JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə40/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

86
V BÖLÜM
QAPANIŞ MATERİALLARI 
QAPANIŞ BAŞLIQLARI
MUSİQİ FRAZALARI, STEB VƏ STİNQLƏR
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ
QAPANIŞ MATERİALLARI / QAPANIŞ BAŞLIQLARI / MUSİQİ FRAZALARI, STEB VƏ STİNQLƏR
Qapanış materialları da lid qədər önəmlidir. Bu mate-
rial izləyicinin ən sonda görəcəyi, eşidəcəyi və yadında 
saxlayacağı reportajdır. Elə buna görə də onu  çox 
diqqətlə seçməlisiniz. 
Bununla belə bir nuansı da unutmayin – izləyici 
bütün buraxılış boyu diqqətini məhz sizin proqrama 
cəmləyə bilmir, ona görə də ən yaxşı materiallarınızı 
da sona saxlamaqla risk etməyin.
Uzun buraxılışlarda bu başlıqları sona 10 dəqiqə 
qalmış verə bilərsiniz. Giriş başlıqlarından fərqlı olaraq, 
qapanış başlıqları gec qoşulan izləyicilərin rahatlığı  
üçün, sadəcə, asan bir “xidmətdir”. Hər qapanış 
lidi bir cümlə ilə materialınızın əsas mahiyyətini 
əks etdirməlidir. Daha uzun yazsanız, materialda 
Xəbər buraxılışlarında musiqini materialların fon səsi 
kimi istifadə etmək YASAQDİR. Bu diqqəti yayındırır 
və bülleten daxili temp dəyişikliklərini dağıdır. Sadəcə, 
bülletenin özünün təqdimatı və onun müxtəlif 
segmentlərinin ayrılmasını göstərmək üçün kiçik mu-
siqi frazalarından yararlanmaq olar. Belə kiçik musiqi 
frazalarına beynəlxalq praktikada steb (stabs), yaxud 
stinq (stings) adlandırırlar.
Açılış üçün musiqi frazası qısa və dramatik olmalıdır. 
O ya aparıcı mətni oxumaqa başlarkən yekunlaşmalı, 
ya da aparıcının ilk sözlərində “öləziməlidir”. Buraxılış 
Yüngül, yaxud əyləncəli materiallar ən yaxşı qapanış 
materiallarıdır. Onlar buraxılışa asudəlik, hava, nəfəs 
gətirməklə ağır, ləng bülletenlərin tempini dəyişir. 
Bu cür materiallar digərlərindən fərqli olaraq, daha 
sərbəst, qeyri-rəsmi üslubda yazılmalıdır. İzləyicilərin 
qiymətləndirəcəyi söz oyunları belədə dadınıza çata 
bilər. Amma ehtiyatlı olun, buraxılışda hansısa bir 
irimiqyaslı faciədən danışılıbsa, onda buraxılışın ruhuna 
köklənmək lazım gələcək. 
dediklərinizi bir də təkrarlamış olarsınız. Başlığı 
və materialınızın ilk cümlələrini qapanış lidi kimi 
təkrarlamanız isə tənbəllikdir. Cırnadan anonsları da 
qapanış lidi kimi verməyin, əvəzində detallar verin. 
Qapanış lidini adətən “Yekunlaşdıraraq…” sözləri ilə 
başlaya bilərsiniz.
daxilində hər steb yeni materialın əvvəlində səslənərək 
bir zəncir kimi materialları birləşdirir. Amma həddən 
artıq steb versəniz,  izləyicini qıcıqlandıra bilər, həm 
də çatdırmaq istədiyiniz xəbərlərin vaxtından almış 
olarsınız.
Buraxılışınızın  sonunda da musiqidən istifadə edə 
bilərsiniz, yalnız bu öndə verilən mövzu ilə eyni yox, 
bir qədər fərqli olmalıdır,  çünki izləyici buraxılışın 
başlandığıcı ilə sonunu qarışıq salmamalıdır. Ən yaxşısı, 
musiqinin ilk hissəsindən başlanğıcda, finalından isə 
sonda yararlanmaqdır. 


87
V BÖLÜM
MATERİALLARIN PROQRAMDAXİLİ REYTİNQİ 
XƏBƏR BURAXILIŞI NECƏ HAZIRLANIR: 
ADDIM-ADDIM MENECMENT
Xəbər buraxılışını  daha peşəkar və daha asan hazırlamağın bir sıra praktik üsulları var. Bu usullardan yararlan-
maqla siz təcrübəsiz və gənc jurnalistlərin qarşılaşdığı bir sıra çətinlikləri aradan qaldıracaqsınız.
Əsas problemlərdən biri materialları doğru düzümdə 
sıralamaqdır. Bunun üçün bir neçə sadə addım 
atırsınız. Əlinizdə olan bütün materialları nəzərdən 
keçirirsiniz. Onları üç yerə, üç kateqoriyaya 
bölürsünüz. 
1. Hökmən verilməli olan birinci dərəcəli vacib 
materiallar
2. İstifadə ediləcək ikinci dərəcəli materiallar 
3. İstifadə edilməyəcək materiallar. 
Bundan sonra ikinci kateqoriyadan olan materialları 
seçin, onların əsas xəbərlərlə birlikdə ardıcıllığını 
müəyyənləşdirin. Təbii ki, bu zaman siz hər bir 
materialın vacibliyini, zaman sürəsini və tempini 
nəzərə almalısınız.
Siz oxşar tematikalı materialları kombinə edə bilərsiniz, 
onları bir-birinə bağlaya da bilərsiniz. Amma buna 
həddən artıq aludə olmayın, əks halda izləyicinin gözü 
önündə formasız bir kütlə alına bilər, buraxılışın tempi 
“ölər”. 
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ
XƏBƏR BURAXILIŞI NECƏ HAZIRLANIR / MATERİALLARIN PROQRAMDAXİLİ REYTİNQİ
DİQQƏT!
Öncə birinci kateqoriyaya aid materialları seçin 
və onların nə qədər vaxt aparacağını təqribən 
hesablayın. Tutalım, 4 belə xəbəriniz var. Onların 
hərəsi 40 saniyə çəkirsə, demək, 2 dəqiqə 40 saniyə 
vaxt aparacaq. 


88
V BÖLÜM
REDAKSİYA TOPLANTISI 
Xəbər buraxılışını biz efirdən izlədiyimiz  son variantına 
gətirmək üçün xəbər buraxılışına məsul yaradıcı qru-
pun–– baş redaktor, buraxılış redaktoru, prodüser və 
bütün əməkdaşların iştirakı ilə toplantı keçirilir.
Kiçik xatırlatma – bu xəbər bülletenini idarə edən üç 
peşə sahibi nə ilə məşğuldur?
Baş redaktor. Xəbərlərin baş redaktoru, xəbər şefi 
də adlanır. Telekanalda efirə gedən bütün xəbər 
bülletenlərinə məsul, xəbər axışını təmin və təşkil 
edən, toplanmış xəbərləri yönəldən məsul yaradıcı 
işçidir. 
Buraxılış redaktoru. Efirə gedən xəbər bülleteninin 
bütün yaradıcı, etik və s. elementlərinə cavabdeh, 
yaradıcı və texniki heyətin işini əlaqələndirən, koordi-
nasiya edən redaktordur. Adətən hər xəbər buraxılışına 
redaksiyanın xəbər redaktorlarından biri məsul 
buraxılış redaktoru təyin edilir.
Prodüser. Proqramın “icrası ilə əlaqədar bütün 
məsələlərə - quruluşa, çəkilişə, yaradıcı və maliyyə-
təşkilati problemlərin həllinə nəzarəti həyata keçirən 
səlahiyyətli nümayəndə (3, səh. 192). 
Dünya praktikasında bu toplantı gün boyu üç dəfə 
keçirilir:
1. Səhər
2. Efir öncəsi 
3. Efir sonrası (nəticələri müzakirə etmək üçün) 
Azərbaycan televiziya kanallarında da adətən üç belə 
iclas keçirilir. Məsələn, yerli Lider Televiziyasında 09:30 
və 16:00, Space 09:00, Region TV kanalında 9:30, 
14:00, 18:00. 
Redaksiya toplantısında nələr müzakirə olunur:
• Aparıcı, əsas xəbər hansı olacaq?
• Buraxılışa hansı materiallar daxil ediləcək?
• Daxil edilən hər bir materialı konkret hansı jurnalist 
və operator hazırlayacaq?
Səhər toplantısı zamanı qəbul olunan qərarlar gün 
boyu baş verən olaylara əsasən, korrektə oluna və 
dəyişilə bilər. Efiröncəsi toplantılarda son dəyişikliklər 
bir daha nəzərdən keçirilir, yoxlanılır. 
Sonuncu toplantıda isə xəbər gününə yekun vurulur, 
buraxılış müzakirə olunur və əgər varsa, gecə efirə 
gedəcək bülletenə nələrin daxil ediləcəyi bir daha 
nəzərdən keçirilir. Unutmayın ki, toplantı buraxılışla 
bağlı yaxşı ideyaları müzakirə etmək üsuludur, bura 
xəbər gününün savaş planını hazırlayan hərbi qərargah 
deyil.  Komandanızın hər bir üzvü ümumi işə öz payını 
verməli və malik olduğu informasiya ilə bölüşməlidir. 
Yaxşı xəbər redaktoru və prodüseri komanda 
üzvlərinə diqqətlə qulaq asmağı bacarmalıdırlar. 
Onlar  bilməlidirlər ki, iş yalnız baş redaktorun 
qiymətləndirdiyi materiallarla bitmir, yerdə qalan infor-
masiyalara da diqqət etmək lazımdır, onlardan da nə 
vaxtsa yararlanmaq olar.
Buraxılış boyu proqramda gedəcək hər material 
müzakirə olunur. Qərar qəbul edildikdən sonra efir 
rejissoru buraxılışın – materiallarının sadə siyahısını 
tərtib edir. Buna ingiliscə rundown (lineup) deyilir, 
bizsə buraxılışın xəritəsi adlandıra bilərik. Hər bir 
materialı hazırlayacaq reportyor və texniki heyət 
təyin edilir. Gün ərzində çoxlu olaylar, yeniliklər baş 
verdiyindən buraxılışın son düzümü ilkin variantdan 
bəzən əhəmiyyətli dərəcədə fərqlənir.
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
REDAKSİYA TOPLANTISI 


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə