İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 2471: Heyz görməyən qadın əgər heyz görən qadınlar yaşda olsa, ya iki heyzi



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə138/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   134   135   136   137   138   139   140   141   ...   168

Məsələ 2471: Heyz görməyən qadın əgər heyz görən qadınlar yaşda olsa, ya iki heyzi 
arasındakı zaman fasiləsi 3 aydan artıq olsa, belə ki, əri onunla yaxınlıq etdikdən sonra 
təlaq versə, gərək təlaqdaq sonra qəməri tarixlə üç ay iddə saxlasın. 
 
Məsələ 2472: İddəsi üç ay olan qadının əgər hilali ayın əvvəlində təlağını versələr, üç ay 
iddə saxlasın. Əgər ayın əsnasında təlağını versə, gərək ayın qalanını sonrakı iki ay ilə 
bərabər və birinci aydan, qalanını isə dördüncü aydan iddə saxlasın ki, üç ay tamam olsun. 
Məsələn, əgər ayın 20-ci gününün qürubunda təlağını versələr və o ay 30 gün olsa, onun 
iddəsi dördüncü ayın 20-ci günü qürub vaxtı tamam olur. Əgər ay 29 gün olsa, vacib 
ehtiyat odur ki, dördüncü aydan 21 gün iddə saxlasın ki, birinci aydan iddə saxladığı 
miqdarla 30 gün olsun. 
 
Məsələ 2473: Əgər hamilə qadına təlaq versələr, iddəsi uşaq dünyaya gələnə qədər, ya səqt 
olana qədərdir. Buna görə də əgər təlaqdan bir saat sonra uşaq dünyaya gəlsə, iddəsi 
tamam olar, amma bu o haldadır ki, uşaq ərinin şər`i övladı olsun. Buna əsasən əgər qadın 
zinadan hamilə olsa və əri ona təlaq versə, onun iddəsi, uşağa hamiləlik dövrü ilə tamam 
olmur. 
 
Məsələ 2474: 9 yaşı tamam olmuş və yaisə olmayan qadın əgər siğə olunsa, belə ki, əri 
onunla yaxınlıq etsə və o qadının müddəti tamam olsa, ya əri müddəti ona bağışlasa, gərək 
iddə saxlasın. Əgər heyz görürsə, gərək iki heyz miqdarında iddə saxlasın və ərə getməsin, 
vacib ehtiyata görə bir dəfə heyz görməsi kifayət deyil və əgər heyz görmürsə 45 gün ərə 
getməkdən özünü çəkindirsin. Hamilə olan halda onun iddəsi uşaq dünyaya gələnə qədər, 
ya səqt olana qədərdir, hərçənd müstəhəbb ehtiyat odur ki, doğuş və 45 gün arasında hansı 
daha çox olsa, onu daha çox iddə saxlasın. 
 
Məsələ 2475: Təlaq iddəsinin əvvəli təlaq siğəsi oxunub tamam olandan sonra başlayır, 
istər qadın ona təlaq verdiyini bilsin, ya bilməsin. Əgər iddə tamam olandan sonra ona 
təlaq verildiyini başa düşsə, təzədən iddə saxlamağı lazım deyil. 
ƏRİ ÖLMÜŞ QADININ İDDƏSİ 
 
Məsələ 2476: Əri ölmüş qadın hamilə olmasa, gərək 4 ay 10 gün iddə saxlasın, yə`ni ərə 
getməkdən çəkinsin, hərçənd səğirə, ya yaisə, ya siğə olsa, ya kafir, ya ric`i təlaq verilmiş, 
ya iddə halında olsun, əri onunla yaxınlıq etməsə də, hətta əri uşaq və ya dəli də olmuş olsa, 
hökm eynidir. Əgər hamilə olsa, gərək doğana qədər iddə saxlasın. Amma əgər 4 ay 10 gün 
keçməmişdən qabaq dünyaya gəlsə, gərək ərinin ölümündən sonra 4 ay 10 gün gözləsin. Bu 
iddəyə, vəfat iddəsi deyərlər. 
 
Məsələ 2477: Vəfat iddəsində olan qadına zinət libasları geymək və sürmə çəkmək 
haramdır. Həmçinin zinət hesab olunan başqa işlər də ona haram olar. Amma evdən çölə 
getmək ona haram deyil. 
 
Məsələ 2478: Əgər bir qadın ərinin öldüyünü yəqin etsə və vəfat iddəsi tamam olandan 
sonra ərə getsə, əgər mə`lum olsa ki, onun əri sonradan ölüb, ikinci əqd də birinci ərinin 
sağlığında və ya həqiqi vəfat iddəsi dövründə baş veribsə, gərək ikinci ərindən ayrılsın və 
vacib ehtiyata görə iki iddə saxlasın. Əgər ikinci ərindən hamilə olubsa, bu halda doğana 
qədər ikinci ər üçün (eynilə təlaq iddəsi kimi olan) vəty-şübhə iddəsi, ondan sonra isə 
birinci ər üçün vəfat iddəsi saxlasın, ya da əvvəlki iddəsini təkmil etsin. Əgər hamilə olmasa 
və birinci əri ikinci ərinin yaxınlıq etməsindən qabaq ölmüş olsa, əvvəlcə birinci ər üçün 
vəfat iddəsi, ondan sonra isə ikinci əri üçün vəty-şübhə iddəsi saxlasın. Əgər yaxınlıq 
vəfatdan qabaq olubsa, onun iddəsi irəlidir. 
 


Məsələ 2479: Vəfat iddəsinin əvvəli əri qayib, ya qayib hökmündə olan halda, ərin 
ölümündən sonra yox, qadının ərinin ölümündən xəbərdar olmasından başlayır, amma bu 
hökm əgər qadın həddi-büluğa çatmamış, ya divanə olan surətdə məhəlli-işkaldır, ehtiyata 
riayət etmək vacibdir. 
 
Məsələ 2480: Əgər qadın desə ki, «iddəm tamam olub», ondan qəbul olunar, amma əgər 
qadın töhmət vurulan bir məqamda olsa, bu halda vacib ehtiyata görə ondan qəbul 
olunmaz, məsələn, əgər iddia etsə ki, bir ayda 3 dəfə heyz görüb, onun iddiası təsdiq 
olunmaz. Amma əgər ona yaxın olan qadınlar onun bu adət üzrə heyz görməsini təsdiq 
etsələr, bu halda ondan qəbul olunar. 
RİC`İ VƏ BAİN TƏLAĞI 
 
Məsələ 2481: Bain təlaq odur ki, təlaqdan sonra kişinin öz arvadına rücu` etməsinə haqqı 
yoxdur, yə`ni əqdsiz onu arvadlığa qəbul etməyə haqqı yoxdur və o, 6 qismdir. 
 
1. 9 yaşı tamam olmayan qadının təlağı. 
 
2. Yaisə olan qadının təlağı. 
 
3. Əqddən sonra əri onunla yaxınlıq etməmiş olan qadının təlaqı. 
 
4. Üç dəfə boşanmış bir qadının təlaqı (2484-cü məsələdə gələcək). 
 
5. Xül`i və mübarat təlağı. 
 
6. Şəriət hakiminin, ərinin nə nəfəqəsini tə`min etməyə və nə də boşamağa hazır olduğu bir 
qadına verdiyi təlaq. 
 
Bunlarla bağlı hökmlər sonrakı məsələlərdə açıqlanacaqdır. Bunlardan başqa olan təlaqlar 
isə ric`i təlaqdır. Yə`ni qadının iddədə olduğu müddətdə əri yenidən ona rücu` edə bilər. 
 
Məsələ 2482: Arvadını ric`i təlaqla boşayan şəxsə arvadını, boşanma zamanı yaşadığı 
evdən çıxarması haramdır. Amma bə`zi zamanlarda ki, qadının zina etmiş olması 
bunlardan biridir, qadını evdən çıxarmasının eybi yoxdur. Həmçinin qadının ərindən 
icazəsiz lazımsız işlər üçün evdən çıması haramdır. Kişiyə də vacibdir ki, iddə dövründə 
onun xərclərini tə`min etsin. 
RÜCU` ETMƏYİN HÖKMLƏRİ 
 
Məsələ 2483: Ric`i təlaqda kişi iki yolla öz arvadına rüc`u edə bilər: 
 
1. Qadını, yenidən öz arvadı qərar verməsini bildirən bir söz desin. 
 
2. Bir iş görsə ki, o iş ilə rücu` qəsdi olsun. Yaxınlıq etməklə rücu` gerçəkləşir, hərçənd 
rücu` qəsdi olmasa da; amma şəhvətli ləms və öpüş ilə rücu`nun gerçəkləşməsi məhəlli 
işkaldır. Vacib ehtiyata görə əgər rücu` etmək istəməsə, gərək yenidən təlaq versin. 
 
Məsələ 2484: Rücu` etmək üçün kişinin şahid tutması, ya da arvada xəbər verməsi lazım 
deyil. Hətta əgər heç kəs bilmədən özü rücu` etsə, rücu` etməyi düzdür. Amma əgər 
iddədən sonra kişi desə ki, iddə içərisində rücu` etmişəm, qadın onu təsdiq etməsə, kişinin 
öz iddasını isbat etməsi lazımdır. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə