İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 2720: Əgər meyyitin əmi, bibi, dayı, xalası olmasa, onların övladına veriləcək. Əgər



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə154/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   150   151   152   153   154   155   156   157   ...   168

Məsələ 2720: Əgər meyyitin əmi, bibi, dayı, xalası olmasa, onların övladına veriləcək. Əgər 
bir bibi qızı və bir neçə dayısı oğlu olarsa, bibisi qızı 2/3-i qədər, dayısı oğlanları isə 1/3-i 
aparır və öz aralarında bölürlər. Bu dəstə (dayının, əminin, bibi və xalanın övladları) 
meyyitin ata və ya anasının əmisi, bibisi, dayısı və xalasından irəlidir. 
 
Məsələ 2721: Əgər meyyitin varisi, atasının əmi, bibi, dayı və xalası, həmçinin onun 
anasının əmi, bibi, dayı və xalası olsa, malı üç yerə böləcəklər. Onun bir hissəsini meyyitin 
anasının əmisi, bibisi, dayısı və xalası irs aparacaqlar və məşhura əsasən malın, onların 
arasında bərabər bölünəcəyi yoxsa kişinin iki qadın payı aparmasında nəzər ixtilafı vardır. 
Vacib ehtiyat sülh etmələridir. Onun qalan iki hissəsini üç yerə böləcəklər: onun bir 
hissəsini meyyitin atasının dayısı və xalası öz aralarında eyni qayda ilə böləcəklər, o biri iki 
hissəni isə onun atasının əmisi və bibisi eyni qayda ilə böləcəklər. 
ƏR VƏ ARVADIN İRSİ 
 
Məsələ 2722: Əgər bir qadın ölsə və övladı olmasa, onun bütün malının yarısı ərinə, qalanı 
isə o biri vərəsələrə çatacaq. Əgər həmin ərdən, ya başqa ərdən övladı olsa, bütün malının 
dörddə biri ərinə, qalanı isə o biri vərəsələrə çatacaq. 
 
Məsələ 2723: Əgər bir kişi ölsə və övladı olmasa, malının 1/4-i arvadına, qalanı isə başqa 
vərəsələrə çatacaq. Əgər o qadından ya başqa qadından övladı olsa, malının 1/8 arvadına, 
qalanı isə başqa vərəsələrə çatacaq. Qadın evin yerindən, bağdan, əkindən və başqa 
yerlərdən irs aparmaz, nə yerin özündən, nə də onun qiymətindən. Həmçinin bina və ağac 
kimi havada (torpaqdan yuxarı) olan malın özündən irs aparmaz, amma onun qiymətindən 
irs aparar. Həmçinin, bağda, əkin sahəsində və başqa yerlərdə olan ağac, əkin və evlərin 
hökmü də bu cürdür. Amma əri ölən zaman ağacın başında olan meyvələrin özündən irs 
aparır. 
 
Məsələ 2724: Əgər qadın irs aparmadığı şeylərdən, məsələn; məskunlaşmış evin yerini 
istifadə etmək istəsə, gərək başqa vərəsədən icazə alsın. Həmçinin, vərəsələr arvadın payını 
verməmiş, arvadın qiymətindən irs apara biləcəyi şeylərdən (məsələn; bina, ağac) onun 
icazəsi olmadan istifadə etməsi caiz deyildir. 
 
Məsələ 2725: Bina, ağac və buna bənzər şeylərin qiymətini müəyyən etmək istərlərsə, dəyər 
müəyyən edən mütəxəssislərin etdiyi kimi, onların olduqları yerin xüsusiyyətini nəzərə 
almadan nə qədər qiymət daşıdıqlarını hesab etməlidirlər. Onları yerdə qoparılmış fərz 
edərək və ya kirayəsiz olaraq o yerdə qalacaqları nəzərə alınaraq qiymətləri hesab 
edilməməlidir. 
 
Məsələ 2726: Kanal suyunun məcrası və s. yerin hökmünə aiddir, orada işlədilən kərpic və 
digər şeylər tikinti hökmündədir. Amma suyun özündən irs aparır. 
 
Məsələ 2727: Əgər meyyitin bir neçə arvadı olsa, belə ki, (ərin) övladı olmasa, malın 1/4-ni, 
əgər övladı olsa, malın 1/8-ni şərh olunduğu kimi, o qadınların arasında bərabər 
böləcəklər. Hətta ər onlardan heç biri ilə və ya bə`zisi ilə yaxınlıq etməmiş olsa belə. Amma 
ölümünə səbəb olan xəstəlik zamanı bir qadını nikah etmiş və onunla yaxınlıq 
etməmişdirsə, o qadın irs aparmaz və mehr haqqı da yoxdur. 
 
Məsələ 2728: Əgər qadın xəstə halında ərə getsə və o xəstəlik ilə ölsə, əri onunla yaxınlıq 
etməsə də, ondan irs aparır. 
 
Məsələ 2729: Əgər təlaq hökmlərində deyilən tərtib ilə bir qadına ric`i təlaq versələr və 
iddə əsnasında ölsə, ər ondan irs aparar. Həmçinin əgər ər o iddənin əsnasında ölsə, qadın 


ondan irs aparar. Amma əgər iddə keçəndən sonra ya bain iddəsində onlardan biri ölsə, o 
biri irs aparmaz. 
 
Məsələ 2730: Əgər ər, xəstə halında öz əyalına təlaq versə və on iki hilali ayı keçməzdən 
əvvəl ölsə, qadın 3 şərt ilə ondan irs aparar, istər ric`i təlaq olsun, istərsə bain: 
 
1. Bu müddətdə başqa ərə getməsin, ərə gedən halda irs aparmır. Hərçənd ehtiyat, sülh 
etmələridir. 
 
2. Təlaq, qadının istək və razılığı ilə olmamış olsun, əks təqdirdə, istər onun təlağı üçün 
ərinə bir şey vermiş olsun və ya verməsin, irs aparmaz. 
 
3. Ər qadına təlaq verdiyi vaxtda olan xəstəlik ilə ya başqa bir səbəbdən ölsə, beləki əgər o 
xəstəlikdən yaxşı olub başqa bir səbəbə görə dünyadan getsə, qadın ondan irs aparmaz. 
Amma ric`i təlaq iddəsində vəfat edibsə, irs aparar. 
 
Məsələ 2731: Ərin, öz qadınının geyməsi üçün aldığı paltar, qadının əynində olsa da, ərin 
ölümündən sonra ərin malındandır. Amma əgər qadının mülkiyyətinə keçiribsə (öz) malı 
olar. Qadının nəfəqə ünvanı ilə ərindən, libasları onun mülkiyyətinə keçirməsini tələb 
etməyə haqqı var. 
İRSİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ 
 
Məsələ 2732: Meyyitin Qur`anı, üzüyü və qılıncı, həmçinin geydiyi ya geymək üçün 
saxladığı paltarlar böyük oğlunun malıdır. Əgər meyyitin əvvəlki üç şeyi birdən çox olarsa, 
məsələn; iki Qur`anı ya iki üzüyü çox olsa, vacib ehtiyat odur ki, böyük oğul onlardan 
başqa vərəsələr ilə sülh etsin. Rəhl, (Qur`an qoyulan taxta) tüfəng, xəncər və bu kimi 
silahların, qılıncın qını, Qur`anın qabı da onlara tabedir. 
 
Məsələ 2733: Əgər meyyitin böyük oğlu birdən çox olsa, məsələn; onun iki arvadından eyni 
vaxtda iki oğlu olsa, gərək yuxarıda deyilən əşyaları öz aralarında bərabər bölsünlər. Bu 
hökm ondan böyük bacıları olsa belə, yalnız böyük oğula məxsusdur. 
 
Məsələ 2734: Əgər meyyitin borcu olsa, belə ki, borcu onun malı qədər ya ondan çox olsa
gərək böyük oğul onun malı olan və yuxarıdakı məsələdə deyildiyi əşyalardan onun 
borcuna versin ya da onların qiyməti qədərincə öz malından versin. Əgər meyyitin borcu 
malından az olarsa, böyük oğula çatan bir neçə əşyadan başqa, yerdə qalan malı, borcunu 
ödəməyə kifayət etməzsə, böyük oğul ya o əşyalardan ya da öz malından onun payına 
düşən nisbətlə gərək onun borcunu versin. Həmçinin lazım ehtiyat odur ki, deyilmiş şəkildə 
böyük oğul meyyitin borcunu ödəməkdə iştirak etsin, məsələn; əgər onun malı 60 manat 
olarsa və ondan 20 manat böyük oğlun malı olan şeylərdən olsa və 30 manat da borcu olsa, 
böyük oğul gərək o dörd şeydən 10 manat miqdarında meyyitin borcuna versin. 
 
 
Məsələ 2735: Müsəlman kafirdən irs aparar. Amma kafir, müsəlman meyyitin oğlu ya atası 
olsa da, ondan irs aparmaz. 
 
Məsələ 2736: Əgər bir şəxs, öz qohumlarından birini bilə-bilə və nahaqdan öldürsə, ondan 
irs aparmaz, amma əgər haqqlı olsa, məsələn, qisas, ya hədd icra olunması və ya müdafiə 
kimi olsa, irs aparar. Həmçinin əgər xəta üzündən olsa, məsələn; daşı havaya atsa və 
təsadüfən qohumlarından birinə dəyib öldürsə, ondan irs aparar, amma qətlin diyəsindən 
aqilənin verdiyi qədərdən irs aparmaz. Əgər qətl şibhi-qəsd olarsa, (yə`ni adətən qətlə 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə