JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə21/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   17   18   19   20   21   22   23   24   ...   54

46
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
“DÖRD DOĞRU”QAYDASI NƏDİR? / XƏBƏR HAZIRLAMA ÜSULLARI
“DÖRD DOĞRU” QAYDASI NƏDİR?
XƏBƏR HAZIRLAMA ÜSULLARI
Media təcrübəsindən irəli gələn “4 
doğru” qaydası, təbii ki,  TV-də də 
önəmini tam qoruyur.
Reportyor hər hansı olay barədə bilgi toplamaq üçün 
sual verməyə məcburdur. “Dörd doğru” qaydasına 
əməl etməyəndə sözügedən olayı əsl xəbərə çevirmək 
mümkün deyil. Həmin qaydanın açıqlaması bu-
dur ki, doğru cavab almaqdan ötrü sualı düzgün 
qurmalı, həmin sualla kimə və nə vaxt üz tutmağını 
dəqiqləşdirməlisən.  
Telexəbərin hazırlanma üsulu, təbii ki, bir qəzet və ya 
radio xəbərindən xeyli fərqlənir, amma bütövlükdə 
ortaq özəlliklər var. 
Mass Media təcrübəsində xəbər hazırlamanın 4 üsu-
lundan söz açmaq olar:
1. Çevrilmiş piramida üsulu;
2. Düz piramida üsulu;
3. Kvadrat üsulu;
4. Danışıq dili üsulu
Bir örnək: Ingiltərənin paytaxtı Londonda baş nazirlik 
və bəzi nazirlik binaları təxminən 11 ay sonra yenə İRA 
yaraqlılarının əl bombasından zərər gördü.
Xəbərin giriş hissəsində xəbəryazma düsturunun bu 
sualları cavablanır:
Harada? Bomba haraya qoyulmuşdu? (Ingiltərənin 
paytaxtı Londonda)
Kim? Bombanı kim qoymuşdu? (İRA yaraqlıları)
Nə? Bir bombalama olayı.
Xəbərin gövdə hissəsi: İngiltərənin baş naziri Con 
Meycorun iqamətgahından 100 m uzaqda – Müdafiə 
Nazirliyinin binası önündə səhərin erkən saatlarında 
partlayan və təxminən 17 km məsafədən səsi eşidilən əl 
bombasından ölən və yaralanan olmayıb.      
Harada? – Olay harada baş verib? (İngiltərənin baş 
naziri Con Meycorun iqamətgahından 100 m uzaqda – 
Müdafiə Nazirliyinin binası önündə)
Nə zaman? – Olay nə zaman baş verib? (Səhərin erkən 
saatlarında)
Necə? – Olay necə baş verib? (Əl bombasının atılması 
nəticəsində)
Xəbərin gövdə hissəsinin davamı və sonluq: 
Partlayışdan sonra İngiltərə Fəhlə Partiyası, Sosialistlər 
partiyası və Con Meycor olayı nifrətlə qınadıqlarını 
bildiriblər. “Tək sevincimiz – ölən və yaralananların 
olmamasıdır,”— deyən baş nazir bənzər olayları mütləq 
əngəlləyəcəklərini də dilə gətirib (daha sonra partlayış 
və bu olaya münasibətlə bağlı açıqlamalar, əks-sədalar 
diqqətə yetirilir).
Çevrilmiş piramida üsulu. Bu, ən köhnə və indiyədək 
ən çox istifadə olunan xəbər hazırlama texnikasıdır. 
“Çevrilmiş piramida”ya görə, oxucu (seyrçi, dinləyici) 
marağı əsas götürülür və xəbərlə bağlı ən önəmli, ən 
diqqətçəkən elementlər ön plana çıxarılır. 
Cevrilmiş piramida üsulunun başlıca özəlliyi:
• hədəf auditoriyasının marağı əsas götürülür;
• ilk olaraq xəbərin qısa məzmunu verilir
Cevrilmiş piramida üsulunun üstünlükləri:
• qısa məzmun xəbərin sonrakı hissələrini oxumağa 
həvəsləndirir;
• xəbərdə əksini tapan bilgilər ən önəmlidən nisbətən 
az önəmliyə doğru sıralanır;
• hər hansı təkrarın qarşısı alınır;
• xəbəri qısaltmaq və ya uzatmaq asanlaşır;
• xəbər daha asan və sürətlə hazırlanır 
“Dörd doğru” və ya “4D” qaydası
Bu 4 şərtin birləşməsindən yaranan “4 doğru” 
qaydasını belə ifadə etmək olar:
Doğru sualı doğru adama doğru zamanda və doğru 
biçimdə soruşmaq gərəkdir!
1. Doğru sual; 
2. Doğru adam; 
3. Doğru zaman
4. Doğru biçim.


47
Düz piramida üsulu. Adından bilindiyi kimi, Cevrilmiş 
piramida üsulunun tam əksi nəzərdə tutulur: xəbər 
öncə olayla bağlı incəlikləri – detalları (ayrıntıları) və 
daha sonra əsas məlumatı diqqətə yetirir.
Düz piramida üsulunun başlıca özəllikləri:
• olay sanki bir hekayə kimi anladılır;
• olayla bağlı az önəmli elementlər önə çəkilir;
• əsas xəbər yükü daha sonra bildirilir.
Düz piramida üsulunun digər özəllikləri:
• təsviri bir girişlə başlamaq üçün giriş cümlələrində 
subyektiv mülahizəyə yer verilir;
• qəzet xəbərçiliyindən daha çox jurnal (dərgi), TV və 
radio xəbərçiliyinə uyğun gəlir   
Bir örnək: 
• Türkiyə Nazirlər Şurasında Bülent Ecevitin istəyi ilə 7-ci 
dəfə quru lobya yeyildi. “Hüsrev lokantası” adı ilə məşhur 
yeməkxananın sahibi Abdullah Hüsrev:“Nazirlər lobya 
yeyəndə daha yaxşı çalışırlar” - dedi.
• Nazirlər Şurası quru lobyası ilə tanınan “Hüsrev 
lokantası”nın müdavimi oldu. Quru lobyanı çox sevdiyi 
bilinən baş nazir Bülent Ecevitin istəyinə görə, bugünədək 
46-cı dəfə toplaşan Nazirlər Şurasında 7-ci dəfə quru 
lobya yeyildi.
 Baş Nazirlik Dəftərxanası müdirinin bir gün öncə 
sifariş verdiyi quru lobya Nazirlər Şurası üzvləri üçün 
özəl hazırlandı. Nazirlər Şurasına göndərilən 60 adamlıq 
yemək menüsündə  quru lobyadan başqa plov, turşu və 
ocaqda bişən südaşı vardı. 300 milyon lirəlik hesabı da 
Baş Nazirlik Dəftərxanası ödədi (daha sonra “Hüsrev 
lokantası” sahibinin fikirləri, Ecevitin həyatında quru 
lobyanın yeri, quru lobyanın hazırlanma özəllikləri və 
olayın digər önəmli ayrıntıları diqqətə yetirilir).
Kvadrat üsulu
Xəbər düsturuna daxil edilən bütün sualları (4N+1HK) 
cavablandırmaq zərurəti doğanda istifadə edilir. Olayın 
ayrıntılarına – xırdalıqlarına daha az yer ayrılır və onun 
əsas xəbər yükünə diqqət çəkilir.
Kvadrat üsulunun başlıca özəllikləri:
• olayın əsas xəbər yükü verilir;
• “niyə?” sualının cavabı xəbərin giriş hissəsində verilir;
• ayrıntılar get-gedə azalan sıra ilə verilir;
• mövzu açıqlayıcı səciyyə daşıyan eynidəyərli abzas-
larda anladılır.
Kvadrat üsulunun digər özəllikləri:
• xəbərin hər abzası eynidəyərli olduğundan bütün 
abzaslarla tanış olmaq lazım gəlir;
• çətin anlaşılan olaylarda istifadə olunur;
• subyektiv mülahizələrə, şərhlərə önəm verildiyindən 
daha çox dərgi jurnalistikasında əksini tapır;
xəbər blok-blok, yaxud ayrıca kvadratlar biçimində 
yazılır
Kvadrat üsulunda yazılan xəbərə örnək: 
(Xəbərin giriş hissəsi)
•“23 Nisan” (Türkiyə Cümhuriyyəti Parlamentinin – 
Böyük Millət Məclisinin ilk toplantısının keçirildiyi 
gün) törənləri, “Maykl Ceksonun konserti”, “Cümhuriyyət 
bayramı” deyərkən, havaya rəngli fişənglər atmaq 
artıq milli əyləncəmiz oldu. Festival açılışlarından 
təməl atma törənlərinə, idman qarşılaşmalarından 
tanıtma mərasimlərinə, partiya mitinqlərindən toy 
mərasimlərinədək hər cür tədbirin bir nömrəli atraksionu 
göy üzündə fişəng partlatmaqdır!
(Xəbərin gövdəsi)
• İlk dəfə 1988-ci ildə -- 2-ci Boğaz Körpüsünün 
açılışında görmüşdük bayram atəşfəşanlığını. İstanbula 
gələn yaponlar göyüzünü rəngarəng işıqlarla boyamışdılar. 
Oxuyar-eşidər-görərdik ki, amerikalılar Birləşmiş Ştatların 
quruluş ildönümlərini küçələrə axışıb havaya atılan 
fişənglərin al-əlvan sayrışması və monoton gurultusu 
altında qeyd edirlər. Beləcə, atəşfəşanlığa alışdıq!
• (...) Beləcə, səmadakı bu işıq sayrışmaları insanların 
gözlərini oxşamağa davam etdikcə və hər kəsin ovqatına 
uyğun mahnı, marş səsləndikcə, bu atəşfəşanlıq  bayram-
lardan təntənəli açılışlara, futbol qarşılaşmalarından par-
tiya mitinqlərinə və nəhayət, toy-nişan mərasimlərinədək 
hər cür bayramın bir parçası olaraq qalacaq...
Daha sonra digər ayrıntılar,önəmli məqamlar verilir və 
xəbər tamamlanır.
TELEXƏBƏRİN HAZIRLANMASI / 
XƏBƏR HAZIRLAMA ÜSULLARI
IV BÖLÜM


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə