İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


siyahını ehtimal verilən alıcı üçün göndərir. Əgər onlar malı almasalar onu saxlaması



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə157/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   153   154   155   156   157   158   159   160   ...   168

siyahını ehtimal verilən alıcı üçün göndərir. Əgər onlar malı almasalar onu saxlaması 
müqabilində ixrac edən şəxsdən müəyyən qədər ücrət ala bilər. 
 
Məsələ 11: Əgər malın saxlanması bankın qazancından ixrac edən, yaxud idxal edən şəxsin 
istəyi ilə olsa və ya müqavilə əsnasında şərt edilmiş olsa-hətta bu şərt deyilməmiş olsa və 
zehnlərdə olsa belə bank üçün o malları saxlamaq müqabilində ücrət almaq caizdir, əks 
halda belə bir şeyi almağa haqqı yoxdur. 
4-TƏRK OLUNMUŞ MALLARIN SATILMASI 
 
Bə`zən mal sahibləri bankı malın varlığından xəbərdar etdikdən sonra onu təhvil almaq və 
banka ücrət verməkdən çəkinirlər. Bank həmin malı satır və onun qiymətindən öz haqqını 
götürür. 
 
Məsələ 12: Yuxarıda qeyd olunan halda bank üçün malı satmaq, başqaları üçün isə onu 
almaq caizdir. Çünki aşkar şəkildə deyilmiş, yaxud zehnlərdə mə`lum olan şərtin tələbinə 
görə bu kimi hallarda mal sahibləri öz malını təhvil alaraq bankın haqqını verməklə 
əlaqədar şərti pozduqda bank onların tərəfindən həmin malı satmağa vəkildir. Əgər onun 
satışı caizdirsə, alınması da caizdir. 
5- BANK VƏKALƏTİ 
 
Bə`zən bir, ya bir neçə şəxs müştərək olaraq dövlət, ya qeyri-dövlət mərcəyi müqabilində 
razılaşırlar ki, müəyyən bir layihəni işləsinlər. Məsələn, müəyyən bir mədrəsə, yaxud 
poliklinika, yaxud körpü tiksinlər. Belə hallarda bə`zən elə olur ki, kimin üçün iltizam 
verilibsə, iltizam verən şəxsdən istəyir ki bu layihənin icra olunmasına müəyyən zəmanət 
versin və onun tə`yin olunmuş zamanda icra olunmadığı təqdirdə dəyən xəsarətləri ödəsin. 
Öz verdiyi iltizama riayət edəcəyinə əmin olmaq üçün iltizam verən şəxsdən bu barədə bir 
kəfil də istəyir. Belə olan hallarda iltizam verən şəxs banka müraciət edir ki, kəfil olmaq 
barəsində sənəd versin və onun əsnasında kəfil olsun ki, iltizam verən şəxsin qərara alınmış 
möhlət zamanında icra etmədiyi və tə`yin olunan xəsarəti ödəmədiyi təqdirdə bank o 
xəsarətləri ödəməyi zamin olur. 
 
Məsələ 13: Bankın iltizam verən şəxsin layihəni icra etməkdən, yaxud dəyən xəsarəti 
ödəməkdən boyun qaçırdığı surətdə layihə sahibinə istədiyi müəyyən bir məbləği verməsi 
əsasında olan iltizamı bir növ mali kəfalətdir (bu, müamilə bölmələrində deyilən istilahi 
kəfalətin müqabilindədir; belə ki, bir şəxs üzərində haqqı olan başqa şəxsi çağırmaqla 
əlaqədar iltizam verir). 
 
Mali kəfalətin zamin olmaqla fərqi bundan ibarətdir ki, zəmanətdə zamin duran şəxsin 
zimməsi zəmanət verilən malın zamin olunmuş şəxsin xeyrinə təhvil verilməsi əsasında 
məşğul olur. Əgər ona əməl etmədən ölərsə, tərəkəsi (irsini) bölüşdürülməmişdən əvvəl 
ondan götürülür. Halbuki mali kəfilin zimməsi məkfulun ləhin borcunu ödəməklə məşğul 
deyildir. Əksinə onu ödəməyə məşğuldur və əgər onu ödəməzdən əvvəl ölərsə, vəsiyyət 
etdiyi hal istisna olmaqla onun tərəkəsindən heç bir şey götürülməz. 
 
Kəfalət əqdi, kəfilin icabı (qəbul etməsi), iltizam verməsini göstərən hər bir şeylə istər 
məkfulun ləhin sözü, istərsə yazısı, istər əməli, qəbulu olsun, onun razılığını çatdıran hər 
bir şeylə səhihdir. 
 
Məsələ 14: Bank üçün layihənin icra olunması əsasındakı kəfalət müqabilində verdiyi 
iltizamdan müəyyən muzd alması caizdir və bu müqaviləni cüalə qəbilindən hesab etmək 
olar. Belə ki, iltizam verən şəxs bankın kəfil olması müqabilində onun üçün bir cüalə tə`yin 
edir və bu halda bank üçün həmin məbləği alması halaldır. 


 
Məsələ 15: Əgər iltizam verən şəxs təyin olunmuş müddət ərzində layihənin icra 
olunmasına xilaf çıxarsa, sahibkara iqrar etdiyi xəsarətin ödənilməsindən imtina edərsə və 
onun kəfili olan bank istənilən məbləği sahibkara versə bank iltizam verən şəxsə müraciət 
edə bilər. Çünki bankın kəfalət və iltizamı məhz iltizam verən şəxsin istəyi ilə olmuşdur və 
o, öz verdiyi iltizamın nəticəsində banka dəyən xəsarətlərə zamindir. Buna görə də bank 
ona müraciət edib xəsarətləri ondan tələb edə bilər. 
6- SƏHMİYYƏNİN (VAUÇER) SATILMASI 
 
Bə`zən səhmdar şirkətlər bankları öz səhmlərinin satılmasında bir vasitə qərar verirlər, 
banklar da müəyyən bir ücrət almaq müqabilində qeyd olunan şirkətlərin tərəfindən bir 
nümayəndə kimi onların səhmlərini satmağa başlayır. 
 
Məsələ 16: Bankla edilən bu cür müamilə caizdir. Çünki həqiqətdə ya icarəyə daxildir, belə 
ki, şirkət bankı müəyyən etdiyi muzd müqabilində bu işi görməyə əcir edir, yaxud da cüalə 
qismindən hesab etmək olar. Hər iki halda müamilə səhihdir və bank bu işi yerinə 
yetirdiyinə görə əmək haqqı (muzd) almağa haqlıdır. 
 
Məsələ 17: Bu səhmlərin alınıb satılması səhihdir. Əlbəttə, əgər səhmdar şirkətlərin 
müamiləsi haram olsa, məsələn, şərab alverinə, yaxud ribalı müamilələrə girişsələr, onun 
səhmlərini almaq və bu müamilədə iştirak etmək caiz deyildir. 
7-Qərzə (istiqraz) vərəqələrinin satışı 
 
Qərzə (istiqraz) vərəqələrini əlaqədar qanuni mərkəzlər müəyyən rəsmi qiymətə və 
müəyyən müddətə çıxarır və onu rəsmi qiymətindən ucuz satır. Məsələn, rəsmi qiyməti min 
manat olan bir şeyi doqquz yüz əlli manata nağd olaraq satır, bu şərtlə ki, onu sonrakı il 
min manata alsın. Bə`zən bank müəyyən muzd almaq müqabilində bu vərəqələrin satışını 
öhdəsinə götürür. 
 
Məsələ 18: Bu müamilə iki mümkün halda baş verə bilər: 
 
1-Sənədi çıxaran şəxs həqiqətdə onun alıcısından doqquz yüz əlli manatı (yuxarıdakı 
misaldakı kimi) borc alıb müəyyən müddət başa çatdıqdan sonra sənədi alan şəxsə min 
manat qaytarır. Doqquz yüz əlli manat malın əsli, əlli manat isə ona əlavə olunan. Bu iş 
riba və haramdır. 
 
2-Sənədi çıxaran şəxs min manatlıq bir sənədi (müəyyən müddətdən sonra ödənilə bilər) 
nağd olaraq doqquz yüz əlli manata satır. 
 
Bu hal baxmayaraq ki, həqiqətdə ribalı borc deyil, lakin qeyd olunduğu kimi, müamilənin 
səhihliyi məhəlli işkaldır. 
 
Nəticə alınır ki rəsmi mərkəzlərin müamilə etdiyi bu kimi vərəqlərin satışını səhih hesab 
etmək olmaz. 
 
Məsələ 19: Bankların bu kimi vərəqləri alıb-satması caiz deyildir. Həmçinin bu iş üçün 
əmək haqqı almaq da caiz deyildir. 
8-DAXİLİ VƏ XARİCİ HƏVALƏLƏR 
 
Məsələ 20: Şəriət fiqhi istilahında həvalə bu mə`nayadır ki, həvalə verən şəxsin boynunda 
olan borclar, o şəxs ki, ona həvalə olunur onun boynuna keçir. Lakin burada daha ümumi 
mə`nada işlənir. Bank həvalələrinin nümunələri aşağıdakılardan ibarətdir: 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə