İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


olaraq bu fürsət müddətində dəstəmaz alıb namaz qılmalıdır. Namaz əsnasında xaric olan



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə17/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   13   14   15   16   17   18   19   20   ...   168

olaraq bu fürsət müddətində dəstəmaz alıb namaz qılmalıdır. Namaz əsnasında xaric olan 
bövl və ğait üçün dəstəmazını təzələməsi lazım deyil. 
 
Məsələ 308:
 Bövl və ya ğaiti dəstəmaz və namazın bir hissəsi üçün belə fürsət olmayacaq 
şəkildə ardıcıl xaric olan şəxsin bir neçə namazı üçün bir dəstəmaz kifayətdir. Amma əgər 
yuxu kimi ayrı bir səbəbdən dəstəmazı pozulsa, yaxud bövl və ğaiti təbii şəkildə xaric olsa, 
bir dəstəmaz bir neçə namaz üçün kifayət etməz. Amma hər namaz üçün bir dəstəmaz 
alması daha yaxşıdır. Lakin unudulmuş səcdə və təşəhhüdün qəzası ilə ehtiyat namazı üçün 
ayrı bir dəstəmaz alması lazım deyil. 
 
Məsələ 309:
 Bövl və ya ğaiti ardıcıl olaraq çıxan şəxsin dəstəmazdan sonra dərhal namaz 
qılması lazım (vacib) deyil: Amma daha yaxşı olar ki, dərhal qalsın. 
 
Məsələ 310:
 Bövl və ya ğaiti ardıcıl xaric olan kimsənin namazdan başqa vaxtda olsa belə, 
dəstəmaz aldıqdan sonra Qur`anın yazılarına toxunması caizdir. 
 
Məsələ 311:
 Bövlü damla-damla tökülən şəxs namaz üçün içində pambıq və ya başqa bir 
şey olub bövlünün başqa yerlərə yetişməsinin qarşısını alan bir şeylə özünü qorumalıdır. 
Vacib ehtiyat olaraq namazdan əvvəl nəcis olan bövl məxrəcini ayrıca yumalıdır. Həmçinin 
ğaitinin xaricə çıxmasının qarşısını ala bilməyən şəxs mümkün olduğu təqdirdə namaz 
müddətində ğaitin başqa yerlərə sirayət etməsinin qarşısını almalıdır. Vacib ehtiyat odur 
ki, əgər əziyyəti yoxdursa, hər namaz üçün ğaitin məhəllini yusun. 
 
Məsələ 312:
 Bövl və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin mümkün 
olduğu təqdirdə namaz müddətində məsrəfi belə vacib edirsə, bövl və ya ğaitin xaricə 
çıxmasının qarşısını alması yaxşıdır. Hətta əgər onun xəstəliyi asanlıqla aradan qaldırıla 
bilirsə, özünü müalicə etdirməlidir. 
 
Məsələ 312:
 Bövl və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin, xəstəliyi 
zamanında vəzifəsinə uyğun olaraq qılmış olduğu namazlarını sağaldıqdan sonra qəza 
etməsi vacib deyil. Amma namaz vaxtı keçməmişdən qabaq sağalsa, lazım ehtiyat olaraq o 
vaxtda qılmış olduğu namazı yenidən qılmalıdır. 
 
Məsələ 313:
 Yel çıxmasının qarşısını ala bilməyən şəxs, bövl və ya ğaitinin qarşısını ala 
bilməyən şəxsin vəzifəsinə uyğun əməl etməlidir. 
 
 
DƏSTƏMAZ ALINMASI VACİB OLAN ƏMƏLLƏR 
 
Məsələ 315:
 Altı şey üçün dəstəmaz almaq vacibdir: 
 
1. Meyyit namazından başqa, sair vacibi namazlar üçün; müstəhəbbi namazlarda isə 
dəstəmaz, namazın səhih olması üçün şərtdir. 
 
2. Unudulmuş səcdə və təşəhhüd üçün; əgər onunla namaz arasında bövl etmək kimi 
dəstəmazı pozan bir hədəs baş vermişdirsə; amma səhv səcdəsi üçün dəstəmaz almaq vacib 
deyil. 
 
3. Həcc və ümrə əməllərindən olan Kə`bə evinin vacib təvafı üçün. 
 
4. Dəstəmaz alacağına dair nəzir, əhd etmiş və ya and içmişdirsə. 
 


5. Məsələn; Qur`ani-Şərifi öpəcəyinə nəzir etmişdirsə. 
 
6. Nəcisə bulaşmış Qur`anı suya çəkmək və ya onu (Qur`anı) hörmətsizlik olan yerdən 
(tualet və onun kimi yerlərdən) çıxarmaq üçün əlini və ya bədəninin başqa yerini Qur`anın 
yazısına vurmağa məcbur olarsa; amma əgər dəstəmaz almaq müddətinə qədər Qur`ana 
hörmətsizlik olarsa, gərək dəstəmaz almadan Qur`anı bu kimi yerlərdən çıxarsın və ya 
əgər nəcis olmuş olsa, suya çəksin. 
 
Məsələ 316:
 Qur`anın yazılarına toxunmaq, yə`ni bədənin hər hansı bir yerini Qur`anın 
yazılarına vurmaq dəstəmazsız şəxsə haramdır. Amma fars dilinə və ya başqa dillərə 
tərcümə edilmiş Qur`ana toxunmağın eybi yoxdur. 
 
Məsələ 317:
 Uşaqların və dəlilərin Qur`an yazısına toxunmasının qarşısını almaq vacib 
deyildir. Amma onların toxunması Qur`ana qarşı hörmətsizlikdirsə, qarşısı alınmalıdır. 
 
Məsələ 318:
 Dəstəmazı olmayan şəxsin hansı dildə yazıldığından asılı olmayaraq, Allah-
təalanın adına və Ona xas olan sifətlərini bildirən sözlərə toxunması vacib ehtiyat olaraq 
haramdır. Yaxşı olar ki, Həzrət Peyğəmbərin (s), İmamların (ə) və Həzrət Zəhranın (s.ə) 
mübarək adlarına da dəstəmazsız toxunmasın. 
 
Məsələ 319:
 Dəstəmazı hər vaxt alsa, istər namazın vaxtı yetişməmişdən əvvəl, istər ona 
yaxın, istər fasilə ilə yaxud vaxt daxil olandan sonra əgər qürbət qəsdilə alsa səhihdir. 
Vacib, yaxud müstəhəbb niyyəti etmək də lazım (vacib) deyil. Hətta əgər səhvən vacib 
niyyəti edərsə və sonradan vacib olmaması mə`lum olarsa, dəstəmaz səhihdir. 
 
Məsələ 320:
 Vaxtın yetişdiyinə yəqin edən şəxs əgər vacib dəstəmaz niyyəti ilə dəstəmaz 
alsa və sonra vaxtın yetişmədiyini anlasa, dəstəmaz səhihdir. 
 
Məsələ 321:
 Dəstəmazı olan şəxsin hər namaz üçün yenidən dəstəmaz alması da 
müstəhəbbdir. Fəqihlərdən bə`zisi buyurmuşdur ki, cənazə namazı qılmaq, qəbiristan 
əhlini ziyarət etmək, məscidə və İmamların (ə) hərəmlərinə getmək, yanında Qur`an 
gəzdirmək, Qur`an oxumaq və yazmaq, onun haşiyəsinə toxunmaq və eləcə də yatmaq 
üçün dəstəmaz almaq müstəhəbbdir. Amma bu işlər üçün dəstəmaz almağın müstəhəbb 
olması sübuta yetməyib. Amma əgər müstəhəbb olması ehtimalı ilə dəstəmaz alsa, səhihdir 
və dəstəmazla yerinə yetirilməli olan hər bir işi görə bilər. Misal üçün, o dəstəmazla namaz 
qıla bilər. 
DƏSTƏMAZI BATİL EDƏN ŞEYLƏR 
 
Məsələ 322:
 Yeddi şey dəstəmazı batil edir: 
 
1. Bövl (sidik). Zahirən insandan, bövldən sonra və istibradan əvvəl xaric olan bələl 
(nəmlik) də bövl hökmündədir. 
 
2. Ğait (nəcis). 
 
3. Mə`də və bağırsaqdan gəlib ğaitin məxrəcindən çıxan yel. 
 
4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi 
hal, dəstəmazı batil etməz. 
 
5. Əqli aradan aparan şeylər: dəlilik, məstlik, ürəkkeçmə və s. kimi. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə