İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


O qadının əmi və bibisi, süd əmməklə əmi-bibi olsa da



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə135/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   131   132   133   134   135   136   137   138   ...   168

 
7. O qadının əmi və bibisi, süd əmməklə əmi-bibi olsa da. 
 
8. O qadının dayı və xalası süd əmməklə onlar dayı-xala olsa da. 
 
9. O qadının ərinin övladı ki, süd onun əri ilə əlaqədardır və nə qədər aşağı getsə, onun süd 
övladı olsa da. 
 
10. O kişinin ata-anası və nə qədər yuxarı getsə. 
 
11. Süd ilə əlaqədar olan ərin bacı-qardaşı, süd bacı-qardaşı olsa da. 
 
12. Süd ilə əlaqədar olan ərin əmisi, bibisi, xalası, dayısı və nə qədər yuxarı getsə də. Süd 
əmməklə olsalar belə. Süd verməklə məhrəm olan başqa kəslər sonrakı məsələlərdə 
deyiləcək. 
 
Məsələ 2424: Əgər bir qadın bir uşağa (2433-cü məsələdə deyilən) şərtlərlə süd versə, o 
uşağın atası, o qadından dünyaya gələn qızlar ilə evlənə bilməz. Belə ki, onlardan biri hal-
hazırda onun arvadı olsa, onun əqdi batil olar. Amma o qadının süd qızları ilə evlənməyi 
caizdir. Hərçənd, müstəhəbb ehtiyat odur ki, onlarla da evlənməsin. Həmçinin vacib 
ehtiyata görə süd onun malı olduğu ərin qızlarını və hətta süd qızları olsalar belə, özü üçün 
əqd edə bilməz və əgər onlardan biri arvadı olsa, onun əqdi vacib ehtiyata görə batil olar. 
 
Məsələ 2425: Əgər bir qadın bir uşağa 2433-cü məsələdəki şərtlər ilə süd versə, o qadının 
əri ki, süd onunla əlaqədardır, o uşağın bacılarına məhrəm olmaz. Həmçinin, ərin 
qohumları, o uşağın bacı və qardaşlarına məhrəm olmazlar. 
 
Məsələ 2426: Əgər bir qadın bir uşağa süd versə, o uşağın qardaşlarına məhrəm olmaz. 
Həmçinin o qadının qohumları süd yemiş uşağın bacı-qardaşlarına məhrəm olmaz. 
 
Məsələ 2427: Əgər insan bir qıza kamil süd vermiş qadın ilə izdivac etsə və onunla yaxınlıq 
etsə, sonradan o qızı özü üçün əqd edə bilməz. 
 
Məsələ 2428: Əgər insan bir qız ilə izdivac etsə, sonradan o qıza kamilən süd vermiş qadın 
ilə izdivac edə bilməz. 
 
Məsələ 2429: İnsan anasının, ya nənəsinin kamil süd verdikləri qız ilə izdivac edə bilməz. 
Həmçinin, əgər insanın atasının arvadı, atası ilə əlaqədar olan süd ilə bir qıza süd versə, 
insan o qız ilə izdivac edə bilməz. Belə ki, süd əmən qızı özü üçün əqd etsə, sonra anası, 
nənəsi və ya atasının arvadı o qıza süd versə, əqd batil olar. 
 
Məsələ 2430: İnsan, bacısının və ya qardaşı arvadının qardaşı südündən kamil süd verdiyi 
bir qız ilə izdivac edə bilməz. Həmçinin, insan, bacısı uşağı və ya qardaşı uşağının və ya 
bacısı, ya qardaşı nəvəsinin süd verdiyi qız ilə izdivac edə bilməz. 
 
Məsələ 2431: Əgər bir qadın öz qızının uşağına kamil süd versə, o qız öz ərinə haram olar. 
Həmçinin, qızın ərinin başqa qadından olan uşağına süd versə də, belə olar. Amma əgər bir 
qadın öz oğlunun uşağına süd versə, oğlunun arvadı ki, süd verən uşağın anasıdır, öz ərinə 
haram olmaz. 
 


Məsələ 2432: Əgər bir qızın atasının arvadı, o qızın ərinin uşağına atası ilə əlaqədar olan 
süddən versə, 2433-cü məsələdə deyilən ehtiyata görə o qız öz ərinə haram olar, istər uşaq o 
qızdan olsun, istərsə başqa qadından. 
MƏHRƏM OLMAĞA SƏBƏB OLAN SÜD VERMƏNİN ŞƏRTLƏRİ 
 
Məsələ 2433: Məhrəm olmağa səbəb olan süd vermənin 8 şərti var: 
 
1. Uşaq diri qadının südünü əmsin. Deməli, əgər süd vermədə şərt olan südün bir qismini 
ölmüş qadının döşündən əmsə, faydası yoxdur. 
 
2.
 
O qadının südü şər`i doğumdan olsun, hərçənd vətyi-şübhədən olsa belə; deməli, 
əgər doğumdan olmayan südü, yaxud zinadan dünyaya gəlmiş uşağın südünü başqa 
uşağa versələr, o süd ilə uşaq heç kəsə məhrəm olmaz. 
 
3. Uşaq südü döşdən əmsin, deməli, əgər südü onun boğazına töksələr, tə`siri yoxdur. 
 
4. Süd xalis olsun və başqa heç nə ilə qarışmasın. 
 
5. Məhrəmliyə səbəb olan süd bir ərdən olsun; deməli, süd verən qadına təlaq verilsə, sonra 
başqasına ərə getsə və ondan hamilə olsa, doğana qədər birinci ərdən südü qalsa, məsələn, 
8 dəfə doğmamışdan qabaq birinci ərin südündən, yeddi dəfə isə doğandan sonra ikinci 
ərin südündən bir uşağa versə, o uşaq bir kəsə məhrəm olmaz. 
 
6. Uşaq südü qusmamalıdır, əgər qussa tə`siri yoxdur. 
 
7. Uşağa süd vermək o miqdarda olsun ki, sümükləri o süddən bərkisin və bədəninə ət 
gəlsin. Əgər mə`lum olmasa ki, bu həddə yetişib ya yox, belə ki, bir gecə-gündüz, ya on beş 
dəfə sonrakı məsələdə deyiləcək şəkildə doyunca süd əmsə, yenə də kifayətdir, amma əgər 
uşağın bir gecə-gündüz ya ona on beş dəfə süd əmməsinə baxmayaraq bu südün uşağın 
sümüklərinin bərkiməsində və bədəninə ət gəlməsinə tə`sir olmadığı mə`lum olsa, belə 
hallarda vacib ehtiyata əməl etmək tərk olunmamalıdır. Deməli qeyd olunan hallarda 
gərək (onlarla) izdivac etməsin və məhrəmcəsinə nəzər salmasın. 
 
8. Uşağın iki yaşı tamam olmasın. Əgər iki yaşı tamam olandan sonra ona süd versələr, bir 
kəsə məhrəm olmaz, hətta əgər iki yaşı tamam olmamışdan qabaq səkkiz dəfə və ondan 
sonra yeddi dəfə süd əmsə, bir kəsə məhrəm olmaz. Amma əgər, süd verən qadının, 
doğmasından iki ildən çox il keçsə və onun südü qalsa və bir uşağa süd versə, o uşaq 
deyilən kəslərə məhrəm olar. 
 
Məsələ 2434: Keçən məsələdən mə`lum oldu ki, südün məhrəmliyə səbəb olmasının üç 
me`yarı var: 1- Südü elə bir həddə əmsin ki, camaat arasında ət əmələ gəlməsinə, sümüyün 
bərkiməsinə səbəb sayılsın. Onun da şərti budur ki, yalnız südün (bu işdə) rolu olsun
onunla yanaşı yemək yeməsin. Amma bir az yemək yesə və deməsələr ki, tə`siri olub, eybi 
yoxdur. Əgər iki qadından süd əmsə, belə ki, ət-sümüyün əmələ gəlməsinin bir qismi bir 
qadına, digər qismi isə ikinci qadına istinad edilərsə, onların hər ikisi süd anası sayılacaq. 
Əgər ikisinə birlikdə istinad verilsə, haramlığa (məhrəmliyə) səbəb olmaz. 2- Zaman hesabı 
ilə; onun da şərti budur ki, bir gecə-gündüz əsnasında yemək yeməsin, yaxud başqa bir 
kəsin südünü əmməsin. Amma əgər su içsə, ya dərman qəbul etsə, ya çox az yemək yesə, 
belə ki, «arada yemək yeməyib» deyilsə, eybi yoxdur. Gecə-gündüz boyunca ardıcıl olaraq 
ehtiyac duyduğu, ya meyl etdiyi zaman süd yesin və bunun qarşısı alınmamış olsun. Hətta 
vacib ehtiyata görə, gecə-gündüzün əvvəlini o vaxtdan hesablamalıdırlar ki, uşaq acmış 
olsun, axırı isə onun doyduğu vaxtdır. 3- Sayın hesablanması, yə`ni on beş dəfəni bir 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə