İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


-Bank öz müştərisinə həvalə çıxarmaq əvəzində qəbul edir ki, onun ölkənin daxilində



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə158/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   154   155   156   157   158   159   160   161   ...   168

 
1-Bank öz müştərisinə həvalə çıxarmaq əvəzində qəbul edir ki, onun ölkənin daxilində
yaxud xaricdə olan vəkilindən müəyyən bir məbləği müştərinin hesabına – əgər bankda 
hesab nömrəsi olsa köçürsün və onun müqabilində müəyyən qədər əmək haqqı alsın. 
Zahirən bu cür əmək haqqını almaq caizdir. Çünki bankın haqqı vardır ki, bankdan qeyri 
yerlərdə öz borcunu müştəriyə verməsin. Buna əsasən öz haqqından keçmək və başqa bir 
yerdə borcu ödəmək müqabilində əmək haqqı almaq caizdir. 
 
2-Bank elə bir şəxs üçün bir həvalə verir ki, onun əsasında şəxs müəyyən məbləği başqa bir 
bankdan daxildə ya xaricdə müştərinin onda hesab nömrəsi olmadığı bir vaxt borc adı ilə 
götürsün. Bank da bu işi görməsi müqabilində müəyyən qədər muzd alır. 
 
Zahirən caizdir ki, bank bu cür həvalə vermə müqabilində muzd alsın. Çünki birinci bank 
ikinci bankı birinci bankın ikinci bankın hesabında olan mal-dövlətindən, ya hesabından 
şəxsə borc vermə işi müqabilində vəkil etmək üçün zəhmət haqqı əldə edir. Bu da məhz 
borc verməyin müqabilində zəhmət haqqı almaq deyil ki, haram olsun. Əksinə borc 
verməkdə başqasını vəkil etmək müqabilində müəyyən bir məbləğ almaqdır. Buna görə də 
borc vermək müqabilində əmək haqqı vermək və onunla əlaqədar deyil əksinə borcda vəkil 
tutmaq üçündür, buna görə də heç bir işkalı yoxdur. 
 
Əgər həvalədə qeyd olunan məbləğ xarici pul olsa bank üçün başqa haqq da yaranır, belə 
ki, borclu şəxsin zimməsi həvalədə qeyd olunan xarici pulun dəyərini ödəməyə məşğul olur 
və onu ödəməyə iltizamlı olur. Buna görə də əgər bank bu haqdan keçsə və borclunun onun 
qədərincə olan ölkə daxilindəki pullardan verməyini qəbul etsə, caizdir ki, öz haqqından 
belə güzəştə getmə müqabilində müəyyən məbləğdə pul alsın. Həmçinin onu, artıqlaması ilə 
ölkə daxilində olan pula çevirə bilər. 
 
3-Şəxs müəyyən bir məbləği, məsələn Nəcəfi-Əşrəfdəki bir banka təhvil verib və həvalə alır 
ki, onun əsasında həmin məbləği, yaxud onun dəyərini (bərabərini) Kərbəlada, yaxud 
Livan kimi xarici bir ölkədə başqa bir bankdan alsın. Bank bu xidmət müqabilində 
müəyyən qədər zəhmət haqqı alır. Bu fərz iki cür təsəvvür olunur: 
 
1-Şəxs ölkə daxilində işlənən pulun müəyyən məbləğini öz pulunun dəyərində olan xarici 
pul məbləğinə satır və həvalə almaq və bank xidmətləri üçün müəyyən qədər əmək haqqı 
da ödəyir. Bu halda işkalı yoxdur və bunun oxşarı yuxarıda qeyd olundu. 
 
2-Şəxs müəyyən bir məbləği banka borc verir və şərt edir ki, daxildə ya xaricdəki bir 
banka həvalə çıxarmaq müqabilində müəyyən əmək haqqı ödəsin. Bu halda olan işkal 
bundan ibarətdir ki, həvalə vermək möhtərəm bir əməldir və maliyyətə malikdir. Onu borc 
verən şəxs tərəfindən onun borc alan şəxsə icra olunması eynilə o şərt kimidir ki, mali 
dəyəri olsun və şərən haram olsun. Lakin xüsusi rəvayətlərdən aydın olur ki, borc verən 
şəxs borc alan şəxsə belə şərt qoya bilər ki, borcunu başqa bir yerdə ödəsin. Deməli, həvalə 
verməyi də şərt edə bilər. Əgər bu şərt pulsuz olaraq caizdirsə müəyyən qədər əmək haqqı 
vermək müqabilində də sözsüz ki, caizdir. 
 
4-Bir şəxs, misal üçün Nəcəfi-Əşrəfdə olan bankdan müəyyən bir məbləğ götürür, onun 
müqabilində banka həvalə verir ki, ödənəcək pulun bərabərini başqa bir bankdan – 
daxildə, ya ölkə xaricində götürsün bank da bu həvaləni qəbul etmək müqabilində əmək 
haqqı alır. 
 
Bu fərz də iki surətdə təsəvvür olunur: 
 


1-Bank bir şəxsə ölkə daxilində işlənən müəyyən məbləğ pul verir və onun müqabilində 
olan xarici pulu və əlavə olaraq əmək haqqı satır və müştəri də bankı, o pulu almaq üçün 
başqa bir banka həvalə edir. Bu surətdə caizdir. 
 
2-Bank müəyyən bir məbləği bir şəxsə borc verir, onun borcunu başqasının zimməsinə nəql 
etdirmək və başqa bir yerdə həmin məbləği almaq müqabilində müəyyən qədər əmək 
haqqı almasını şərt edir. Bu halda ribadır. Çünki borcdan artıq almağı şərt etmək 
qəbilindədir, hətta həvalə vermə əməliyyatı müqabilində olsa belə. 
 
Əlbəttə, əgər bu hadisə əvvəldən şərt olmadan olarsa, belə ki, əvvəlcə şəxs bankdan 
müəyyən qədər borc alsın, sonra öz borcunu ödəmək üçün bank, ona əvvəlcədən pul verən 
şəxsi başqa bir banka həvalə versin və bank bu həvalə vermək müqabilində əmək haqqı 
tələb etsin. Bu surətdə onun verilməsi caizdir. Çünki bankın borcu başqa bir banka nəql 
etdirmək və borc alanın şərtini qəbul etməkdən imtina etməyə haqqı vardır. Buna görə də 
bu haqqdan güzəştə getmək müqabilində müəyyən məbləğ ala bilər. Bu tələbkarın öz 
pulunun tə`xirə salınması müqabilində aldığı məbləğ qəbilindən deyildir ki, riba olsun; 
əksinə, bank bu məbləği (borcu) başqasının zimməsinə nəql etdirmək və onu başqa bir 
yerdə almaq müqabilində əldə edir, buna görə də işkalı yoxdur. 
 
Məsələ 21: Bə`zən bir həvalənin əsnasında iki həvalə olur. Məsələn, borclu şəxs öz 
tələbkarını onun adına bir çek yazmaqla banka həvalə edir və bank da həmin çekdə dərc 
olunan məbləği tələbkarın yaşadığı şəhərdəki şö`bəyə, yaxud başqa bir banka göndərir ki
tələbkar qeyd olunan məbləği orada alsın. Burada həqiqətdə iki həvalə ilə rastlaşırıq: 
 
1- Birincisi budur ki, borclu şəxs öz tələbkarını banka həvalə edir, beləliklə də bank o şəxsə 
borclu sayılır. 
 
2-İkincisi budur ki, bank qeyd olunan məbləği almaq üçün tələbkarı öz şö`bələrindən 
birinə, yaxud başqa bir banka göndərir. 
 
Birinci həvalədəki bankın rolu həvaləni qəbul etmək, ikincidə isə həvalə çıxarmaqdır. Hər 
iki həvalə də şər`ən səhihdir, lakin əgər bankın öz şö`bəsinə həvalə verməsi eynilə həvalə 
verən bankın zimməsi olsa, fiqhi istilahda ona həvalə deyilməz, çünki onda borcun bir 
yerdən başqa yerə nəql olunması baş verməmiş olur, əksinə həqiqətdə bank öz vəkilindən 
istəmişdir ki, şəxsin tələbini nəzərdə tutulan yerdə versin. 
 
Hər halda caizdir ki bank yuxarıdakı işləri yerinə yetirdiyinə görə hətta bankda hesabı 
olan şəxsin həvaləsini qəbul etmək qarşısında belə, əmək haqqı tələb etsin. Çünki bu həvalə 
borcluya həvalə vermək qəbilindəndir ki, onu qəbul edə bilər. Bu halda əmək haqqı almağa 
icazəlidir. 
 
Məsələ 22: Həvalənin qismləri və onun şər`i hökmlərində qeyd olunanlar eynilə şəxslərə 
verilən həvalədə də doğrudur. Belə ki, şəxs müəyyən bir məbləği bir şəxsə verib və ondan 
başqa bir şəhər üçün həvalə ala bilər və onun müqabilində də müəyyən qədər əmək haqqı 
ala bilər, yaxud müəyyən bir məbləği bir kəsdən alıb, onu başqa bir şəxsə həvalə verə bilər 
ki bunun müqabilində də əmək haqqı alsın. 
 
Məsələ 23: Qeyd olunanlarda həvalənin borclu şəxsə, ya qeyrisinə olması arasında heç bir 
fərq yoxdur. Birincisi belə ola bilər ki, həvalə edilən şəxsin yanında mali hesabı olsun, 
ikincisi odur ki, belə olmasın. 
9-Bank mükafatları. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə