12
6. Ailə-hüquq münasibətlərini doğuran hüquqi faktlar arasın-
da ər-arvadlıq və qohumluq xüsusi yer tutur. Yəni qanunda
nəzərdə tutulan qaydada qeydiyyatdan keçən və nikahda olan
şəxslər qan qohumluğu əlaqəsi ilə bağlı deyillər. Qohumlar bir-
birindən törəyir və ümumi soy-kökə malik olurlar (ana-oğul,
baba-nəvə və s.). Qohumluq yaxın və uzaq ola bilər.
7. Ailə münasibətlərini nizamlayan hüquq normala rının təsi-
rinin yayıldığı məkanın qapalı səciyyə daşıması məhz ailə hüqu-
qu kimi onların daxili məzmununu müəyyən edir. Ailə hüququ
anlayışı özü də kifayət qədər yığcamdır. Onu, birincisi, elmin bir
istiqaməti, ikincisi, hüququn müstəqil sahəsi, üçüncüsü, qanun-
vericiliyin müstəqil sahəsi kimi nə zər dən keçirmək olar.
8. Ər və arvad, valideynlər (onları əvəz edən şəxslər) və yet-
kinlik yaşına çatmayan uşaqlar arasında istər şəxsi, istərsə də
əmlak xarakterli münasibətlər davamedici olur və dəqiq müddət
sərhədinə malik deyildir. Bununla yanaşı, ailə münasibətlərinin
nizamlanması üçün bu sahədə müəyyən dəqiqləşmələr vacibdir.
Belə dəqiqlik ailə qanunvericiliyinin müxtəlif müddəalarının
müəyyənləşdirilməsi ilə təmin olunur və müddətlərinə görə
müxtəlif olduğundan iki qrupa bölünür:
– hüququn (vəzifənin)
mövcudluğu müddəti;
– icazə, qadağan və öhdəlik müddətləri.
9. Nikah ərizə veriləndən bir ay sonra qeydə alınır, bu müddət
uzadıla, ya da qısaldıla bilər. Əgər uşaq nikah po zu landan və ya-
xud etibarsız sayılandan, ərin ölməsindən sonrakı üç yüz gün
ərzində doğulmuşsa, onda uşağın atası kimi keçmiş ərin adı qeyd
oluna bilər. Məhkəmənin qərarı qüvvəyə minəndən sonra vətən-
daşlıq vəziy yəti aktlarının dövlət qeydiyyatı (VVADQ) orqanına
məhkəmənin qərarın dan çıxarışlar göndərilməlidir:
– nikahın etibarsız hesab edilməsi haqqında;
– valideynlərin (onlardan birinin) valideynlik hüqu qun dan
məhrum edilməsi haqqında;
– uşağın övladlığa götürülməsinin müəyyənləşdirilməsi haq-
qında;