İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


onun orada qalmaq haqqı olmasın və malik oranı boşaltdıqdan sonra həmin yeri istədiyi



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə162/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   158   159   160   161   162   163   164   165   ...   168

onun orada qalmaq haqqı olmasın və malik oranı boşaltdıqdan sonra həmin yeri istədiyi 
kimi icarə versin, belə olan halda caizdir ki, icarəçi razılaşılan məbləği alsın. Bu sərqüfli 
icarəçinin təsərrüf etmə haqqının ikinci şəxsə nəql olunması müqabilində deyil, yalnız 
oranın boşaldılması üçün olacaqdır. 
 
Məsələ 44: Malikə vacibdir ki, müqavilə əsnasında özünə etdiyi şərtlərə vəfa etsin. Belə ki, 
42-ci məsələdə fərz olunan halda malikə vacibdir ki, həmin yeri icarəçiyə, yaxud icarəçinin 
onun xeyrinə olaraq kənara çəkildiyi üçüncü bir şəxsə, icarə haqqını artırmadan icarəyə 
versin. Həmçinin 43-cü məsələdə fərz olunduğu kimi malikə vacibdir ki, icarə müddətini, 
icarəçinin qalmağa meylli olduğu müddətə qədər həmin əvvəlki icarə miqdarında, yaxud 
adi qaydada (şərt olunan hər növdə) uzatsın. 
 
Malik öz şərtinə əməl etməzsə və icarə müddətini uzatmaq istəməzsə, icarəçi şəriət 
hakiminə, yaxud başqasına müraciət etməklə onu öz şərtinə əməl etməyə vadar edə bilər. 
Lakin əgər hər hansı bir dəlilə görə onu öz şərtinə əməl etməyə vadar edə bilməsə, malikin 
razılığı olmadan caiz deyildir ki, icarə olunan yerdə təsərrüf etsin. 
 
Məsələ 45: Əgər şərt, 42-ci və 43-cü məsələlərdə fərz olunduğu kimi, fel şərtində deyil, icarə 
əqdində qeyd olunsa (nəticənin şərti surətində) yə`ni (bizim fərz etdiyimiz halda) icarənin 
vaxtının uzadılması şərti olsa, belə ki, icarəçi maliklə şərtləşsin ki, o, ya da onun birbaşa, 
yaxud müəyyən yollarla müəyyən etdiyi şəxs həmin məhəlldə, təsərrüf etmək və ondan 
istifadə etmək haqqını illik müəyyən məbləğ vermək müqabilində, yaxud hər ildə adi 
qaydada verilən qiymət müqabilində olsun, bu halda icarəçi, yaxud icarəçinin tə`yin etdiyi 
şəxs malikinin razılığı olmadığı məhəldə təsərrüf və istifadə etmək haqqına malikdir və 
malikin yalnız razılaşılan məbləği tələb etməyə haqqı vardır. 
17-İqrar və növ`i təqass qaydası barəsində müəyyən məsələlər 
 
Bə`zi üqud, iyqa [üqud iki tərəfli, (nikah əqdi kimi), iyqa isə bir tərəfli olan (təlaq kimi) 
əqddir] və hüquq məsələləri ixtilaflıdır. Bu barədə şiə alimlərinin rə`yləri sair İslam 
məzhəbləri ilə bə`zi hallarda cüz`i, bə`zi hallarda isə külli şəkildə fərqlənir. Buna görə də 
bu kimi məsələlərlə əlaqədar şiələrin qeyri şiələrlə rəftarı barəsində sual olunur və 
mütəəxxir fəqihlər (Allah onlardan razı olsun!) bu məsəlinin hökmünü «ilzam qaydası» 
əsasında bəyan etmişlər. Yə`ni şiə olmayan şəxsləri öz məzhəblərinin hökmlərinə vadar 
etmək. Lakin bizim nəzərimizdə bu qayda sübuta yetmədiyindən, bu məsələni ilzam 
qaydasının canişini olan müxtəlif qaydalarla, məsələn növ`i təqass qaydası (yə`ni onların 
sünnət və hökmləri əsasında sizdən aldıqları kimi siz də onlardan alın), yaxud iqrar 
qaydası (şiə olmayan şəxslərlə, onların öz məzhəb hökmlərinə əsasən rəftar edərək onları 
öz məzhəb qanunlarına vadar etmək) uyğunlaşdırır və onların hökmünü bəyan edirik. 
 
Məsələ 46: On iki İmamçı fiqh nəzərindən nikah əqdi şahid tutmadan da səhihdir. Lakin 
sünnü məzhəbləri bu məsələdə ixtilafa düçar olmuşlar. Onların bə`ziləri İmamiyyə ilə 
müvafiq, bə`ziləri isə hənəfilər, şafeilər, hənbəlilər kimi şahid tutmadan olan nikahı fəsad 
(yə`ni batil) hesab edirlər. Malikilər də məxfi şəkildə baş verən nikahı fasid (batil) hesab 
edirlər. Bunun fasid olduğunu idda edənlər özü də iki dəstəyə ayrılır: 
 
Malikilər və hənbəlilərin çoxu səhih və ya batil olmasında ixtilaf olan bu cür nikahlar 
barəsində inanırlar ki, heç kəsin bu qadınla (yə`ni şahid tutulmadan əqdi oxunan və əqdi 
batil olan qadınla) izdivac etməyə haqqı yoxdur. Nikah əqdi kimin adına oxunubsa yalnız 
onun həmin qadına təlaq verməsindən, yaxud nikahı fəsx etməsindən sonra o qadının ərə 
getməyə haqqı vardır. Deməli, əgər ər bu iki məzhəbdən birinin ardıcılı olsa, belə bir 
qadınla izdivac edə bilməz, yalnız təlaq versə, yaxud nikahını fəsx etsə, (yenidən onunla öz 
məzhəbinə uyğun izdivac edə bilər). 


 
Şafeilər və hənəfilər bu kimi nikah barəsində inanırlar ki, belə qadınla izdivac etmək olar 
və təlağa, yaxud nikahın fəsx edilməsinə də ehtiyac yoxdur. 
 
Buna əsasən, əgər ər bu iki məzhəb ardıcılı olsa ilzam qaydasına əsasən ər öz məzhəbinin 
hökmlərinə vadar edilməlidir. Belə ki, əgər qadın onların nəzərində iddə saxlamağa 
ehtiyaclı olarsa, əzhər nəzər iddəsi qurtardıqdan sonra onunla nikahın caiz olmasıdır. 
 
Həmçinin əgər qadın şiə, onun əri isə bu iki məzhəb ardıcılı olsa belə ki, onların nəzərində 
iddə saxlamağa ehtiyac olsa iddə tamam olduqdan sonra izdivac etməsi caizdir. Amma hər 
iki halda şübhədən xaric olmaq və ehtiyata riayət etmək üçün daha yaxşı olar ki, kişinin 
qadına təlaq verməkdən imtina etdiyi halda şəriət hakiminin vasitəsi ilə olsa belə onun 
təlağını alsınlar. 
 
Məsələ 47: Sünnü alimlərinin nəzərində bir qadınla onun qardaşı qızı, yaxud bir qadın ilə 
onun bacısının qızını bir yerə cəm etmək caiz deyildir. Bu mənaya ki, əgər hər ikisini eyni 
zamanda (bir nəfərə) əqd edərlərsə, hər iki əqd batildir. Əgər əqdin biri digərindən sonra 
olarsa ikincisi batildir. 
 
 
Lakin imamiyyə fiqhi nəzərindən bir qadının əqdi, onun qardaşı uşağının əqdindən sonra 
və eləcə də bir qadının əqdi bacısı qızının əqdindən sonra mütləq şəkildə caizdir. Həmçinin 
bir qadının əqdindən sonra onun qardaşı qızını əqd etmək və ya bir qadının əqdindən 
sonra onun bacısı qızını əqd etmək bununla şərtlənir ki, əvvəlcə o qızın bibisi və xalası 
razılıq vermiş olsunlar və ya sonradan da razılıq versələr caizdir. 
 
Buna əsasən, əgər sünnülər bir qadınla onun qardaşı qızını, yaxud bir qadınla onun bacısı 
qızını cəm eləsələr, əgər onların əqdləri eyni zamanda olsa, onların məzhəbinə əsasən hər 
ikisi batil olduğuna görə imamiyyə ardıcıllarının nəzərinə görə onlardan hər biri ilə və ya 
qızın bibi ya xalası razı oluduğu surətdə hər ikisini əqd etməsi caizdir. Əgər sünnü kişinin 
əqdi eyni zamanda olmazsa, qeyd olunan fərzdə ikinci arvadının əqdi onların məzhəbinə 
görə batildir və şiə bir kişi onunla izdivac edə bilər. Hər ikisi imamiyyə şiəsi olduğu zaman 
o iki qadının hər biri barəsində bu hökm caridir. 
 
Məsələ 48: İmamiyyə məzhəbinə əsasən təlaq verilmiş qadının yaisə və səğirə olsa yaxınlıq 
edilmiş olsa da belə, iddəsi yoxdur. Lakin sünnü məzhəblərinin nəzərinə görə (səğirə qız 
uşağı üçün iddə saxlamağın şərtlərindəki ixtilaflarla yanaşı) onlara da iddə saxlamaq 
vacibdir. Belə ki, əgər ər sünnü olsa, qadın isə yaisə və səğirə olan qadınına səğirə üçün 
iddə saxlamağın lazım olmasına e`tiqad bəsləyərək təlaq versə, öz məzhəbinin təlaq 
verilmiş qadının bacısını almaq və iddə dövründə bir yerə cəm edilməsi haram olan 
qadınların nikahının haram olması kimi qanunlarına riayət etməyə borcludur. 
 
Şiə olan kişi üçün vacib ehtiyat budur ki, iddəsi tamam olmamışdan qabaq belə qadınla 
evlənməsin. O qadın da əgər şiə olsa, yaxud (sonradan) şiəliyi qəbul etsə iddəsinin axırına 
qədər gərək izdivac etməsin. Həmçinin əhvət nəzər odur ki, iddə dövründə öz ərindən 
nəfəqə almasın, baxmayaraq ki, ərinin məzhəbinə görə onun nəfəqəsini yeyən olsun. Amma 
əgər şərtləri mövcud olduğu zaman növ`i təqass qaydalarını icra etmək qəbilindən olsa o 
nəfəqəni ala bilər. 
 
Məsələ 49: İmamiyyə fiqhi nəzərindən təlaqın səhih olmasının müxtəlif şərtləri vardır ki, 
sair İslami məzhəblər nəzərindən onun heç biri, yaxud bə`ziləri təlaqın səhihliyində şərt 
sayılmır. Buna görə də əgər şiə olmayan bir şəxs öz qadınına onun məzhəbində səhih 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə