İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


ki, bu iş ona mühüm bir ziyan çatdırmasın. Əgər bu dərmanlardan istifadə etdiyi halda



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə165/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   160   161   162   163   164   165   166   167   168

ki, bu iş ona mühüm bir ziyan çatdırmasın. Əgər bu dərmanlardan istifadə etdiyi halda 
ardıcıl olmayan qan görsə adəti dövründə olsa belə, heyz hökmləri ona aid olmayacaqdır. 
22-Dövlətin saldırdığı xiyabanların, küçələrin hökmləri 
 
Məsələ 75: Əvvəllər camaatın şəxsi əmlakı, evləri olan, sonradan dövlətin öz mülkiyyətinə 
keçirərək yol saldırdığı yerləşən səkilərdə və xiyabanlarda hərəkət etmək caizdir. Əlbəttə, 
əgər bir kəs bu yerlərdən xüsusi bir yerinin dövlət tərəfindən zorla, onun sahiblərinə dəyən 
xəsarəti ödəmədən, yaxud onları razı salmadan istifadə etdiyini bilsə, qəsbi yerlər 
hökmünü daşıyacaq orada hər növ təsərrüf, hətta o yerdən keçmək belə caiz olmayacaq. 
Amma əgər onun malikini, yaxud vəlisini (atası, babası, yaxud o ikisinin tərəfindən tə`yin 
edilən qəyyumu) razı salsa onda eybi yoxdur. Əgər malikini tanımasalar məchulul-malik 
hökmlərinə malik olacaq və bu barədə şəriət hakiminə müraciət edilməlidir. Bu məsələdən 
bu kimi torpaqların yerdə qalan hissələrinin də hökmü aydın olur, belə ki, malikinin 
icazəsi olmadan onlardan istifadə etmək caiz deyildir. 
 
Məsələ 76: Məscid, hüseyniyyə, qəbiristan və yol üzərində salınmış olan ümumi vəqf 
yerlərində yol getmək, oturmaq və bu kimi qəbildən olan təsərrüflər etmək caizdir. Lakin 
bu cür təsərrüflər xüsusi vəqf yerlərindən olan mədrəsə və bu kimi şeylərin yerindən, kimə 
vəqf olunubsa onlardan başqasında caiz olması işkallıdır. 
 
Məsələ 77: Xiyabanlarda və səkilərdə yerləşən məscidin torpağı vəqf olmaqdan xaric 
olmur, lakin məscid ünvanı ilə gələn hökmlərə malik deyildir. O cümlədən onu nəcis 
etməyin haram, nəcis olduqda paklamağın vacibliyi, cünub, haiz və nüfəsa qadınların 
orada dayanmağının haramlığı kimi hökmlər ona şamil olmur. 
 
Amma məscidin qalan yerləri, əgər məscid olmaq ünvanından xaric olmayıbsa məscidlə 
əlaqədar olan bütün hökmlər ona gələcəkdir. Lakin məscid olmaq ünvanından xaric 
olubsa, məsələn hər hansı bir zalım onu dükan, məhəll, yaxud başqa bir evə çeviribsə 
məscid hökmü ona aid olmaz, ondan bütün halal faydalar caizdir. Amma əgər qəsbin 
təsdiq olunmasına səbəb olarsa caiz deyildir. 
 
Məsələ 78: Məscid uçurulduqdan sonra ondan qalan əsərlər, daşı, taxtaları, dəmirləri və 
onun vasitələri, o cümlədən çıraqları, istilik və soyuqluq verən şeyləri, əgər həmin məscidə 
vəqf olunmuşsa, başqa məscidə sərf olunması vacibdir. Əgər bu iş mümkün olmazsa 
ümumi xalq mənafeyində məsrəf edilməlidir. Onları satmaqdan başqa yolla istifadə etmək 
mümkün olmazsa, gərək mütəvəlli, yaxud onlardan istifadə etmək haqqına malik olan şəxs 
onları sataraq başqa məscidlərə məsrəf etsin. 
 
Məscidin yerdə qalmış əsərləri onun mülkü olarsa məsələn məscidə vəqf olunmuş malın 
eyninin mənfəətindən məscid üçün alınmışsa bunların özünün başqa məscidlərə sərf 
olunması vacib deyildir. Əksinə caizdir ki, mütəvəlli, yaxud onlarda təsərrüf etmək 
haqqına malik olan bir şəxs məsləhət gördüyü təqdirdə onları satsın və onların pulunu 
başqa məscidə xərcləsin. 
 
Bu qeyd olunan hökm ümumi vəqf olunan yerlərin, o cümlədən yol üstündə yerləşən 
mədrəsə və Hüseyniyyənin üzərinə də gəlir. 
 
Məsələ 79: Yol üzərində yerləşən müsəlman qəbiristanlığının, eləcə də şəxsi, ya ümumi 
vəqflərdən olan qəbiristanlığın əmlakının hökmü qeyd olunanlardan aydın olur. Bu o 
haldadır ki, qəbiristanın torpağında gediş-gəliş müsəlman ölülərinin hörmətsizliyinə səbəb 
olmasın, əks halda orada gediş-gəliş caiz deyil. Lakin əgər qəbiristan bir şəxsin mülkü, 
yaxud vəqf olmazsa, hörmətsizlik olmadığı təqdirdə hər növ istifadə etməyin işkalı yoxdur. 


 
Bu məsələdən qəbiristanlığın yola salınmayan hissələrinin hökmləri aydın olur. Belə ki, 
birinci halda (şəxsi əmlak olduqda) onlardan istifadə etmək və ya satmaq malikinin icazəsi 
olmadan caiz deyildir. İkinci halda isə (ümumi vəqflərdən olarsa) mütəvəllinin, yaxud onda 
təsərrüf etmək haqqına malik olan şəxsin icazəsi olmadan caiz deyildir. Onun pulu sair 
müsəlman qəbiristanlıqlarında istifadə edilməlidir. Vacib ehtiyata görə yaxında olan 
qəbiristanlıq bu işə daha üstündür. Üçüncü halda bir kəsin icazəsinə ehtiyac duyulmadan 
ondan istifadə etmək caizdir. Belə ki, əgər bu iş başqalarının mülkündən – xarab olmuş 
qəbirlərin əsərlərindən istifadə etməyə səbəb olmasın. 
23-Namaz və oruc barəsində müxtəlif məsələlər 
 
Məsələ 80: Əgər oruc tutan bir şəxs gün batdıqdan sonra öz şəhərində iftarını açmadan 
təyyarə ilə qərb tərəfə səfər etsə və günəşin hələ batmadığı bir yerə çatsa həmin yerdə gün 
batana qədər özünü oruc saxlaması vacib deyildir. Lakin ehtiyat müstəhəb orucunu 
açmaqdan çəkinməsidir. 
 
Məsələ 81: Əgər mükəlləf öz şəhərində sübh namazını qıldıqdan sonra qərbə tərəf səfər 
etsə və sübhün açılmadığı bir yerə çatsa və sübh açılana qədər orada qalsa; yaxud zöhr 
namazını öz yerində qılıb sonra günorta olmadığı bir yerə səfər etsə və günorta daxil olana 
qədər orada qalsa; yaxud məğrib namazını öz şəhərində qılıb sonradan səfərə getsə və hələ 
günəşin batmadığı bir yerə çatıb gün batana qədər orada qalsa fərz olunan bu halların 
hamısında namazı yenidən qılmaq vacib deyil. Lakin müstəbb ehtiyat onu yenidən 
qılmaqdır. 
 
Məsələ 82: Əgər bir şəxs namaz qılmasa, nəticədə onun vaxtı keçsə, sonradan təyyarə ilə 
hələ namaz qılmağa vaxt olan bir yerə getsə ehtiyat vacibə görə gərək namazını ma-
fizzimmə niyyəti ilə, yə`ni əda və qəza niyyəti olmadan yerinə yetirsin. 
 
Məsələ 83: Əgər mükəlləf təyyarə ilə səfər etsə və orada namaz qılmaq istəsə namaz vaxtı 
üzü qibləyə olmaq, bədənin aramlaşması və sair şərtlərə riayət etməklə namazını qılsa 
namazı səhihdir. Əks halda əgər vaxtı olsa, onda təyyarədən çıxandan sonra şərtlərə malik 
olan namazı qılmağa imkanı olsa ehtiyata əsasən təyyarədə qıldığı namaz səhih deyil. 
Lakin əgər vaxt dar olsa vacibdir ki, namazı təyyarənin içində qılsın, belə olan halda əgər 
qiblənin istiqamətini bilsə həmin istiqamətə qılmalıdır. Zərurət halı istisna olmaqla 
qiblənin şərtlərinə riayət etmədən namazı səhih olmaz. Bu halda gərək təyyarə hər vaxt 
qiblə səmtindən dönsə o qibləyə tərəf dönsün və döndüyü zaman zikr və qiraəti deməsin. 
Qiblənin özünə diqqət yetirə bilməsə sağ əli ilə sol əli arasında olan istiqamətlərə diqqət 
yetirməlidir. Əgər qiblənin istiqamətini bilməsə onu tə`yin etmək üçün çalışmalı və öz 
zənninə əsasən əməl etməlidir. Əgər zənn əldə edə bilməsə namazını qiblə olmasına ehtimal 
verdiyi hər tərəfə qıla bilər. Amma əhvət budur ki, namazı dörd istiqamətdə qılsın. Bu o 
hallardadır ki, qibləni tanımaqla üzü qibləyə dayana bilsin. Və əgər təkbirətül-ehramdan 
başqa bunu yerinə yetirə bilməsə onunla kifayətlənsin əgər ümumiyyətlə bacara bilməsə 
üzü qibləyə dayanmaq şərti qüvvədən düşür. 
 
Caizdir ki, insan namazın vaxtından əvvəl ixtiyari halda təyyarə ilə səfər etsin. Hərçənd 
bilsə ki, təyyarənin içərisində namazın bədənin aramlaşması və qiblə kimi şərtlərinə malik 
olmayacaq. 
 
Məsələ 84: Əgər bir şəxs sür`əti yerin fırlanma sür`əti ilə bir olan bir təyyarəyə minsə və 
yerin şərqindən qərbinə doğru hərəkət edib bir müddət yerin ətrafına fırlansa, ehtiyat 
vacib odur ki, hər iyirmi dörd saatda beşlik təşkil edən namazları mütləq qürbət niyyəti ilə 
yerinə yetirsin. Lakin orucun qəzasını etməlidir. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə