İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 6: Qeyd olunan hallarda banklara sabit əmanətlə pul qoymaqda (ki, müddəti vardır



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə156/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   152   153   154   155   156   157   158   159   ...   168

Məsələ 6: Qeyd olunan hallarda banklara sabit əmanətlə pul qoymaqda (ki, müddəti vardır 
və bankın onu daim olaraq pul qoyan şəxsin ixtiyarına qoymasına iltizamlı deyil) cari 
hesablar arasında (ki, bank onu pul qoyan şəxsin ixtiyarına verməyə iltizamlıdır) heç bir 
təfavüt yoxdur. 
 
Məsələ 7: Qeyd olunan hallarda müştərək banklar da dövlət bankları hökmündədir və 
onda mövcud olan mal-dövlətlər məchulul-malik hökmündədir və şəriət hakiminə müraciət 
etmədən onlardan istifadə etmək caiz deyildir. 
 
Məsələ 8: Xüsusi və dövlət banklarından borc almaq və ora pul qoymaq barəsində qeyd 
olunanlar İslam dövlət bankları ilə əlaqədar idi. Lakin əlavə qazanc əldə etmək məqsədi ilə 
sərmayələri, mal-dövlətləri möhtərəm sayılmayan kafirlərə məxsus olan banklarda 
qoymaq caizdir istər bu banklar xüsusi olsun, istər dövləti, istərsə də müştərək. Çünki 
onlardan riba almaq caizdir. Lakin onlardan əlavə gəlir ödəmək məqsədi ilə borc almaq 
haramdır. Bu işdən qurtarmaq üçün malı borc adı ilə deyil, qənimət adı ilə bankdan alıb 
şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan təsərrüf etmək olar. Hərçənd 
onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsə belə. 
2-E`TİBARLAR 
 
E`tibar iki növdür: 
 
1-Varidat üçün olan e`tibarlar. 
 
Xarici malları ölkəyə daxil etmək istəyən bir şəxs banka müraciət edərək e`tibar açılmasını 
istəyir. Nəticədə bank ona iltizam verir ki, ölkəyə gətirilən xarici əmtəələrin sənədlərini 
e`tibar sahiblərinə təhvil versin və onun məbləğini əmtəəni ixrac edən şəxsin hesabına 
köçürsün. 
 
Malı ixrac edənlə müamilə yazışma, yaxud ölkədə mövcud olan vəkilə müraciət etməklə 
tamam olduqdan, eləcə də əmtəələrin keyfiyyət və kəmiyyətini bəyan edən listi aldıqdan, 
əmtəənin qiymətinin bir hissəsini bankın hesabına köçürdükdən sonra nəhayət bank 
sənədləri təhvil alır və əmtəələrin məbləğini satıcıya göndərir. 
 
2-İxracat üçün e`tibar. 
 
Bunun yuxarıdakı e`tibarla yalnız adda fərqi vardır. O da bundan ibarətdir ki, əmtəəni 
ölkədən xaricə ixrac etmək istəyir, xarici alıcı onunla rabitə bərqərar etmək üçün bankın 
yanında e`tibar açır ki, onun əsasında bank əmtəənin sənədlərini alıcıya təhvil verir və 
onun məbləğini yuxarıdakı mərhələləri keçdikdən sonra malı ixrac edənə verir. 
 
Bu iki növ e`tibarın nəticəsində həqiqətdə heç bir fərq yoxdur; e`tibar istər idxal üçün 
olsun, istərsə də ixrac üçün və bankın müştərinin borcunu ödəmək barəsində verdiyi 
iltizamdan yə`ni alınmış əmtəələrin qiymətini satıcıya və onun sənədlərini isə müştəriyə 
vermək barədə iltizamından ibarətdir. 
 
Əlbəttə bir növ e`tibar da mövcuddur. Belə ki, əmtəə ixrac edən şəxs əmtəələrin keyfiyyət 
və kəmiyyətini göstərən bir siyahını, idxal edən şəxslə heç bir müamilə baş vermədən 
banka, yaxud onu ölkə daxilindəki şö`bəsinə göndərir, bank da öz növbəsində o listi 
ehtimal verilən alıcılara göndərir. O şəxs listə qeyd olunan əmtəələri almaq istəyirsə 
bankdan e`tibar açılmasını istəyir və bank da əmtəələrin sənədlərini təhvil verib pulunu 
almağa iqdam edir. 
 


Məsələ 9: Zahirən yuxarıda qeyd olunan e`tibar növlərinin hamısının banklarda açılması 
və bu əməliyyatın banklar tərəfindən köçürülməsi caizdir. 
 
Məsələ 10: Bank e`tibar sahibindən iki cür qazanc əldə edir: 
 
1-Bankla əlaqədar xidmətlərdən əldə edilən qazanclar. Məsələn, borcun ödənilməsinə dair 
verdiyi iltizam, əmtəəni ixrac edənlə rabitə bərqərar etmək və onun sənədlərini alıb alıcıya 
təhvil verməsi və sair kimi xidmətlər. 
 
Bu cür qazanc əldə etmək caizdir, çünki cüalə əqdi sırasında yerləşir. Yə`ni e`tibar sahibi 
müəyyən bir məbləği etdiyi xidmətlər müqabilində bank üçün tə`yin edir. Həmçinin onu – 
səhih olma şərtlərinə malik olduqda – icarə əqdində də daxil etmək olar. 
 
2-Bank malın qiymətini müştərinin hesabından deyil, öz malından ödəyir və müəyyən 
müddətə qədər müştərinin onu tələb etməməsi müqabilində ödəmiş olduğu məbləğin 
məcmusundan müəyyən faizi qazanc kimi əldə edir. 
 
Deyilmişdir ki, bu cür qazanc əldə etməyi belə səhih hesab etmək olar ki, bank e`tibar 
sahibinə pul borc vermir ki, borc əqdi ilə onun mülkiyyətinə keçsin və riba hasil olsun; 
əksinə, bank müştərinin istəyi ilə onun borcunu başqasına ödəyir. Buna əsasən itlaf (tələf 
etmə) qanununa müvafiq olaraq e`tibar sahibinin zəmanəti qəramət zəmanətidir və bu, 
borc zəmanəti deyil ki, qazanc alınması haram olsun. 
 
Amma aydındır ki, e`tibar sahibi yalnız özünün banka olan borcunun əslinə zamindir. 
Deməli, bank tərəfindən onun ödənməsi üçün möhlət verilməsi müqabilində müəyyən 
qədər qazanc alınması haram ribadır. 
 
Əlbəttə, əgər e`tibar sahibi, bank tərəfindən borcun ödənilməsi müqabilində borcun əslini 
və onun müddətli olan qazancını, misal üçün iki aya, cü`l ünvanı ilə qərar verərsə bu əqd 
cüalə müqaviləsinə daxil olacaqdır və bu surətdə onun səhih olması dəlilsiz (əsassız) 
deyildir. 
 
Həmçinin bu müamilənin ribalı olmasından qurtarmaq və qazanca səhihlik vermək üçün 
onu bey` (alver) əqdinə daxil etmək olar. Çünki bank malın qiymətini xarici pul dəyərində 
onu ixrac edən şəxsə ödəyir, həmin miqdar xarici pulu da müştərinin zimməsində ölkədə 
yayılmış pul məbləğinə sata bilər ki, o pulun müadili (bərabəri) və qazancı nəzərdə 
tutulmuş olsun. Səmən və müsmənin cinsləri müxtəlif olduğuna görə heç bir işkalı yoxdur. 
 
Yuxarıda qeyd olunan halların hamısı o yerdədir ki, hesab tərəfi olan bank xüsusi olsun. 
Amma dövlət və, yaxud müştərək bank olarsa borc istəyən e`tibarı məchulul malik 
malından ödədiyinə görə şəxsən özü banka borclu olmur. Buna görə də borcun əslini onun 
qazancı ilə yanışı ödəməyə dair iltizam vermək haram riba qəbilindən sayılmır. 
3-Əmtəənin saxlanması 
 
Bə`zi vaxtlar bank malın ixrac edəndən idxal edənə çatdırılmasında bir vasitə olur və onu 
idxal edənin hesabına saxlayır. Belə ki idxal edənlə ixrac edən arasında müqavilə 
bağlandıqdan, malın qiyməti ödəndikdən və qəbz alındıqdan sonra bank onun sənədlərini 
idxal edən şəxs üçün göndərir və onu malın çatmasından xəbərdar edir, idxal edən şəxsin 
malı təhvil almaqda tə`xirə yol verdiyi zaman onu həmin şəxsin tərəfindən saxlayır və onun 
müqabilində müəyyən ücrət alır. Həmçinin malı ixrac edən şəxs də idxal edən şəxslə heç bir 
müqavilə bağlmadığı halda bank üçün müəyyən mal göndərir, bank malın göndərildiyi 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə