İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


öz övladına vəqf etsə, ondan istifadə etmək ixtiyarı onların özü ilə olar. Əgər həddi-büluğa



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə149/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   145   146   147   148   149   150   151   152   ...   168

öz övladına vəqf etsə, ondan istifadə etmək ixtiyarı onların özü ilə olar. Əgər həddi-büluğa 
çatmamış olsalar, ixtiyar onların vəlisinindir və vəqfdən istifadə etmək üçün şəriət 
hakiminin icazəsi lazım deyil. Amma vəqfi tə`mir etmək və gələcək nəsillərin mənfəətinə 
olaraq onu kirayə vermək kimi, vəqfin və ya gələcək nəsillərin məsləhəti olan məsələlərdə 
ixtiyarı şəriət hakiminin əlindədir. 
 
Məsələ 2644: Bir mülkü, məsələn; fəqirlərə, yaxud seyyidlərə və ya qazancı xeyir işlərə sərf 
edilmək üçün vəqf edərsə, o mülk üçün bir mütəvəlli tə`yin etməyibsə, onun ixtiyarı şəriət 
hakiminin əlindədir. 
 
Məsələ 2645: Əgər bir mülkü xüsusi şəxslərə, məsələn; öz övladına vəqf etsə ki, hər bir 
nəsil öz növbəsində ardıcıl ondan istifadə etsin, belə ki, mütəvəlli onu icarəyə versə və ölsə, 
icarə batil olmaz. Amma əgər mütəvəllisi olmasa və onlara mülk vəqf etmiş şəxslərin bir 
təbəqəsi onu icarə versələr və icarənin müddəti əsnasında ölsələr, belə ki, onlardan sonrakı 
təbəqə icarəyə imza qoymasalar, icarə batil olar. Belə halda icarə edən, bütün müddətin 
icarəsinin haqqını veribsə, icarənin haqqını onların öldüyü zamandan icarənin müddətinin 
axırına qədər onların malından götürəcək. 
 
Məsələ 2646: Əgər vəqf olunan malın eyni mülkü xarab olsa, vəqfliyindən xaric olmaz. 
Amma əgər vəqf olunan şey məxsusi bir ünvana qəsd olunmuşsa və o ünvan aradan 
gedərsə, vəqf batil olur. Məsələn; bir bağçanı, bağça olaraq vəqf etmişlərsə, o bağça xarab 
olduğu təqdirdə, vəqf batil olur. O mülk isə vəqf edənin varislərinə qayıdır. 
 
Məsələ 2647: Bir qismi vəqf olub, digər bir qismi vəqf olunmayan bir mülk bölünməyibsə, 
vəqfin mütəvvəlisi və vəqf olmayan hissənin maliki vəqf malını ayıra bilərlər. 
 
Məsələ 2648: Əgər vəqfin mütəvəllisi xəyanət etsə, məsələn; vəqfin gəlirini müəyyən 
olunmuş məsrəflərə çatdırmasa, şəriət hakimi inanılmış bir adamı ona qoşacaq ki, ona 
xəyanət etməyə mane olsun. Mümkün olmayan halda isə, onu əzl edib onun yerinə 
inanılmış bir adamı mütəvəlli tə`yin edə bilər. 
 
Məsələ 2649: Hüseyniyyə üçün vəqf olunan xalçanı namaz qılmaq üçün məscidə, hətta 
məscid Hüseyniyyəyə yaxın olsa belə, apara bilməzlər. Amma əgər Hüseyniyyənin mülkü 
olsa, mütəvəllinin icazəsi ilə başqa yerə aparmaq olar. 
 
Məsələ 2650: Bir mülkü bir məscidin tə`miri üçün vəqf edərlərsə, əgər o məscidin tə`mirə 
ehtiyacı olmayıb, yaxın bir zamanda da tə`mir ehtiyacı olmağı gözlənilməyən təqdirdə, o 
mülkün gəlirlərini sonradan o məscidin tə`mirlərinə istifadə etmək üçün toplayıb saxlamaq 
mümkün olmasa, lazım ehtiyat odur ki, o mülkün gəlirləri vəqf edən şəxsin niyyətinə ən 
yaxın olan işlərə xərclənsin, məsələn; ondan, o məscidin digər ehtiyaclarında və ya başqa 
bir məscidin tə`mirində istifadə olunmalıdır. 
 
Məsələ 2651: Əgər bir mülkün gəlirinin məscidin tə`mirinə, imam-camaata və məsciddə 
azan deyən şəxsə xərclənməsi üçün vəqf etsə, əgər hər biri üçün bir miqdar müəyyən etmiş 
olsa, gərək həmin cür xərcləsinlər. Əgər tə`yin etməyibsə, gərək əvvəl məscidi tə`mir 
etsinlər, əgər bir şey artıq qalarsa, mütəvəlli onu məsləhət bildiyi şəkildə imam-camaatla, 
azan deyənin arasında bölər. Yaxşısı budur ki, bu iki nəfər öz aralarında bölən zaman sülh 
etsinlər. 
VƏSİYYƏTİN HÖKMLƏRİ 
 
Məsələ 2652: Vəsiyyət, insanın ölümündən sonra özü üçün bə`zi işlərin yerinə yetirilməsini 
sifariş etməsinə və ya ölümündən sonra malından bir şeyin başqasının malı olmasını, ya da 


onun malından bir şeyi başqa bir şəxsin mülkiyyətinə keçirmələrini və ya xeyir işlərdə 
xərcləmələrini söyləməsinə və yaxud öz övladı və ixtiyarında olan şəxslər üçün müəyyən bir 
şəxsi qəyyum (başçı) tə`yin etməsinə deyilir. Vəsiyyət edilən şəxsə isə vəsi deyilir. 
 
Məsələ 2653: Danışa bilməyən şəxs, əgər işarə ilə öz məqsədini başa salsa, hər bir iş üçün 
vəsiyyət edə bilər. Hətta danışa bilən şəxs də, əgər işarə ilə öz məqsədini başa salıb vəsiyyət 
etsə, səhihdir. 
 
Məsələ 2654: Əgər yazılmış bir şeyi meyyitin imzası ya möhürü ilə görsələr, belə ki, 
mövcud əlamətlərdən onun məqsədini başa düşsələr və mə`lum olsa ki, vəsiyyət etmək üçün 
yazıb, gərək ona uyğun əməl etsinlər. 
 
Məsələ 2655: Vəsiyyət edən şəxs, gərək ağıllı və həddi-büluğa çatmış olsun, səfeh 
olmamalıdır və öz ixtiyarı ilə vəsiyyət etməlidir. Həddi-büluğa çatmamış uşağın vəsiyyəti 
səhih deyildir. Amma əgər uşaq on yaşında olsa və öz qohumları üçün, ya da ümumi xeyir 
işlərdə sərf edilməsi üçün vəsiyyət edərsə, uşağın bu iki halda olan vəsiyyəti səhihdir. 
Amma əgər qohumlarından qeyrisi üçün və ya yeddi yaşında olan bir uşaq, malından az 
bir şeyi vəsiyyət edərsə, onun vəsiyyətinin nüfuzlu olması məhəlli işkaldır. Bu halda 
ehtiyata əməl etmək lazımdır. Əgər bir şəxs səfeh olsa, onun öz malı üçün etdiyi vəsiyyət 
nüfuzlu deyildir. Amma onun bundan başqa olan vəsiyyəti, məsələn; ölümündən sonra 
cənazə üçün edilən işlər haqqındakı vəsiyyəti nüfuzludur. 
 
Məsələ 2656: Bir kəs bilə-bilə, özünü öldürmək məqsədi ilə həlak olacağı tərzdə özünü 
yaralayıb və ya ölümə səbəb olan zəhər içsə, əgər malının bir miqdarını bir yerə istifadə 
üçün çatdırmalarını vəsiyyət etsə, sonra ölərsə, onun vəsiyyəti səhih deyildir. (Amma əgər 
onun işi Allah yolunda cihad olarsa, bu, istisnadır.) Amma mal-dövlətlə əlaqədar olmayan 
şeylərdə vəsiyyəti səhihdir. 
 
Məsələ 2657: İnsan, malından bir şeyi, bir şəxsin olmasını vəsiyyət edərsə, o şəxs, onu qəbul 
etdiyi halda, istər onun sağlığında, istərsə vəfatından sonra olsun, o şey vəsiyyət edənin 
malının üçdə birindən çox olmasa, həmin şey vəsiyyət edənin ölümündən sonra onun 
mülkiyyətinə keçər. 
 
Məsələ 2658: İnsan, ölüm nişanələrini özündə görən vaxt, gərək dərhal camaatın 
əmanətlərini sahiblərinə çatdırsın, ya da 2302-ci məsələdə deyildiyi kimi, onlara xəbər 
versin. Əgər xalqa borcu varsa və onun da verilmə vaxtı çatmayıbsa və ya çatıb, amma 
tələbkar da öz alacağını tələb etmirsə, ya tələb etsə də verməyə gücü çatmırsa, ölümündən 
sonra, onun tələbkara veriləcəyinə əmin olacaq bir iş etməlidir. Məsələn; onun başqalarına 
borclu olduğu mə`lum deyilsə, vəsiyyət etməlidir və vəsiyyəti üçün şahid tutmalıdır. Amma 
əgər ödəyə bilərsə və vaxtı da çatıbsa, tələbkar da tələb edibsə, gərək ölüm əlamətlərini 
görməsə belə dərhal ödəsin. 
 
Məsələ 2659: Ölüm nişanələrini özündə görən kəs, əgər xums, zəkat və məzalimə 
borcludursa və hal-hazırda verə bilmirsə, belə ki, özünün malı varsa ya ehtimal versə ki, 
bir kəs onları əda edəcək, gərək elə bir iş etsin ki, ölümündən sonra ödəniləcəyinə əmin 
olsun. Məsələn, e`timadlı bir adama vəsiyyət etsin. Həmçinin, əgər həcc ona vacib olsa və 
haliyədə naib tuta bilməsə də, bu cürdür. Amma əgər şər`i vergilərdən olan borcunu verə 
bilərsə, hərçənd onda ölüm nişanələri olmasa belə, gərək dərhal versin. 
 
Məsələ 2660: Ölüm nişanələrini özündə görən şəxsin əgər qəza namazı və orucu varsa, 
gərək elə bir iş görsün ki, ölümündən sonra onun əvəzindən yerinə yetiriləcəyinə əmin 
olsun, məsələn, vəsiyyət etsin ki, öz malından onlar üçün əcir tutsunlar. Hətta əgər malı 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə