İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 2405: Əgər kişi qadının mehrini əqddə müəyyən etsə və verməmək qəsdi olarsa, əqd



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə134/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   130   131   132   133   134   135   136   137   ...   168

Məsələ 2405: Əgər kişi qadının mehrini əqddə müəyyən etsə və verməmək qəsdi olarsa, əqd 
səhihdir, amma gərək mehri versin. 
 
Məsələ 2406: İslam dinindən çıxıb kafirliyi seçən bir müsəlmana mürtəd deyilir. Mürtəd iki 
qismdir: Fitri mürtəd və milli mürtəd. Fitri mürtəd o kafirdir ki, o, dünyaya gələn vaxt 
onun ata-anası və ya onlardan biri müsəlman olub, özü də yaxşı və pisi başa düşdüyü 
vaxtda müsəlman olub, sonradan kafir olub. Milli mürtəd isə onun müqabilidir. 
 
Məsələ 2407: Əgər bir qadın izdivacdan sonra mürtəd olsa, istər milli, istərsə fitri onun 
əqdi batil olar. Belə ki, əri onunla yaxınlıq etməyibsə, iddəsi yoxdur. Həmçinin, əgər 
yaxınlıq edəndən sonra mürtəd olsa, qadın yaisə və ya səğirə olursa, hökm eynidir. Amma 
əgər qadın heyz görən qadınların yaşında olsa, gərək təlaq hökmlərində deyiləcək qayda ilə 
iddə saxlasın. Əgər iddə əsnasında müsəlman olsa, onun əqdi öz halında qalır. Hərçənd 
yaxşısı budur ki, birlikdə yaşamaq istəsələr, yenidən əqd oxusunlar. Əgər ayrılmaq 
istəsələr, təlaq verilsin. Yaisə o qadındır ki, əlli yaşına çatmış və yaşının çox olması ilə 
əlaqədar heyz qanı görmür və artıq heyz görəcəyinə ümidi yoxdur. 
 
Məsələ 2408: Əgər kişi əqddən sonra fitri mürtəd olarsa, arvadı ona haram olar və əgər 
yaxınlıq etmişsə və arvadı da yaisə və səğirə də deyilsə, gərək qadın təlağın hökmlərində 
deyiləcək olan vəfat iddəsi miqdarında iddə saxlasın. Vacib ehtiyata görə yaxınlıq 
etməyibsə və qadın səğirə və yaisə də olsa, yenə də vəfat iddəsi saxlasın. Əgər iddə 
əsnasında kişi tövbə etsə, vacib ehtiyata görə əgər birgə yaşamaq istəsələr, yenidən əqd 
oxusunlar. Əgər ayrılmaq istəsələr, təlaq verilsin. 
 
Məsələ 2409: Əgər kişi əqddən sonra milli mürtəd olsa, belə ki, arvadı ilə yaxınlıq 
etməyibsə və arvadı yaisə olsa və ya səğirə olsa, onun əqdi batil olar iddəsi də yoxdur. Əgər 
yaxınlıq edəndən sonra mürtəd olsa və onun arvadı heyz görən qadınlar yaşında olsa, 
gərək o qadın təlaq hökmlərində deyildiyi kimi, təlaq iddəsi qədərində iddə saxlasın. Əgər 
iddə tamam olandan qabaq onun əri müsəlman olsa, onun əqdi öz halında qalar. 
 
Məsələ 2410: Əgər qadın əqddə kişi ilə şərt etsə ki, onu şəhərdən çıxarmasın və kişi qəbul 
etsə, o gərək qadının razılığı olmadan qadını şəhərdən çıxarmasın. 
 
Məsələ 2411: Əgər bir qadının keçmiş ərindən bir qızı olsa, sonrakı ər o qızı bu qadından 
olmayan oğlu üçün əqd edə bilər. Həmçinin, əgər bir qızı öz oğlu üçün əqd etsə, o qızın 
anası ilə izdivac edə bilər. 
 
Məsələ 2412: Əgər bir qadın hətta zinadan belə hamilə olsa, onun üçün uşağı saldırmaq 
caiz deyildir. Amma əgər uşağın onun bətnində qalması dözüləsi olmayan zərəri olsa, ya 
çox ağır çətinliyi olsa, bu halda ruh daxil olmamış siqt etdirmək (saldırmaq) caizdir, amma 
eyni zamanda diyəsi var. Amma uşağa ruh daxil olduqdan sonra heç bir vəch ilə saldırması 
caiz deyil. 
 
Məsələ 2413: Bir kəs əri olmayan və başqasının iddəsində olmayan qadınla zina etsə, belə 
ki, sonra onu əqd etsə və onların uşağı olsa, o surətdə ki, bilməsələr halal nütfədəndir, ya 
haram, o uşaq halalzadədir. 
 
Məsələ 2414: Əgər kişi qadının iddədə olmasını bilməsə və onunla izdivac etsə, belə ki, 
qadın da bilməsə və onlardan uşaq olsa, halalzadədir, şər`ən də hər ikisinin uşağıdır. 
Amma əgər qadın iddədə olduğunu və iddədə izdivacın caiz olmadığını bilirdisə, şər`ən 
uşaq atanın övladıdır, hər iki halda onların əqdi batildir və əvvəldə deyildiyi kimi, bir-
birlərinə əbədi olaraq haram olurlar. 


 
Məsələ 2415: Əgər qadın desə ki, «yaisəyəm», gərək onun sözü qəbul olunmasın. Amma 
desə ki, ərim yoxdur, onun sözü qəbul olunar. Fəqət yalançılıqla müttəhim olunarsa, bu 
halda vacib ehtiyat odur ki, onun vəziyyəti araşdırılsın. 
 
Məsələ 2416: İnsan əri olmadığını deyən qadın ilə izdivac etsə və sonradan bir şəxs, o 
qadının onun arvadı olduğunu iddia edərsə, belə ki, şər`ən o şəxsin sözlərinin doğru olduğu 
isbat olunmazsa, gərək onun sözü qəbul olunmasın. 
 
Məsələ 2417: Qız və oğlan uşağı iki yaşını tamamlayana qədər ata onu anasından ayıra 
bilməz, çünki uşağı saxlamaq ata ilə ananın müştərək haqqıdır. Uşağı yeddi yaşına qədər 
anasından ayırmamaq ehtiyata daha uyğun və daha üstündür. 
 
Məsələ 2418: Əgər qızın elçiliyinə gələn şəxsin dinə bağlılığı və əxlaqı yaxşı olarsa, onun 
rədd olunmaması daha yaxşıdır. Həzrəti Rəsulullahdan (s) rəvayət olunmuşdur ki: 
«Elçiliyə gələn kimsənin əxlaqı və dinə bağlılığından razı olsanız, qızınızı ona ərə verin. 
Əgər belə etməsəniz, yer üzərində böyük fitnə və fəsad doğar». 
 
Məsələ 2419: Əgər qadın öz mehrini ərinə sülh etsə ki, başqa arvad almasın, vacibdir ki, əri 
başqa arvad almasın və qadının da mehri almaq haqqı yoxdur. 
 
Məsələ 2420: Zinadan dünyaya gəlmiş kəs əgər arvad alsa və uşağı olsa, o uşaq 
halalzadədir. 
 
Məsələ 2421: Əgər kişi Ramazan ayının orucunda, ya qadının heyzli halında onunla 
yaxınlıq etsə, günah etmişdir. Amma əgər onlardan uşaq olsa, halalzadədir. 
 
Məsələ 2422: Ərinin səfərdə ölməyinə yəqini olan qadın vəfat iddəsindən sonra (onun 
müddəti təlaq hökmlərində deyiləcək) ərə getsə və birinci əri səfərdən qayıtsa, gərək ikinci 
ərindən ayrılsın və birinci ərinə halaldır. Amma əgər ikinci əri onunla yaxınlıq edibsə, 
gərək qadın vətyi-şübhə iddəsi saxlasın (elə təlaq iddəsi qədərincədir) İddə saxladığı dövrdə 
də birinci əri onunla yaxınlıq etməməlidir, amma sair ləzzətlər alması caizdir, xərcləri də 
birinci ərinin öhdəsinədir. İkinci ər gərək onun mehrini onun mislində olan qadınlar kimi 
versin. 
SÜD VERMƏYİN HÖKMÜ 
 
Məsələ 2423: Əgər bir qadın bir uşağı 2331-ci məsələdə deyiləcək şərtlərlə süd versə, o uşaq 
aşağıdakılara məhrəm olar: 
 
1. O qadının özü ki, ona süd anası deyərlər. 
 
2. O qadının əri ki, süd onunla əlaqədardır, ona süd atası deyərlər. 
 
3. O qadının ata-anası və nə qədər yuxarı getsə, onun süd ata-anası olsa da. 
 
4. O qadından dünyaya gəlmiş və ya sonradan dünyaya gələcək uşaqlar. 
 
5. O qadının nəsəbi övladının uşaqları və nə qədər aşağı getsə, istər onun nəsəbi övladları 
olsun, istərsə də süd vasitəsilə olsun. 
 
6. O qadının bacı-qardaşı, süd bacı-qardaşı olsa da, yə`ni süd verməklə o qadınla bacı-
qardaş olublar. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə