İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Bə`zən banklar ona əmanət olaraq qoyulan pul sahibləri arasında püşk atır və onları



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə159/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   155   156   157   158   159   160   161   162   ...   168

Bə`zən banklar ona əmanət olaraq qoyulan pul sahibləri arasında püşk atır və onları 
banka daha çox pul qoymağa təşviq etmək üçün adları çıxan şəxslərə müəyyən mükafat və 
hədiyyələr verir. 
 
Məsələ 24: Görəsən bankların bu işi düzdürmü? Bu məsələnin bir qədər izaha ehtiyacı 
vardır. Belə ki, əmanət qoyan şəxs əmanət qoyma işini püşk atmaya şərtləndirməyibsə və 
banklar sadəcə olaraq onların təşviq edilməsi, banklara daha çox pul qoyulması və 
başqalarının hesab açmağa təşviq edilməsi üçün bu işi görmüş olarsa, bu iş caizdir eləcə də 
püşkdə adları çıxanların həmin mükafatları alması da caizdir. Amma əhvətə əsasən əgər 
müştərək, yaxud dövlət bankları olarsa, məchulul-malik mal ünvanı ilə onları alıb təsərrüf 
etmək üçün şəriət hakimindən icazə almalıdır. Amma bank xüsusi olarsa hədiyyələri alıb 
onlardan istifadə etmək caizdir və şəriət hakiminə müraciət etməyə ehtiyac duyulmur. 
 
Lakin banka pul qoyanlar öz pul qoymalarını əqd və başqa şey əsnasında püşk atmaqla 
şərtləndirmiş olsalar, bank da bu şərti icra etmək məqamında püşk atmış olarsa bu iş caiz 
deyildir. Eləcə də bu halda adına püşk çıxmış şəxsin hədiyyələri alması əgər şərtə əməl 
etmək ünvanı ilə olsa caiz deyil amma bu şərt olmazsa caizdir. 
10-Səftənin KÖÇÜRÜLMƏSİ. 
 
Bank xidmətlərindən biri də öz müştərisinin nümayəndəsi olaraq səftənin hesaba 
köçürülməsidir. Belə ki, onun vaxtı çatmazdan qabaq bank, səftəni imza edən şəxsi, vaxtın 
çatmasından və onun miqdarından xəbərdar edir ki, onu ödəmək üçün hazırlaşsın. Bank, 
səftənin məbləğini əldə edəndən sonra onu öz müştərisinin hesabına köçürür, yaxud nəqd 
olaraq ona verir, əvəzində isə əmək haqqı alır. Həmçinin bank öz müştərisinin 
nümayəndəsi kimi, çekin də hesaba köçürülməsi ilə əlaqədar onun şəhərində, yaxud başqa 
şəhərdə bu işi görür, çek əlində olan şəxs onun hesaba köçrülməsini istəmədiyi vaxt onun 
tərəfindən nümayəndə kimi hesaba tökür və bu xidmətin müqabilində də muzd alır. 
 
Məsələ 25: Səftənin hesaba köçürülməsi və bunun müqabilində əmək haqqı alınmasının bir 
neçə forması vardır: 
 
1-Səftədən istifadə edən onu, həvalə edilmədiyi bir banka verir, müəyyən qədər əmək haqqı 
vermək müqabilində həmin məbləğin hesaba köçürülməsini istəyir. 
 
Zahirən bu xidmət və onun müqabilində əmək haqqı almaq cizdir, bu şərtlə ki, bank yalnız 
səftəni hesaba köçürsün. Lakin onun ribalı qazancını hesaba köçürmək caiz deyildir. Bu iş 
müqabilindəki əmək haqqını fiqhi nəzərdən cüalə hesab etmək olar ki, bunun əsasında 
tələbkar öz tələbinin hesaba köçürülməsini bank yolu ilə istəyir. 
 
2-Səftədən istifadə edəni onu, həvalə edildiyi banka təqdim edir, lakin bank onu imza edən 
şəxs qarşısında borclu deyil və, yaxud ona həvalə edilən puldan başqa bir pul borclu olur. 
 
Belə olan halda caizdir ki, bank bu həvaləni qəbul etmə müqabilində (əvvəlki halda qeyd 
olunan şərtlərlə yanaşı) əmək haqqı alsın. Çünki borclu olmayan şəxsə həvaləni qəbul 
etmək və, yaxud həvalədə qeyd olunan şeydən başqa bir cinsə borclu olsa vacib deyildir. 
Buna görə də bu haqqdan güzəştə getmək və xidmət işlərini yerinə yetirmək üçün bir şey 
almağın işkalı yoxdur. 
 
3-Səftəni imza eləyən şəxs o pulu bankın nəzdində olan hesabından verməyə işarə edərək 
onu banka həvalə edir ki, vaxtı çatan zaman onun hesabından çıxılsın və o məbləğ səftəyə 
malik olan şəxsin hesabına köçürülsün, yaxud nəqd olaraq ona verilsin. Belə olan halda 
səftəni imzalayan öz tələbkarını, özünün borclu olduğu banka həvalə etmiş olur. Buna görə 


də borcluya həvalə etmə qəbilindəndir. Həvalə edilən şəxsin (bankın) bu həvalə ilə 
razılaşmaması lazım deyildir və bank tərəfindən onun qəbul olunmadığı halda da nüfuzlu 
deyildir. Buna görə də bank üçün caizdir ki, bu həvalənin, eləcə də həvalə verənin borcunu 
ödəmək müqabilində müəyyən qədər zəhmət haqqı alsın. 
11-Pul alveri 
 
Bankların işlərindən biri də pul alveri, eləcə də öz müştərilərinin, xüsusilə xarici mal 
gətirən müştərilərin ehtiyaclarını tə`min etmək üçün kifayət qədər pulu dəyişdirmək və pul 
alveri işlərini yerinə yetirməkdir ki, nəticədə pulun alış və veriş qiymətlərinin fərqli 
olmasından qazanc əldə edir. 
 
Məsələ 26: Pulun bazar qiymətinə və, yaxud ondan az, ya daha çox qiymətə alveri istər 
nəqd olsun, istərsə də müddətli, səhihdir. 
12-ARTIQ GÖTÜRMƏK 
 
Hər kəsin banklarda cari hesabı olsa, oraya qoyduğu puldan artıq olmayan bir məbləği 
oradan götürə bilər. 
 
Bə`zən bank e`timad etdiyi bə`zi hesab sahiblərinə icazə verir ki, malik olduqları puldan 
artıq götürsün. Bu işə «artıq götürmə» deyilir. Bank bu yolla özü üçün müəyyən məbləğdə 
qazanc nəzərdə tutur. 
 
Məsələ 27: Artıq götürmək həqiqətdə əlavə qazanc qaytarmaq məqsədi ilə bankdan borc 
götürməkdir və nəticədə ribalı və haram borcdur. Bankın əlavə məbləğdən götürdüyü 
qazanc ribalı və haram qazanclardan sayılır. 
 
Əlbəttə, əgər bank dövləti, ya müştərək bank olsa onların əlavə götürmələri borc ünvanı ilə 
deyil, əksinə məchulul-malikin malını əldə etmək üçün olsa (əvvəlki məsələdə deyilən yolla) 
işkalı yoxdur. 
13-Tənzili bərat 
 
Bir neçə müqəddimə 
 
1-Alverin borc vermə ilə müxtəlif fərqləri vardır, o cümlədən: 
 
1-Bey` (alver) bir əvəz müqabilində malın eynini alıcının mülkiyyətinə keçirməkdir. 
Halbuki, borc misli olduqda malın mislini, qiymi olduqda isə qiymətini ödəməyə iltizam 
verməsi müqabilində malı mülkiyyətə keçirməyə deyilir.[8] 
 
2-Ribalı bey` ümumiyyətlə batildir, amma ribalı borcda onun əsli səhihdir, lakin artıq 
alınan hissə batildir. 
 
3-Borcda əlavə alınması şərt olunan hər bir şey riba və haramdır. Amma bey`də belə 
deyildir, ölçü və çəki ilə satılan şeylərdə (peymanə, yaxud çəki ilə müamilə olunan 
əşyalarda) əgər bir cinsdən olsalar, artıq alınan miqdar mütləq şəkildə haramdır. Amma 
cinsləri müxtəlif olsa, yaxud ölçü və çəki ilə satılanlardan olmasa, bu halda əgər müamilə 
nəqdi olarsa artıq alınan riba deyil, müamilə də səhihdir. Lakin əgər müamilə müddətli 
olsa məsələn yüz yumurtanı sonradan təhvil verəcəyi yüz on yumurtaya satsa, yaxud iyirmi 
kilo düyünü bir aydan sonra təhvil alacağı qırx kilo buğdaya satsa bu mümilənin ribalı 
olmamasında işkal vardır, ehtiyat vacib ondan uzaq olmaqdır. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə