İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


səbəb olmayan, qətl qəsdi də olmayan, amma o işi öldürülənə nisbətdə yerinə yetirmək



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə155/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   151   152   153   154   155   156   157   158   ...   168

səbəb olmayan, qətl qəsdi də olmayan, amma o işi öldürülənə nisbətdə yerinə yetirmək 
qəsdində olarsa) bu iş irsə mane olmaz. 
 
Məsələ 2737: Əgər irsi bölmək istəsələr, ana bətnində olan və diri dünyaya gəldikdə irs 
aparan, uşağın bir ya bir neçə olması, habelə qız və ya oğlan olması mə`lum olsa, hətta elmi 
vasitələrin köməyi ilə olsa belə, gərək onun payını saxlasınlar. Əgər mə`lum olmasa, iki və 
ya üç, olmasına mö`təbər ehtimal verirlərsə, ehtimal verilən uşaqların payını kənara 
qoymalıdırlar. Əgər sonradan, məsələn; bir oğlan və bir qız dünyaya gələrsə, artıq qalanını 
varislər öz aralarında böləcəklər. 
ƏLAVƏLƏR 
1-Banka pul qoymaq-borc almaq. 
 
Banklar üç növdür: 
 
1-Xüsusi banklar. Belə ki, onun sərmayəsi bir və ya bir neçə şəxsin sərmayə qoyması ilə 
təşkil olunur. 
 
2-Dövlət bankları. Onun sərmayəsi dövlət, malından təşkil olunur. 
 
3-Müştərək banklar. Belə ki, onun sərmayəsi həm dövlət həm də xüsusi sərmayədən təşkil 
olunur. 
 
Məsələ 1: Xüsusi banklardan borc edilən məbləğdən artıqlaması ilə verilməsi şərti ilə borc 
almaq, riba və haramdır. Əgər bir şəxs bu qaydada borc alarsa borcun özü səhih, şərt isə 
batildir. Şərtə əməl etmək adı ilə əlavə məbləğ almaq, yaxud vermək haramdır. 
 
Ribadan qurtarmaq üçün müəyyən yollar qeyd etmişlər, o cümlədən: 
 
1-Borc alan şəxs, misal üçün, bankdan, yaxud onun vəkilindən müəyyən bir malı həqiqi 
qiymətindən on və, yaxud iyirmi faiz artıqlaması ilə alır və, yaxud hər hansı bir malı onun 
həqiqi qiymətindən az qiymətə banka satır və müamilə əsnasında şərt edilir ki, bank iki 
tərəfin razılaşdığı məbləği müəyyən bir müddətdə ona borc versin. Belə vəziyyətdə deyirlər 
ki, bankdan borc götürmək caizdir və riba deyildir. 
 
Lakin bu məsələ işkalsız deyildir və vacib ehtiyat ondan çəkinməkdir. Həmin məsələ hibə, 
icarə və sülhdə də borc vermək şərti ilə caridir. 
 
Əgər bir kəs bir mühabati müamilədə (həqiqi qiymətindən az qiymətə satmaq, yaxud 
ondan artıq qiymətə almaq) onun borcunu ödəməkdə möhlət verilməsini şərt edərsə də 
hökm eynidir. 
 
2-Borcu alverə çevirsinlər. Məsələn, bank müəyyən bir məbləği, misal üçün min manatı, 
min iki yüz manata nisyə olaraq iki aylığa satır. Bu cür hallarda borc verməyin həqiqəti 
ribalı olmadığına baxmayaraq müamilənin səhih olması məhəlli-işkaldır. 
 
Əlbəttə, bank müəyyən bir məbləği, məsələn min manatı, iki aylıq nisyə olaraq borc 
götürənə sata bilər və onun sonradan əldə edəcəyi qiymətini də başqa puldan min iki yüz 
manata, özü də onun bir puldan başqa pula çevrilməsinə sərf etdiyi əmək müqabilində verə 
bilər. O müddətdən sonra bank ondan borc alan şəxsdən tə`yin olunmuş pulu və, yaxud 
onun manatla olan əvəzini ala bilər ki, öz cinsindən başqası olsun və haram riba lazım 
gəlməsin. 
 


3-Bank müəyyən bir malı müəyyən məbləğə, misal üçün, min iki yüz manatı nisyə olaraq 
müştəriyə satır və sonra həmin məbləği nağd olaraq ondan az qiymətə, məsələn min 
manata alır. 
 
Bu formada olan müamilə də, əgər birinci müamilədə bank malı yenidən nağd olaraq onun 
nisyə qiymətindən az qiymətə aldığı halda, yaxud müqavilədən əvvəl şərt etdikləri və 
müqaviləni onun əsasında qurduqları halda səhih deyildir. Lakin əgər belə bir şərt 
qoyulmamış olarsa işkalı yoxdur. 
 
Qeyd etmək lazımdır ki, bu kimi yollar düz olsalar da belə, bank müamilələrində əsaslı bir 
hədəfi kerçəkləşdirmir. O da bundan ibarətdir ki, bank müəyyən olunmuş vaxtda borcun 
qaytarılması mümkün olmadıqda daha artıq pulu öz haqqının tə`xirə salınmasına görə 
tələb edə bilər. Çünki borclunun öz borcunu ödəməyi tə`xirə saldığı halda əlavə qazanc 
alınması haram ribadır. Hətta onu əqd əsnasında şərt kimi qoymuş olsalar belə. 
 
Məsələ 2: Dövlət banklarından, əlavə qazanc ödəməklə borc götürmək caiz deyildir. Çünki 
bu ribadır və onda rəhn qoyub-qoymamaq arasında heç bir fərq yoxdur. Əgər bir şəxs bu 
şərtlərlə dövlət banklarından borc götürərsə onun həm borcu, həm də şərti batildir. Çünki 
bank öz əlində olan malların sahibi deyildir ki, onu borc alanın mülkiyyətinə keçirə bilsin. 
 
Bu işkaldan qurtarmaq üçün borc alan şəxs nəzərdə tutduğu məbləği bankdan məchulul-
malik adı ilə götürə bilər. Əlbəttə, əhvət budur ki, bu işi şəriət hakiminin icazəsi ilə etsin. 
Və onu islah etmək üçün şəriət hakiminə müraciət etdikdən sonra ondan istifadə etsin. Bu 
halda bankın sonradan həmin məbləği və onun əlavə qazancını istər-istəməz əldə edəcəyini 
bilmək heç bir işkal gətirmir. Əgər bank öz tələbini istəyərsə onu ödəmək caizdir. Çünki 
onu ödəməkdən boyun qaçırmaq olmaz. 
 
Məsələ 3: Xüsusi banklarda, onlara borc vermək mə`nasına olan əmanət qoyuluşu əlavə 
qazanc şərt olmadan caizdir. Bu mə`naya ki, borc verməyi bankı əlavə qazanc verməyə 
məcbur etməklə əlaqələndirməsinlər. Nəinki şəxsin özünün öz batinində bankın vermədiyi 
halda qazancı tələb etmək məqsədi olmasın; Çünki bir şeyi tələb etməyi nəzərdə tutmaq, 
şərt etməməklə bir yerə cəm ola bilər. Eləcə də tələb etməməyi nəzərdə tutmaq, şərt 
qoymaqla bir yerə yığışa bilər. Bir şəxs hər hansı bir şeyi şərt etmədən onu istəyə bilər, 
yaxud şərt edərək istəməyə bilər. 
 
Məsələ 4: Xüsusi banklarda, onlara borc vermək mə`nasına olan əmanət qoyuluşu əlavə 
qazanc şərti ilə caiz deyildir. Əgər bir kəs belə eləsə əmanət qoymağın özü səhih, lakin şərt 
batildir. Əgər bank əlavə qazancı ödəyərsə o, onlara malik olmaz. Amma əgər bank 
sahiblərinin, hətta şər`ən malik olmadıqlarını bildiyi halda onun bu qazancda təsərrüf 
etmələrinə razı olduqlarına xatircəm olsa onun təsərrüf etməsinin işkalı yoxdur və əksər 
hallarda da belə olur. 
 
Məsələ 5: Dövlət banklarında, onlara borc vermək mə`nasına olan əmanət qoyuluşu 
qazanc almağın şərt edilməsi ilə, caiz deyildir və o qazanc ribadır. Hətta, bu kimi banklara 
pul qoymaq, hərçənd qazanc almamaqla olsa belə şər`ən malın tələf edilməsi sayılır. Çünki 
bankdan sonradan alacağı şeylər bankın malı deyil, əksinə məchulul-malikdən sayılır. 
Buna əsasən, şəxsin il boyu əldə etdiyi qazanc və faydaların dövlət banklarına onun 
xumsunu vermədən qoyulması müşküldür (işkallıdır). Çünki onun bu mal-dövlətdən öz 
xərcləri üçün təsərrüf edilməsinin icazəsi vardır və onu tələf etməyə icazə verilmir. Əgər 
onu tələf edərsə onun xumsunu sahiblərinə zamindir. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə