|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq
Məsələ 218:
Əgər nəcis toz və ya torpaq quru libas, xalça və buna bənzər şeylərə qonsa
silkələdikdə ondan yəqin olunan miqdarda toz və torpaq tökülürsə, o pakdır və yumaq
lazım deyil.
10. Nəcasat yeyən heyvanın istibrası
Məsələ 219:
İnsan nəcasatını yeməyə adət etmiş heyvanın bövl və ğaiti nəcisdir. Onu pak
etmək üçün istibra etmək lazımdır. Yə’ni «nəcasat yeyən heyvan» deyilməyəcək qədər bir
müddət, onu nəcasat yeməkdən saxlamalı və ona pak yemək verilməlidir. Bu müddətdən
sonra ona bir daha «nəcasat yeyən» deyilməsə də, nəcasat yeyən dəvəni qırx gün, inəyi
iyirmi gün, qoyunu on gün, qaz və ördəyi yeddi və ya beş gün, toyuğu üç gün nəcasat
yeməkdən saxlamaq ehtiyat müstəhəbbdir.
11. Müsəlmanın bir müddət gözdən qeyb olması
Məsələ 220:
Əgər baliğ və ya təharət və nəcasəti ağlıkəsən bir müsəlmanın bədəni, libası və
ya xalça, qab və s. kimi, istifadə etdiyi bir şeyi nəcis olsa və o müsəlman bir müddət gözdən
qeyb olsa, insan o müsəlmanın onu yuduğuna ağılı kəsən bir ehtimal versə pak olar.
Məsələ 221:
Əgər insanın özü, nəcis olan bir şeyin pak olduğuna yəqin etsə və ya xatircəm
olarsa və yaxud iki adil şəxs şəhadət verərsə və onların şəhadəti pak olmasını göstərərsə, o
şey pakdır. Məsələn bövl ilə nəcis olmuş paltarı iki dəfə yumasına şəhadət versələr.
Həmçinin, əgər yalançılıqda ittiham edilməyən bir kimsə, öz ixtiyarında olan nəcis bir
şeyin pak olduğunu söyləyərsə və ya bir müsəlman nəcis olan bir şeyi paklamaq məqsədi ilə
yuyarsa onun düzgün şəkildə suya çəkib-çəkməməsi bilinməsə də, o şey pakdır.
Məsələ 222:
İnsanın libasını yumağı öz boynuna götürən (bu işə vəkil olan) bir kimsə, onu
yuduğunu söyləyərsə və onun sözündən insana xatircəmlik gələrsə, o libas pakdır.
Məsələ 223:
Əgər insanda, nəcis bir şeyi yuyarkən onun pak edildiyinə yəqin etmədiyi bir
hal vəsvaslıq halı varsa, camaatın yuduğu normal şəkildə yuyarsa kifayət edər.
12. Normal miqdarda qan axması
Məsələ 224:
94-cü məsələdə açıqlandığı şəkildə, şər’i üsullarla başı kəsilən heyvanın qanı
normal miqdarda axdıqdan sonra, onun bədənində qalan qan pakdır.
Məsələ 225:
Əvvəlki məsələdə göstərilən hökm vacib ehtiyat olaraq, əti halal olan
heyvanlara məxsusdur və əti haram heyvanlara aid deyil.
QABLARIN HÖKMLƏRİ
Məsələ 226:
İt, donuz və ya murdar olmuş heyvanın dərisindən hazırlanan bir qabda bir
şey yemək və içmək, hər hansı bir rütubətin o şeyin nəcis olmasına səbəb olduğu təqdirdə
haramdır. O qabın dəstəmaz və qüsl kimi, pak şeylə edilməsi lazım olan işlərdə də istifadə
edilməsi caiz deyil. İt, donuz və murdar olmuş heyvanın dərisindən, qab olmasa da, istifadə
etməmək ehtiyat müstəhəbbdir.
Məsələ 227:
Qızıl və gümüşdən hazırlanan qablarda yemək və içmək, hətta vacib ehtiyata
görə, onların hər cür istifadə edilməsi haramdır. Amma onlarla otağı və buna bənzər
şeyləri bəzəmək və onları saxlamağın eybi yoxdur, lakin bunu da tərk etmək əhvətdir: zinət
və ya saxlamaq üçün qızıl və gümüş qabları düzəltməyin və yaxud onları alıb-satmağın da
hökmü eynidir.
Məsələ 228:
Qızıl və gümüşdən düzəldilən stəkan tutacağına «qab» deyilirsə, elə qızıl və
gümüş stəkan hökmündədir. Əgər ona «qab» deyilmirsə, istifadə olunmasının bir maneəsi
yoxdur.
Məsələ 229:
Üzərinə qızıl və gümüş suyu çəkilmiş qabın istifadə edilməsinin eybi yoxdur.
Məsələ 230:
Bir filizi qızıl və ya gümüşlə qarışdırıb qab hazırlayarlarsa, qabdakı filizin
miqdarı, ona qızıl və ya gümüş deyilməyəcək qədər artıq olsa, istifadə olunmasının maneəsi
yoxdur.
Məsələ 231:
İnsanın, qızıl və ya gümüş qabda olan yeməyi ayrı bir qaba boşaltmasının, adi
halda ikinci qab birinci qabdan yemək yeməyə vasitə olmazsa, eybi yoxdur.
Məsələ 232:
Qızıl və ya gümüşdən hazırlanmış qəlyanın üfürən yerinin, qılıncın qınının,
bıçaq və Qur’an qabının istifadə olunmasının eybi yoxdur, amma qızıl və ya gümüşdən
hazırlanmış tiryək qabının, sürmə qabının və ətir qabının işlədilməməsi ehtiyat
müstəhəbbdir.
Məsələ 233:
Məcburiyyət halında qızıl və ya gümüş qabda zərurəti aradan aparacaq
miqdarda yeyib-içməyin bir eybi yoxdur. Amma bu miqdardan artıq yeyib-içmək caiz
deyildir.
Məsələ 234:
Qızıl-gümüşdən, yoxsa digər bir şeydən hazırlandığı bilinməyən bir qabdan
istifadə etməyin eybi yoxdur.
DƏSTƏMAZ
Məsələ 235:
Dəstəmaz alarkən üz və qolları yumaq, başın ön hissəsinə və ayaqların üzərinə
məsh çəkmək vacibdir.
Məsələ 236:
Üzü uzununa alnın yuxarısından, baş tüklərinin çıxdığı yerdən çənənin ucuna
qədər, eninə isə orta barmaqla baş barmağın arasında qalan miqdarı yumaq lazımdır. Bu
miqdardan azacıq bir hissəsi belə yuyulmasa, dəstəmaz batil olur. Əgər insan bu miqdarın
tamamilə yuyulduğuna əmin deyilsə, buna yəqini olması üçün onun ətrafını da bir az
(artıq) yumalıdır.
Məsələ 237:
Əgər bir kəsin üzü və ya əli, normal insanların üzü və ya əlindən böyük və ya
kiçik olsa, camaat arasında normal adamın üzünü haraya qədər yuduğuna diqqət etməli, o
da oraya qədər yumalıdır. Həmçinin əgər alnında tük çıxarsa və ya başının önündə tük
olmazsa, alnını normal miqdarda yumalıdır.
Məsələ 238:
Qaşlarında, gözünün və ya dodaqlarının kənarında suyun keçməsinə mane
olacaq çirk və ya başqa bir şeyin olduğuna ehtimal verirsə və bu ehtimal camaatın
nəzərində düzgün bir ehtimaldırsa, dəstəmaz almamışdan əvvəl yoxlamalı, əgər varsa
aradan qaldırmalıdır.
Məsələ 239:
Üzün dərisi saqqalın arasından görünürsə, suyu dəriyə çatdırması vacibdir.
Əgər görünmürsə, saqqalın üzərini yumaq kifayətdir: suyu saqqalın altına çatdırmaq
lazım deyil.
Dostları ilə paylaş: |
|
|