İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


baba nənədən iki dəfə çox aparacaq. Əgər meyyitin varisi əri, baba və nənəsi olsa, əri malın



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə153/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   149   150   151   152   153   154   155   156   ...   168

baba nənədən iki dəfə çox aparacaq. Əgər meyyitin varisi əri, baba və nənəsi olsa, əri malın 
yarısını aparacaq, baba və nənəsi isə keçən məsələlərdə deyildiyi kimi öz irsini aparacaq. 
 
Məsələ 2712: Qardaşın ya bacının ya qardaşların və bacıların baba ya nənə, ya babalar ya 
nənələr ilə cəmlənməsinin bir neçə surəti vardır: 
 
1. Baba ya nənənin hər biri və qardaş ya bacı, hamısı ana tərəfdən olsunlar. Bu halda 
onların arasında kişi və qadın olmaqda müxtəlif olsalar da, bərabər bölünəcək. 
 
2. Onların hamısı ata tərəfindən olsunlar, bu halda hamısı kişi və ya hamısı qadın olsa, mal 
onların arasında bərabər bölünəcək. Əgər kişi və qadın olmaqda müxtəlif olsalar, hər kişi 
qadından iki dəfə çox aparacaq. 
 
3. Baba və ya nənədən hər biri ata tərəfdən olsun və bacı ya qardaş ata-anadan olsun. 
Bunun hökmü keçən haldakı hökm kimidir. Mə`lum oldu ki, meyyitin ata tərəfdən olan 
bacı, ya qardaşı əgər ata-anadan bir olan bacı ya qardaşla cəm olsa, ata tərəfdən olanlar irs 
aparmır. 
 
4. Babalar, ya nənələr, ya hər ikisi həm ata tərəfdən olsun, həm ana tərəfdən olsun, 
qardaşlar ya bacılar, ya da hər ikisi də belə olsalar, bu halda ana tərəfdən qohum olan 
qardaşlar, bacılar, babalar, nənələr, malın 1/3-ni öz aralarında bərabər böləcəklər, kişi və 
qadın olmaqda müxtəlif olsalar da; Ata tərəfdən qohum olanlara isə malın 2/3-dir ki, hər 
kişiyə qadından iki dəfə çox veriləcək. Əgər onların arasında kişi və qadın olmaqda ixtilaf 
olmasa və hamısı kişi, ya hamısı qadın olsa, onların arasında bərabər bölünəcək. 
 
5. Ata tərəfdən olan baba ya nənə, ana tərəfdən olan qardaş ya bacı ilə cəm olsun. Bu halda 
qardaş ya bacı təkdirsə malın 1/6-ni aparacaq, əgər tək deyilsə, onun 1/3-ni bərabər öz 
aralarında böləcəklər, qalanını isə baba ya nənənin malıdır. Əgər baba ya nənə hər ikisi 
olsa, baba nənədən iki dəfə çox aparacaq. 
 
6. Ana tərəfdən olan baba ya nənə, ata tərəfdən olan qardaş ya qardaşlar ilə cəm olsun. Bu 
halda baba, ya nənə üçün malın 1/3-dir, əgər hər ikisi sağ olsa, 1/3-i bərabər olaraq 
bölərlər, onun 2/3-si isə qardaş ya qardaşlar üçündür. Əgər o baba ya nənə ilə ata tərəfdən 
bacı olsa, tək olan halda malın yarısını aparacaq, əgər çox olsalar, 2/3-ni aparacaqlar, hər 
halda baba ya nənə üçün malın 1/3-dir. Buna görə də əgər bacı tək olsa, meyyitin malının 
1/6-i onlardan artıq qalır. Bunun da bacıya verilməsi və ya baba ilə nənə arasında 
bölünməsi ehtimalı var. Bu halda vacib ehtiyata əsasən bir-birləri ilə sülh etməlidirlər. 
 
7. Babalar, nənələr, ya hər ikisi həm ata tərəfdən, həm də ana tərəfdən olsun və onlar ilə 
ata tərəfdən bacı ya qardaş olsun, istər tək olsun, istərsə də çox, bu halda ana tərəfdən olan 
baba ya nənə üçün malın 1/3-dir. Əgər çox olsalar öz aralarında kişi və qadın olmaqda 
müxtəlif olsalar da, bərabər böləcəklər. Ata tərəfdən olan baba ya nənə üçün və ata 
tərəfdən olan bacı ya qardaş üçün qalan malın 2/3-dir. Əgər kişi və qadın cəhətindən 
müxtəlif olsa, kişilər qadından 2 dəfə çox aparacaq. Əgər o babalar ya nənələrlə bir anadan 
olan bacı ya qardaş olsalar, bir anadan olan babaya ya nənəyə, bir anadan olan bacı ya 
qardaş ilə birlikdə 1/3 düşəcək və onların arasında bərabər bölünəcək. Kişi və qadın 
cəhətindən müxtəlif olsa belə və ata tərəfdən olan baba ya nənə üçün 2/3-dir. Baba nənədən 
iki qat artıq pay aparır. 
 
8. Qardaş ya bacıların bə`zisi ata tərəfdən, bə`zisi isə ana tərəfdən olsun və onlar ilə ata 
tərəfdən olan baba ya nənə olsun, bu surətdə, ana tərəfdən olan bacı ya qardaş üçün tək 
olan surətdə malın 1/6-dir. Əgər çox olsalar, malın 1/3-dir ki, öz aralarında bərabər 


böləcəklər. Ata tərəfdən olan bacı ya qardaş üçün ata tərəfdən olan baba ya nənə ilə 
birlikdə malın qalanıdır. Kişilər qadınlardan iki qat artıq pay aparacaq. Əgər o qardaş ya 
bacılar ana tərəfdən olan baba ya nənə ilə birlikdə olsa, ana tərəfdən olan baba ya nənə 
üçün ana tərəfdən bacı qardaş ilə birlikdə malın 1/3-dir ki, öz aralarında bərabər 
böləcəklər, ata tərəfdən olan bacı ya qardaş üçün irsin 2/3-dir irs aparır. Kişi qadından iki 
dəfə çox irs aparır. 
 
Məsələ 2713: Meyyitin qardaş və bacısı olduğu təqdirdə meyyitin qardaşının və ya 
bacısının uşağına yetişməz. Lakin bu hökm qardaşın və ya bacının övladının qardaş və 
bacının mirasına bir əngəl təşkil etmədiyi hala aid deyil. Məsələn; əgər meyyitin ata 
tərəfdən olan qardaşı və ana tərəfindən olan babası olursa, ata tərəfindən olan qardaşı 
malın 2/3-ni və ana tərəfindən olan babası malın 1/3-ni miras alır, bu təqdirdə meyyitin ana 
tərəfindən olan qardaşoğlu da olarsa, o qardaşoğlu babası ilə malın 1/3-də şərik olur. 
Üçüncü dəstənin irsi 
 
Məsələ 2714: Üçüncü dəstə əmi, bibi, xala, dayı və onların övladıdır ki, əgər birinci və 
ikinci dəstədən bir kəs olmasa, bunlar irs aparacaqlar. 
 
Məsələ 2715: Əgər meyyitin varisi ancaq bir əmi ya bir bibi olsa, istər meyyitlə ata-anadan 
bir olsun, istər atadan bir olsun, istərsə də anadan bir olsun, malın hamısı ona çatar. Əgər 
bir neçə əmisi, ya bir neçə bibisi olsa və hamısı ata-anadan, ya atadan, ya anadan bir olsa, 
malı öz aralarında bərabər böləcəklər. Əgər həm əmi və həm bibisi olsa, əmi bibidən iki 
dəfə çox aparacaq. 
 
Məsələ 2716: Əgər meyyitin varisi əmi və bibi olsa və onların bə`zisi atadan, bə`zisi anadan, 
bə`zisi isə ata-anadan bir olsa, atadan bir olan əmi və bibi irs aparmaz. Məsələn əgər 
meyyitin ana tərəfdən bir əmisi, ya bir bibisi olsa, malı altı yerə böləcəklər, onun bir 
hissəsini anadan bir olan əmi ya bibiyə, qalanı isə ata-anadan bir olan əmi və bibiyə, onlar 
olmayan halda isə atadan bir olan əmi və bibiyə verəcəklər. Əgər anadan bir olan həm 
əmisi və həm bibisi olsa, malı 3 yerə böləcəklər. İki hissəsini ata-anadan bir olan əmi və 
bibiyə, onlar olmasa, atadan bir olan əmi və bibiyə, bir hissəsini isə anadan bir olan əmi və 
bibiyə verəcəklər. Əmi hər bir halda bibidən iki dəfə çox irs aparır. 
 
Məsələ 2717: Əgər meyyitin varisi ancaq bir dayı ya bir xala olsa, malın hamısı ona çatar. 
Əgər həm dayı və həm xalası olsa və hamısı ata-anadan ya atadan ya anadan bir olsalar, 
uzaq deyil ki, dayı xaladan iki dəfə çox aparsın. Lakin, bərabərçiliyə də ehtimal edilir, 
buna görə də, vacib ehtiyata görə artıq miqdarda sülh etməlidirlər. 
 
Məsələ 2718: Əgər meyyitin varisi ancaq anadan bir olan bir ya bir neçə dayısı, ya bir 
xalası, ata-anadan bir olan xalası və dayısı, həmçinin atadan bir olan dayı və xalası olsa, 
atadan bir olan xala və dayının irs aparmaması məhəlli-işkaldır. Hər halda anadan bir 
olan dayı və ya xalası bir nəfər olsa, 1/6-i, əgər bir neçə nəfər olsa, 1/3-i irs aparır, yerdə 
qalanı isə atadan ya ata-anadan bir olan dayı və ya xalaya çatır. Hər bir halda dayının 
xaladan iki dəfə çox irs aparması ehtimal verilir. Amma vacib ehtiyata görə sülh 
etməlidirlər. 
 
Məsələ 2719: Əgər meyyitin varisi bir ya bir neçə dayı, ya bir ya bir neçə xala, ya xala və 
dayısı və bir ya bir neçə əmi, ya bir və ya bir neçə bibi, ya əmi və bibisi olsa, malı 3 qismə 
böləcəklər. Bir hissəsini dayı ya xala, ya hər ikisi, qalanını isə əmi, ya bibi, ya hər ikisi 
aparar. Hər iki dəstənin malı necə bölüşdürülməsi yuxarıda deyildi. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə