İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 2385: Siğə olunmuş qadın, xərc və birlikdə yatmaq haqqı olmağını bilməsə də, onun



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə133/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   129   130   131   132   133   134   135   136   ...   168

 
Məsələ 2385: Siğə olunmuş qadın, xərc və birlikdə yatmaq haqqı olmağını bilməsə də, onun 
əqdi səhihdir və bilmədiyinə görə də əri üzərində bir haqqa sahib olmaz. 
 
Məsələ 2386: Siğə olunmuş qadın ərinin icazəsi olmadan evdən çıxa bilər, amma evdən 
çıxmaqla ərinin haqqı aradan getsə, onun evdən çıxmağı haramdır. Müstəhəbb ehtiyata 
görə, ərinin haqqı aradan getməzsə də, onun icazəsi olmadan evdən çıxmasın. 
 
Məsələ 2387: Əgər bir qadın bir kişini vəkil etsə ki, onun müəyyən müddət və məbləğə özü 
üçün siğə etsin, belə ki, kişi onu öz daimi əqdinə gətirsə, ya müəyyən olunmuş müddət və ya 
məbləğə deyil, başqa bir müddət və məbləğə siğə etsə, qadın başa düşən zaman əgər icazə 
versə, o əqd səhihdir, əgər icazə verməsə batildir. 
 
Məsələ 2388: Məhrəm olmaq üçün ata, ya ata tərəfindən olan baba öz nabaliğ qızını və ya 
oğlunu qısa müddət üçün bir kəsə əqd etsə, ondan bir zərər olmadığı təqdirdə əqd səhihdir. 
Amma əgər izdivac müddətində oğlan tamamilə ləzzət alma, qız da tamamilə ləzzət alma 
qabiliyyətinə malik olmazlarsa, əqdin səhih olması məhəlli-işkaldır. 
 
Məsələ 2389: Əgər ata, ya ata tərəfindən olan baba başqa yerdə olan öz qız uşaqlarını ölü 
və diri olduğunu bilmədikləri halda, məhrəm olmaq üçün bir kəsə əqd etsələr, zövciyyət 
müddəti əqd olunmuş qızla istimta (ləzzət alma) qabiliyyətinə malik olsa, zahirən onun 
məhrəm olması hasil olar. Belə ki, sonradan mə`lum olsa ki, əqd zamanı o qız diri olmayıb, 
əqd batildir və o kəs ki, əqd vasitəsilə zahirən məhrəm olmuş idilər, naməhrəmdirlər. 
 
Məsələ 2390: Əgər kişi qadının siğəsinin müddətini bağışlasa, belə ki, onunla yaxınlıq 
edibsə, gərək onunla qərar qoyduqlarını mehrin hamısını versin. Əgər yaxınlıq etməyibsə, 
mehrinin yarısını vermək vacibdir. 
 
Məsələ 2391: Kişi onun siğəsində olmuş və iddəsi hələ qurtarmamış qadını öz daimi əqdi 
edə bilər ya təzədən siğə edə bilər. Amma əgər müvəqqəti izdivacın müddəti qurtarmamış 
daim əqdinə keçirsə, əqd batildir. Amma əgər qalan müddəti ona bağışlayandan sonra 
daimi əqdinə keçirsə, batil olmaz. 
BAXMAĞIN HÖKMLƏRİ 
 
Məsələ 2392: Kişinin naməhrəm qadının bədəninə və həmçinin onların saçlarına baxmağı 
istər ləzzət qəsdi ilə olsun, istərsə də ləzzət qəsdi olmasın, istər harama düşmə qorxusu 
olsun, istərsə də olmasın, haramdır. Onların üzünə və biləklərinə qədər əllərinə baxmaq isə 
ləzzət almaq qəsdi ilə olsa və ya harama düşmək qorxusu olsa, haramdır. Müstəhəbb 
ehtiyat odur ki, ləzzət almaq qəsdi və harama düşmək qorxusu olmasa da onlara baxmasın. 
Həmçinin, qadının naməhrəm kişinin bədəninə baxması ləzzət qəsdi ilə və harama düşmək 
qorxusu olsa haramdır. Hətta vacib ehtiyata görə bunlar olmasa da baxmasın. Amma 
qadının, kişinin bədəni, baş, qollar və ayaqlar kimi adətən kişilərin örtmədikləri yerlərinə 
baxmağın, ləzzət qəsdi və harama düşmək qorxusu olmazsa, eybi yoxdur. 
 
Məsələ 2393: Bir şəxsin islami hicabla örtünməyi əmr etdiyi halda, əmrə e`tina etməyən, 
qorxusuz halda açıq-saçıq gəzən qadınların bədəninə baxmağın, ləzzət qəsdi və harama 
düşmək qorxusu olmamaq şərti ilə, eybi yoxdur. Bu hökmdə kafirlərin qadınlarıyla digər 
qadınlar arasında, habelə, əl və üzlə, adətən bədənin örtmədikləri digər yerləri arasında bir 
fərq yoxdur. 
 
Məsələ 2394: Qadın gərək saçını və bədənini (üz və əllərindən başqa) naməhrəm kişidən 
örtsün və lazım ehtiyat odur ki, həddi-büluğa çatmamış, amma yaxşı-pisi başa düşən oğlan 


uşağından da, qadının bədəninə baxması onun şəhvətini hərəkətə gətirmək ehtimalı varsa, 
saç və bədənini örtməlidir. Amma qadın üz və biləklərinə qədər əllərini naməhrəm kişidən 
örtməyə bilər. Fəqət əgər harama düşmək qorxusu olsa və ya kişini haram bir baxışa 
mübtəla etmək niyyəti olsa, bu iki halda onları da örtmək vacibdir. 
 
Məsələ 2395: Həddi-büluğa çatmış müsəlmanın övrətinə baxmaq, şüşə arxasından, ya saf 
sudan, ya güzgüdən və ya bunun kimi şeydən olsa belə, haramdır. Lazım ehtiyata əsasən, 
kafirin və yaxşı və pisi başa düşən nabaliğ uşağın övrətinə baxmaq da eyni hökmdədir. 
Amma ər-arvad bir-birinin bütün bədənlərinə baxa bilərlər. 
 
Məsələ 2396: Bir-birlərinə məhrəm olan kişi və qadın əgər ləzzət qəsdi olmasa və harama 
düşmək qorxusu olmasa, övrətindən başqa, bir-birinin bütün bədənlərinə baxa bilərlər. 
 
Məsələ 2397: Kişi gərək ləzzət qəsdi ilə başqa kişinin bədəninə baxmasın. Qadının da başqa 
qadının bədəninə ləzzət qəsdi ilə baxması haramdır. Hər iki halda da əgər harama düşmək 
qorxusu olsa, hökm eynidir. 
 
Məsələ 2398: Əgər bir kişi naməhrəm bir qadını tanıyırsa, açıq-saçıq qadınlardan olmadığı 
təqdirdə, vacib ehtiyata əsasən onun şəklinə baxmamalıdır. Üz və əllərindən başqa, belə ki, 
ləzzət qəsdi olmazsa və harama düşmək qorxusu da olmasa, bu iki yerə baxmaq caizdir. 
 
Məsələ 2399: Əgər qadının başqa qadını və ərindən başqa kişini imalə etməsi və ya onun 
övrətini suya çəkməsi lazım gəlsə, gərək əlinə bir şey alsın, əli onun övrətinə dəyməsin. 
Həmçinin, əgər kişinin başqa kişini, ya arvadından başqa bir qadını imalə etməsi və ya 
onun övrətini suya çəkməsi lazım gəlsə, bu halda da hökm eynidir. 
 
Məsələ 2400: Əgər qadın bir xəstəlikdən müalicə olunmağa naçar olarsa və naməhrəm kişi 
onu müalicə etmək üçün daha yaxşı olarsa, naməhrəm kişiyə müraciət edə bilər. Belə ki, o 
kişi müalicə etmək üçün ona baxmağa və onun bədəninə əl vurmağa məcbur olsa, eybi 
yoxdur. Amma əgər baxmaqla müalicə edə bilərsə, gərək əlini onun bədəninə vurmasın. 
Əgər əl vurmaqla müalicə edə bilərsə, gərək ona baxmasın. 
 
Məsələ 2401: Əgər insan bir kəsi müalicə etmək üçün onun övrətinə baxmağa naçar olsa, 
vacib ehtiyata görə gərək aynanı qarşıya qoysun və aynadan baxsın. Amma əgər övrətə 
baxmaqdan başqa çarə olmazsa, eybi yoxdur. Həmçinin, əgər övrətə baxmaq müddəti 
aynadan baxmaq müddətindən daha az olsa, hökm eynidir. 
İZDİVACIN MÜXTƏLİF MƏSƏLƏLƏRİ 
 
Məsələ 2402: Zövcəsi olmaması səbəbi ilə harama düşən şəxsin evlənməsi vacibdir. 
 
Məsələ 2403: Əgər ər əqddə şərt etsə ki, qadın bakirə olsun və əqddən sonra bakirə 
olmadığı mə`lum olsa, əqdi poza bilər. Amma əgər əqdi pozmazsa, ya əvvəldən şərt 
etməmiş olsa, amma bakirə olmasına inandığı əsasda izdivac etmiş olsa, bakirə ilə qeyri-
bakirənin mehrinin fərqini nəzərə alaraq qərar qoyduqları mehrdən azalda bilər. Əgər 
vermiş olsa, geri ala bilər, məsələn, əgər onun mehri 100 manat olsa, onun kimi olan 
qadının bakirə olduğu təqdirdə mehri 80 manat, bakirə olmadıqda isə 60 manat olarsa, 100 
manatdan dörddə bir nisbət fərqi olan miqdarı 100-dən çıxılar. 
 
Məsələ 2404: Naməhrəm kişi və qadının heç bir kəsin olmadığı xəlvət bir yerdə tək 
qalmaları fəsada düşmək ehtimalı olduğu təqdirdə, başqa bir kimsənin oraya kirmək 
imkanı olsa belə, haramdır. Amma əgər fəsada düşmək ehtimalı olmasa, eybi yoxdur. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə