84
V BÖLÜM
XƏBƏR BURAXILIŞININ TEMPİ
XƏBƏR
BURAXILIŞININ YIĞILMASI
XƏBƏR BURAXILIŞININ BAŞLANĞICI
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ
XƏBƏR BURAXILIŞININ TEMPİ / XƏBƏR BURAXILIŞININ YIĞILMASI / XƏBƏR BURAXILIŞININ BAŞLANĞICI
Xəbər buraxılışında materialların düzümündə doğru
tempi seçməlisiniz. Temp deyərkən izləyicinizə
təqdim etdiyiniz materialın xronometrajı, uzunluğu və
çatdırılma tonu nəzərdə tutulur.
Bəzi materialların məzmunundan irəli gələn sürətli
tempi var. Məsələn, yanğın haqqında reportaj adətən
qısa cümlələrlə yazılmalı, sadə fikirləri çatdırmaq
üçün dəqiq, sürətli aydın sözlər işlənməlidir. Təbii ki,
bu materialın tempi sürətli olacaq.
Müqayisə üçün,
hansısa siyasi qarşıdurma ilə bağlı material götürək.
Burada daha mürəkkəb ideyaları çatdırmaq üçün daha
uzun cümlələr, daha mürəkkəb sözlər tələb olunur
və reportajın templə özü də daha çox vaxt tələb edir.
Olayın özü daha ağır templərlə və daha uzun zaman
kəsimində çatdırılma tələb edir.
Uzun, mürəkkəb materiallar buraxılışın tempini
ləngidir, bununla da izləyici marağını “kütləşdirir”.
Əksinə, çoxlu qısa, kəskin templi reportajlar isə bu
templə gedən materialı izləməyə macal tapmayan
seyrçini çaşdırır.
İdeal xəbər buraxılışında izləyicinin marağını
özündə
saxlaya bilmək üçün temp variasiyalarla çatdırılmalıdır,
Buraxılışın düzümünün təməl prinsiplərini bildikdən
sonra, siz buraxılışda materialların və proqramın xəbər
başlıqları və reportaj kimi komponentlərinin düzülüşü
haqqında fikirləşə bilərsiniz. Xəbər buraxılışları
müəyyən mənada qəzet səhifələrinin yayım ekvivalenti
Başlanğıc, ilk kadrlar hər bir xəbər buraxılışının vacib
hissəsidir. O, izləyicinin sizə baxıb-baxmayacağını
müəyyən edir. Giriş reportajın önəmli hissəsi olduğu
kimi, başlanğıc elementləri də xəbər buraxılışının çox
vacib hissəsidir. Əgər bu hissə izləyicinizə darıxdırıcı
gələcəksə, onun davamını izləməyə sadəcə səbri
çatmayacaq. Əgər siz buraxılışınızın başlığı üçün iki
eyni güclü reportajdan birini seçmək dilemması ilə
üz-üzə qalmısınızsa, daha dramatik olanını seçin.
İlk reportajınız kifayət qədər cansıxıcıdır, cəlbedici
yəni dəyişən sürətlər bir-birini əvəz etməlidir. Sürəkli,
ağır materiallardan sonra tamaşaçıya
imkan vermək
lazımdır ki, nəfəsini dərsin.
Praktikada uğurlu balans və tempə nail olmaq üçün
nə etməliyik?
Siz materiallarınızı vaciblik dərəcəsinə
görə qiymətləndirərək düzməlisiniz. Bundan sonra
materialları yenidən gözdən keçirərək əmin olmalısınız
ki, balans və temp siz istədiyiniz səviyyədədir.
Məsələn, siz qərarlaşdıra bilərsiniz ki, bu buraxılış
uçün üç ciddi siyasi mövzuda – vergilər, sığorta,
partiyadaxili konflikt barədə vacib materialınız var.
Özünüzə sual verin:“Mənim seyrçilərim buraxılışın
başlanğıcında bu materialları izlədikləri ilk üç dəqiqədə
nə düşünəcəklər?” Əgər fikirləşirsinizsə, onlar
darıxacaqlar, bu bölümə bir qədər temp vermək üçün
bir küçə savaşı haqqında reportaj əlavə etmək necə
olar? Düzdür, siz partiyadaxili konflikti dördüncü
verəcəksiniz, amma ondan öncə savaş haqqında
dinamik material yerləşdirərək
tempi dəyişməklə bu
reportaja yeni həyat vermiş olacaqsınız.
sayila bilər. Fərq odur ki, televiziyada vaxt daha
məhduddur, bütün elementlər zaman xətti, vektoru
üzərində yerləşdirilməlidir. Buna görə də siz ən effektli
düzümü seçməlisiniz.
deyilsə, siz ona yeni nəfəs verin. Cümlələrinizi qısa və
lakonik, çatdıracağınız ideyaları isə aydın və sadə yazın.
Hərçənd siz hər bir materialınızı yaxşı işləməlisiniz,
amma ilk xəbərinizə, birinci veriləcək materialınıza
xüsusi diqqət ayırmalısınız. Çünki izləyicinizin buraxılış
haqqında təəssüratı ondan asılıdır.
85
V BÖLÜM
XƏBƏR BURAXILIŞININ BAŞLIQLARI
Süjetlərinizin ardıcıllığını
təyin etdikdən sonra bül-
leteniniz üçün başlıqlar yazmaq gərəkir. Xəbər
başlıqları sizin buraxılışın menyusu, həm də vacib
strukrur elenementidir. Başlıqlar izləyiciyə nələri
göstərəcəyini və bəzən də onun marağını çəkmək
üçün intriqaedici, cırnadıcı informasiyanı çatdırır.
Bu, izləyicinin nəyi baxıb, nəyi eşidəcəyi haqqında
aparıcının təqdimatı olan ümumi bir xəbərçilik üslubu-
dur. Bunun müxtəlif televiziya kanallarında müxtəlif
cür gerçəkləşdirilməsinə baxmayaraq,
bütün dünyada
başlıqlarla bağlı təməl qayda belədir – başlıq jurna-
listin izləyiciyə nəyə baxacağı haqqında məsləhəti,
“təlimat”ıdır.
Jurnalistika nə qədər də dinamik fəaliyyət olsa da,
başlıqların yazılmasına verilən tələblər uzun illərdir
ki, dəyişməzdir – yaxşı başlıq ya cırnatmalı, ya
şirnikləndirməli, ya vəd verməlidir. Başlıqlar elə bil
ki, kitabdakı fəsillərin adıdır. YAXŞI TELEBAŞLIQ
QIŞQIRIB BAĞIRARAQ DEMƏLİDİR: “BUNA BAX
VƏ BUNU DİNLƏ! QAÇIRSAN, BİR DAHA GÖRƏ
BİLMƏYƏCƏKSƏN”.
Adətən buraxılışınızın ən önəmli materialları uçün
başlıqlar yazmalısınız. Bu, uç dəqiqəlik qısa buraxılış
uçün lazım deyil, amma daha uzun buraxılışlar üçün
başlıqlar vacibdır, çünki izləyiçi nə tip xəbərlərlə tanış
olacağını bilmək istəyəcək.
Seyrçi başlıqlara əsasən, qərara alacaq ki, bu xəbər
buraxılışına baxacaq, ya yox. Demək, başlıqlar
materialınızı seyrçiyə “satmaq” üçün ən güclü alətdir.
Öndə gələn ən vacib iki-üç və
daha sonra gələn bir
ya iki dramatik süjet üçün başlıqlar hazırlamaq yaxşı
praktikadır. Bəzi televiziya kanalları son material üçün
də başlıq hazırlayırlar. Burada da kanalın məqsədi
dəyişmir: izləyicini sona kimi ekran qarşısında sax-
lamaq.
Nəzərə alın ki, dramatik olay haqqında elə başlıq
yazmalısınız ki, detallara girmədən olay barədə,
sadəcə, eyham çatdırasınız. Hər şeyi başlıqda versəniz,
izləyici materialın özünə baxmaya da bilər. Eyham
vurmaq, informasiyanı tam verməmək yumoristik
olaydan xəbər verəndə ən yaxşı üsuldur. İngiliscə belə
başlıqla “teasers” deyirlər, yəni “cırnadan” başlıqlar. Bi-
zim praktikada buna xəbər anonsları, “proqram öncəsi
anons (məsələn, bugünkü proqramda biləcəksiniz ki...+
görüntülü-səsli xəbər lidləri)” ( 1, səh. 171) da deyilir.
Məsələn, yanacağın qiyməti qalxırsa, heç vaxt
yazmayın ki, benzini qiyməti daha 20 qəpik qalxdı,
bunu eşidən izləyici ya kanalı dəyişəcək, ya
da gedəcək
öz iş-gücünün dalınca, çünki artıq başlıqda siz lazım
olan bütün informasiyanı vermisiniz. Amma yazsanız ki,
“Avtomobil sahibləri benzindoldurma məntəqələrinə
gələrkən bir zərbə ilə qarşılaşalaşacaqlar!!!” izləyici
xəbərlərinizi izləmək istəyəcək: əcəba, nə zərbə?
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ /
XƏBƏR BURAXILIŞININ BAŞLIQLARI
Təsvir
Mətn
1. Ekranda meydanın
görüntüləri
2. Bakıxanov kör-
püsünün görüntüləri
3. Ekranda İsfar Sar-
abski
1. Bu gün Kiyevdə Ali
Radaya seçkilər günü
təyin olunub.
Bu, Radanın önündə
artıq ikinci gündür
nümayış edən
vətəndaşlardır, onların
tələbləri nədir?
2. Bakıxanov
körpüsündə baş
vermiş
avtomobil
qəzası səbəbilə burada
artiq iki saatdır uzun
tıxac yaranıb.
3. Ünlü cazmen
İsfar Sarabski
Fransada ona təqdim
olunan mükafatı
alarkən Azərbaycan
musiqisindən danışdı.