İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 60: Əgər diri bir müsəlmanın bədən üzvlərindən birinin sağ qalması meyyitin



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə164/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   160   161   162   163   164   165   166   167   168

 
Məsələ 60: Əgər diri bir müsəlmanın bədən üzvlərindən birinin sağ qalması meyyitin 
bədənindən bir şeyin kəsilməsinə bağlıdırsa bu iş caiz deyildir. 
 
Məsələ 61: Əgər bir şəxs vəsiyyət etsə ki, ölümündən sonra üzvlərindən birini diri bir 
şəxsin bədəninə peyvənd etmək üçün kəssinlər, o şəxsin həyatı həmin üzvün kəsilməsinə 
bağlı olmasa, bu vəsiyyətin nüfuzlu olması və nəticədə ölü bədəninin kəsilməsinin caizliyi 
işkallıdır. Lakin bu surətdə kəsən şəxsə diyə vacib olmaz. 
 
Məsələ 62: Sual: Diri insanın bədənindən hər hansı bir şeyi peyvənd vurmaq üçün 
götürmək, özü ona razı olarsa caizdirmi? 
 
Bu məsələnin iki forması vardır: 
 
1-O üzvün kəsilməsi insana mühüm bir ziyan yetirir, o cümlədən gözün, əlin, ayağın və bu 
kimi şeylərin kəsilməsidir ki, bu halda caiz deyil. 
 
2-Çoxlu ziyanı olmasın məsələn ətinin, yaxud dərisinin bir hissəsinin götürülməsi, bu halda 
caizdir. Onun müqabilində pul almaq da caizdir. 
 
Məsələ 63: Ehtiyacı olanlara qan hədiyyə eləmək, eləcə də onun müqabilində pul almaq 
caizdir. 
 
Məsələ 64: Qanı möhtərəm olmayan, yaxud şəkkli olan ölmüş kafirin bədən üzvünü 
müsəlmana peyvənd etmək üçün kəsmək caizdir. Peyvənd edildikdən sonra müsəlmanın 
bədəninin hökmləri o üzvə də şamil olur. Çünki onun bədənindən bir hissə kimi hesab 
olunur. Həmçinin it kimi nəcisül-eyn (zatən nəcis olan) heyvanın bədən üzvlərindən birini 
kəsib müsəlmanın bədəninə peyvənd edilməsinin işkalı yoxdur. (Peyvənd edildikdən sonra 
da) müsəlman bədəninin hökmləri ona şamil olur. Çünki artıq diri şəxsin bədən üzvündən 
hesab olunur və o hissədə həyat vardır, pakdır və onunla namaz qılmaq caizdir. 
20-Sün`i təlqih (mayalandırma) 
 
Məsələ 65: Qadını, ərindən başqasının mənisi ilə mayalandırmaq caiz deyildir, istər ərli 
olsun istər ərsiz, İstər ər və arvad buna razı olsunlar, istər razı olmasınlar, istər bu iş ərinin 
vasitəsi ilə baş versin, istərsə də başqasının vasitəsi ilə. 
 
Məsələ 66: Əgər bir qadın, öz ərindən başqasının mənisi ilə mayalandırılsa və hamilə olub 
övlad dünyaya gətirsə, bu hadisə səhv üzündən baş vermiş olduğu halda, yə`ni onu ərinin 
mənisi ilə mayalandırmaq istədikləri halda başqasının mənisi ilə səhvə düşübsə, belə olan 
surətdə şübhəsiz övlad məninin sahibinə mülhəq olur. Bu məsəlinin hökmü vəty be şübhə 
kimidir. Lakin əgər belə bir mayalandırma agahlıq üzündən və qəsdən olarsa, yenə də 
övladın məni sahibinə mülhəq olması uzaq deyildir və bütün nəsəb hökmləri, hətta irs belə 
onların arasında sabitdir. Çünki irsdən istisna olunan hallar zinadan əmələ gələn övladdır. 
Nütfənin bağlansamına səbəb olan bir işin haram olmasına baxmayaraq lakin bu məsələ 
zina hökmündə deyildir. 
 
Həmçinin bu övlad hər iki surətdə anasına mülhəq edilir və onunla sair övladları arasında 
heç bir fərqi yoxdur. 
 
Əgər qadın öz ərinin nütfəsini müsahiqə və sair yollarla başqa bir qadının bətninə daxil 
edərsə və o qadın hamilə olub övlad dünyaya gətirərsə övlad nütfənin sahibinə və onu 
dünyaya gətirən qadına aiddir, baxmayaraq ki, bu əməl haramdır. 


 
Məsələ 67: Əgər qadının yumurta hüceyrəsi və kişinin sperması götürülüb 
mayalandırıldıqdan sonra süni bətnə qoyulsa və bu işdən bir övlad dünyaya gəlsə zahir 
budur ki, yumurta hüceyrə və spermanın sahiblərinə aid olur və bu övladla o iki şəxsin 
arasında bütün nəsəb (qohumluq) hökmləri hətta irs hökmü belə cari olur. Əlbəttə, əgər 
mayalandırılma yerinə yetməzdən öncə o ikisindən biri dünyadan getsə övlad ondan irs 
aparmaz. 
 
Məsələ 68: Əgər bir qadının mayalanmış yumurta hüceyrəsini başqa bir qadının bətninə 
qoysalar və orada inkişaf edib övlad dünyaya gəlsə onun birinci qadına aid edilməsinin bir 
əsası vardır. Amma ehtiyat da tərk olunmamalıdır. 
 
Məsələ 69: Qadının öz ərinin mənisi ilə mayalandırılması caizdir. Əlbəttə əgər bu iş baxışı 
haram olan yerlərə baxmağı, ləms etməyin haram olduğu yerlərinə ləms etməyi lazım 
tutursa, bu işin yerinə yetirilməsi ərindən başqasına caiz deyildir. Amma zərurət halı 
istisna olunur, məsələn (təbii yolla) uşaq sahibi olmaq onun üçün çox çətin olsa, hətta 
başqalarının danlanması cəhətindən olsa və hamilə olmağı üçün də bundan başqa yol 
olmasa bu cür mayalandırılmadan dünyaya gələn övlad da heç bir fərqi olmadan onların 
sair övladları kimidir. 
21-Əhali artımına nəzarətin hökmləri 
 
Məsələ 70: Caizdir ki, qadın ona mühüm bir ziyanı çatmadığı təqdirdə hamiləliyin 
qarşısını alan dərmanlardan istifadə etsin, istər əri bu işə razı olsun, istərsə razı olmasın. 
 
Məsələ 71: Caizdir ki, qadın ona mühüm bir zərəri olmadığı təqdirdə hamiləliyin qarşısını 
alan cihazlardan və sair kimi şeylərdən istifadə etsin. Amma əgər onun fərcinə bu kimi 
cihazların qoyulması baxılması haram olan yerlərə nəzər salmağa bağlıdırsa, yaxud ləms 
etmək halal olmayan yerlərə ləms etməyini lazım tutursa bu işin ərindən başqası tərəfindən 
yerinə yetirilməsi caiz deyildir. Amma zərurət halı bundan istisna olunur, məsələn, uşaq 
sahibi olmağın onun üçün zərəri olarsa. Bu o haldadır ki, həmin cihazın nütfəni 
mayalandıqdan sonra məhv etməsi mə`lum olmasın. Əgər mə`lum olarsa əhvət onun tərk 
edilməsidir. 
 
Məsələ 72: Caizdir ki, qadın daha heç bir vaxt övlad sahibi olmayacağı ilə nəticələnən bir 
cərahiyyə əməliyyatına razı olsun. Belə ki, bu iş yumurtalıq kimi bir üzvün kəsilməsi 
nəticəsində ciddi bir ziyana səbəb olmasın. Əlbəttə əgər bu cərrahiyyə əməliyyatı ərindən 
başqasının əli ilə görülərsə və baxışı haram olan yerlərə baxmağa səbəb olarsa, ləms 
edilməsi haram olan bədənin üzvlərinə ləms edilməsini lazım tutarsa, bu halda bu iş caiz 
deyildir. Yalnız zərurət halında caiz ola bilər, məsələn uşaq sahibi olmaq onun üçün zərərli 
olsa. Bu məsələnin hökmü tamamilə kişi barəsində də caridir. 
 
Məsələ 73: Nütfə bağlandıqdan sonra bətndə olan şeyi saldırmaq caiz deyildir. Amma əgər 
bətndə olan rüşeymin davam etməsi anaya çox ziyan çatdırarsa bu halda əgər ruh daxil 
olmayıbsa, saldırması caiz, amma ruh daxil olduqdan sonra rüşeymi saldırmaq mütləq 
şəkildə caiz deyildir. Əgər ana öz bətnində olanı saldırsa miqdarı diyə kitablarında deyilən 
qədər diyə vermək ona vacib olur və onu uşağın atasına, yaxud bətnindəki uşağın 
vərəsələrinə verməlidir. Əgər ata uşağı saldırsa diyə vermək ona vacib olur və onu anasına 
verməlidir. Əgər birbaşa həkimin vasitəsi ilə saldırılarsa diyə ona vacib olur, amma əgər 
vərəsələr onu güzəştə getsələr onda vacib olmaz. 
 
Məsələ 74: Caizdir ki, qadın bə`zi vacib əməlləri tamamlamaq üçün adət günlərini tə`xirə 
salan dərmanlardan istifadə etsin. Məsələn oruc, həcc əməlləri və başqa hallarda. Bu şərtlə 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə