İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


deyil. Amma əgər ölü çəyirtkə kafirin əlində olsa, onun diri ya ölü tutulması mə`lum



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə145/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   141   142   143   144   145   146   147   148   ...   168

deyil. Amma əgər ölü çəyirtkə kafirin əlində olsa, onun diri ya ölü tutulması mə`lum 
olmasa, «diri tutmuşam» – deməsinə baxmayaraq, haramdır. 
 
Məsələ 2581: Qanad çıxarmamış və uça bilməyən çəyirtkəni yemək haramdır. 
YEMƏK VƏ İÇMƏYİN HÖKMLƏRİ 
 
Məsələ 2582: Şahin, kərkəs, qırğı və qartal kimi yırtıcı və caynaqlı olan hər quşun əti 
haramdır. Vacib ehtiyata əsasən bütün qarğa növləri də haramdır. Qanad çalması 
süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox 
olan hər quşun da əti halaldır. Buna əsasən quşların əti halal olanlarını haram olanlardan 
onların uçma tərzinə baxmaqla ayırmaq mümkündür. Amma əgər bir quşun uçma tərzi 
mə`lum olmasa, əgər onun çinədanı, ya mə`də və ya ayağının arxasında buynuzu varsa, 
halaldır. Əgər bunlardan heç biri onda olmazsa, haramdır. Amma deyilənlərdən başqa – 
toyuq, göyərçin, sərçə, hətta dəvə quşu və tovuz quşu kimi digər quşların hamısı halaldır. 
Amma hüdhüd və qaranquş kimi bə`zi quşları öldürmək məkruhdur. Yarasa kimi, 
uçduqları halda qanadları olmayan heyvanların əti isə haramdır. Həmçinin vacib ehtiyata 
əsasən, arı, milçək və digər uçan həşəratlar da eyni hökmü daşıyır. 
 
Məsələ 2583: Ruhu olan bir şeyi, canlı bir heyvandan qopararlarsa, məsələn, quyruq və ya 
bir parça əti canlı bir qoyundan ayırarlarsa, nəcis və haramdır. 
 
Məsələ 2584: Əti halal olan heyvanların bədəninin bə`zi üzvləri haramdır: 
 
1. Qan. 
 
2. Fəzlə (nəcis). 
 
3. Erkəklik yeri. 
 
4. Dişilik yeri. 
 
5. Balalıq. 
 
6. Düşul adlanan vəz 
 
7. Donbalan adlanan toxum (yumurta). 
 
8. Noxud əndazəsində beynində olan şey. 
 
9. Bel sümüyünün içində olan haram beyin. 
 
10. Vacib ehtiyata əsasən, bel sümüyünün iki tərəfində olan piy. 
 
11. Öd kisəsi. 
 
12. Dalaq. 
 
13. Sidik kisəsi. 
 
14. Gözün hədəqəsi (bəbəyi). 
 


Bunların hamısı quş olmayan, əti halal heyvanlarda, haram olan hissələrdir. Quşlara 
gəlincə isə onların qan və ğaiti işkalsız haramdır. Amma bu ikisindən başqa, yuxarıda 
deyilən şeylərdən birisi onlarda olarsa, onun haram olması vacib ehtiyata əsasəndir. 
Həmçinin, vacib ehtiyata əsasən, balığın qan və fəzləsi, çəyirtkənin fəzləsi də eyni hökmü 
daşıyır. Bunlardan başqası onlarda haram deyil. 
 
Məsələ 2585: Əti haram olan heyvanın sidiyini içmək haramdır. Əti halal olan heyvanların 
sidiyi də hətta lazım ehtiyata əsasən, dəvənin də sidiyi eyni hökmü daşıyır. Amma müalicə 
üçün, dəvə, inək və qoyunun sidiyini içməyin eybi yoxdur. 
 
Məsələ 2586: Palçığı yemək haramdır. Lazım ehtiyata əsasən, torpaq və qum da, eyni 
hökmü daşıyır. Müalicə üçün, çarəsiz qaldığı halda Dağıstan, Erməni və başqa gilini 
yeməyin, işkalı yoxdur. Şəfa tapmaq üçün Həzrət Seyyidüş-şühədanın (ə.s.) türbətindən 
orta ölçülü noxud qədər yemək caizdir və əgər onu müqəddəs qəbrin özündən və ya 
ətrafından götürməsələr, hərçənd «Hüseyn (ə) türbəti» adlana bilsə də, vacib ehtiyata görə 
gərək bir miqdar suda və bu kimi şeydə həll etsinlər ki, aradan getsin. Sonra o suyu 
içsinlər. Həmçinin türbətin imam Hüseyn (ə)-ın qəbrindən olmasına xatircəm olmasalar, 
bu barədə bir dəlil də olmasa, bu ehtiyata riayət etmək lazımdır. 
 
Məsələ 2587: Burun suyu və ağıza gəlmiş sinə bəlğəmini udmaq haram deyil və həmçinin 
dişləri təmizləyərkən onun dibindən çıxan yeməyi udmağın eybi yoxdur. 
 
Məsələ 2588: Ölümə səbəb olan, ya insana mühüm bir zərəri olan şeyi yemək haramdır. 
 
Məsələ 2589: At, qatır və ulaq ətini yemək məkruhdur. Əgər bir şəxs onlarla yaxınlıq etsə, 
əti haram olar və yaxınlıqdan sonrakı südü və nəsilləri də vacib ehtiyata əsasən haram olar. 
Onların sidik və peyini də nəcis olar, gərək onları şəhərdən çıxartsınlar və başqa yerdə 
satsınlar; yaxınlıq edən əgər onun sahibi deyilsə, lazımdır ki, onun qiymətini sahibinə 
versin. Satılmasından əldə edilən pul da yaxınlıq edən üçündür. Əgər əti adətən istifadə 
olunan heyvan ilə (məsələn; dəvə inək və qoyun) yaxınlıq etsə, onların sidik və peyini nəcis 
olar. Onların ətini yemək də haramdır. Vacib ehtiyata əsasən, onların südünü içmək və 
yaxınlıqdan sonra onlardan törəyən nəsil də, eyni hökmü daşıyır. Gərək dərhal o heyvanı 
öldürsünlər və yandırsınlar, onunla yaxınlıq edən şəxs, əgər onun sahibi deyilsə, pulunu 
sahibinə versin. 
 
Məsələ 2590: Əgər çəpiş donuzdan, ət və sümüyü qüvvət alan miqdarda süd əmərsə, onun 
özü, nəsli və südü haram olar. Amma əgər bundan az miqdarda süd əmərsə, vacib ehtiyata 
əsasən istibra edilməlidir və bundan sonra halal olur. Onun istibrası isə yeddi gün pak süd 
əmməsi ilə olur, əgər süd əmməyə ehtiyacı yoxdursa, yeddi gün ot yeməlidir. Vacib ehtiyata 
əsasən südəmən buzov, quzu və digər əti halal heyvanların balaları da, eyni hökmü daşıyır. 
Nəcis yeyən heyvanın da ətini yemək haramdır. Belə ki, istibra edilərlərsə, halal olar. 
Bunların da istibrasının necəliyi 219-cu məsələdə bəyan olub. 
 
Məsələ 2591: Şərab içmək haramdır və bə`zi hədislərdə böyük günahlardan hesab edilib. 
Həzrət İmam Sadiqdən (ə.s.) rəvayət olunmuşdur ki, «Şərab pisliklərin kökü və günahların 
mənşəyidir. Şərab içən şəxs, öz əqlini əldən verir və o zaman Allahı tanımır, heç günahdan 
çəkinmir, heç kəsin ehtiramını saxlamır, yaxın qohumlarının haqqına əməl etmir, aşkar 
çirkinliklərdən üz döndərmir. Əgər bir qurtum içsə, Allah, mələklər, peyğəmbərlər və 
mö`minlər ona lə`nət edirlər. Əgər sərxoş olana qədər içərsə, iman və Allah tanımaq ruhu 
ondan uzaqlaşar, onun yerinə nöqsanlı xəbis ruh qərarlaşar. Qırx günə kimi onun namazı 
qəbul olmur. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə