30
koqol və narkoman özü özlüyündə ailədə uşaqların tərbiyəsi
üçün ciddi təhlükə mənbəyidir.
Valideynlik hüququndan məhrum edildikdən sonra valideyn-
lər qohumluğa əsaslanan hüquqları itirər (maddə 66), birgə yaşa-
yış qaydalarını pozarsa, mənzildən çıxarıla bilərlər. Məhkəmə
uşaqların mənafeyini rəhbər tutaraq, valideynlik hüququndan
məhrum etmədən uşaqları valideynlərdən ala bilər. Əgər uşaqla-
rın həyatı üçün təhlükə yaranarsa, məhkəmə uşaqlar barəsində
mübahisə həll olunana kimi onları müvəqqəti olaraq valideynlər-
dən və yaxud qəyyum və ya himayəçilərdən ala bilər. Məhkə-
mənin qərarı ilə uşaqların mənafeyi naminə (əgər o, övladlığa
götürülməmişsə) valideynlərin valideynlik hüquqları bərpa oluna
bilər (maddə 67).
9. Uşaqların şəxsi hüquqları da mühüm əhəmiyyət kəsb edir.
Belə ki, uşaqlar:
– ailədə
yaşamaq və tərbiyə olunmaq;
– valideynləri və qohumları ilə ünsiyyətdə olmaq;
– öz hüquqlarını
müdafiə etmək;
– öz fikrini ifadə etmək;
– öz adını, soyadını və atasının adını daşımaq hüqu quna
malikdirlər.
10. Valideynlərin ayrılması, nikahın etibarsız sayılması vali-
deynlərin ayrı-ayrılıqda və ayrı-ayrı dövlətlərdə yaşaması uşağın
öz valideynləri və qohumları ilə ünsiyyət saxlamasına mane ola
bilməz. Uşaqların hüquqlarından söhbət gedəndə Azər baycan
Respublikasının «Uşaq hüquqları haqqında» Qanunu əsas götü-
rülür (100, 14).
Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına,
Uşaq hüquqları Bəyannaməsinə, Uşaq hüquqları haqqında Kon-
vensiyaya və digər beynəlxalq hüquqi aktlara uyğun olaraq
Azərbaycan Respublikasında uşaqların hüquqları və azadlıqları-
nı, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların
müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki
şəxslərin vəzifələrini müəyyən edir.
31
IX MÖVZU
VALİDEYNLƏRİN VƏ UŞAQLARIN ALİMENT
HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
1. Məlumdur ki, yetkinlik yaşına çatmayanların öhdədə olma-
sının özünəməxsusluğu onların iqtisadi asılılığındadır. Ailə üzv-
lərinin saxlanılması daha geniş və əhatəli anlayışdır. Bu da vali-
deyn lərin ən başlıca vəzifəsinin meyarıdır. Lakin bu vəzifəni
yerinə yetirməkdən imtina edən valideynlər aliment («alimen-
tum» latın sözün olub, «yemək, qida» mənasını verir) alınması
ilə bağlı problemli situasiyanı stimullaşdırmış olurlar.
2. Aliment aşağıdakı funksiyaların daşıyıcısıdır:
– uşağın ailədə yaşamasının
maddi mənbəyidir;
– ciddi məqsədli təyinat – yetkinlik yaşına çatmayan ların
saxlanmasına yönəlmişdir;
– aybaay,
yəni müntəzəm ödənilir;
– maddi vəziyyətindən asılı olaraq, hər iki valideynin vəzifə-
lərini özündə təcəssüm etdirir;
– sırf şəxsi xarakter daşıyır;
– uşaqların maddi rifahını valideynlərin imkanı səviyyəsində
saxlamağa
imkan verir;
– uşaq anadan olandan 18 yaşa çatana kimi ödənilir (əmək
qabiliyyəti olmayanda ömürlük);
– harada olmasından, nə ilə məşğul olmasından asılı olmaya-
raq hər bir yetkinlik yaşına çatmayanın təminat səviyyəsindən və
sərəncamında qiymətli əmlakın olub-olma masından asılı olma-
yaraq
ödənilir;
– valideyn hüquqlarından məhrum etmə yolu ilə valideynlərin
hüquq münasibətlərinə xitam verilib-verilməməsindən asılı ol-
mayaraq ödənilir;