İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


And içən şəxs, gərək baliğ və aqil olsun. Qəsd və ixtiyar üzündən and içsin. Deməli, uşaq



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə148/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   144   145   146   147   148   149   150   151   ...   168

1. And içən şəxs, gərək baliğ və aqil olsun. Qəsd və ixtiyar üzündən and içsin. Deməli, uşaq, 
dəli məst və məcbur olunan şəxsin and içməsi düzgün deyildir. Həmçinin əsəbi halda, 
ixtiyarsız və qəsdsiz and içsə, düz deyildir. 
 
2. And içib yerinə yetircəyi iş, gərək haram, ya məkruh olmasın və and içib tərk edəcəyi iş 
gərək vacib, ya müstəhəbb olmasın. Əgər mübah işi tərk edəcəyinə, ya yerinə yetirəcəyinə 
and içsə, onu tərk etmək və ya əmələ gətirmək əql sahiblərinin nəzərində üstünlüyə malik 
olarsa, yaxud onun özü üçün dünyəvi məsləhəti olarsa, andı səhihdir. 
 
3. Allahın adlarından birinə and içsin ki, Onun müqəddəs zatından başqa o ad heç kəsə 
deyilməz, məsələn; «Allah», «Xuda». Yaxud yalnız Allaha məxsus olan sifət və ya fe`llərlə 
Allahı yad etsin, məsələn asimanları və yeri yaradan kəsə and olsun deyə and içsin. Və ya 
elə bir ada and içsin ki, o ad Allahdan başqasına da deyilər, amma o ad, o qədər Allaha 
deyilib ki, nə vaxt bir şəxs o adı desə, ancaq onun müqəddəs zatı nəzərə gəlir. Məsələn; 
«Xaliq» və «Raziq» adına and içsə, səhihdir. Hətta elə bir ada and içsə ki, yalnız and içmə 
məqamında Allahın zatını xatırlayarsa, (Səmi və Bəsir kimi) andı səhihdir. 
 
4. Andı dilə gətirməlidir. Amma lal olan bir şəxs işarə ilə and içərsə, səhihdir. Həmçinin 
danışmaq gücünə qadir olmayan bir şəxs, əgər onu yazıb, qəlbində də qəsd edərsə, 
kifayətdir. Hətta əgər danışmağa qadir olsa belə, andı yazarsa, vacib ehtiyata görə ona 
əməl etməlidir. 
 
5. Anda əməl etmək onun üçün mümkün olmalıdır. Əgər and içdiyi zaman mümkün 
olmasa, amma, sonradan mümkün olsa, kifayətdir. Əgər and içdiyi zaman mümkün olub, 
sonradan ona əməl etməkdə aciz qalsa, aciz qaldığı vaxtdan e`tibarən andı pozular. 
Həmçinin əgər anda əməl etmək dözülməyəcək qədər məşəqqətli olarsa, hökm eynidir. 
Əgər bu acizlik onun ixtiyarı ilə olsa, yaxud öz ixtiyarı ilə olmasa da, qadir olduğu 
zamandan tə`xirə salmaqda üzrü olmasa, günah edib və kəffarə də vacibdir. 
 
Məsələ 2630: Əgər ata övladını, ya da əri arvadını and içməkdən çəkindirərsə, onların andı 
səhih deyildir. 
 
Məsələ 2631: Əgər övlad atasının icazəsi olmadan və arvad ərinin icazəsi olmadan and 
içərsə, ata və ər onların andını poza bilər. 
 
Məsələ 2632: Əgər insan unutqanlıq, çarəsizlik və ya qəflət üzündən öz andına əməl 
etməsə, ona kəffarə vacib deyildir. Həmçinin, əgər onu andına əməl etməməyə məcbur 
etsələr də bu cürdür. Vəsvəsəli olan şəxs, məsələn; «Allaha and olsun ki, indi namaza 
başlayıram» – deyə and içərsə, sonra da vəsvəsəli olduğuna görə namaza məşğul olmazsa
belə ki, onun vəsvəsəsi qeyri-ixtiyari olaraq öz andına əməl etməyəcək şəkildə olarsa, ona 
kəffarə verməsi lazım deyildir. 
 
Məsələ 2633: Sözünün doğru olduğu üçün and içən şəxsin sözü doğru olarsa, and içməsi 
məkruhdur. Əgər yalan olarsa, haramdır. Hətta mübahisəni sona yetirmək müqabilində 
yalan yerə and içmək böyük günahlardandır. Fəqət özünü və ya başqa bir müsəlmanı bir 
zalımın şərrindən qurtarmaq üçün yalandan and içərsə, eybi yoxdur. Hətta bə`zən vacib də 
olur. Yalnız «tovriyə» etməsi (yə`ni and içdiyi zaman, sözün əsil mə`nasını bir işarə 
qoymadan cümlənin zahirdən ifadə etdiyi mə`nadan başqa bir mə`na qəsd etməsi) 
mümkündürsə, vacib ehtiyat odur ki, tovriyə etsin. Məsələn, bir şəxsə əziyyət etmək istəyən 
bir zalım, insandan onu görüb-görmədiyini soruşarsa, o da onu bir saat qabaq görübsə, beş 
dəqiqə qabaq görmədiyini qəsd edərək «xeyr, görməmişəm» – deyər. 
VƏQFİN HÖKMLƏRİ 


 
Məsələ 2634: Əgər bir şəxs bir şeyi vəqf edərsə, onun mülkündən xaric olar, özü, ya 
başqaları onu bağışlaya və ya sata bilməzlər, heç kəs o mülkdən irs aparmaz, amma bə`zi 
yerlərdə 2054-cü məsələdə deyildiyi kimi onu satmağın eybi yoxdur. 
 
Məsələ 2635: Vəqfin siğəsini ərəbcə oxumaq lazım deyildir, hətta məsələn; «bu kitabı 
tələbələrə vəqf etdim» – deyərsə, vəqf səhihdir. Hətta vəqf əməllə də gerçəkləşir, məsələn, 
bir həsiri vəqf niyyətilə məscidə sərərsə və ya bir binanı məscid şəklində, məscid niyyəti ilə 
tikərsə, vəqf olmaq gerçəkləşər. Lakin təkcə niyyətlə vəqf olmağı gerçəkləşmir. Vəqfin 
səhih olması üçün bir şəxsin qəbul etməsi lazım deyildir, istər ümumi vəqf olsun, istərsə 
xüsusi. Həmçinin qürbət qəsdi də lazım deyil. 
 
Məsələ 2636: Əgər bir mülkü vəqf üçün müəyyən etsə və vəqf siğəsi oxunmazdan qabaq 
peşman olsa ya ölsə, vəqf gerçəkləşmir. Xüsusi vəqfdə də kimə vəqf edilibsə, o, vəqfi 
ixtiyarına keçirməzdən qabaq ölərsə eyni hökmü daşıyır. 
 
Məsələ 2637: Bir malı vəqf edən şəxs, gərək vəqf etdiyi vaxtdan malı daimi vəqf etsin, əgər 
desə ki, «bu mal mən öləndən sonra vəqf olsun», siğə oxunan zamandan o ölənə qədər vəqf 
olmadığına görə səhih deyildir, yaxud desə ki, 10 ilə kimi vəqf olunsun və ondan sonra vəqf 
olunmasın, ya desə ki, 10 il vəqf olub, sonra 5 il vəqf olmasın və ondan sonra yenə də vəqf 
olsun, vəqf səhih deyil. Amma bu halda o yeri həbs etmək (istifadədən saxlamaq) qəsdi 
olsa, həbsi vaqe olar. 
 
Məsələ 2638: Xüsusi vəqf o halda düz olar ki, vəqf etdiyi malı, vəqf olunan kəslərin, ya 
onların vəkil və ya vəlisinin istifadəsinə buraxsın. Birinci təbəqədən olanların təsərrüf 
etməsi kifayətdir. Əgər onların bə`zisi təsərrüf etsə, yalnız onların nisbətində səhihdir. 
Amma əgər bir şeyi öz səğir övladı üçün vəqf etsə malın eyni onun əlində olsa, kifayətdir və 
vəqf səhihdir. 
 
Məsələ 2639: Məscid, mədrəsə və s. bu kimi ümumi vəqflərdə qəbz şərt deyil və vəqf sadəcə 
vəqf etməklə gerçəkləşər. 
 
Məsələ 2640: Vəqf edən, gərək aqil, baliğ olsun, öz qəsdi və ixtiyarı ilə vəqf etsin və 
həmçinin şər`ən öz malında istifadə edə bilsin. Buna görə də səfehin (yə`ni malını bihudə 
yerdə xərcləyən) öz malından istifadə etməyə haqqı olmadığına görə əgər bir şeyi vəqf etsə
səhih deyildir. 
 
Məsələ 2641: Əgər bir malı ana bətnində olan və dünyaya gəlməmiş bir uşağa vəqf etsə, o 
vəqfin səhihliyi məhəlli işkaldır və lazımdır ki, ehtiyata riayət olunsun. Amma əgər hal-
hazırda mövcud olan şəxslərə və onlardan sonra dünyaya gələn şəxslərə vəqf edərsə, vəqf 
gerçəkləşən zamanda onlar ana bətnində olmasalar da, vəqf mühəqqəq olar. Məsələn; bir 
şeyi uşaqlarından sonra nəvələrinə aid olub, hər bir dəstə əvvəlki dəstədən sonra ondan 
istifadə etməsilə uşaqlarına vəqf edərsə, səhihdir. 
 
Məsələ 2642: Bir şeyi özü üçün vəqf edərsə, məsələn; dükanının gəlirini öz borclarını 
ödəməyə, ibadətləri üçün əcir tutulmasına xərcləməyi vəqf edərsə, səhih deyildir. Amma 
əgər bir malı fəqirlərə vəqf edərsə və özü də fəqir olsa, orada sakin ola bilər. Amma əgər 
icarə pulu fəqirlərin arasında bölüşdürülsün deyə, vəqf etsə və özü də fəqir olsa, o maldan 
özünün götürməsi məhəlli işkaldır. 
 
Məsələ 2643: Əgər vəqf etdiyi şey üçün mütəvvəli müəyyən etsə, gərək onun qərar 
qoyduğuna mütabiq əməl etsin. Əgər müəyyən etməsə, belə ki, məxsusi şəxslərə, məsələn; 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə