Rövşən Hacıyev
78
üçün isə yalnız
neolit dövründən başlayaraq, yəni 9 min illik bir müddəti nəzərə alıb
əhali sayının artım dinamikasını böyük xətalara yol vermədən müəyyən etmək olar. Öz
riyazi hesablamalarında məhz belə bir doğru yanaşmadan irəli gələn tanınmış alim isə
adını yuxarıda qeyd etdiyimiz Vişnevskiy olmuşdur.
Əhali artımı ilə bağlı Vişnevskinin yanaşması doğru olaraq yalnız homo sapiensin
yaşadığı müddəti nəzərdə tutur və bəşəriyyətin inkişafındakı yaxın 40 min illik bir
dövrü əhatə edir. Öz fundamental monoqrafi yasında Vişnevskiy bir sıra mühüm anla-
yışları elmi
dövriyyəyə daxil edir ki, onlardan
demoqrafi k sistem anlayışı mühüm əhə-
miyyət kəsb edir. Vişynevskiy haqlı olaraq demoqrafi k sistemi cəmiyyətin alt sistemi
kimi qəbul edir və onun digər alt sistemləri ilə (iqtisadi, sosial və b.) qarşılıqlı əlaqələ-
rini hərtərəfl i şəkildə nəzərdən keçirir (2, s.8-9). Vişnevskiy göstərir ki demoqrafi k
sistem dedikdə yalnız insanların cəmi deyil, həm də onlar arasındakı qarşılıqlı müna-
sibətlər nəzərdə tutulur. Daha sonra tanınmış alim “demokrafi k homeostaz”, “demoq-
rafi k məhdudiyyət” və digər mühüm anlayışları tədqiqat
prosesinə cəlb edərək, əhali
artımının tarixi tiplərini müəyyənləşdirməyə nail olur. Vişnevskiy göstərir ki, əhali
artımının tarixən üç əsas tipini ayırd etmək mümkündür. Onlardan birincisini
arxe-
tip, ikincisini
ənənəvi və üçüncüsünü
rasional və ya müasir adlandıran müəllif ardıcıl
şəkildə hər üç tipin fərqləndirici xüsusiyyətlərini açmağa müvəffəq olur. Vişnevskiy
göstərməyə çalışır ki, bir tipdən digərinə keçid zamanı əhali artımı sıçrayışla baş verir.
Bu cür keçidi Vişnevskiy öz sələfl ərinin müəyyənləşdirdiyi kimi demoqrafi k inqilab
kimi dəyərləndirir. Demoqrafi k inqilabın baş verməsindən bir müddət sonra əhali artı-
mında müəyyən qədər stabilişmə meylləri özünü büruzə verir. Vişnevskiy onu da qeyd
edir ki, əhali artımının kəskin xarakter alması müxtəlif regionlarda
fərqli zamanlarda
mümkün olmuşdur.
Demoqrafi k inqilaba həsr edilmiş xüsusi monoqrafi yasında Vişnevskiy bildirir
ki, birinci demoqrafi k inqilab neolit dövründə baş vermişdir (1, s.29) və insanların
mənimsəmə təsərrüfatından qidanın istehsal edilməsi təsərrüfatına keçidi prosesi ilə
bağlı olmuşdur (2, s.55). Vişnevskiy göstərir ki, arxetip mərhələsində insanların ya-
şadığı ərazinin sahəsinə görə sıxlığı çox aşağı olmuşdur, yəni hər yüz kv. kilometrə
təqribən 3-4 nəfər adam düşmüşdür. İbtidai icmaların əhali sayı müəyyən
dərəcədə
xarici mühütün təsirindən asılı olsa da (müxtəlif səbəblərdən uşaq ölümünün yüksək
faizlə ölçülməsi), əsas etribarilə sosial amillər vasitəsilə nizamlanmışdır (müxtəlif ta-
bular, nigah əlaqələrinin nizamlanması, uşaqların öldürülməsi və s.) (2, s.53). Yalnız
birinci demoqrafi k inqilabdan sonra, yəni əkinçiliyin aparıcı təsərrüfat sahəsi olması
nəticəsində dünya əhalisinin sayı bir neçə dəfə artmışdır. Vişnevskiy hesab edir ki,
əhali artımının baş verməsi həm də ailə institutunun cəmiyyət həyatında
bərqərar ol-
ması hadisəsi ilə bağlı olmuşdur (2, s.57-58). Əhali artımının ənənəvi tipinin bərqərar
olduğu dövrlərdə (bu mərhələ quldarlıq və feodalizm cəmiyyətləri ilə əlaqədardır)
aqrar təsərrüfat hökm sürmüşdür. Nəhayət, kapitalist istehsal üsulunun meydana çıx-
ması ilə ikinci demoqrafi k inqilabın baş verməsi mümkün olmuşdur (2, s.61). Vişnev-
skiy bildirir ki, ənənəvi tipin dağılması yalnız o halda mümkün ola bilərdi ki,
insanlar
Demoqrafi ya problemləri qlobal aspektdə
79
torpağa təhkimçilik sistemindən azad olsunlar. Bu şəraitin yaranması isə kapitalist
istehsal münasibətlərinin cəmiyyətdə bərqərar olması ilə reallaşmışdır. Vişnevskiy
göstərir ki, əgər birinci demoqrafi k inqilabın baş verməsi ilk növbədə əhalinin orta
ölüm yaşının artması ilə bağlı olmuşdursa, ikinci demoqrafi k inqilabın təzahür etməsi
isə daha çox uşaq ölümü hallarının xeyli aşağı düşməsi səbəbi ilə şərtlənmişdir (1,
s.192-193).
Yuxarıdakı fi kirləri nəzərə alıb bir daha
belə qənaətə gəlmək olar ki, Kapitsanın
əhalinin artım dinamikasını əks etdirən riyazi modelləri yalnız mənsub olduğumuz
bəşəriyyətin tarixi inkişafına şamil edildiyi təqdirdə daha adekvat cavabların əldə
edilməsinə imkan verir. Digər tərəfdən, əvvəldə qeyd edildiyi kimi, Kapitsanın təd-
qiqatında olduqca dəyərli ideyalar da vardır ki, onlardan
biri də tarixi prosesin ge-
dişində sinxron hadisələrin qeydə alınması məsələsi ilə bağlıdır (5, s.277). Qeyd et-
mək yerinə düşər ki, tərəfi mizdən irəli sürülən bəşəriyyətin intellektual inkişafının
yaş dövrləşdirilməsi hipotezasının mühüm məqamlarını əks etdirən tədqiqat işində
də tarixi prosesdə məhz sinxronluq prinsipinin özünü
büruzə verməsi xüsusi olaraq
göstərilmişdir (10).