|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqMəsələ 177:
Yer, dörd şərtlə nəcis olmuş ayağın və ayaqqabının altını pak edər
Məsələ 177:
Yer, dörd şərtlə nəcis olmuş ayağın və ayaqqabının altını pak edər:
1. Yer pak olmalıdır;
2. Quru olmalıdır;
3. Lazım-ehtiyat olaraq ayaq və ya ayaqqabının altı yer tərəfdən (yeriməklə) nəcis olmuş
olmalıdır;
4. Ayağın və ya ayaqqabının altında tapılan qan və bövl kimi eyni nəcis və ya nəcis olmuş
palçıq kimi sonradan nəcis olan şey, yol yerimək və ya ayağı sürtməklə aradan
qaldırılmalıdır; əgər nəcasat qabaqcadan aradan qaldırılarsa, lazım-ehtiyat olaraq ayaq və
ayaqqabının altı yol getmək və ya yerə sürtməklə pak olmaz. Həmçinin yer ya torpaq
olmalı, ya da daş, kərpic və ya bunlara bənzər şeylərlə döşənmiş olmalıdır. Xalça, həsir və
çəmənlik üzərində yol getməklə nəcis olmuş ayağın və ya ayaqqabının altı pak olmaz.
Məsələ 178:
Nəcis ayaq və ayaqqabının altının, asfalt və ya ağacla döşənmiş yer üzərində
yeriməklə pak olması məhəlli- işkaldır.
Məsələ 179:
Ayağın və ayaqqabının altında olan nəcasat on beş ziradan[2] (barmağın
başından dirsəyədək) az yol getməklə və ya yerə sürtməklə aradan aparılsa belə, ayaq və ya
ayaqqabının pak olması üçün, on beş zira və ya daha artıq yol getmək daha yaxşıdır.
Məsələ 180:
Nəcis olan ayaq və ayaqqabının altının yaş olması lazım deyil. Quru olsa belə,
yol getməklə pak olur.
Məsələ 181:
Nəcis olan ayaq və ya ayaqqabının altı yol getməklə pak olduğu zaman, normal
miqdarda palçığa bulaşan kənarları da pak olur.
Məsələ 182:
Əlləri və dizləri üzərində yeriyən kəsin, əl və ya dizləri nəcis olsa, onların yol
getməklə pak olmaları məhəlli işkaldır. Habelə çəliyin, sün’i ayağın altı, heyvanların nalı,
avtomobilin, faytonun təkərləri və buna bənzər şeylər də eyni hökmü daşıyır.
Məsələ 183:
Yol getdikdən sonra, ayağın və ya ayaqqabının altında nəcasatın gözlə
görünməyən zərrəciklərinin, yaxud qoxusunun və ya rənginin qalmasının eybi yoxdur.
Amma bunların da qalmamaları üçün bir qədər yol getmək ehtiyat müstəhəbbdir.
Məsələ 184:
Ayaqqabının içi yol getməklə pak olmaz. Corabın altının da, dəri və buna
bənzər şeylərdən deyilsə, və onlarla yol getmək adət deyilsə, yol getməklə pak olması
mübahisəlidir.
3. Günəş
Məsələ 185:
Günəş beş şərtlə yeri, binanı və divarı pak edər:
1. Nəcis olan şey, başqa bir şeyin ona dəydiyi zaman yaşlığı ona tə’sir edəcək qədər yaş
olmalıdır. Buna görə, əgər quru olarsa, günəşin onu qurutması üçün bir yolla onu islatmaq
lazımdır.
2. Üzərində eyni nəcisdən bir şey qalmamalıdır.
3. Bir şey günəşin şüalarına mane olmamalıdır. Buna görə günəş pərdə, bulud və buna
bənzər şeyin arxasından saçaraq nəcis olan şeyi qurudarsa, o şey pak olmaz. Amma əgər,
bulud günəşin saçmasına mane olmayacaq qədər zəif olsa, eybi yoxdur.
4. Nəcis şeyi günəş təklikdə qurutmalıdır. Əgər, nəcis şey günəş və küləyin vasitəsilə
quruyarsa, pak olmaz. Amma əgər «külək nəcis şeyin qurumasına kömək etdi» -
deyilməyəcək qədər yüngül olarsa, eybi yoxdur.
5. Günəş, yer və binanın nəcasat tə’sir edən hissəsini bir dəfəyə qurutmalıdır. Əgər günəş
birinci dəfə nəcis yer və binanın üzərini və ikinci dəfə də altını qurudarsa, yalnız onların
üzü pak olur. Altı isə nəcis qalır.
Məsələ 186:
Günəş nəcis həsiri pak edər, lakin həsir iplə toxunmuşdursa, onun iplərini pak
etmir. Həmçinin, ağacın, bitkinin, qapı və pəncərənin günəşlə pak olması məhəlli-işkaldır.
Məsələ 187:
Günəş nəcis bir yerə saçdıqdan sonra, əgər insan, günəş saçdığı anda o yerin
yaş olub-olmamasında və ya yaşlığının günəş vasitəsi ilə quruyub-qurumamasında şəkk
edərsə, o yer nəcisdir. Həmçinin (günəşin saçmasından qabaq) o yerdən eyni nəcisin
aradan aparılıb-aparılmamasında və ya günəşin şüalarına bir şeyin mane olub-
olmamasında şübhə edərsə, məhəlli-işkaldır.
Məsələ 188:
Əgər günəş, nəcis divarın bir tərəfinə saçarsa və bunun nəticəsində, divarın
günəşin saçmadığı digər tərəfi də quruyarsa, hər iki tərəfin də pak olması uzaq bir nəzər
deyil. Amma əgər bir gün yerin və divarın üzünü sonrakı gün isə batinini (içini) qurutsa,
təkcə zahiri pak olar.
4. İstihalə
Məsələ 189:
Əgər nəcis olan bir şeyin cinsi dəyişərək pak bir şeyin şəklini alırsa, pak olur.
Məsələn, nəcis ağacın yanıb kül olması və ya itin duzlağa düşüb duza dönməsi kimi. Amma
əgər nəcis şeyin cinsi dəyişməzsə (nəcis buğdadan un hazırlanması və ya çörək bişirilməsi
kimi) pak olmaz.
Məsələ 190:
Nəcis palçıqdan hazırlanan kuzə və buna bənzər şeylər nəcisdir. Amma nəcis
odundan əldə edilən kömür, əvvəlki xüsusiyyətlərindən heç biri onda olmazsa, pakdır.
Əgər nəcis palçıq odun tə'sirindən saxsıya, ya kərpicə çevrilərsə, ehtiyat vacibə görə
nəcisdir.
Məsələ 191:
İstihalə olub-olmadığı bəlli olmayan nəcis bir şey nəcisdir.
5. İnqilab
Məsələ 192:
Şərab, öz-özünə və ya içinə sirkə və duz kimi şeyin qatılması səbəbi ilə dəyişilib
sirkəyə çevrilsə, pak olur.
Məsələ 193:
Nəcis üzüm və bu kimi şeylərdən hazırlanan şərab, yaxud ayrı bir nəcisin
dəymiş olduğu şərab, dəyişib sirkə olmaqla pak olmaz.
Məsələ 194:
Nəcis xurma, kişmiş və üzümdən hazırlanan sirkə nəcisdir.
Məsələ 195:
Əgər üzümün və xurmanın çör-çöpü onların içində olsa və eləcə sirkə tökülsə
zərəri yoxdur. Həmçinin, onların içinə sirkə olmazdan qabaq belə, xiyar, badımcan və
bunlara bənzər şeyləri də tökərlərsə, sirkə olmazdan qabaq sərxoş edici olmadığı təqdirdə,
eybi yoxdur.
Dostları ilə paylaş: |
|
|