İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 2454: Əgər qadın əqddən qabaq desə ki, süd əmmək vasitəsilə o kişiyə haram



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə137/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   133   134   135   136   137   138   139   140   ...   168

Məsələ 2454: Əgər qadın əqddən qabaq desə ki, süd əmmək vasitəsilə o kişiyə haram 
olmuşdur və onu təsdiq etmək mümkün olsa, o kişi ilə izdivac edə bilməz. Əgər əqddən 
sonra desə, kişinin əqddən sonra o qadının ona haram olduğunu deməsi kimidir və onun 
hökmü qabaqdakı məsələdə deyildi. 
 
Məsələ 2455: Məhrəm olmağa səbəb olan süd vermək iki şeylə sübut olur: 
 
1. İnsana, onların sözündə yəqinlik və ya xatircəmlik tapacaq bir dəstənin xəbər verməsilə; 
 
2. İki adil kişinin şəhadəti, amma gərək süd verməyin şəraitini də desinlər; məsələn, 
desinlər «biz gördük ki, filan uşaq filan qadının döşündən 24 saat süd əmib və bu əsnada 
başqa şey yeməyib» və həmçinin 2431-ci məsələdə deyilmiş başqa şərtləri də şərh etsinlər. 
Amma süd verməyin bir adil kişi və iki qadının və ya dörd adil qadının şəhadəti ilə sübut 
olması məhəlli-işkaldır, deməli, ehtiyat olunmalıdır. 
 
Məsələ 2456: Əgər uşağın, məhrəm olmağa səbəb olacaq qədər süd əmib-əmmədiyində 
şəkk edilərsə, ya da o miqdar süd əmdiyi zənn edilərsə, uşaq heç kimə məhrəm olmaz. 
Amma ehtiyat etmək daha yaxşıdır. 
TƏLAĞIN HÖKMLƏRİ 
 
Məsələ 2457: Öz arvadına təlaq verən kişi, gərək baliğ və aqil olsun, amma əgər on yaşlı 
uşaq öz arvadına təlaq versə, gərək bu halda ehtiyata əməl etmək tərk olunmasın; 
həmçinin kişi gərək öz ixtiyarı ilə təlaq versin və əgər arvadına təlaq verməyə onu məcbur 
etsələr, təlaq batildir; və həmçinin gərək təlaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, 
yaxud sərxoş halda desə, səhih deyil. 
 
Məsələ 2458: Qadın gərək təlaq vaxtında heyz və nifas qanından pak olsun və əri o 
paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək. 
 
Məsələ 2459: Heyz və nifas halında qadına təlaq vermək üç halda səhihdir: 1) Evlənəndən 
sonra əri onunla yaxınlıq etməmiş olsun; 2) Hamilə olmağı mə`lum olsun; əgər mə`lum 
olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, təlaq batildir, 
hərçənd yaxşısı odur ki, ona təlaq verməklə olsa belə ehtiyata riayət edilsin; 3) Kişi qayib 
olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas 
qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda vacib ehtiyat budur ki
arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbr edib sonra ona təlaq versin. 
 
Məsələ 2460: Əgər qadını heyz halından pak olduğunu bilsə və təlağını versə, sonradan 
mə`lum olsa ki, təlaq vaxtında heyz halında imiş, onun təlağı fərz olunan hal istisna 
olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlağını versə, sonradana 
mə`lum olsa ki, pak imiş, onun təlağı səhihdir. 
 
Məsələ 2461: Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı 
düşsə, məsələn, səfərə çıxsa və ona təlaq vermək istəsə, gərək arvadın heyz ya nifas 
qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbr etsin və sonra bilsə ki, 
pak olubdur, ona təlaq verə bilər və həmçinin əgər şəkki olsa, o halda 2457-ci məsələdə 
göstərilən qayibdə olan kişinin təlaq hökmünə riayət etsin. 
 
Məsələ 2462: Əgər arvadından ayrı düşən kişi öz arvadına təlaq vermək istəsə, belə ki, 
arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri 
qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər 


ona təlaq versə və sonra mə`lum olsa heyz, ya nifas halında olub, o halda onun təlağı səhih 
deyil. 
 
Məsələ 2463: İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və 
təlaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin. Amma 9 yaşı tamam 
olmamış, yaxud qadının hamilə olması yəqin olsa, əgər yaxınlıq edəndən sonra təlaq versə, 
həmçinin yaisə olsa da, işkalı yoxdur (yaisənin mə`nası 2405-ci məsələdə deyilib). 
 
Məsələ 2464: Əgər heyz və nifas qanından pak olan qadın ilə yaxınlıq etsə və həmin 
paklıqda onun təlağını versə, sonradan isə mə`lum olsa ki, təlaq vaxtı hamilə imiş, o təlaq 
batildir, hərçənd təlağın yenidən verilməsi ilə olsa belə ehtiyata riayət etmək daha yaxşıdır. 
 
Məsələ 2465: Əgər heyz və nifas qanından pak olmuş qadın ilə yaxınlıq etsə və sonra ondan 
ayrılsa, məsələn; səfərə getsə, belə ki, səfərdə təlağını vermək istəsə və onun halından 
xəbərdar ola bilməsə, gərək qadının o paklıqdan sonra qan görüb və təzədən pak olması 
qədər səbr etsin. Vacib ehtiyat odur ki, o müddət bir aydan az olmasın. Əgər qeyd 
olunanlara riayət etməklə təlaq versə, sonra təlağın elə həmin paklıq dövründə baş verməsi 
mə`lum olsa, eybi yoxdur. 
 
Məsələ 2466: Əgər kişi xilqətindən, ya xəstəliyinə görə, ya süd verdiyinə görə, ya dərman 
qəbul etdiyinə görə və ya hansı başqa səbəbdən heyz görməyən arvadına təlaq vermək 
istəsə və o halda onun yaşda olan qadınlar heyz görürlərsə, gərək öz arvadı ilə yaxınlıq 
etdiyi vaxtdan 3 (üç) ay müddətində onunla cima etməkdən çəkinsin və sonra ona təlaq 
versin. 
 
Məsələ 2567: Təlağın siğəsi gərək ərəbcə düz və «Taliq» kəlməsi ilə oxunsun, iki adil kişi də 
onu eşitsinlər. Əgər kişi özü təlaq siğəsini oxumaq istəsə və arvadının adı məsələn; Fatimə 
olsa gərək desin: «Zovcəti Fatimətu taliqun» yə`ni mənim arvadım Fatimə azaddır. Əgər 
başqasını vəkil etsə, gərək o vəkil desin: «Zovcətu müvəkkili Fatimətu taliqun» və qadın 
müəyyən olan halda onun adını demək lazım deyil. Əgər orada hazır olsa və «hazihi 
taliqun» deyilərək ona işarə etsə və ya ona xitab edilərək ənti taliq deyilsə, kifayətdir. Əgər 
kişi təlaq siğəsini ərəbcə oxuya bilməsə və ya vəkil tuta bilməsə, hansı dildə olursa olsun, 
ərəbcə oxunan siğənin mə`nasını deyib, təlaq verə bilər. 
 
Məsələ 2468: Müvəqqəti əqd ilə siğə olunmuş qadının təlağı yoxdur. Onun azad olması, 
əqdin tamam olması ilə, yaxud kişinin ona «Müddəti sənə bağışladım» deyərək müddəti 
bağışlaması ilə olur. Şahid tutmaq və qadının heyzdən pak olması lazım deyil. 
TƏLAĞIN İDDƏSİ 
 
Məsələ 2469: 9 yaşı tamam olmamış, habelə yaisə qadının iddəsi yoxdur, yə`ni əri onunla 
yaxınlıq etsə də, təlaqdan sonra dərhal ərə gedə bilər. 
 
Məsələ 2470: 9 yaşı tamam olan və yaisə olmayan qadının əri onunla yaxınlıq edib təlağını 
versə, təlaqdaq sonra gərək iddə saxlasın. İki heyzin arasındakı fasilə 3 aydan az olan 
qadının iddəsi odur ki, əri paklığında ona təlağını verəndən sonra o qədər gözləsin ki, iki 
dəfə heyz görsün və pak olsun. Üçüncü heyzi görən kimi onun iddəsi tamam olur və ərə 
gedə bilər, amma əgər yaxınlıq etməmişdən qabaq ona təlaq versə, iddəsi yoxdur, yə`ni 
təlaqdaq sonra dərhal ərə gedə bilər, amma əgər ərindən xaric olan məni, (cəzb və ya ona 
oxşar yol ilə) qadının fərcinə daxil olsa, bu halda gərək iddə saxlasın. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə