|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq
Məsələ 196:
Üzüm suyu odda və ya özü-özünə qaynayarsa, haram olar. Amma əgər
qaynayaraq üçdə ikisi getsə və üçdə biri qalsa, halal olur. Bə'ziləri demişlər ki, öz-özünə
qaynayıbsa, yalnız sirkə olmaqla halal olur. 110-cu məsələdə üzüm suyunun qaynamaqla
nəcis olmadığına dair hökm qeyd edildi.
Məsələ 197:
Qaynamadan üçdə ikisi azalan üzüm suyunun qalan hissəsi qaynayarsa, əgər
ona camaat arasında şirə deyil, üzüm suyu deyilirsə, lazım ehtiyat olaraq haramdır.
Məsələ 198:
Qaynayıb-qaynamadığı bilinməyən üzüm suyu halaldır, amma əgər
qaynayarsa, insan, onun qaynayaraq üçdə ikisinin azaldığını yəqin etməyincə halal olmaz.
Məsələ 199:
Əgər, bir salxım yetişməmiş üzümdə (qorada) bir neçə yetişmiş üzüm dənəsi
tapılırsa, ondan alınan suya üzüm suyu deyilmirsə, qaynadığı təqdirdə yeyilməsi halaldır.
Məsələ 200:
Əgər odda qaynamaqda olan bir şeyin içərisinə bir üzüm dənəsi düşərsə və
qaynadığı halda yox olmazsa, yalnız o üzüm dənəsini yemək vacib ehtiyata görə haramdır.
Məsələ 201:
Bir-birindən ayrı olan bir neçə qazanda şirə qaynadarkən, qaynamış qazanın
qarışdırıldığı kəfkir ilə qaynamamış qazanın qarışdırılması caizdir.
Məsələ 202:
Qora, yoxsa üzüm olduğu bilinməyən bir şey qaynayarsa, halaldır.
6. İntiqal
Məsələ 203:
Əgər ürfə görə qanı olmayan bir heyvan insanın, yaxud sıçrayan qanı olan bir
heyvanın qanını, ağcaqanadın insan və ya heyvanın bədənindən sorduğu kimi, öz bədəninə
sorarsa və o heyvanın bədənində həzm olunma ərəfəsində olarsa, o qan pak olur və buna
intiqal deyilir. Amma müalicə üçün, zəlinin insandan sorduğu qan, onun bədəninin bir
hissəsi sayılması mə'lum olmadığından nəcisdir.
Məsələ 204:
Əgər insan, bədəninə qonan ağcaqanadı öldürsə və ağcaqanadın ondan çəkdiyi
qan xaricə çıxarsa, o qan pakdır. Çünki, o qan ağcaqanadın qidası olmaq ərəfəsində idi.
Baxmayaraq ki, qanın sorulması və ağcaqanadın öldürülməsi arasındakı zaman fasiləsi çox
az idi, amma o qandan çəkinmək ehtiyat müstəhəbbdir.
7. İslam
Məsələ 205:
Əgər kafir olan bir adam kəlmeyi-şəhadəti deyərsə, yə’ni Allahın yeganəliyinə
və Xatəmül-Ənbiya Həzrət Muhəmməd ibn Əbdullahın (s.ə.v.v) nübüvvətinə şəhadət versə,
hansı dil ilə söyləyərsə söyləsin, müsəlman olar. Onun qabaqcadan hər nə qədər nəcis,
olmasına hökm edilirdisə də, müsəlman olduqdan sonra, artıq onun bədəni, ağızının və
burnunun suyu və təri pak olar. Amma əgər, müsəlman olduğu zaman, onun bədənində
eyni nəcis olarsa, onu aradan qaldırıb, yerini pak etməsi lazımdır. Hətta bədənində olan
eyni nəcis, müsəlman olmazdan qabaq aradan aparılmışsa belə, vacib ehtiyat olaraq onun
yerini su ilə yumalıdır.
Məsələ 206:
Əgər, kafir olduğu zamanda libası yaş halda bədəninə dəymişdirsə, istər
müsəlman olduğu zaman o libas üzərində olsun və ya olmasın, vacib ehtiyat olaraq o
libasdan çəkinməlidir.
Məsələ 207:
Əgər kafir kəlmeyi-şəhadəti deyərsə və insan onun qəlbən müsəlman olub-
olmadığını bilməzsə pakdır. Hətta qəlbən müsəlman olmadığını bildiyi halda, ondan
söylədiyi kəlmeyi-şəhadətə zidd bir hərəkət görünməzsə də hökm eynidir.
8. Təbəiyyət
Məsələ 208:
Nəcis bir şeyin, başqa bir şeyin paklığı vasitəsilə pak olmasına təbəiyyət
deyilir.
Məsələ 209:
Şərab sirkə olsa, şərabın qabı da qaynadığı halda yetişdiyi yerə qədər pak
olur. Onun üzərinə adi qaydada qoyulan bez parçası və başqa bir şey də onun vasitəsi ilə
nəcis olmuşsa, o da pak olur. Amma qabın zahirinə şərab dəymişsə, şərabın sirkə
olmasından sonra, vacib ehtiyat olaraq ondan çəkinmək lazımdır.
Məsələ 210:
İki yerdə kafirin uşağı təbəiyyət yolu ilə pak olur:
1. Bir kafir müsəlman olarsa, onun uşağı da paklıqda ona tabedir. Həmçinin əgər kafir
uşağın anası, ya baba və ya nənəsi müsəlman olarsa, uşaq da pak olar. Amma bu təqdirdə,
uşağın yeni müsəlmanın yanında və onun kəfaləti altında olması və ondan uşağa daha
yaxın olan bir kafir uşağın yanında olmaması lazımdır.
2. Kafir bir uşaq, bir müsəlmana əsir düşsə, onun yanında atası və ya babalarından biri
yoxsa pak olur. Amma bu iki halda da uşağın təbəiyyət yolu ilə pak olması üçün, uşaq
ağlıkəsəndirsə, kafir olduğunu izhar etməməlidir.
Məsələ 211:
Üzərində meyyit yuyulan taxta və ya daş, meyyitin övrət yerinə örtülən parça
və meyyitə qüsl verənin əli, meyyitlə yuyulan hər bir şey meyyitin qüslü sona çatdıqdan
sonra pak olur.
Məsələ 212:
Əgər bir kimsə əli ilə bir şeyi yuyarsa, o şey pak olduqdan sonra onunla
birlikdə yuyulan əli də pak olur.
Məsələ 213:
Libas və buna bənzər şeylər az su ilə yuyulsa, normal həddə sıxılıb onun
yuyulduğu suyu çıxardıqdan sonra, o libasda qalan su pakdır.
Məsələ 214:
Az su ilə yuyulan nəcis qabın paklanması üçün onun üzərinə tökülən suyun
ayrılmasından sonra, onun üzərində qalan su damlaları pakdır.
9. Eyni nəcisin aradan getməsi
Məsələ 215:
Əgər bir heyvanın bədəninə qan kimi eyni nəcis və ya nəcis olan su kimi
mütənəccis bulaşsa, onlar aradan getdikdən sonra, o heyvanın bədəni pak olur. İnsanın
ağız, burun və qulağın içi kimi bədəninin batini də eyni hökmdədir. Yə’ni kənardan gələn
bir nəcasat vasitəsi ilə nəcis olur və onun aradan getməsi ilə də pak olur. Dişlərin arasından
gələn qan kimi, bədənin batin hissəsinə aid bir nəcasat bədənin batin hissəsinin nəcis
olmasına səbəb olmaz. Həmçinin kənardan bir şey bədənin batinindəki (daxili) nəcasata
dəyərsə nəcis olmaz. Buna görə də ağızda olan taxma dişə, digər dişin arasından gələn qan
dəyərsə, onu su ilə yumaq lazım deyil, amma əgər nəcis bir yeməyə dəyərsə, onu yumaq
lazımdır.
Məsələ 216:
Əgər ağızın içinin qanı dişlərin arasında qalan yemək qalıqlarına dəyərsə, onu
nəcis etməz.
Məsələ 217:
Göz qapaqlarının və dodaqların bağlandığı zaman bir-birinin üzərinə gələn
miqdarı, bədənin batin hissəsi hökmündədir. Buna görə onlara kənardan bir nəcis dəyərsə,
onu yumaq lazım deyil. Amma əgər bədənin daxili və ya xarici hissəsindən olduğunu
bilmədiyi bir yerinə, xaricdən bir nəcis dəyərsə, yumaq lazımdır.
Dostları ilə paylaş: |
|
|