İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 263:  Dəstəmaz alan şəxsin gözü suya sataşdıqda belə deməsi müstəhəbdir



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə14/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   10   11   12   13   14   15   16   17   ...   168

Məsələ 263:
 Dəstəmaz alan şəxsin gözü suya sataşdıqda belə deməsi müstəhəbdir: 
 
اًس ِجَن ُهلَعجَي مَل َو اًروُهَط َءاَملا َلَعَج ىِذَّلا ِالله ُدمَحلا َو ِللهاِب َو ِالله ِمسِب 
 
«Bismillahi və billahi vəlhəmdu lillahil-ləzi cə`ələl-ma`ə təhura, vələm yəc`əlhu nəcisa.» 
 
Dəstəmazdan əvvəl əllərini yuyanda desin: 
 
 َني ِرِ هَطَتملا َنِم ىِنلَعجا َو َنيِبا َّوَّتلا َنِم ىِنلَعجا َّمهللَأ ِللهاِب  َو ِالله ِمسِب 
 
«Bismillahi və billah. Əllahumməc`əlni minət-təvvabinə vəc`əlni minəl-mutətəhhirin.» 
 
Ağıza su dolduran vaxtda (məzməzə edəndə) desin: 
 
 َك ِركِذِب ىِناَسِل قِلطَأ َو َكاَقلَأ َموَي ىِتَّجُح ىِنِ قَل َّمُهللأ 
 
«Əllahummə ləqqini huccəti yovmə əlqakə və ətliq lisani bizikrik.» 
 
Buruna su alan vaxt (istinşaq edəndə) desin: 
 
 َحي ِر َّىَلَع م ِ رَحُت َلا َمُهللَأ
 
اَهَبيِط  َو اَهَحوَر  َو اَهَحي ِر ُّمُشَي نَّمِم ىِنلَعجا َو ِة نَجلا
 
 
«Əllahummə la tuhərrim ələyyə rihəl-cənnəti vəc`əlni mimmən yəşummu rihəha və 
rovhəha və tibəha.» 
 
Üzü yuyanda desin: 
 
 ِ وَسُت َلا  َو ُهوُج ُولا ِهيِف ُّدوسَت َموَي ىِهج َو ضِ يَب َّمُهللا
 ُهوُج ُولا ِهيِف  ُّضَيبَت َموَي ىِهج َو د
 
 
«Əllahummə bəyyiz vəchi yovmə təsvəddu fihil-vucuhu və la tusəvvid vəchi yovmə 
təbyəzzul-vucuh.» 
 
Sağ əli yuyanda desin: 
 
اًباَس ِح ىِنبِساَح َو ى ِراَسَيِب ِناَن ِجلا ىِف َدلُخلا  َو ىِنيِمَيِب ىِباَتِك ىِنِطعَأ َّمُهلل
 
ا ًريِسَي
 
 
«Əllahummə ə`tini kitabi biyəmini vəl-xuldə fil-cinani biyəsari və hasibni hisabən yəsira.» 
 
Sol əlini yuyanda desin: 
 
  َكِب ُذوُعَا  َو ىِقُنُع ىَلِإ ًةَلوُلغَم اَهلَعجَت َلا َو ى ِرهَظ ِءاَر َو نِم َلا َو ىِلاَمِشِب ىِباَتِك ىِنِطعُت َلا َّمُهللَأ
 ِم
 ِناَريِ نلا ِتاَعَّطَقُم ن
 
 
«Əllahummə la tu`tini kitabi bişimali və la min vərai zəhri və la təc`əlha məğlulətən ila 
unuqi və ə`uzu bikə min muqəttə`atinniran.» 
 
Başa məsh çəkəndə desin: 
 
 َكِوفَع  َو َكِتاَكَرَب  َو َكِتَمحَرِب ىِنِ شَغ َّمُهللَأ 
 
«Əllahummə ğəşşini birəhmətikə və bərəkatikə və əfvik.» 
 
Ayağına məsh çəkəndə desin: 


 
  َو ِلَلاَجلا اَذاَي ىَّنَع َكي ِضرُياَم ىِف ىِيعَس لَعجا َو ُماَدْقَلاا ِهيِف ُّل ِزَت َموَي ِطار ِصلا ىَلَع ىِنتِ بَث َّمُهللَأ
 ِماَركِلإا
 
 
«Əllahummə səbbitni ələssirati yovmə təzillu fihil-əqdam, vəc`əl sə`yi fima yurzikə ənni, ya 
zəlcəlali vəl-ikram.» 
 
DƏSTƏMAZIN SƏHİH OLMA ŞƏRTLƏRİ 
 
Dəstəmazın səhih olmasında lazım olan şərtlər bunlardan ibarətdir: 
 
1-ci şərt: Dəstəmazın suyu pak olmalıdır. Başqa bir fikirə görə şər`i baxımdan pak olsa 
belə, əti halal heyvanın bövlü, pak olan murdarın əti və yara çirki kimi insanın nifrət etdiyi 
şeylərlə də qatışıq olmamalıdır. Bu nəzər ehtiyata uyğundur. 
 
2-ci şərt: Su mütləq olmalıdır. 
 
Məsələ 264:
 Nəcis və muzaf su ilə alınan dəstəmaz batildir. Hətta əgər insan onun nəcis və 
ya muzaf olduğunu bilməzsə, yaxud unutsa belə, hökm eynidir. Əgər o dəstəmazla namaz 
qılmışsa da, həmin namazı yenidən səhih dəstəmazla qılması gərəkdir. 
 
Məsələ 265:
 Əgər dəstəmaz alması üçün palçıqlı muzaf sudan başqa bir su yoxdursa, bu 
halda namazın vaxtı təngdirsə, təyəmmüm etməlidir; vaxt varsa suyun durulmasını 
gözləməli və ya başqa bir vasitə ilə suyu duruldub saf su ilə dəstəmaz almalıdır. Amma 
palçıqlı su o vaxt muzaf olur ki, artıq ona su deyilməsin. 
 
3-cü şərt: Dəstəmazın suyu mübah olmalıdır. 
 
Məsələ 266:
 Qəsb edilmiş olan və ya sahibinin razı olub-olmadığı bəlli olmayan su ilə 
dəstəmaz almaq haram və batildir. Həmçinin əgər dəstəmazın suyu üz və əllərindən qəsbi 
olan yerə tökülərsə və ya dəstəmaz aldığı yerin fəzası qəsbi olarsa, o yerdən başqa bir yerdə 
dəstəmaz almaq imkanı da yoxdursa, şəxsin vəzifəsi təyəmmümdür. Əgər ayrı bir yerdə 
dəstəmaz alması mümkündürsə, həmin yerdə dəstəmaz almalıdır. Bununla belə, əgər hər 
iki təqdirdə də günah edib orada dəstəmaz alarsa, dəstəmazı səhihdir. 
 
Məsələ 267:
 İnsanın hamı üçün, yoxsa yalnız o mədrəsənin tələbələri üçün vəqf edildiyini 
bilmədiyi bir mədrəsənin hovuzundan dəstəmaz almasının, adətən camaatın hovuzun 
suyundan dəstəmaz aldığı və kimsənin bunu qadağan etmədiyi təqdirdə bir maneçiliyi 
yoxdur. 
 
Məsələ 268:
 Bir şəxs namaz qılmaq istəmədiyi bir məscidin hovuzunun hamı üçünmü, 
yoxsa orada namaz qılanlar üçünmü vəqf edildiyini bilməzsə, o məscidin hovuzundan 
dəstəmaz ala bilməz. Amma əgər adətən orada namaz qılmaq istəməyən şəxslər də o 
hovuzdan dəstəmaz alırsa və bir kimsə də bunu qadağan etmirsə, həmin hovuzdan 
dəstəmaz ala bilər. 
 
Məsələ 269:
 Otellərin, balaca bazarların və buna bənzər yerlərin hovuzlarından orada 
yaşamayan şəxslərin dəstəmaz almaları, ancaq orada yaşamayan kimsələrin də onların 
suyundan dəstəmaz aldığı və bir kimsənin də bunu qadağan etmədiyi təqdirdə səhihdir. 
 
Məsələ 270:
 İnsan, sahiblərinin razı olduqlarını bilməzsə belə, onlardan istifadə etməyin 
caiz olmasına əql sahiblərinin nəzər verdiyi nəhrlərdə, istər sahibi böyük olsun, istərsə 
kiçik, dəstəmaz almağın maneçiliyi yoxdur. Hətta əgər onların sahibləri dəstəmaz almağı 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə