İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


üçün qüsl etsin və əsr, şam və xiftən namazları üçün yalnız dəstəmaz alsın. Amma əgər



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə23/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   19   20   21   22   23   24   25   26   ...   168

üçün qüsl etsin və əsr, şam və xiftən namazları üçün yalnız dəstəmaz alsın. Amma əgər 
zöhr namazı üçün qüsl etməsə və yalnız əsr namazını qılmaq miqdarında vaxtı olmuş olsa, 
gərək əsr namazı üçün qüsl etsin; və əgər əsr namazı üçün də qüsl etməsə, gərək şam 
namazı üçün qüsl etsin; və əgər onun üçün də qüsl etməsə və yalnız xiftən namazını qılmaq 
miqdarında vaxtı olmuş olsa, gərək xiftən namazı üçün qüsl etsin. 
 
Məsələ 422: Əgər hər namazdan əvvəl qadının kəsirə istihazəsi kəsilsə və ikinci dəfə gəlsə, 
hər namaz üçün gərək bir qüsl etsin. 
 
Məsələ 423: Əgər kəsirə istihazəsi qəlilə olsa, gərək birinci namaz üçün kəsirənin əməlini və 
sonrakı namazlar üçün qəlilənin əməlini yerinə yetirsin. Həmçinin əgər mütəvəssitə istihazə 
qəlilə olsa, gərək birinci namaz üçün mütəvəssitənin əməlini və sonrakı namazlar üçün 
qəlilənin əməlini yerinə yetirsin. 
 
Məsələ 424: Əgər istihazəli qadın, ona vacib olan işlərdən birini tərk etsə, namazı batildir. 
 
Məsələ 425: Qəlilə və ya mütəvəssitə istihazəli olan qadın, əgər namazdan başqa, 
dəstəmazın şərt olduğu başqa bir iş görmək istəsə, məsələn, bədəninin bir yerini Qur`anın 
yazısına toxundurmaq istəsə, belə ki, namaz tamam olandan sonra olsa belə, gərək vacib 
ehtiyata görə dəstəmaz alsın. Namaz üçün aldığı dəstəmaz kifayət deyildir. 
 
Məsələ 426: İstihazəli qadın, ona vacib olan qüslləri yerinə yetirdiyi təqdirdə, məscidə daxil 
olması, orada dayanması, vacib səcdəsi olan ayəni oxuması və əri ilə yaxınlıq etməsi, 
hərçənd namaz üçün yerinə yetirmiş olduğu, pambığı və parçanı dəyişdirmək kimi digər 
işləri yerinə yetirməmiş olsa belə, ona halal olur. Bu işlər qüslsüz belə caizdir. Yaxınlıq 
etməkdə isə, vacib ehtiyata görə caiz deyil. 
 
Məsələ 427: Kəsirə və mütəvəssitə istihazəsi olan qadın, əgər namaz vaxtından əvvəl, vacib 
səcdəsi olan ayəni oxumaq və ya məscidə getmək istəsə, qüsl etməsi müstəhəbb-ehtiyatdır. 
Əri onunla yaxınlıq etmək istədiyi təqdirdə də, eyni hökmü daşıyır. 
 
Məsələ 428: Ayət namazı istihazəli qadına vacibdir və gərək ayət namazı üçün də gündəlik 
namazlar üçün deyilən bütün işləri yerinə yetirsin. 
 
Məsələ 429: Gündəlik namazın vaxtında, istihazəli qadına ayət namazı vacib olsa, hər 
ikisini dalbadal yerinə yetirmək istəsə belə, lazım ehtiyata əsasən, hər ikisini bir qüsl və 
dəstəmazla qıla bilməz. 
 
Məsələ 430: İstihazəli qadın qəza namazı qılmaq istədikdə, əda namazı üçün vacib olan 
bütün əməlləri, hər qəza namazı üçün də yerinə yetirməlidir. Həmçinin ehtiyata əsasən, 
qəza namazında, əda namazında yerinə yetirdiyi əməllərlə kifayətlənə bilməz. 
 
Məsələ 431: Əgər qadın özündən gələn qanın yara qanı olmadığını bilirsə və istihazə, heyz, 
yaxud nifas qanı olduğuna ehtimal verirsə, bu surətdə əgər o qan şər`i baxımdan heyz və 
nifas qanının hökmünü daşımasa, həmin qadın istihazə hökmünə görə əməl etməlidir. 
Hətta əgər istihazə qanımı, yoxsa digər qanlar olduğunda şəkk edərsə, onların nişanəsini 
daşımırsa, vacib-ehtiyata əsasən, istihazənin əməllərini yerinə yetirməlidir. 
HEYZ 
 
Heyz, qadınların rəhimindən hər ayda bir neçə gün xaric olan qandır. Heyz qanı gördüyü 
zaman, qadına «haiz» deyilir. 
 


Məsələ 432: Heyz qanı çox vaxt qatı, isti, qara rəngli, yaxud qırmızı olur, təzyiqlə və bir az 
da yandırıcı halda xaric olur. 
 
Məsələ 433: Qadınların altımış yaşından sonra gördükləri qan heyz hökmündə deyildir. 
Qüreyş nəslindən olmayan qadınlar əlli yaşından sonra altımış yaşının tamam olmasına 
qədər – əlli yaşından qabaq gördükləri təqdirdə – qəti olaraq heyz hökmündə olan bir qan 
görsə haizə haram olan şeyləri tərk edib, istihazəliyə lazım olan işləri yerinə yetirmələri 
ehtiyat müstəhəbbdir. 
 
Məsələ 434: Qızın doqquz yaşı tamam olmamışdan qabaq gördüyü qan, heyz deyildir. 
 
Məsələ 435: Hamilə və uşağa süd verən qadınların da heyz qanı görmələri mümkündür. Bu 
xüsusda hamilə ilə hamilə olmayan qadının hökmü eynidir. Ancaq əgər hamilə qadın 
adətinin əvvəlindən 20 gün keçdikdən sonra heyz xüsusiyyətini daşıyan bir qan görsə, 
ehtiyatən heyzli qadına haram olan işləri tərk etməli və istihazəliyə lazım olan işləri də 
etməlidir. 
 
Məsələ 436: Yaşının doqquz olub-olmadığını bilməyən bir qız, əgər heyzin nişanələri 
olmayan qan görsə, heyz deyildir. Əgər heyzin nişanələri olmuş olsa, onun heyz olma 
hökmü, məhəlli işkaldır. Amma əgər onun heyz olduğuna xatircəmlik hasil edərsə, heyzdir 
və bu təqdirdə, doqquz yaşını tamamladığı mə`lum olur. 
 
Məsələ 437: Altmış yaşı olub-olmamasında şəkk edən bir qadın, əgər qan görsə və o qanın 
heyz olub-olmadığını bilməsə, altmış yaşının tamamlanmadığını əsas götürməlidir. 
 
Məsələ 438: Heyzin müddəti üç gündən az və on gündən çox olmur. Üç gündən azacıq az 
olsa da belə heyz deyildir. 
 
Məsələ 439: Heyzin əvvəlinci üç günü ardıcıl olmalıdır. Deməli, əgər məsələn; iki gün qan 
görüb, bir gün pak olursa və yenidən bir gün qan görürsə, heyz deyildir. 
 
Məsələ 440: Heyzin başlanğıcında qanın xaricə çıxması lazımdır. Amma bütün üç gün 
ərzində qanın xaricə çıxması lazım deyildir. Fərcin daxilində qan olsa kifayətdir. Əgər üç 
gün ərzində, bütün və ya bə`zi qadınlar arasında normal olduğu kimi, azacıq pak olsa belə, 
heyzdir. 
 
Məsələ 441: Birinci və dördüncü gecə qan görməsi lazım deyildir. Amma ikinci və üçüncü 
gecələrdə qan kəsilməməlidir. Belə ki, əgər birinci gün sübhün əvvəlindən üçüncü günün 
axşamına qədər, ardıcıl qan gəlsə və əsla kəsilməzsə, heyzdir. Həmçinin əgər birinci günün 
ortalarında başlayarsa və dördüncü gün həmin vaxtda kəsilərsə də, eyni hökmü daşıyır. 
 
Məsələ 442: Əgər üç gün dalbadal qan görüb kəsildikdən sonra təkrar qan görərsə və qan 
gördüyü və arada pak olduğu günlər üst-üstə on gündən çox olmazsa, qan gördüyü bütün 
günlər heyzdir. Amma lazım ehtiyata görə arada pak olduğu günlərdə isə həm heyz 
olmayan qadına vacib olan işləri yerinə yetirməli, həm də heyzli qadına haram olan 
şeylərdən çəkinməlidir. 
 
Məsələ 443: Əgər qadın, müddəti üç gündən artıq və on gündən az olan qan görüb o qanın 
çiban və ya yara, yoxsa heyz qanımı olduğunu bilməsə, onu heyz qanı hesab etməməlidir. 
 
Məsələ 444: Əgər qadın yara, yoxsa heyz qanı olduğunu bilmədiyi bir qan görsə, əvvəlki 
halı heyz olmamışdırsa ibadətlərini yerinə yetirməlidir. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə