|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqqadının südündən əmsin və on beş dəfənin əsnasında başqa kəsin südündən əmməsin
qadının südündən əmsin və on beş dəfənin əsnasında başqa kəsin südündən əmməsin.
Amma onların arasında yemək yeməsinin zərəri yoxdur, on beş dəfənin arasındakı zaman
fasiləsinin də eybi yoxdur, hər dəfə də kamil süd əmməlidir. Yə`ni, ac olsun və tam
doyuncaya qədər süd əmsin. Amma əgər süd əmən zaman nəfəs çəksə, ya bir az gözləsə,
belə ki, birinci zamandan ki, döşü ağzına alıb əmsin, doyana qədər bir dəfə hesab olsa, eybi
yoxdur.
Məsələ 2435: Əgər qadın öz ərinin südündən başqa uşağa süd versə və sonra başqa ərə
getsə və ikinci ərinin südündən bir uşağa süd versə, o iki uşaq bir-birinə məhrəm olmaz.
Məsələ 2436: Əgər bir qadın bir ərin südündən bir neçə uşağa süd versə, onların hamısı
bir-birinə, ərə və süd verən qadına məhrəm olarlar.
Məsələ 2437: Əgər bir kəsin bir neçə arvadı olsa və onların hər biri dediyimiz şərtlər ilə
süd versə, o uşaqların hamısı bir-birinə, ərə və o qadınların hamısına məhrəm olarlar.
Məsələ 2438: Əgər bir kəsin iki süd verən arvadı olarsa və onların biri, məsələn; uşağa
səkkiz dəfə və o biri yeddi dəfə süd versə, o uşaq bir kəsə məhrəm olmaz.
Məsələ 2439: Əgər bir qadın bir ərinin südündən bir oğlan və bir qıza kamilən süd versə, o
qızın qardaş və bacısı, o oğlanın qardaş və bacısına məhrəm olmazlar.
Məsələ 2440: İnsan öz arvadının izni olmadan süd əmməklə o arvadın bacısı qızı, ya
qardaşı qızı olan qadınlar ilə izdivac edə bilməz. Həmçinin, əgər nabaliğ bir oğlan ilə ləvat
etsə, o oğlanın qızı, bacısı, anası və nənəsi ki, rizaidirlər, yə`ni süd əmməklə onun qızı,
bacısı və anası olub, onu özü üçün əqd edə bilməz. Bu hökm, vacib ehtiyata əsasən ləvat
edənin baliğ olmadığı və ya ləvat olunanın baliğ olduğu hala da aiddir.
Məsələ 2441: İnsanın qardaşına süd verən qadın insana məhrəm olmaz.
Məsələ 2442: İnsan, iki bacı ilə, süd əmməklə bir-birilə bacı olsalar da, izdivac edə bilməz.
Belə ki, iki qadını əqd etsə və sonra başa düşsə ki, onlar bacı imişlər, onların əqdi eyni
vaxtda olmuşsa, hər ikisi batildir və əgər bir vaxtda olmayıbsa, «birinci» əqd səhih,
«ikinci» əqd batil olar.
Məsələ 2443: Əgər qadın öz əri ilə əlaqədar olan süddən, sonradan deyiləcək kəslərə süd
versə, əri ona haram olmaz.
1. Öz bacısı və qardaşına.
2. Öz əmi, bibi, dayı və xalasına və onların övladlarına.
3. Öz nəvələrinə, hətta qız nəvəsi ilə əlaqədar (südvermədə) qızının onun ərinə haram
olması ilə nəticələnir.
4. Öz qardaşı uşağına, ya bacısı uşağına.
5. Öz ərinin qardaşına, ya bacısına.
6. Ərinin qardaşı uşağına və ya bacısı uşağına.
7. Ərinin xala, dayı, əmi və bibisinə.
8. Öz ərinin başqa arvadından olan nəvəsinə.
Məsələ 2444: Əgər bir kəs insanın xalası qızına ya bibisi qızına süd versə, ona məhrəm
olmaz.
Məsələ 2445: İki arvadı olan kişinin, əgər o iki arvaddan biri o biri arvadın əmisi uşağına
süd versə, o arvadın ki, əmisi uşağı süd əmib, o öz ərinə haram olmaz.
SÜD VERMƏYİN QAYDASI
Məsələ 2446: Uşağa süd vermək ilk növbədə onun anasının haqqıdır. Və atanın haqqı
yoxdur ki, (süd vermək üçün) uşağı başqa adama versin. Amma əgər ona muzd istəsə, ata
da pulsuz, yaxud az pul alan bir dayə tapsa, bu halda atası uşağı dayəyə verə bilər. Bundan
sonra anası qəbul etməzsə və özü süd versə, muzd almağa haqqı yoxdur.
Məsələ 2447: Müstəhəbbdir ki, uşaq üçün tutulmuş dayə, ağıllı, habelə əxlaqi, cismi ruhi
baxımdan gözəl sifətlərə malik olsun. Əqli az olan, kafir, çox yaşlı, pis surətli olan qadını
dayə tutmaq məkruhdur. Həmçinin məkruhdur ki, südü zinadan dünyaya gəlmiş uşağın
südü olan, ya özü zinadan əmələ gələn dayə tutsunlar.
SÜD VERMƏNİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
Məsələ 2448: Daha yaxşı odur ki, qadınların hər yetən uşağa süd verməkdən qarşısı alınsın.
Çünki, kimlərəsə süd verdiklərinin unudulması və sonradan məhrəm olan iki şəxsin bir-
biriylə evlənməsi mümkündür.
Məsələ 2449: Müstəhəbbdir ki, uşağa iyirmi bir ay tamam süd versinlər və iki ildən çox süd
vermək layiqli deyil.
Məsələ 2450: Əgər süd verməklə ərin haqqı aradan gedərsə, qadın ərinin icazəsi olmadan
başqasının uşağına süd verə bilməz.
Məsələ 2451: Əgər bir qadının əri, südəmər qızı özü üçün əqd etsə, belə ki, arvadı qıza süd
versə, vacib ehtiyata görə qadın əbədi olaraq ona haram olur. Ehtiyatən ona təlaq
verməlidir və gərək heç vaxt onunla izdivac etməsin. Əgər süd onun özünə aid olursa,
südəmər qız da ona əbədi haram olur. Əgər süd, əvvəlki ərinə aid olsa, ehtiyata görə onun
əqdi batil olur.
Məsələ 2452: Əgər bir kəs istəsə ki, qardaşı arvadı ona məhrəm olsun, bə`ziləri buyurublar
ki, gərək südəmər bir qızı, məsələn, iki günlük özü üçün siğə etsin və o iki gün müddətində
2431-ci məsələdə deyilən şərtlər ilə qardaşı arvadı o qıza süd versin ki, onun arvadının süd
anası olsun. Amma bu hökm qardaşının arvadı onun qardaşının südü ilə o qız uşağına süd
verdiyi təqdirdə məhəlli-işkaldır.
Məsələ 2453: Əgər kişi bir qadını özü üçün əqd etməmişdən qabaq desə ki, o qadın süd
əmmə ilə ona haram olub, məsələn, desə ki, onun anasının südünü əmib, belə ki, onu təsdiq
etmək mümkün olsa, o qadın ilə izdivac edə bilməz. Əgər əqddən sonra desə və qadın onun
sözünü qəbul etsə, əqd batildir. Əgər kişi onunla yaxınlıq etməyibsə, ya yaxınlıq edibsə,
amma yaxınlıq edən vaxt qadın o kişiyə haram olduğunu bilibsə, mehriyyəsi yoxdur, əgər
qadın yaxınlıq etdikdən sonra o kişiyə haram olduğunu bilibsə, ər gərək onun mehrini,
onun mislində olan qadınlara uyğun olaraq versin.
Dostları ilə paylaş: |
|
|