düzgün olub-olmadığında şəkk edərsə, məşğul olması lazım deyildir. 
 
Məsələ 535: Qadının vəlisi onun əridir. Bundan başqa hallarda isə, irsin təbəqələrində 
deyildiyi kimi, varis meyyitin vəlisidir, irs aparan kişilər, aralarındakı tərtibə əsasən, 
qadınlardan qabaqdırlar. Meyyitin atasının meyyitin oğlundan, meyyitin babasının onun 
qardaşından, meyyitlə atabir-anabir qardaş olanın yalnız ata və ana tərəfdən olan 
qardaşından, yalnız ata tərəfdən olan qardaşının ana tərəfdən olan qardaşından və 
əmisinin meyyitin dayısından irəli olması işkallıdır. Başqa sözlə, belə hallarda ehtiyata 
əməl olunmalıdır. Əgər vəli bir neçə olsa, birinin icazəsi kifayətdir. 
 
Məsələ 536: Həddi-büluğa çatmamış uşaq və dəli, meyyitin işlərini görmək xüsusunda vəli 
deyildir. Həmçinin şəxsən özü və ya bir nəfəri meyyitin işlərini görməyə tə`yin edə 
bilməyən qaib bir şəxsin vilayət haqqı yoxdur. 
 
Məsələ 537: Əgər bir şəxs «mən meyyitin vəlisiyəm» və ya «meyyitin vəlisi mənə, meyyitin 
qüsl, kəfən və dəfn işlərini yerinə yetirmək üçün izn vermişdir» və yaxud «meyyitin təchizi 
xüsusunda mən onun vəlisiyəm» deyərsə, bu halda əgər ona xatircəmlik hasil olarsa, yaxud 
meyyit onun ixtiyarında olsa və yaxud da iki adil şəxs onun dediyi sözün doğruluğuna 
şəhadət verərlərsə, onun sözü qəbul edilməlidir. 
 
Məsələ 538: Əgər meyyit özünün qüsl, kəfən, dəfn və namazı üçün vəlisindən qeyrisini 
tə`yin edərsə, bu işləri yerinə yetirmənin vilayəti ona aiddir. Meyyitin bu işləri yerinə 
yetirməsinə vəsiyyət etdiyi şəxsin bu vəsiyyəti qəbul etməsi lazım (vacib) deyildir. Amma 
əgər qəbul edərsə, gərək ona əməl etsin. 
MEYYİT QÜSLÜNÜN QAYDASI 
 
Məsələ 539: Meyyitə üç qüsl vermək vacibdir: 
 
1. Sidr ilə qarışmış su ilə; 
 
2. Kafur ilə qarışmış su ilə; 
 
3. Xalis su ilə. 
 
Məsələ 540: Sidr və kafur, suyu muzaf hala yetirəcək qədər çox, «sidr və kafur su ilə 
qarışdırılmamışdır» – deyiləcək qədər də az olmamalıdır. 
 
Məsələ 541: Əgər lazımi miqdarda sidr və kafur tapılmasa, əldə olan miqdarın suya 
qarışdırılması müstəhəbb ehtiyatdır. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə