İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


olandan sonra özü üçün, ya başqa adam üçün əqd edə bilər. Amma onların ədalətli



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə140/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   136   137   138   139   140   141   142   143   ...   168

olandan sonra özü üçün, ya başqa adam üçün əqd edə bilər. Amma onların ədalətli 
olmadığına yəqin etsə, o qadını əqd edə bilməz. 
 
Məsələ 2503: Kişinin ric`i təlaq verdiyi qadın, iddəsi tamam olana qədər onun şər`i həyat 
yoldaşı hökmündədir. Belə ki, ərinin ondan hər növ cinsi ləzzət almasına mane olmağa 
haqqı yoxdur. Caiz və hətta müstəhəbdir ki, qadın özünü onun üçün bəzəsin. Onun icazəsi 
olmadan evdən çıxması caiz deyil. Əgər naşizə olmasa, (itaətdən boyun qaçırmasa) 
nəfəqəsini vermək ərinə vacibdir, eləcə də kəfəni, fitrə zəkatı da ərin öhdəsinədir. Hər biri 
ölərsə, digəri ondan irs aparır. Kişi, arvadının iddədə olduğu zaman onun bacısını ala 
bilməz. 
QƏSBİN HÖKMLƏRİ 
 
Qəsb odur ki, insan zülm ilə başqasının haqqına, ya malına sahib olsun. Bu da əql, Qur`an 
və rəvayətlərin hökmü ilə haramdır. Peyğəmbəri Əkrəmdən (s) rəvayət olunub ki, hər kəs 
başqasından bir qarış yer qəsb etsə, Qiyamətdə o yeri onun 7 mərtəbəsindən zəncir kimi 
onun boynuna atacaqlar. 
 
Məsələ 2504: Əgər insan hamı üçün tikilmiş məscid, mədrəsə, körpü və başqa yerlərdən 
camaatın istifadə etməsini qoymasa, onların haqqını qəsb etmişdir. Həmçinin, əgər bir kəs 
məsciddə özü üçün bir yer tutsa və başqası da onun oradan istifadə etməsini qoymazsa, 
günah etmişdir. 
 
Məsələ 2505: Əgər girov qoyan və girov götürən qərar qoysalar ki, o şey ki, girov 
qoyulmuşdur, girov götürənin, ya 3-cü şəxsin əlində olsun, girov verən girov qoyduğu 
əşyanın əvəzini ödəməmiş qoyduğu girovu götürə bilməz. Əgər götürsə, gərək dərhal 
qaytarsın. 
 
Məsələ 2506: Bir kəsin yanında girov qoyulan malı başqası qəsb etsə, mal sahibi və girov 
götürən şəxsin hər biri qəsb edilmiş şeyi tələb edə bilər. Belə ki, o şeyi ondan alsalar, yenə 
də girovdadır. 
 
Məsələ 2507: Əgər insan bir şeyi qəsb etsə, gərək sahibinə qaytarsın. Əgər o şey aradan 
getsə və qiyməti olsa, gərək onun əvəzini 2515 və 2516-cı məsələlərdə deyilən şərhlə ona 
versin. 
 
Məsələ 2508: Əgər qəsb edilmiş şeydən mənfəət əldə edilsə, məsələn, qəsb edilmiş qoyundan 
quzu olsa, o mal sahibinindir. Həmçinin, bir evi qəsb etmiş bir kəs orada oturmasa da, 
gərək onun icarəsini versin. 
 
Məsələ 2509: Əgər uşaqdan, ya dəlidən onların malı olan bir şeyi qəsb etsələr, gərək onu 
onun vəlisinə versinlər. Əgər o şey aradan getsə, əvəzi ödənilməlidir. 
 
Məsələ 2510: Əgər iki nəfər birlikdə bir şeyi qəsb etsələr, hər ikisi bütünlüklə o şeydən 
istifadə etsələr, hər biri təklikdə o şeyi qəsb etməyi bacarmamasına baxmayaraq onlardan 
hər biri, o şeyə bütünlüklə zamindirlər. 
 
Məsələ 2511: Əgər qəsb edilmiş bir şeyi digər bir şey ilə qarışdırsalar, məsələn, qəsb 
olunmuş buğdanı arpa ilə qarışdırsalar, belə ki, onları ayırmaq mümkün olsa, əziyyət ilə 
olsa da, gərək ayrılsın və sahibinə qaytarılsın. 
 
Məsələ 2512: Əgər bir şəxs düzəldilmiş qızıl parçasını məsələn, qəsb etdiyi sırğanı əritsə, 
gərək onu əritdikdən qabaq və sonrakı qiymətinin fərqi ilə sahibinə versin. Əgər 


qiymətinin fərqini ödəməsə, desə ki, onu əvvəlki kimi düzəldəcəyəm, malik məcbur deyil ki, 
qəbul etsin. Həmçinin malik onu, əvvəlki kimi düzəltməyə də məcbur edə bilməz. 
 
Məsələ 2513: Qəsb edilmiş bir şeyi əvvəlkindən yaxşı olacaq bir şəkildə dəyişdirilsə, 
məsələn, qəsb edilmiş qızıldan sırğa düzəltsə, belə ki, mal sahibi «malı bu halda mənə ver» 
desə, gərək ona versin və ondan çəkdiyi zəhmət üçün muzd ala bilməz. Həmçinin malikin 
icazəsi olmadan onu əvvəlki halına salmağa haqqı yoxdur. Amma malikin icazəsi olmadan 
onu əvvəlki, ya başqa şəklə salsa, iki halət arasında olan qiymət fərqinə zamin olması 
mə`lum deyil. 
 
Məsələ 2514: Əgər qəsb edilmiş bir şeyi əvvəlkindən daha yaxşı olacaq bir şəkildə 
dəyişdirsələr və mal sahibi desə ki, gərək onu əvvəlki şəklə salasan, əgər bu istəkdə onun 
müəyyən hədəfi olsa, vacibdir ki, qəsb edən onu əvvəlki şəklə salınsın. Belə ki, onun 
qiyməti, dəyişdirmək vasitəsilə əvvəlkindən az olsa, gərək onun fərqini də sahibinə versin. 
Belə ki, qəsb edilmiş qızıldan əgər sırğa düzəldilsə və onun sahibi desə: «onu əvvəlki şəklə 
sal» o halda əridəndən sonra onun qiyməti sırğa düzəltməmişdən qabaqkı qiymətdən az 
olsa, gərək onun fərqini ödəsin. 
 
Məsələ 2515: Qəsb etdiyi yerdə əkin, ya ağac əksə, o ağacın və əkinin barı onundur. Belə ki, 
torpağın sahibi razı olmasa ki, əkin, ya ağac onun yerində qalsın, qəsb edən şəxs gərək 
dərhal öz ağac, ya əkininin zərəri olsa da, yerdən çıxartsın. Həmçinin ağac, ya əkin o yerdə 
olan müddətdə yerin icarəsini yer sahibinə versin və yerdə olan xarablıqları düzəltsin, 
məsələn, ağacların yerini doldursun. Əgər bunların vasitəsilə yerin qiyməti əvvəlkindən az 
olsa, gərək onun fərqini də versin. O, yer sahibini məcbur edə bilməz ki, yeri ona satsın, ya 
icarə versin. Həmçinin yer sahibi onu məcbur edə bilməz ki, əkin, ya ağacı ona satsın. 
 
Məsələ 2516: Əgər yer sahibi ağacın, ya əkinin onun yerində qalmasına razı olsa, oranı 
qəsb edən şəxs lazım deyil ki, ağacı, ya əkini oradan çıxartsın, amma gərək o yerin icarəsini 
qəsb etdiyi vaxtdan yer sahibi razı olan vaxta qədər versin. 
 
Məsələ 2517: Əgər qəsb edilmiş şey aradan getsə, o halda ki, inək və qoyun kimi «qiyməti» 
olsa, gərək («qiyməti» o şeyə deyilir ki, tələbatın cəlb olunmasında rol oynayan 
xüsusiyyətləri baxımından onun misli çox deyildir) gərək onun qiymətini versin və əgər 
onun bazar qiyməti istək və təklif vasitəsilə fərq etsə, gərək tələf olduğu vaxtda olan 
qiyməti versin. 
 
Məsələ 2518: Əgər qəsb edilmiş şey aradan getsə və məsələn, arpa və buğda kimi «misli» 
olsa, qəsb olunmuş şey ödənilməlidir. («Misli» o şeyə deilir ki, tələbatın cəlb olunmasında 
tə`sirli olan xüsusiyyətlər baxımından onun misli çoxdur.) Amma ödənilən şeyin tələbatın 
cəlb olunmasında tə`sirli olan maddə və növ xüsusiyyətləri qəsb etdiyi və aradan getdiyi 
şeyin mislində olsun. Məsələn, əgər ə`la növ düyü qəsb edibsə, ondan aşağı növ düyünü 
qaytara bilməz. 
 
Məsələ 2519: Əgər «qiyməti» olan bir şey, qəsb edilsə və aradan getsə, belə ki, onun 
yanında olan müddətdə müəyyən bir xüsusiyyət tapıbsa və buna görə də qiyməti artıbsa, 
məsələn, kökəlsə, sonra tələf olsa, əgər bu kökəlmə qəsb edənin yaxşı bəsləməsinə görə 
olmayıbsa, gərək kök olan vaxtın qiymətini versin. Amma əgər yaxşı bəsləməsinə görə 
kökəlibsə, artan hissənin qiymətini verməsi lazım deyil. 
 
Məsələ 2520: Qəsb edilmiş şeyi əgər başqası ondan qəsb etsə və aradan getsə, mal sahibi 
onların hər birindən onun əvəzini ala bilər, ya da onların hərəsindən əvəzin bir qədərini 
tələb edə bilər. Belə ki, onun əvəzini birincidən alsa, onda birinci də verdiyi şeyi ikincidən 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə