İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 2693: Əgər meyyitin varisi ya ata, ya da ana və bir ya bir neçə oğul olsa, malı altı



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə152/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   148   149   150   151   152   153   154   155   ...   168

Məsələ 2693: Əgər meyyitin varisi ya ata, ya da ana və bir ya bir neçə oğul olsa, malı altı 
yerə bölərlər. Onun bir hissəsini ata, ya ana, beş hissəsini isə oğul aparar. Əgər bir neçə 
oğlu olsa, onlar beş hissəni bərabər halda bölərlər. 
 
Məsələ 2694: Əgər meyyitin varisi ancaq ata ya ana, bir neçə oğul və qız ilə olsalar, malı 
altı hissəyə bölərlər. Onun bir hissəsini ata ya ana aparar, qalanını isə elə böləcəklər ki, 
oğul qızdan iki dəfə artıq aparsın. 
 
Məsələ 2695: Əgər meyyitin varisi ancaq ata, ya ana və bir qız olsa, malı 4 hissəyə bölərlər, 
onun bir hissəsini ata ya ana, qalanını isə qız aparar. 
 
Məsələ 2696: Əgər meyyitin varisi ata, ya ana və bir neçə qız olsa, malı 5 hissəyə bölərlər, 
onun bir hissəsini ata ya ana, qalan dörd hissəsini isə qızlar öz aralarında bərabər bölərlər. 
 
Məsələ 2697: Əgər meyyitin övladı olmasa, onun oğul nəvəsi qız da olsa, meyyitin oğlunun 
səhmini aparar. Onun qız nəvəsi oğlan da olsa, meyyitin qızının səhmini aparar, məsələn; 
əgər meyyitin öz qızından bir oğlu və oğlundan bir qızı olsa, malı üç yerə böləcəklər, onun 
bir hissəsini qızının oğluna, iki hissəni isə oğlunun qızına verəcəklər. Nəvələrin irs 
aparmasında ata və ananın olmaması şərt deyil. 
İkinci dəstənin irsi 
 
Məsələ 2698: Qohumluq vasitəsilə irs aparan ikinci dəstə meyyitin babası, nənəsi, qardaşı 
və bacısıdır. Əgər bacı və qardaşı sağ olmasa, onların övladı irs aparar. 
 
Məsələ 2699: Əgər meyyitin varisi ancaq bir qardaş, ya bir bacı olsa, malın hamısı ona 
çatar. Əgər ata-anadan bir olan bir neçə qardaşı, ya ata-anadan olan bir neçə bacısı olsa, 
malı öz aralarında bərabər böləcəklər. Əgər ata-anadan bir olan bir neçə bacı-qardaşı olsa, 
hər qardaş hər bacıdan iki bərabər çox aparacaq. Məsələn; əgər ata-anadan bir olan iki 
qardaşı və bir bacısı olsa, malı beş yerə böləcəklər, hər qardaş onun iki hissəsini, bacı isə 
bir hissəsini aparacaq. 
 
Məsələ 2700: Əgər meyyitin ata-anadan bir olan qardaş və bacısı olsa, atadan bir, anadan 
ayrı olan qardaş və bacısı irs aparmaz. Əgər ata-anadan bir olan qardaş və bacısı olmasa 
və əgər ancaq atadan bir olan bir bacı, ya bir qardaşı olsa, malın hamısı ona çatar. Əgər 
ata tərəfdən bir olan bir neçə qardaş, ya bir neçə bacı olsa, malı öz aralarında bərabər 
böləcəklər. Əgər atadan bir olan həm qardaşı və həm də bacısı olsa, hər qardaş hər 
bacıdan iki bərabər çox irs aparacaq. 
 
Məsələ 2701: Əgər meyyitin varisi ancaq anadan bir olub, atadan ayrı olan bir bacısı ya bir 
qardaşı olsa, malın hamısı ona çatar. Əgər anadan bir olan bir neçə qardaş ya bir neçə bacı 
ya bacı və qardaş olsa, malı bərabər öz aralarında böləcəklər. 
 
Məsələ 2702: Əgər meyyitin həm ata-anadan bir olan qardaş və bacısı, həm atadan bir olan 
qardaş və bacısı, həm də anadan bir olan bir qardaş ya bir bacısı olsa, atadan bir olan bacı 
və qardaş irs aparmaz. Malı altı yerə bölərlər, onun bir hissəsini anadan bir olan qardaş və 
ya bacı öz aralarında bərabər böləcəklər. Qalanını isə ata-anadan bir olan qardaş və 
bacıya verərlər ki, hər qardaş hər bacıdan iki dəfə çox aparacaq. 
 
Məsələ 2703: Əgər meyyitin varisi ancaq ata-anadan bir olan qardaş və bacı, atadan bir 
olan qardaş və bacısı və anadan bir olan bir neçə qardaş və bacısı olsa, atadan bir olan 
bacı-qardaş irs aparmaz, malı üç yerə böləcəklər, onun bir hissəsini anadan bir olan 


qardaş və bacı aparacaq və öz aralarında bərabər şəkildə böləcəklər, qalanını isə ata-
anadan bir olan qardaş və bacıya verəcəklər ki, hər qardaş bacıdan iki dəfə çox aparacaq. 
 
Məsələ 2704: Əgər meyyitin varisi ancaq atadan bir olan qardaş-bacı və anadan bir olan 
bir qardaş və ya bir bacısı olsa, malı altı yerə böləcəklər, onun bir hissəsini anadan bir olan 
qardaş və bacı aparar, qalanını isə atadan bir olan qardaş və bacıya verəcəklər ki, hər 
qardaş hər bacıdan iki dəfə çox aparacaq. 
 
Məsələ 2705: Əgər meyyitin varisi ancaq atadan bir olan, bacı və qardaş, anadan bir olan 
bir neçə bacı və qardaş olarsa, malı üç yerə böləcəklər: bir hissəsini anadan bir olan bacı və 
qardaş öz aralarında bərabər böləcəklər, yerdə qalanın atadan bir olan bacı qardaşa 
verəcəklər, hər qardaş iki bacı payı qədər irs aparar. 
 
Məsələ 2706: Əgər meyyitin varisi ancaq qardaş, bacı və arvadı olsa, arvad ər-arvad 
irsində deyildiyi kimi təfsilatı ilə deyiləcək kimi öz irsini aparacaq, qardaş və bacı isə 
yuxarıda deyildiyi kimi öz irsini aparacaq. Həmçinin əgər bir qadın ölsə və onun varisi 
ancaq qardaş, bacı və əri olsa, əri malın yarısını aparacaq, qardaş və bacı isə əvvəldə 
deyildiyi kimi öz irsini aparacaqlar. Amma ər ya arvadın irs apardığına görə anadan bir 
olan qardaş və bacının səhmindən bir şey azalmaz, amma ata-anadan ya təkcə atadan bir 
olan qardaş və bacının səhmi azalar. Məsələn; əgər meyyitin varisi ər və anadan bir olan 
qardaş və bacı, həmçinin, ata-anadan bir olan qardaş və bacısı olsa, malın yarısı ərinə 
çatacaq və malın əslinin üç hissəsindən bir hissəsi anadan bir olan qardaş-bacının malıdır 
və qalanını ata və anadan bir olan bacı və qardaşın malıdır. Beləliklə, əgər onun malı 6 
manat olsa, üç manat ərinə, iki manat anadan bir olan qardaş-bacısına, bir manat isə ata-
anadan bir olan qardaş-bacısına çatacaq. 
 
Məsələ 2707: Əgər meyyitin bacı-qardaşı olmasa, onların irsdəki payını övladlarına 
verəcəklər və anadan bir olan qardaş və bacısının uşaqlarının səhmi onların arasında 
bərabər bölünəcək, amma atadan, ya ata-anadan bir olan qardaş və bacısının uşaqlarının 
səhmində isə, məşhura əsasən, hər oğlan qızdan iki dəfə çox aparacaq. Amma bunların da 
arasında bərabər bölünmə uzaq deyil, amma vacib ehtiyata əsasən öz aralarında 
razılaşmalıdırlar. 
 
Məsələ 2708: Əgər meyyitin varisi ancaq bir baba ya bir nənəsi olsa, istər ata tərəfdən 
olsun, istər ana tərəfdən, malın hamısı ona çatacaq. Meyyitin babası ola-ola onun babasının 
atası irs aparmaz. Əgər meyyitin varisi ancaq ata tərəfdən olan babası və nənəsi olsa, mal 
üç yerə bölünər, iki hissəsini baba, bir hissəsini isə nənə aparacaq. Əgər ana tərəfdən olan 
babası və nənəsi olsa, mal onların arasında bərabər bölünəcək. 
 
Məsələ 2709: Əgər meyyitin varisi ancaq ata tərəfdən bir olan baba ya nənə və ana 
tərəfdən olan bir baba ya nənəsi olsa, mal üç yerə bölünəcək, onun iki hissəsini ata tərəfdən 
olan baba ya nənə, bir hissəsini isə ana tərəfdən olan baba ya nənə aparacaq. 
 
Məsələ 2710: Əgər meyyitin varisi ata tərəfdən olan baba-nənəsi və ana tərəfdən olan baba-
nənəsi olsa, mal üç yerə bölünəcək, onun bir hissəsini ana tərəfdən olan baba-nənəsi öz 
aralarında bərabər böləcəklər, iki hissəsini isə ata tərəfdən olan baba-nənəsinə verəcəklər 
ki, baba nənədən iki dəfə çox aparacaq. 
 
Məsələ 2711: Əgər meyyitin varisi ancaq arvadı, ata tərəfindən olan baba-nənəsi, həmçinin 
ana tərəfdən olan baba-nənəsi olsa, arvad öz irsini sonradan deyiləcək kimi aparacaq. Əsli 
malın üç hissəsindən bir hissəsini ana tərəfdən olan baba və nənəyə verəcəklər ki, öz 
aralarında bərabər bölsünlər. Qalanını isə ata tərəfdən olan baba və nənəyə verəcəklər ki, 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə